Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ləcət
Ləcət (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Ləcət (Qusar) — Azərbaycanın Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Lənət
Bəddualar — inanc və dualar kimi İraq-türkman folklorunda möhkəm yer alan janrlardandır. Xalqın keçmiş həyat tərzini, adət-ənənəsini, etik və estetik görüşlərini tədqiq etmək baxımından bəddualar xüsusi əhəmiyyət kəsb edir. Professor Azad Nəbiyev Azərbaycan folklorunda qarğışlardan danışarkən onları üç qrupa bölmüşdür: mərasimlərlə, məişətlə, mifoloji və dini təsəvvürlərlə bağlı yaranan qarğışlar. Demək olar ki, Kərkük dolaylarında təsadüf edilən bədduaları da təxminən üç qrupa bölmək olar: Dini təsəvvürlərin təsiri ilə yaranan bəddualar. Mərasimlərlə bağlı yaranan bəddualar. Məişətlə bağlı yaranan bəddualar. Iraq türkman folklorunda məişətlə bağlı yaranan bəddualar daha çoxdur.
Letea meşəsi
Letea meşəsi — Rumıniyanın ən qədim təbii qoruğudur. 1938-ci ildə, Ruminiya Nazirlər Şurasının meşənin qoruq elan edilməsi ilə bağlı 645 saylı qərarı ilə quruldu. Meşə Dunay çayının dunay deltasında ayrıldığı qolları olan Sulina və Çiçia arasında yerləşir. Təxminən 2,825 hektar ərazini əhatə edir. Bu meşə, Ümumdünya irsi elan edilmiş Dunay Deltası Qoruğunun ilkin təməli idi. 1992-ci ildə UNESCO-nun İnsan və Biosfer Proqramı çərçivəsində Təbii sərvət olaraq beynəlxalq səviyyədə tanınıb. == Biomüxtəliflik == Periploca graeca növlü tropik bitkinin varlığına görə subtropik cəhətə malikdir. Bu, Dunay Deltasında ən şimal sığınacağını tapan Aralıq dənizi bitkisidir. Bununla yanaşı, lianlar və yabanı üzüm, mayaotu və daşsarmaşığı kimi dırmaşan bitki növləri ağaclara qalxır.Letea meşəsi əsasən ağ qovaq, qaraqovaq, qarağac, yay palıdı, tüklü cökə, ensizyarpaq göyrüş və qızılağac kimi ağaclardan ibarətdir. Bunlarla birlikdə meşə həmçinin yarımkollar ilə tamamlanır.Meşə həmçinin zəngin faunaya malikdir.
Ləcət (Qusar)
Ləcət — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Ləcət oyk., sadə. Xaçmaz r-nlınun eyniadlı i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır. Keçmiş adı Ləcətoba olmuşdur. Kənd Qusar r-nundakı Ləcət kəndinə məxsus qışlaq yeri olduğu üçün belə adlandırılmışdı. Sonralar daimi yaşayış məntəqəsinə çevrilən kəndin adındakı ikinci komponent (oba sözü) düşmüşdür; Qusar r-nunun Həzrə i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Ehtimal etmək olar ki, oykonim ləc (bataq¬lıq) və ət (burada “yer, məkan" mənasım bildirir) komponentlərindən düzəlib, “bataq¬lıq yer" mənasındadır.
Ləcət (Xaçmaz)
Ləcət — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Ləcət (dəqiqləşdirmə)
Ləcət (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Ləcət (Qusar) — Azərbaycanın Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Ləcət bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Lənət (film, 2004)
Bu film Takaşi Şimuzunun eyni adlı əsəri əsasında çəkilmiş filmdir. == Məzmun == Karen Yaponiyada ictimai vəzifə təhsili alan, bir dəyişmə proqramı tələbəsidir. Hər şeydən xəbərsiz bir şəkildə o gün işə gəlməyən bir tibb bacısının yerinə işləyir. Evə daxil olanda, yaşlı bir qadın olan Emmanın qəribə vəziyyətdə evdə donmuş şəkildə oturduğunu görür. Yaralanmış və panikada olan qadının yanına doğru yaxınlaşarkən, üst mərtəbədən qəribə səslər eşidir. Nə olduğunu araşdırdığında, xəyal belə edəbilməyəcəyi qədər qorxuducu bir kabusla qarşılaşır. İllər öncə bu evdə yaşanan bir uğursuzluq, evin içindəki ölüm zəncirinin səbəbidir. Daha çox insan öldükcə, Karen bu dəhşətli intiqam lənətinin sirrini öyrənir.
Lənət 2 (film, 2006)
Lənət 2 (ing. The Grudge 2) Amerika və Yaponiya istehsalı olan 2006-cı ildə rejissor Takaşi Şimizu tərəfindən çəkilmiş qorxu/triller filmidir. Özünün eyni adlı əsəri əsasında 2004-cü ildə çəkmiş olduğu "Lənət" filminin davamıdır. == Məzmun == 3 gənc tələbə qız Elison, Vanessa və Miyoki Yaponiyada təhsil alırlar. Bir gün rəfiqələrinin təkidi ilə Elison bir evə gəlib çıxır. Hansıkı 2 il əvvəl Karen tərəfindən yandırılmış ev. Lakin rəfiqələrinin zarafatı ilə üzləşən Elison onlar tərəfindən bir otağa zəbt edilir. Daha sonra isə Kayakonun kabusunu görən Elison qışqıraraq oradan uzaqlaşır. Lakin qızlar qaçmaqla hər şeyin həll edildiyini düşünürlər. Onlar bilmirlər ki, lənətlənmiş evə giriblər və bu lənət onları öldürməyənə qədər əl çəkməyəcək.
Lənət 3 (film, 2009)
Lənət 3 — "Lənət" qorxu filminin üçüncü seriyası. ABŞ və Yaponiya istehsalı olan bu film 2009-cu ildə rejissor Tobi Uilkins tərəfindən hazırlanıb. Bu dəfə isə Takaşı Şımizu prodüser kürsüsündə əyləşib. == Məzmun == Hadisələr Çikakoda cərəyan edir. Liza balaca bacısı Rouz və böyük qardaşı Maks ilə birgə Çikakoda yaşayır. Lakin bir gün Kayakonun lənəti bura da gəlib çıxır. Çoxlu sirli ölümlərin, yoxolmaların və həyəcan dolu qorxulu anlardan sonra Liza lənətə qalib gəldiyini düşünərək sağ qalan bacısı Rouz ilə başqa şəhərə köçmək qərarına gəlir. Amma xəbəri yoxdur ki, lənət heç vaxt ölməyəcək.
Dəvət-Qoç (qəzet)
Dəvət-Qoç (az.-əbcəd دعوت‎; erm. Կոչ) — Bakıda 1906-cı ildə Azərbaycan və erməni dillərində çıxan leqal bolşevik qəzeti. == Yarandığı tarix == Bakıda həftədə iki dəfə, iki səhifəsi Azərbaycan, iki səhifəsi erməni dillərində çap edilirdi. Qəzet əsas etibarilə erməni-müsəlman qırğınının qarşısını almaq uğrunda mübarizə aparırdı. Qəzet İsa bəy Aşurbəyovun müdirliyi altında çıxsa da qəzetin təşkilində mühüm rolu Mir Həsən Mövsümov oynamışdı. Qəzetin səhifələrində onun bir sıra felyetonları dərc edilmişdi. "Hümmət", "Bakinskiy raboçi" kimi qəzetlərlə yanaşı, 1906-cı ilin may ayının 26-da həftədə iki dəfə işıq üzü görən, bolşeviklərin ilk leqal qəzeti "Dəvət- Qoç" nəşrə başladı. İlk sayında sosial-demokrat ideyasının təbliğ edən, xalqlar arasında dinc birgəyaşayışın lazımlığını qəzet səhifəsinə çıxaran "Dəvət-Qoç"un cəmi 19 nömrəsini çap etmək mümkün olub. Qəzetin təşkilində və işində görkəmli bolşeviklərdən M.Ə.Əzizbəyov, P.A.Çaparidze, S.M.Əfəndiyev, V.A.Radus-Zankoviç, V.P.Nagin və başqaları fəal iştirak edirdilər. "Dəvət-Qoç" qəzetlərinin aparıcı qələm insanları, publisistləri, partiya fəalları daxil idi.
Muro: Lənət olsun içimdəki insan sevgisinə
Muro: Lənət olsun içimdəki insan sevgisinə (türk. Muro: Nalet Olsun İçimdeki İnsan Sevgisine) — Rejissoru Zübeyr Şaşmaz olan, baş rollarını Mustafa Üstündağ və Şefik Onatoğlunun oynadığı 2008 istehsalı Türkiyə komediya filmi. 5 dekabr 2008-ci ildə Türkiyədə yayımlanan film, 2008-ci ilin ən çox gəlir əldə gətirən 3-cü Türkiyə filmi oldu. Qurdlar Vadisi seriasının yan filmidir. Qurdlar Vadisi Pusqu serialındakı obrazların olduğu eyni addakı Türkiyə televiziya serialına əsaslanır.
Muro: Lənət olsun içimdəki insan sevgisinə (film, 2008)
Muro: Lənət olsun içimdəki insan sevgisinə (türk. Muro: Nalet Olsun İçimdeki İnsan Sevgisine) — Rejissoru Zübeyr Şaşmaz olan, baş rollarını Mustafa Üstündağ və Şefik Onatoğlunun oynadığı 2008 istehsalı Türkiyə komediya filmi. 5 dekabr 2008-ci ildə Türkiyədə yayımlanan film, 2008-ci ilin ən çox gəlir əldə gətirən 3-cü Türkiyə filmi oldu. Qurdlar Vadisi seriasının yan filmidir. Qurdlar Vadisi Pusqu serialındakı obrazların olduğu eyni addakı Türkiyə televiziya serialına əsaslanır.
Besət
Besət — müsəlmanlar arasında Məhəmməd peyğəmbərin Hira mağarasında Allah tərəfindən peyğəmbərliyə seçilməsinə və gününə də Məbəs deyilir. Müsəlmanların inandığına görə Cəbrayıl mələk Allah tərəfindən Ələq surəsinin ilk beş ayəsinin Məhəmmədə nazil(endirmək) edərək ona deyir ki, Allah peyğəmbərliyinə seçilmişsən. Besət sözlüyü B(ب)E(ع)S(ث) ərəb dilində=(بعثت), seçililmiş anlamını verir. Bu gün müsəlmanlar üçün əziz gün və bayramdır elə ki, İranda Məbəs günü tətil gün kimi qeyd olunur. == Tarixi == Onun baş vermə tarixində şiə və sünnülər arasında ixtilaf var. Beləki şiə alimlərinin çoxu onun tarixini 40-cı fil ilinin rəcəb ayının 27-də biliblər. Əhli-sünnə arasında isə ən məşhur tarix həman ilin ramazan ayıdır, onun da hansı gün olduğunda ixtilaf var. Bəzisi 17, 18 və bəzisidə 24-ü biliblər.Əli bin İbarhim Qumi deyir: Məhəmməd 37 yaşına yetirdi, yuxu gördüki bir nəfər ona Ya Rasuləlla(یا رسول اللّه) deyir. Zaman keçdi, o, bu yuxunu heç kimə açıqlamadı. Həmçinin bəzi günlərdə ki, Əbu Talibin davarlarını otarmaq üçün çölə aparırdı bir nəfər ona yaxın gəlib dedi Ya Rəsulullah!
Debet
Fətrət
Fətrət (lat. interregnum) — monarxiyalarda taxtın boşaldılması dövrü. == İrsi monarxiyalar == İrsi bir monarxiyada varisliyin açıq qaydaları (varisin seçilməsində qeyri-müəyyənlik, onun razılığını gözləmək, xaricdən gəlişi və s.) Və ya hakim bir sülalənin yatırılması vəziyyətində (sülalə böhranına baxın) qeyri-müəyyən bir vəziyyət yarana bilər. İrsi bir monarxiyada bir fətrət ümumiyyətlə kəskin siyasi böhran və qeyri-sabitlik dövrü deməkdir. RusiyaRus tarixində ilk nisbətən uzun fətrət 1598-ci ildə Rurik ailəsinin kral xəttinin sıxışdırılmasından sonra baş verdi. Boris Godunovun taxta seçilməsi ilə başa çatdı. 1610-1613-cü illərdə çətinliklər dövrünün ən çətin mərhələsində Rusiyada ümumiyyətlə tanınmış bir monarx mövcud deyildi (baxmayaraq ki, Yeddi Boyar dövrü 1610-cu il avqustun 27-də Rusiya taxtının Polşa şahzadəsi Vladislava təhvil verilməsinə dair müqavilə imzaladı). Rusiya İmperiyasında, fətrət, 1825-ci ilin sonlarında, İskəndər I. De yurenin ölümündən sonra, İskəndərin birbaşa varisi I Nikolay . retroaktiv olaraq elan edildi. == Seçilmiş monarxiyalar == Seçkili bir monarxiya şəraitində (daha doğrusu, müasir bir Malayziyada olduğu kimi, yeni bir monarxın ömür boyu rotasiya yolu ilə seçildiyi, lakin əvvəlkilərin ölümündən sonra), interregnum normal və proqnozlaşdırılan vəziyyətdir, bunun üçün monarxın seçilməsinə qədər dövlət başçısının səlahiyyətlərinin müvəqqəti icrası üçün normativ mexanizmlər təmin olunur.
Hecet
Hetit
Hetit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Xassələri == Rəng – kristallarda qırmızımtıl-qonurdan qarayadək, incə - və xırdadənəli aqreqatlarda – sarı, sarımtıl-qonur, qonur; Mineralın cizgisinin rəngi – qonurdan narıncı - sarıyadək; Parıltı – kristallarda almaz, yarımmetal, sarımtıl və qırmızımtıl rəngli kütlələrdə – tutqun; Şəffaflıq – qeyri-şəffaf, nazik təbəqələri işıq keçirir; Sıxlıq– hetitin– 4,3, hidrohetitin –3,8-4,2; Sərtlik – 5,0-5,5; Kövrəkdir; Ayrılma– {010} üzrə mükəmməl, {100} üzrə – orta; Sınıqlar – qeyri-hamar, pilləli, qabıqvari; Morfologiya – kristallar: iynə - və sütunvari; İkiləşmə: nadir hallarda dirsəkvari ikiləşmə rast gəlir; Mineral aqreqatları: axın formalı, sıx, məsaməli, böyrək- və torpaqvari kütlələr, stalaktitlər, sferolitlər, oolitlər, konkresiyalar, qabıqlar, ensiz haşiyələr, psevdomorfozalar, bəzən jeodalar; hötit, hidrohötit, lepidokrokit, hidrolepidokrokit, hidrohematitin, gil minerallarının, silisium oksidinin, habelə Al, Mn və b. hidroksidlərinin təbiətdə geniş yayılmış gizlikristallik qarışığı olan limonitin (qonur dəmir filizinin) mühüm tərkib hissələridir. == Mənşəyi və yayılması == Ekzogen şəraitdə əmələ gəlir. Dəmir minerallarının – siderit, pirit, maqnetit, dəmirli silikatların və b. aşınma məhsulu olub, ultraəsası süxurların, dəmirli kvarsitlərin və s. aşınma qabıqlarında müşahidə olunur. Limonitlər sulfid yataqlarının oksidləşmə zonalarının tipik əmələgəlmələridir; onlar əsasən yataqların üst hissələrində d ə m i r p a p a q l a r əmələ gətirir. Hötitin çökmə əmələgəlmələri dəniz və göl hövzələrinin sahilyanı zolağında kimyəvi yolla çökür.
Hədət
Hədət əl-Həmra' (ərəb. الحدث الحمراء‎; mənası – Qırmızı Hədət) və ya Adata (q.yun. Ἃδατα) — Tavr dağları yaxınlıqlarında, indiki Türkiyənin cənub-şərqində qədim şəhər. Şəhər Bizans-ərəb müharibələrində əhəmiyyətli rol oynamışdır. == Coğrafiya == Şəhər Tavr–Aladağlar dağ silsəsinin təqribən 1,000 metr (3,300 ft) yüksəkliyində, Adıyaman vilayətinin Gölbaşı rayonundakı Ağsu çayı yaxınlıqlarında yerləşirdi. Şəhərin dəqiq yeri naməlumdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Houtsma, Martijn Theodoor, redaktorAl-Ḥadath // E.J. Brill's first encyclopaedia of Islam, 1913–1936, Volume III. Leiden: BRILL. 1987. səh. 187. ISBN 90-04-08265-4.
Katet
Katet — düzbucaqlı üçbucağın düz bucağı əmələ gətirən tərəflərin hər biri adlanır.
Latit
Latit — möhtəviləri və əsas kütləsi kaliumlu və kaliumlu-natriumlu çöl şpatlarından (ortoklaz, sanidin) və əsasən andezindən və ya bəzən labradordan ibarət olan traxiandezit bazalt süxur tərkibində müəyyən miqdarda rəngli minerallar (avgit, olivin, biotit), bəzən kvars möhtəviləri iştirak edir. Monsonitin effuziv anoloqu. Köhnəlmiş termin. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Ledeb.
Karl Fridrix fon Ledebur (ing. Carl Friedrich von Ledebour; d. 8 iyul 1786 – 4 iyul 1851) — Almaniya alimi. Botanik.
Ləgər
Aşağı Ləgər
Ləqəb
Ləqəb — İnsanlara öz adından sonra xitab edilən amil. Nik (ing. nickname /nık/neım — "ləqəb", orta əsr üngilis dilində an eke name — "digər ad", "a nick name"). Həmçinin internetdə istifadəçilərin bloq, veb-forumlarda, çatlarda və digər yerlərdə istifadə etdikləri şərti ad.
Ləçək
Ləçək - Çiçək tacında şəklini dəyişmiş yarpaq. Tozlayıcı həşaratları cəlb etmək üçün şəklini dəyişmiş və parlaq rənglərdə olurlar. Dişicik və erkəkciyi qoruyan hissədir. Tozlaşmaya yardım edir. Botanika sahəsində daha geniş olaraq öyrənilir.
Qetit
Qetit — oksid və hidroksid metallar qrupundan olan mineral. == Xüsusiyyəti == Düsturu — FeOOH. Kimyəvi tərkibi Fe2O3=90% H2O = 10% Ng=2,415 np=2 Ng-Np=0,06 Rentgenoqrafik d\n reflekslər üzrə müəyyən edilir: 4,15+4,16A;2,67A, 2,43A,3,43A və s. Xüsusi çəkisi 4,3 Rütubətli tropiklərin — lateritlərin və başqa torpaqların xarakterik mineralıdır. Aşınma, torpaqəmələgəlmənin daha dayanıqlı məhsullarından biridir. Al və Ti mineral oksidlərlə bərabər həmişəyaşıl meşə torpaqlarının yuxarı horizontlarında nisbətən toplanma qabiliyyətinə malikdir.
Qətər
Qətər (ərəb. قطر) və ya rəsmi adı ilə Qətər Dövləti (ərəb. دولة قطر) — Qərbi Asiyada dövlət. Qətər Ərəbistan yarımadasının şimal-şərqində Fars körfəzinə uzanan eyni adlı yarımadada yerləşir. Qurudan yalnız cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Sudan şimalda Bəhreyn, şərqdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə sərhədə malikdir. Paytaxtı və ən böyük şəhəri Doha, ümumi sahəsi 11,581 kvadrat kilometr, əhalisinin sayı 2.5 milyon nəfərdən çoxdur. Monarxiya ilə idarə olunan Qətər artan neft qiymətləri və sahib olduğu təbii qaz ehtiyatları sayəsində adam başına düşən gəlirə görə dünyanın ən zəngin 6-cı ölkəsidir. == Tarixi == Qətərin ərazisi qədim dövrlərdən bəri yaşayış məskəni olub. Bu ölkənin adı Roma tarixçisi Böyük Plini (I əsr) tərəfindən də xatırlanır.
Qəzet
Qəzet — kütləvi informasiya vasitəsi olub, azı ayda 1 dəfə, daimi adla nəşr edilməsi nəzərdə tutulan mətbu nəşr. Hələ Yuli Sezarın dövründə "Senatın işləri" adlı indiki qəzetləri xatırladan gil lövhələr hazırlanırdı. Lövhələrdə hadisələr yazılırdı. "Qəzet" adı italyan xırda pul vahidi qaset ilə bağlıdır. XVI əsrdə kağız vərəqlərdə çap edilən saray həyatı, ticarət xəbərləri və şəhər məlumatları haqqında xəbərləri oxumaq üçün ən xırda pul vahidi olan qaset - (it. gazza) ödənilirdi.. XX əsrə qədər Azərbaycan dilində qəzet yerinə Ruznamə sözü işlənirdi.Qəzetlər xəbərləri və maraqları faktları təqdim edən və dərc edən bir nəşr vasitəsidir. Qəzetlər ictimai fikrin formalaşmasında və baş verən hadisələr barəsində insanların məlumatlandırılmasında mühüm rol oynayırlar. == Tarixi == İlk qəzetlər əl ilə yazılmış vərəqələrdən ibarət idi və onları ictimai yerlərdən asırdılar. Ən birinci gündəlik qəzet Romada b.e.ə.
Çətən
Çətən – eyni diametrli qamış və ya ağac çubuğundan hazırlanmış məhsul. Çətən "çətmək" sözündən yaranıb, mənası "bağlamaq" deməkdir. Bəzən onu alaçıqlarda çox istifadə edildiyi üçün "çığ" da adlandırırlar. == Ümumi məlumat == Çətən adətən eyni ölçülü qamış və ya ağac çubuğundan hazırlanır. Bu çubuqlar yan-yana qoyularaq həm qıraqdan, həm də uzunluğundan asılı olaraq ortadan bir və ya bir neçə dəfə sadə ip vasitəsilə bir-birinə bərkidilirdi. Bu texnikada hazırlanmış məhsul dik vəziyyətdə alaçığın alt hissəsini bərkitmək məqsədilə istifadə edilirdi. Azərbaycanda adətən iki cür çətən mövcud olmuşdur: Saya. Saya çətənlər üzərində heç bir bəzək elementi olmurdu və o sırf məişət məqsədləri üçün hazırlanırdı. Naxışlı. Naxışlı çətənlər döşəmə, alaçıqdakı divar, arakəsmə, bəzən də pərdə kimi məqsədlərə xidmət edirdi.
Əlmət
Əlmət və ya Almetyevsk (tatar. Әлмәт / Əlmət; rus. Альметьевск) — Rusiya Federasiyasında yerləşən şəhər.