Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Levitse
Levitse (slovak. Levice [ˈlɛvit͡sɛ], mac. Léva [ˈleːvɒ], alm. Lewenz‎) — Slovakiyanın qərbində şəhər. Nitra bölgəsində yerləşir. Əhalisi 36 min nəfərdir. === Əhali === == Qalereya == == Partnyor şəhərlər == Rusiya Rtişevo Polşa Ruda Slanska - 2000 Polşa Skiernievitse - 2004 Çexiya Namest na Hane - 2004 Çexiya Boskovitse - 2008 == İstinadlar == == İnternet keçidləri == Willkommen in der Stadt Levice!
Senitsa
Senitsa (slovak. Senica, alm. Senitz‎, mac. Szenice) — Slovakiyanın qərbində, Trnava bölgəsində şəhər. Əhalisi 23 700 nəfərdir (2004-cü il). Şəhər Zahorska dağ yamaclarının şimalında, Miyava çayının sahilində yerləşir. == Tarix == == Əhali == === Əhalinin etnik mənsubiyyəti === Slovaklar – 94,60 %Çexlər – 1,56 %Qaraçılar – 0,84 %Macarlar – 0,14 %digərləri === Əhalinin konfessional mənsubiyyəti === roma-katolikləri – 47,28 %ateistlər – 31,18 %yevangelik kilsə v.d. – 17,03 %yunan-katolikləri – 0,29 %pravoslavlar – 0,11 %digərləri == Tanınmış Senitsalılar == Vlado Adásek – Slovakiyalı rejissor və ssenari müəllifi. Jozef Bossanyi – tanınmış slovak tarixçisi, dilçi və təbiyətşünası Vladimír Fajnor – (1875 – 1952), siyasətçi Jozef Kvetoslav Holub – slovak pedaqoqu Viliam Pauliny-Tóth – slovak siyasətçisi, belletris və publisisti.
Qalina Levitska
Qalina Lvivna Levitska (ukr. Галина Львiвна Левицька, 23 yanvar 1901, Pruçnik[d] – 13 iyul 1949, Lvov), eləcə də, digər tanınan adları ilə Qalina Levitska-Kruşelnitska və Olena Pyatiqorska — Ukrayna pianoçusu və musiqi müəllimi. O, Lvov Konservatoriyasının professoru və konservatoriyanın nəzdində fəaliyyət göstərən musiqi məktəbinin ilk direktoru idi. == Həyatı == Levitska Avstriya-Macarıstanın (hazırda Polşa) Pruçnik şəhərində ukraynalı ailədə anadan olmuşdur. Atası Lev Levitski vəkil idi. O, əvvəlcə həvəskar pianoçu olan anasından fortepiano dərsləri almış, daha sonra Pirzamisil şəhərində yerləşən qızlar internat məktəbində piano öyrənməyə davam etmişdir. 1920-ci ildə Vyana Musiqi və Performans Sənətləri Akademiyasını bitirmişdir. Bundan sonra o, əsasən Şərqi Avropada konsertlər vermiş, xüsusilə də, Ukrayna bəstəkarlarının əsərlərini ifa etmişdir.1927-ci ildə şair və rəssam İvan Kruşelnitski ilə evlənmişdir. 1928-ci ildə onların qızı, gələcək tarixçi Larisa Kruşelnitska anadan olmuşdur. Levitska 1926-cı ildən Lısenko adına Musiqi İnstitutunda, 1926–1932-ci illərdə isə institutun Strı filialında müəllim kimi işləmişdir.
Elitsa Todorova
Elitsa Todorova (Bolqarca: Елица Тодорова; 2 sentyabr 1977, Varna) — Bolqarıstanlı müğənni. == Həyatı == 2 sentyabr 1977-ci ildə anadan olmuşdur. Elitsa Todorova Stoyan Yankulov ilə birlikdə 2007 Avroviziya Mahnı Müsabiqəsində Bolqarıstanı təmsil etmiş və Bolqarıstana 5-ci yeri qazandırmışdılar. Elitsa və Stoyan 2013-cü ildə yenidən öz ölkələrini Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və Bolqarıstanı finala keçirə bilməyiblər.
Eqils Levits
Eqils Levits (d. 30 iyun 1955; Riqa, Latviya) — latviyalı dövlət və siyasi xadim; 8 iyul 2019-cu ildən 8 iyul 2023-cü ilədək Latviya Respublikasının 10-cu Prezidenti olub. Latviya Respublikasının Milli Silahlı Qüvvələrinin Ali Baş Komandanı olan Eqils Levits, 1993-1994-cü illərdə Latviya Respublikasının ədliyyə naziri və Latviya Respublikasının Baş nazirinin müavini vəzifələrində çalışıb. == Həyatı == Eqils Levits 1955-ci il iyun ayının 30-da Riqa şəhərində yəhudi-latış ailəsində anadan olub. Onun atası yəhudi əsilli mühəndis Yonas Levits, anası isə latış əsilli müğənni İnqeborqa Levitadır. 1972-ci ildə Levits ailəsi Latviyadan Almaniyaya emiqrasiya olunur. Ailə 1990-cı ildə Latviyanın dövlət müstəqilliyini bərpa etməsindən sonra Latviya Respublikasına qayıdıb. Eqils Levits Hamburq Universitetini hüquq ixtisası üzrə bitirib. == Fəaliyyəti == == Ailəsi == Eqils Levits Andra Levita ilə ailəlidir, Linards adında oğul, İndra adında isə qız övladı var.
Religio licita
Religio licita ("icazə verilmiş din", həmçinin "təsdiq edilmiş din" kimi tərcümə olunur) Rome imperiyasında yəhudilərin xüsusi statusunu təsvir etmək üçün Tertullianın "Apologetik risalə" əsərində istifadə etdiyi ifadə.Tertullian bu ifadədən istifadə edərkən xristianlara imperiyanın hər hansı digər sakinləri kimi öz dinlərinə etiqad etmək üçün eyni dərəcədə azadlıq verilməli olduğunu müdafiə edir. Əsərin bundan bəhs edən hissəsi Roma din sistemində təmin ediən ümumi tolerantlığın sübutudur.