Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lila
Turanqa Lila (ing. Turanga Leela) — "Futurama" cizgi serialının personajlarından biri. Keti Saqal tərəfindən səsləndirilib. Lila Planet Ekspres Gəmisinin kapitanı və pilotudur. Serialın baş qəhrəmanı Fray ilə sonralar nişanlanır. Personaj fransız bəstəkar Olivye Messianın "Turangalîla-Symphonie" əsərinin adını daşıyır. O, həmişə bacarıqlı, məsuliyyəti öz üzərinə götürən və qrupun qalan hissəsini ardıcıl olaraq təhlükədən xilas edən yeganə personajlardan biridir. Ancaq o, özünə çox inanmır, çünki onun yalnız bir gözü var və buna görə uşaq ikən qısnamaya məruz qalıb. Əvvəlcə özünün yadplaneti olduğunu düşünür, lakin sonralar kanalizasiyada mutasiyaya uğramış insanlardan biri olduğunu öyrənir.
Lilya Bucurova
Lilya Bucurova (krımtat. Lilâ Rustem qızı Bucurova, ukr. Ліля Рустемівна Буджурова; 1 noyabr 1958, Anqren, Daşkənd vilayəti) — Krımtatar əsilli şairə və jurnalist. == Həyatı == 1 noyabr 1958-ci ildə Özbəkistanın Anqren şəhərində anadan olub. 1979-cu ildə Daşkənd Regional Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. 1989-cu ildə ilk Samizdat toplusunu: "Sındırılmamış bilet", sonra "Nə vaxt qayıdacağıq" toplularını nəşr etdirir. 1991-ci ildə Krıma qayıtdır. 1991-ci ildən 1997-ci ilə qədər Krımtatar Avdet qəzetinin baş redaktoru vəzifəsində işləmişdir: onun dediyinə görə, Mustafa Əbdülcəmil Qırımoğlunu tənqid etdiyinə görə işdən çıxarılıb. 1991-ci ildən 2011-ci ilədək əvvəlcə Krımtatar mətbəsinin redaktoru, sonra "Krım" Dövlət Televiziya və Radio Şirkətinin aparıcı redaktoru kimi çalışmışdır. Müxtəlif illərdə "Ana-Yurt", "Təhlükəli Zona" və "Baş redaktor" kimi müəllif proqramlarına rəhbərlik etmişdir.
Lilya Brik
Lilya Yuriyevna Brik və ya Lilya (Lili) Yuriyevna Kaqan (rus. Ли́ля Ю́рьевна Брик; 30 oktyabr (11 noyabr) 1891, Moskva – 4 avqust 1978[…], Peredelkino[d], SSRİ) — Sovet nasir və tərcüməçisi, "rus avanqardının ilham pərisi", XX əsrin ən məşhur ədəbi-bədii salonlarından birinin sahibəsi. Xatirələr müəllifi, Vladimir Mayakovskinin həyatında böyük rol oynamış, onun əsərlərinin baş qəhrəmanı. O, 15 il Mayakovskinin sevgilisi olub. Brik şairlə 1915-ci ildə tanış olub. Xüsusilə, "Bu barədə", "Onurğa fleyta" şeirləri, "Hər şeyə", "Liliçka!" şeirləri və bir çox başqa əsərlər ona həsr edilib. Elza Triolenin bacısı. O, rəsmi olaraq Osip Briklə nikahda idi. Müxtəlif dövrlərdə Lilya Vitali Primakov, Vasili Katanyan və Vladimir Mayakovski ilə vətəndaş nikahında olub. Lilya Brikin tərcümeyi-halı müxtəlif ölkələrin bir çox incəsənət və ədəbiyyat xadimlərinin, o cümlədən Sergey Narovçatov, Pavel Koqan, Mixail Kulçitski, Maya Plisetskaya, Rodion Şedrin, Sergey Paracanov, Andrey Voznesenski, Martiros Saryan, Mark Şaqal, Pablo Pikassonun və başqalarının taleyi ilə bağlıdır.
Lila Dauns
Ana Lila Downs Sánchez (Oaxaka, Meksika - 9 sentyabr 1968-ci ildə) Meksikada anadan olub. Qısaca Lila Downs kimi tanınır. mixteker əsilli meksika-lı müğənni, bəstəkar, rəqqasə və aktrisadır. 90-cı illərin sonlarından etibarən tanınmağa başlamış, folk, latin, rock, traditional kimi musiqi janrlarının ən vacib şəxslərindən biridir. Yarı ərəb yarı latın milli rəqsləri ilə dinləyicilərin rəğbətini qazanmışdır. Həmçinin bəstəkar olan müğənni 1 dəfə Grammy, 2 dəfə Latin Grammy. Ən çox albomu satılan Meksika-lı müğənnidir. Cumbia del Mole sinqlı 2 milyondan çox satılaraq son 1 ilin ən çox satılan sinqlı olmuşdur. Downs Amerika, Avstraliya və İngiltərə-də ən çox yüksələn Cənubi Amerika-lı müğənnidir.
Mimoza Kusari-Lila
Mimoza Kusari-Lila (alb. Mimoza Kusari-Lila 16 oktyabr 1975) — Kosovo-Albaniya dövlət və siyasi xadimi, Yeni Kosovo İttifaqının və daha sonra Alternativ partiyasının üzvü. Mimoza Kusari 16 oktyabr 1975-ci ildə Kosovonun cənub-qərbindəki Cyakovitsa şəhərində ziyalı ailəsində anadan olmuşdur: atası pulmonoloq, anası məktəbdə alban dili və ədəbiyyatı müəllimi idi. Bir müddət ailə Kosovo Peç şəhərində yaşayır, sonra 1980-ci illərin ortalarında Cyarkovisaya qayıdır. «Hajdar Dushi» gimnaziyasını bitirdikdən sonra Priştina Universitetinin İqtisadiyyat fakültəsinə daxil olur (universitet 1999-cu ildə fəaliyyətini dayandırır), İdarəetmə və İnformasiya Sistemləri ixtisası üzrə məzun olarkən təhsilini ödəmək üçün işləyir. 1998-1999-cu illərdə Kosovoda münaqişə baş verəndə, Sərhədsiz Həkimlər və ATƏT-də işləmişdir. O, həmçinin ABŞ-də MBA təhsilini davam etdirmək üçün ABŞ Dövlət Departamentindən nüfuzlu Ron Braun Təqaüdü alaraq Makedoniyadakı qaçqın düşərgəsində işləmişdir. ABŞ-də olarkən Kusari-Lilya, İqtisadiyyat İnstitutunda, Kolorado Universitetində və Pittsburqdakı Dyukeyn Universitetində elektron biznes sahəsində magistr dərəcəsi ilə təhsilini davam etdirir. Amerikada liderlik keyfiyyətlərini göstərən tələbə icmalarının təşkili və işində fəallıq göstərir. Dyukeyn Universitetinin İşadamı Qadınlar Assosiasiyasının təsisçisi, ilk prezidenti olur və Vaşinqtonda Beynəlxalq Təhsil Həftəsini qeyd etmək üçün Dövlət katibi Madlen Olbraytın dəvət etdiyi Şərqi Avropadan gələn üç Ron Braun təqaüdçülərindən biri idi.
Ram və Lila (film, 2013)
Güllə səsləri altında rəqs: Ram və Lila, yaxud da daha çox tanınan adı ilə Ram və Lila (hind. गोलियों की रासलीला रामलीला ; Romanizasiya: Goliyon ki Raasleela Ram-Leela) Sanjay Lila Bansalinin rejissorluğu altında çəkilmiş 2013-cü il istehsalı olan Hindistanın melodram janrında olan film. Sanjay Leela Bhansali həm də filmin orijinal saundtrekini bəstələyib. Film Bhansali Productions və Eros International studiyalarında Bansalinin özünün və Kişore Lullanın prodüserliyi ilə çəkilmişdir. Baş rollarda Dipika Padukone və Ranvir Sinq iştirak ediblər. Filmdə, həmçinin Supriya Pathak, Riça Çadda, Şarad Kelkar, Gulşan Devaya, Barxa Bişt Sengupta və Abhimani Sinq iştirak etmişdirlər. Priyanka Çopra “Ram Chache Leela” mahnısı üçün xüsusi rəqs nömrəsində çıxış etmişdir. Hindistanın Qucarat ştatında iki nəsil arasında 5 əsrlik qan düşmənçiliyi davam edir. Son illər onların arasındakı ədavət pik nöqtəyə çatıb. Tərəflər artıq silahlara əl ataraq, açıq müharibəyə başlayıblar.
Bilet
Bilet (fr. "billet", orta əsrlərdə "billetus" — məktub, şəhadətnamə, vəsiqə) — özündə müvafiq göstəriciləri əks etdirən müəyyən formaya malik sənəd. Adətən təqdim edilir. Bilet bəzən ixtisaslaşmış təşkilat tərəfindən adlı formada da rəsmiləşdirilir. Bu, ona malik olan subyektin təşkilat-emitentin peşə fəaliyyətinin predmetini təşkil edən xidmətlərdən istifadə etməsinin legitimliyi hüququnu təsdiq edir. Məsələn, gediş bileti sərnişin daşıma müqaviləsinin bağlanmasını təsdiq edir. Ümumi halda bilet pullu tədbirə giriş və ya pullu xidmətdən istifadə üçün hüququ sənəddir. == Formaları == Biletlər müxtəlif formada ola bilər: Şəxsin müəyyən ictimai təşkilata mənsubiyyətini (məsələn, partiya bileti, həmkarlar ittifaqı bileti) təsdiq edən sənəd; Şəxsin müəyyən dövr ərzində bir qədər məhdudlaşdırılmış ərazidə (məsələn, ovçuluq bileti) müəyyən fəaliyyət növü ilə məşğul olmaq hüququnu təsdiq edən sənəd; Tarixən təşəkkül tapmış və sabit söz birləşmələrində (məsələn, bank bileti, dövlət bankı bileti, dövlət xəzinə bileti) sənədin adlandırılması üçün istifadə edilən termin; Kitabça, kartoçka, vərəqə və s. şəklində olub, sahibinin partiyaya və ya hər hansı bir ictimai təşkilata mənsubiyyətini təsdiq edən sənəd. Məsələn, həmkarlar ittifaqı bileti; Maliyyədə kağız pul.
Biləv
Biləv — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Ümumi məlumat == Biləv bələdiyyəsinin mərkəzidir. Rayonun mərkəzindən 35 km şimal-qərbdə, Ordubad-Bist avtmobil yolunun üstündədir. Gilan çayının (Arazın qolu) sahilində, Zəngəzur silsiləsinin ətəyindədir Orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi, rabitə şöbəsi, ATS-i var. Gilançayın yuxarı axını boyunca yerləşən Biləv kənd ərazisində Tunc və ilk Dəmir dövürlərinə aid maddi mədəniyyət qalıqları tapılmışdır. Biləv kəndində orta əsrlərə aid nekropol və Gilançay üzərində iki açırımlı körpü də var. == Oykonimin izahı == Oykonim kəndin ərazisindəki eyniadlı bulağın adındandır. Tədqiqatçılar kəndin adının ərazidəki dağlarda olan bulov daşlarından götürüldüyünü ehtimal edirlər. Lakin belə olduqda kəndin adı Bilov deyil, Bulovlu olmalı idi. Oykonim mənbələrdə də Biləv kimi qeydə alınmışdır.
Calea
Kaleya (lat. Calea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonim == Aschenbornia S.Schauer Brasilia G.M.Barroso Geissopappus Benth. Mocinna Lag.
Cilən
Cilən — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Cilən kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndi 1840-cı ildə Ermənistanın Qafan rayonunun Balx kəndindən və Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələri Cilan adlı yerdə salmışdılar. Cilan "bataqlıq, sucaq yer" deməkdir. Kənd öz adını salındığı yerin adından almışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil.
Cılxa
Cılxa xan — türk və altay mifologiyasında uşaq tanrısı. Uşaq doğulduğunda taleyini təyin edər. Doğumu edən qadını da qoruyur. Uşağı olmayan qadınlar tərəfindən ondan uşaq istənilər. Yakutlarınn mifoloji inanclarında, xeyirxah və "Ayıhı"lardan olan bir ruhdur. İnanışa görə "Cılka Xan", uşaq doğulduğunda onun qədərini təyin edər. Mifoloji mətnlərdə, onun və həyat yoldaşının göylərdə yaşadığı deyilər. Dəğum ruhu uşaq vermədiyi zaman, Yakutlar uşağı bu dəfə "Cılka Xan" dan diləyərlər. Canını "Cılka Xan"ın verdiyi uşağın gələcəyi yaxşı olar və bu uşaq, hər hansı bir xəstəlikdən və ya qəzadan ötəri ölməz. Hevyanların tələf olduğu və ya quraqlıq vaxtlarda, yenə "Cılka Xana yalvarılıp dua edilər.
Dilba
Dilba (doğum adı: Dilbahar Demirbağ; 24 noyabr 1971) — kürd mənşəli Türk-İsveç pop müğənnisi.
Diler
Diler (ing. dealer) — birja əqdlərinin müəyyənləşdirilmiş qaydada öz adından, öz hesabına bağlanmasını həyata keçirən və sonradan onu birjada satmaqla məşğul olan birja vasitəçisidir. Diler — hər hansı bir şirkətin məhsullarını topdan alıb, sonradan pərakəndə və kiçik topdan satılması ilə məşğul olan hüquqi və ya fiziki şəxsdir (məsələn: avtomobil dileri). Dilerlər sırf vasitəçilikdən başqa öz adından (özü üçün) və öz hesabına sonradan satmaq məqsədilə qiymətli kağız almaq hüququna malikdirlər. Onlar həm öz aralarında, həm də brokerlərlə əqdlər bağlaya bilər. Dilerlərin gəliri qiymətli kağızı sərfəli qiymətlə sonradan satmaq hesabına əmələ gəlir, yəni məzənnə fərqi kimi çıxış edir. Demək olar ki, dilerlər birjada möhtəkirliklə məşğuldur. Müasir fond birjası indi də əksər hallarda zahirən hələ keçən əsrlərdə inşa edilmiş, lakin daxilən ən yeni avadanlıqla, xüsusilə də tele- kommunikasiya avadanlığı ilə təchiz edilmiş böyük bir binadır. Birjalar hər iş günü bunun üçün ayrılmış saatlarda işləyir. Fond birjasında mühüm yeri tiker adlanan elektron tablo tutur.
Filma
"Filma" — Azərbaycanda film istehsalı ilə məşğul olmuş səhmdar cəmiyyət. == Filmoqrafiya == Arşın mal alan (film, 1917) Arvad (film, 1916) Arvadlar ərlərini mənsəbə necə çatdırırlar (film, 1916) Ayaqyalın məhəbbət (film, 1916) Bir alçalmanın tarixi (film, 1919) Knyaz Dəmir Bulat (film, 1916) Neft və milyonlar səltənətində (film, 1916) Ölümünə bir saat qalmış (film, 1916) Yeni tərzdə köhnə əhvalat (film, 1916) == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Gilək
Gilanlılar və ya Giləklər (gil. گیلک, fars. گیلک‎, rus. Гилянцы) — İranda yaşayan irandilli xalq. Gilan dilinə ən yaxın dil mazandaran və talış dilidir. qalışların tərkibinə daxil olduğu gilək xalqı əsasən Gilan ostanında, az sayda Tehran ostanında və Mazandaran ostanında da yaşayırlar. == İqtisadiyyat == Gilaklar həm Alborz dağlarında, həm də bitişik düzənliklərdə yaşayırlar. Nəticə olaraq Alborz dağlarının şimal tərəfində yaşayanlar heyvandarlığa meylli olurlar, düzənlik təsərrüfatlarında yaşayanlar. Gilaklar vilayət və milli iqtisadiyyatda mühüm rol oynayaraq bölgənin əsas düyü, taxıl, tütün və çay kimi kənd təsərrüfatı məhsullarının əsas hissəsini təmin edir. Digər əsas sənaye sahələrinə balıqçılıq və kürü ixracatı və ipək istehsalı daxildir.
Liber
Liber (isp. Llíber) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 21,90 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 1056 nəfərə çatmışdır.
Licər
Licər — Qəbələ rayonu ərazisində dağdır. Bum çayından sağ tərəfdə yerləşir. Keçmişdə maldar ellərin yaylaq yeri olmuşdur. Oronim “su kənarı; səfalı, xarici görünüşcə gözəl” mənasındadır.
Lider
Lider (ingiliscə "leader" — birinci, aparıcı, qabaqda gedən) — qrupda, kollektivdə hamının aparıcılığını qəbul etdiyi nüfuzlu şəxs. İnsanlar qrupu bu şəxsə ən məsul qərarlar qəbul etməyə səlahiyyət verir, o kollektivin daxili təşkilində və fəaliyyətində əsas rol oynayır. Harri Trumana görə, lider başqalarının etmək istəmədiyi və sevmədiyi işləri onlara etdirmə qabiliyyətinə sahib olan adamdır. Psixologiya elmində liderlərin aşağıdakı təsnifatı vardır: ruhlandıran lider; universal lider; situasiyaya görə lider; işgüzar lider. == Liderin xüsusiyyətləri == Liderin xüsusiyyətləri dedikdə bu xüsusiyyətlər 3 qola ayrılır: === Fərdi (şəxsi) keyfiyyətlər === Özünə inam Aktiv həyat Təşəbbüskarlıq Motivasiya Məsuliyyət ==== İdarəetmə və təşkilatı keyfiyyətlər ==== Rəhbərlik etmək bacarığı Təşkilati bacarıqlar Fürsət və təhlükələri görmə perspektivi Çeviklik, manevr qabiliyyəti Komanda işini və komanda üzvlərini qorumağa hazır olmaq ===== Psixoloji və sosial keyfiyyətlər ===== Ədalət Ardıcıllara özlərini inkişaf etdirmək və təsdiqləmək üçün şərait yaratmaq == Liderlərin fərqi == formal lider — o situasiyaya turduğu vəzifəyə görə təsir edir; qeyri-formal lider — o situasiyaya qabiliyyətinə, məlumatlılığına və ya hansısa xüsusiyyətinə görə təsir edir. Liderlərin fəaliyyət stili aşağıdakı kimi olur: avtoritar - ciddi intizam tətbiq edilir, dəqiq vəzifə bölgüsü olur, onunla mübahisə edilmir, qrupun rəyinə qulaq asılmır, hamı onun qərarına tabe olmalıdır; demokratik - qrup üzvləri ilə məsləhətləşmələr aparılır, qrupun rəyi əsas götürülür, səlahiyyətin bir hissəsi qrupun digər üzvlərinə verilir; anarxik - qrupda intizam yoxdur, qərarlar xaotik qəbul olunur, liderlər tez-tez dəyişir, hər hansı qərar icrasına nəzarət yoxdur. Lider formal, yaxud da qeyri-formal ola bilər. Formal lider təyin edilir, onun qərarları rəsmi lider olduğuna görə yerinə yetirilir. Qeyri-formal lider rəsmi qruplarda qərar qəbulunda birbaşa iştirak etmir. Вununla belə onun rəyi daima bilinir və təsir imkanına malikdir.
Qılça
Qıç və ya qılça — aşağı ətraflar olub, ağırlıq daşıyan və hərəkəti təmin edən bədən üzvüdür. Bir çox heyvanda ayaq qıçın son hissəsində pəncələr və ya dırnaqlardan təşkil olunmuş, bir və ya daha çox seqment və ya sümükdən ibarət olan orqandır.
Çilər
Çilər (İsp. Chilenos) — Çili milli etnik qruplar. Çilər əksəriyyəti Çili yaşayır baxmayaraq, əhəmiyyətli icmalar çox ölkələrdə, ən xeyli Argentina və ABŞ-də yaradılıb. Digər böyük Çili icmalar Avstraliya, Kanada və İsveç var. sıra kiçik olsa da, Çili xalqı da Antarktida və Falkland adaları daimi əhalisinin böyük hissəsini təşkil edir.
Çilət
Çilət — Azərbaycan Respublikası Kəlbəcər rayonunun Çıldıran kəndindən cənubda dağ. Hündürlüyü 1561 m. Cilet variantında da qeydə alınmışdır. Çilət "ciskin, sis, qatı duman" mənasındadır.
İller
İller (alm. Iller‎) — Dunayın sağ qolu, Almaniyanın cənubunda çay. Çayın uzunluğu 147 km, hövzəsinin sahəsi isə- 2152 кm²-dir. Oberstdorf ərazisi Avstriya ilə həmsərhəddir. Mənbəyinin hündürlüyü dəniz səviyyəsindən 778 m-dir. Braytax, Ştillah, Bavariya və Baden-Byutemberqın qarışmasından yaranır. Daha sonra İller şimal istiqamətində axaraq Bavariya və Baden-Byurtemberq keçərək, Ulm şəhəri yaxınlığında Dunay çayına tökülür. Çayın üzərində SES-ı mövcuddur. Çayın sahilində Zontxofen, İmmenştadt-im-Alqoy, Kempten, Ulm şəhərləri yerləşir.
Lalda
Ziyilotu (lat. Lapsana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Lampsana Mill.
Ligia
Timeleya (lat. Thymelaea) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinə aid bitki cinsi.
Galilea
Topalaq (lat. Cyperus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinə aid bitki cinsi.
Hiley
Hiley (q.yun. Ὑλεὺς) — qədim yunan mifologiyasında Kalidoniya qaban ovunda iştirak edən qəhrəmanlardan biri. Ovçular vəhşi heyvanı mühasirəyə alan zaman Hiley və Ankey onun tərəfindən öldürülmüşdür.