Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hisense
Hisense (çin. 海信集团; pinyin: hǎi xìn jí tuán) — baş ofisi Çinin Şandun əyalətinin Qingdao şəhərində yerləşən çoxmillətli məişət əşyaları və elektronika istehsalçısı. Bu şirkət, ictimai şirkət tipində olub, eyni zamanda da törəmə şirkətləri olan dövlət müəssisəsidir. Hisense şirkətinin iki ictimai şirkət tipində olan şirkəti mövcuddur. Hisense Electric Co Ltd Şanxay Fond Birjasında qeydiyyatdan keçmişdir (SSE: 600060). Hisense Kelon Electrical Holdings Co Ltd şirkəti isə Shenzhen (SZSE: 000921) və Honq Konq (SEHK: 921) birjalarında qeydiyyatdan keçmişdir. Hisense şirkətinin Çində 13 istehsal müəssisəsi mövcuddur. Sözügedən istehsal müəssisələri Quangdong, Guizhou, Huzhou, Jiangsu, Liaoning, Linyi, Shandong, Sichuan, Yangzhou, Yingkou, Sincan, Zibo və Pekin bələdiyyələrinin əyalətlərində/şəhərlərində yerləşir. Bu istehsal müəssisələrindən bir neçəsi isə Çindən kənarda, yəni Macarıstan, Cənubi Afrika, Misir, Əlcəzair, Fransa və Meksikada yerləşir. Hisense müxtəlif brend adlar altında məhsulların satışını həyata keçirir.
Lisini
Flavi Qaleri Valeri Lisinian Lisini (lat. Flavius Galerius Valerius Licinianus Licinius), Roma tarixşünaslığında daha çox Lisini kimi tanınır (təq. 263, Moziya – 325, Saloniki) — 308–324-cü illərdə hakimiyyətdə olmuş Roma imperatoru. Lisini illiriyalı kəndli ailəsində anadan olmuşdur. O, 307-ci ildə imperator olan dostu Qaleri tərəfindən avqust elan edilmişdir. Qaleri onun qərb torpaqlarını idarə edəcəyinə ümid edirdi, lakin İtaliya, Afrika və İspaniyanı qəsbkar Maksensi, Konstantin isə Qalliya və Britaniyanı idarə etdiyi üçün Lisini Pannoniya hakimi kimi kifayətlənməli olmuşdu. 311-ci ildə Qaleri vəfat edəndə Lisinin onun Avropadakı mülklərini ələ keçirmişdir. O, bacısı Konstansa ilə evlənərək Maksimin Dazaya qarşı Konstantinlə ittifaq qurmuşdur. Bu birliyin nəticəsi 313-cü ildə imzalanmış, xristianlara qarşı tolerantlıq haqqında Milan fərmanı olmuşdur. Adrianopol yaxınlıqlarında Maksimini məğlub edən Lisini bütün şərqin başçısı olmuşdur.
Adrian Visente
Adrian Visente Yunta (11 iyun 1999) — İspaniyalı taekvondoçu. Adrian Visente İspaniyanı 2017-ci ildə XXIII Taekvondo üzrə Dünya Çempionatında təmsil etdi. Adrian Visente birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Taekvondo üzrə Dünya Çempionatında kişilər 54 kq çəkidə, 1/32 final mərhələsində Özbəkistanın nümayəndəsi Suxrob Bobobekov üzərində 14:11 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldi. Növbəti mərhələdə İrlandiyanın nümayəndəsi Cek Uolli ilə üz-üzə gəldi və rəqibinə 37:17 hesabı ilə qalib gəldi. 1/8 final mərhələsində Visente Braziliyanın nümayəndəsi Adriano Alveş ilə üz-üzə gəldi və rəqibinə 7:15 hesabı ilə uduzdu.
Bacopa eisenii
Bacopa eisenii (lat. Bacopa eisenii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bacopa cinsinə aid bitki növü.
Bulbophyllum lipense
Bulbophyllum lipense (lat. Bulbophyllum lipense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Nikolay Lisenko
Nikolay Vitalyeviç Lısenko (ukr. Мико́ла Віта́лійович Ли́сенко; 22 mart 1842[…] – 6 noyabr 1912[…], Kiyev) — Ukrayna bəstəkar, pianoçu, dirijor və ictimai xadimi. Hazırda Ukrayna milli mədəniyyətinin görkəmli nümayəndələrindən hesab olunur. Nikolay Lısenko əslən qədim kazak olan Lısenko nəslindəndir. Atası Vitali Romanoviç Lısenko 13-cü draqun alayında polkovnik olmuşdur. Ana, Olqa Yeremeyevna poltava mənşəlidir. Erkən yaşlarından Nikolay Taras Şevçenkonun və Ukraynanın xalq mahnılarının şeirlərini sevirdi, nənələri - Nikolay və Mariya Bulubaşini onda bu sevgini daha ds dərinləşdirmişlər. Ev tərbiyəsi başa çatdıqdan sonra Nikolay gimnaziyaya hazırlaşmaq üçün Kiyevə getdi, burada ilk öncə Veyl pansionatında, daha sonra isə Geduen pansionatında oxudu. 1855-ci ildə Nikolay 1859-cu ilin yazında gümüş medal ilə bitirdiyi ikinci Xarkov gimnaziyasına köçürülmüşdür. Gimnaziyadakı təhsil əsnasında, o, xüsusi olaraq musiqini (müəllimi - N.D.Dmitriyev) öyrəndi və tədricən Xarkovda pianoçu kimi tanındı.
Nikolay Lısenko
Nikolay Vitalyeviç Lısenko (ukr. Мико́ла Віта́лійович Ли́сенко; 22 mart 1842[…] – 6 noyabr 1912[…], Kiyev) — Ukrayna bəstəkar, pianoçu, dirijor və ictimai xadimi. Hazırda Ukrayna milli mədəniyyətinin görkəmli nümayəndələrindən hesab olunur. Nikolay Lısenko əslən qədim kazak olan Lısenko nəslindəndir. Atası Vitali Romanoviç Lısenko 13-cü draqun alayında polkovnik olmuşdur. Ana, Olqa Yeremeyevna poltava mənşəlidir. Erkən yaşlarından Nikolay Taras Şevçenkonun və Ukraynanın xalq mahnılarının şeirlərini sevirdi, nənələri - Nikolay və Mariya Bulubaşini onda bu sevgini daha ds dərinləşdirmişlər. Ev tərbiyəsi başa çatdıqdan sonra Nikolay gimnaziyaya hazırlaşmaq üçün Kiyevə getdi, burada ilk öncə Veyl pansionatında, daha sonra isə Geduen pansionatında oxudu. 1855-ci ildə Nikolay 1859-cu ilin yazında gümüş medal ilə bitirdiyi ikinci Xarkov gimnaziyasına köçürülmüşdür. Gimnaziyadakı təhsil əsnasında, o, xüsusi olaraq musiqini (müəllimi - N.D.Dmitriyev) öyrəndi və tədricən Xarkovda pianoçu kimi tanındı.
Visente Aleyksandre
Visente Pio Marselino Aleysandre (26 aprel 1898[…], Sevilya[…] – 14 dekabr 1984[…], Madrid[…]) — ispan şair. İspan şairi Visente Aleysandre-i-Merlo Seviliyada, dəmir yol tikintisi mühəndisinin ailəsində anadan olmuşdu. 1913-cü ildə Madriddəki Tereza Kollecini ("Kolexio Tereziano") bakalavr dərəcəsi ilə bitirmişdi. Ali təhsil almaq üçün Madrid universitetinin hüquq fakültəsini seçsə də, daha çox ispan ədəbiyyatı seminarlarında iştirak edirdi. Sevdiyi müəlliflər sırasına Homer, Şiller, Dostoyevski və b. daxil idilər. Sonralar bu siyahıya ötən əsrin əvvəllərində ispandilli ölkələrdə çox populyar olan Nikaraqua modernist-şairi Ruben Dario da əlavə edilmişdi. Universiteti hüquqşünas və iqtisadçı ixtisası ilə bitirdikdən sonra Visente bir müddət Madrid ticarət məktəbində çalışmış, hətta hüquq və iqtisadiyyata dair məqalələr çap etdirmişdi. Bununla yanaşı, çapı haqqında ciddi düşünmədiyi şeirlər də yazmışdı. Və poeziyaya bağlılığını sirr kimi hamıdan gizli saxlamışdı.
Visente Aleysandre
Visente Pio Marselino Aleysandre (26 aprel 1898[…], Sevilya[…] – 14 dekabr 1984[…], Madrid[…]) — ispan şair. İspan şairi Visente Aleysandre-i-Merlo Seviliyada, dəmir yol tikintisi mühəndisinin ailəsində anadan olmuşdu. 1913-cü ildə Madriddəki Tereza Kollecini ("Kolexio Tereziano") bakalavr dərəcəsi ilə bitirmişdi. Ali təhsil almaq üçün Madrid universitetinin hüquq fakültəsini seçsə də, daha çox ispan ədəbiyyatı seminarlarında iştirak edirdi. Sevdiyi müəlliflər sırasına Homer, Şiller, Dostoyevski və b. daxil idilər. Sonralar bu siyahıya ötən əsrin əvvəllərində ispandilli ölkələrdə çox populyar olan Nikaraqua modernist-şairi Ruben Dario da əlavə edilmişdi. Universiteti hüquqşünas və iqtisadçı ixtisası ilə bitirdikdən sonra Visente bir müddət Madrid ticarət məktəbində çalışmış, hətta hüquq və iqtisadiyyata dair məqalələr çap etdirmişdi. Bununla yanaşı, çapı haqqında ciddi düşünmədiyi şeirlər də yazmışdı. Və poeziyaya bağlılığını sirr kimi hamıdan gizli saxlamışdı.
Alvaro Visente
Alvaro Visente Domenek (isp. Álvaro Vicente Doménech ; 25 yanvar 1928, Valensiya) — İspaniya boksçusu. O, 1948 Yay Olimpiya Oyunlarında iştirak etmişdir. Alvaro Visente 25 yanvar 1928-ci ildə İspaniyanın Alberike şəhərində anadan olmuşdur. 1950–1951-ci illərdə peşəkar boksda mübarizə aparmışdır. 16 avqust 1950-ci ildə keçirilən ilk döyüşdə ispaniyalı Fransisko Mir üzərində nokautla qalib gəlmişdir. Ümumilikdə 4 peşəkar döyüş keçirmiş, 3 qələbə qazanmışdır, 1 məğlubiyyət almışdır.
Visente Kalabuiq
Visente Kalabuiq Saus (isp. Vicente Calabuig Saus; 3 mart 1953) — İspaniya həndbolçu, sol cinah oyunçusu. O, 1980 Yay Olimpiya Oyunlarında iştirak etmişdir. Visente Kalabuiq 3 mart 1958-ci ildə İspaniyanın Moxente bələdiyyəsində anadan olmuşdur. O, sol cinah müdafiəçisi kimi həndbol oynayırdı. Valensiyada "Markol" və "Qranolyers" komandaları üçün oynamışdır. 1976-cı ildə "Qranolyers" ilə Kubok Qalibləri Kubokunun ilk buraxılışını qazanmışdır. 1979–1983-cü illərdə "Barselona"da çıxış etmiş, burada iki dəfə İspaniya çempionu (1980, 1982), bir dəfə isə İspaniya kubokunun qalibi (1983) olmuşdur. 1979-cu ildə İspaniya millisində Çexoslovakiyaya qarşı debüt etmişdir. O, həmin il Dünya Çempionatının "B" divizionunun qalibi olmuşdur.
Visente Orteqa
Visente Orteqa Vila (isp. Vicente Ortega Vila; 11 sentyabr 1950 – 2006) — İspaniya həndbolçusu və futbolçusu. O, 1972 Yay Olimpiya Oyunlarının iştirak etmişdir. Visente Orteqa 11 sentyabr 1950-ci ildə İspaniyanın Solyana şəhərində anadan olmuşdur. Valensiyadakı Dominikan Atalar Kollecində oxuyarkən həndbol oynamağa başlamışdır. 1966/67 mövsümündə gənclər arasında İspaniya çempionu olmuşdur. O, qısa fasilələr ilə Valensiyanın "Markol" klubunda çıxış etmişdir. Fasilələr müddətində "Qandiya" futbol klubunda oynamışdır. 1970/71 mövsümündə İspaniya kubokunu qazanmışdır. Sonra bir neçə mövsüm "Atletiko Madrid" HK-də çıxış etmiş, sonra "Markol"a qayıtmış və burada həndbol karyerasını bitirmişdir.
Trofim Lısenko
Trofim Denisoviç Lısenko Ukrayna və Sovet aqronomu və bioloqudur. Biologiya- Miçurin aqrobiologiyasında yalançı elmi istiqamətin banisi və ən böyük nümayəndəsi, SSRİ Elmlər Akademiyasının (1939), Ukrayna Elmlər Akademiyasının (1934), VASXNİL-in akademikidir (1935). Sosialist Əməyi Qəhrəmanıdır (1945). Üç dəfə birinci dərəcəli Stalin mükafatı laureatıdır (1941, 1943, 1949). 1934-cü ildə elmi rəhbər, 1936-cı ildə isə Odessada Ümumittifaq Seleksiya və Genetika İnstitutunun direktoru təyin edilir. 1940-1965-ci illərdə SSRİ Elmlər Akademiyasının Genetika İnstitutunun direktoru olub.. Trofim Lısenko bir aqronom kimi bir sıra aqrotexniki üsulları (vernalizasiya, pambıq budanması, kartofun yay əkini) təklif və təbliğ etmişdir. Lısenkonun təklif etdiyi üsulların əksəriyyəti hələ sovet kənd təsərrüfatında geniş tətbiq olunduğu dövrdə də P.N. Konstantinov, A.A. Lyubişev, P.İ. Lisitsyn və başqaları tərəfindən tənqid edilmişdir. Lısenkonun nəzəriyyələrinin və aqronomik metodlarının ümumi çatışmazlıqlarını üzə çıxaran elmi rəqibləri də onu dünya elmi və təsərrüfat praktikasından ayrıldığına görə qınayırdılar. Bəzi üsullar (məsələn, macar entomoloqu Yablonovskinin təklif etdiyi Asproparthenis punctiventris ilə mübarizə üsulu) Lısenkodan çox-çox əvvəl məlum idi, lakin gözləntiləri doğrultmadı və ya köhnəlmişdi..
Abbas Lisani
Abbas Lisani (az-əbcəd. عباس لسانی‎; 18 fevral 1967, Ərdəbil ostanı) — azərbaycanlı milli mədəni fəal, vicdan məhbusu, şair, yazıçı. Göstərdiyi milli mədəni fəaliyyətə görə 1997-ci ildən etibarən dəfələrlə həbs olunub. Təkcə 2006-cı ildə 6 ay ərzində 4 dəfə mühakimə edilib, 30 ay həbs, 50 zərbə şallaq və 3 il sürgünə məhkum olunub. Buna səbəb 2005-ci ildə Babək Qalası Qurultayında, Məşrutə inqilabının ildönümündə, Təbrizdə Bağır Xanın məzarı üstündə keçirilən mərasimlərdə və 2006-cı ilin may ayında Milli Qiyam Günündə iştirak etməsi olub. Sonrakı illərdə də dəfələrlə həbs olunub, təzyiqlərə məruz qalıb və sürgün edilib. Həbsinə qarşı müxtəlif beynəlxalq təşkilatlar, partiyalar və fəallar bəyanatlar veriblər. 2007-ci ildən etibarən Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən vicdan məhbusu elan edilib. Həbsdən azad olunması üçün bir sıra təşkilatlar və fəallar onlarla imzatoplama və etiraz aksiyaları keçiriblər. Öz haqlarını o cümlədən də digər məhbusların haqlarını qorumaq üçün dəfələrlə aclıq aksiyaları edib.
Hədəf liseyi
Hədəf liseyi — "Hədəf Kursları" MMC-nin bazası əsasında təsis edilən təhsil müəssisəsidir. Lisey, STEAM qısaltmasının təmsil etdiyi elm, texnologiya, mühəndislik və riyaziyyat disiplinlərinin qarşılıqlı əlaqədə və "toxunaraq öyrənmək" prinsipinə əsaslanaraq tədris edilməsi məqsədi daşıyır. Hədəf Liseyinin tədris proqramı milli və mütərəqqi beynəlxalq kurikulumların inteqrasiyasından ibarətdir. STEAM mərkəzli məktəb təhsili bütün dünyada sürətlə yayılır və müxtəlif ölkələrin rəsmi və akademik qurumları, təhsil sistemlərində STEAM təhsilinin təşviqi və dəstəklənməsi üçün əməkdaşlıq edirlər. UNESCO-nun mühəndisliyə dair hesabatında "mühəndisliyin sosial, iqtisadi və humanitar inkişafın mühərriki" olduğu bildirilir və cəmiyyətlərin inkişafında mühəndisliyin vacibliyinə baxmayaraq, hazırda və yaxın gələcəkdə mühəndis çatışmazlığının inkişafı ləngidən faktor olduğu və olacağı bildirilir. Hədəf Şirkətlər Qrupunun Hədəf liseyi, Hədəf kursları, Hədəf nəşrləri, Hədəf qlobal, Hədəf multimediya mərkəzi, Hədəf İdman Klubu və b. qolları da vardır. Hədəf liseyi 2018-ci ildə Şəmil Sadiq tərəfindən təsis edilmişdir.
Kabataş Liseyi
Kabataş Liseyi — 1908-ci ildən bəri təhsil edən, Türkiyənin ən köhnə və seçmə liseylərindən biridir. Quruluşundan bəri məzunları Türkiyənin və Dünyanın bir çox ölkələrində müxtəlif sahələrdə yüksək müvəffəqiyyət qazanmışlar. Ayrıca Kabataş Liseyi tarixi boyunca bir çox məşhur Türk ədəbiyyatçılarının təhsil heyətlərində vəzifə yerinə yetirmiş olmalarıyla tanınar. Ayrıca Kabataş Liseyində bir çox məşhur film, serial və reklam çəkilmişdir. İstanbulun tarixi məktəblərindən biridir. Ana kampusu İstanbulun Ortaköy səmtində dəniz kənarında yerləşir. Milli Təhsil Nazirliyinin etdiyi Səviyyə Təyin etmə İmtahanı (SBS) nəticəsində seçim edib bu liseyi qazanan qız və kişi şagirdlər bu liseyə getməyə imkan qazanarlar. Kabataş Liseyində hələ də 900 ətraflarında lisey şagirdi oxumaqdadır. şagirdlərin 250-ə yaxın hissəsi yatışlıdır. Qız və kişi yatışlı hissələri vardır.
Lişniy adası
Lişniy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasından 2 km aralıda yerləşir. Bolşevik adasından Nenametnıy boğazı ilə ayrılır. Lişniy adasından cənubda Vstreçnıye adaları yerləşir. Lişniy adasının qrupa daxil ən yaxın adası arasında məsafə 400 metrdir. Ada ərazisi kiçik təpəciklərdən ibarətdir. Cənubdan şimala doğru uzanır. Uzunluğu 6 km, eni 3,5 km təşkil edir.
Robert Liseyi
Robert Kolleci (ing. Robert College türk. Amerikan Robert Lisesi) — İstanbulda 1863-də varlı bir amerikalı olan Kristofer Robert tərəfindən qurulmuş orta məktəb təhsili verən ABŞ təhsil ocağıdır.
İSTƏK liseyi
İstək liseyi — I-XI sinif şagirdlərinə Azərbaycan və Beynəlxalq bölmələr üzrə təhsil xidməti göstərmiş ümumtəhsil müəssisəsidir. İSTƏK liseyi təsisçisinin 05.07.2018-ci il tarixli qərarına əsasən İSTƏK liseyi təhsil müəssisəsi kimi fəaliyyətini dayandırmışdır. 2014-cü ildə təsis olunan lisey Azərbaycan Respublikası Təhsil Nazirliyinin 074503 №-li lisenziyası əsasında Bakı (İSTƏK Beynəlxalq məktəbi, İstək ibtidai beynəlxalq məktəbi, Xalqlar Dostluğu və Gənclik), Sumqayıt, Quba, Şirvan, Lənkəran, Ağdaş, Mingəçevir, Gəncə və Şəki şəhərlərində fəaliyyət göstərir. Təhsil prosesində dövlət təhsil standartları və beynəlxalq proqramları birgə tətbiq edən İstək liseyi milli dəyərlərə sədaqətlə şagirdlərin dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib olmasına imkan yaradır. İstək liseyinin Bakı şəhərinin Nərimanov metro stansiyasının yaxınlığında yerləşən kampusu beynəlxalq təhsil proqramları, maddi – texniki bazası, dünya şöhrətli ali məktəblərə qəbul və beynəlxalq olimpiadalarda nəticələri ilə dünya təhsilini hamı üçün əlçatan edir. Binası, üstün texnologiyaları, beynəlxalq proqramları ilə liseyin şagirdləri fənləri xarici dillərdə mənimsəyərək bütün dünyada tanınan beynəlxalq sertifikat əldə edə bilirlər. Liseyin maddi-texniki bazası liseydə 20-dən artıq növ üzrə sosial fəaliyyət proqramlarının həyata keçirilməsi, şagirdlərin dərəcə və olimpiada siniflərində xüsusi hazırlıq keçməsi, təbiət elmləri və kompüter laboratoriyaları ilə biliklərini bacarıqlara çevirməsinə imkan verir. Liseydə Beynəlxalq bölmə üzrə qız və oğlan şagirdlər I-VI sinifdən 20 nəfərdən ibarət siniflərdə təhsil alırlar. Hər il beynəlxalq proqramlara və xaricdə təhsilə maraq göstərən yüzlərlə şagird və valideynin seçimi olan İstək Beynəlxalq məktəbi şagirdlərin milli dəyərlərə sadiq, yüksək təhsilli, dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib şəxsiyyət kimi yetişməsi üçün şərait yaradır. İstək oyunları hər il liseyin şagirdləri arasında keçirilən ümumlisey spartakiadasıdır.
Forks Liseyi
Forks Liseyi — Vaşinqton ştatının Forks şəhərindəki Cənubi Spartan prospektində yerləşən Quillayute Vadisi Məktəb Bölgəsində 9-12-ci siniflərə xidmət edən ştat dövlət məktəbidir. Bu bölgədəki yeganə orta məktəbdir və Forks Orta Məktəbinin davamçısıdır. Məktəb Vaşinqtonun İctimai Təlim üzrə Nəzarət İdarəsinin səlahiyyəti altında idarə olunur. Stefani Mayerin Alatoran seriyasında qeyd edildikdən sonra diqqət çəkmişdir.
Montreal Liseyi
Montreal Liseyi — 1843 -cü ildə Kanadanın Kvebek əyalətinin Montreal şəhərində,sonradan Qızıl Meydan Mil (ing. Golden Square Mile ) kimi tanınan məhəllədə yerləşən ingilis dilli orta məktəb idi. 20-ci əsrin əvvəllərində bu rayon dəmir yolu, gəmiçilik, mədənçilik, meşəçilik, xəz və maliyyə sahələrində ən böyük Kanada şirkətlərinin sahiblərini bir araya gətirdi.1870-1900-cü illər arasında Kanadanın sərvətinin 70%-i təxminən 1-ci məhəllədə yaşayan əlli kişiyə məxsus idi. 1853-cü ildən 1870-ci ilə qədər o, həmçinin McGill Kollecinin Liseyi və ya Lisey Bölməsi adlanırdı.Tamamilə oğlan məktəbi olaraq qurulan, 1875-ci ildə qızlar üçün Lisey adlanan ayrı bir bölmə qəbul edildi. 1878-ci ildə hər iki cinsin birgə yeni binası istifadəyə verilmişdir. Məktəbdə birinci sinifdən on ikinci sinifə qədər olan uşaqlar yerləşirdi. 1915-ci ildə bir neçə ərazini işğal etdikdən sonra məktəb McGill Universiteti şəhərciyinin yaxınlığında, Universitet küçəsində yeni neoklassik binaya köçdü .Qızlar və oğlanlar binanın ayrı-ayrı qanadlarında dərslərinə qatıldılar və məktəb idmanı üçün də ayrıldılar, lakin bəzi fəaliyyətlər üçün bir araya gəldilər. İki bölmə 1965-ci ildə bir məktəbə birləşdirildi.Məktəb 1979-cu ilin iyun ayında, əsasən palatada ingilis dilli əhalinin azalması səbəbindən bağlandı .Qısa müddət sonra, Təhsilin Ürəyində İncəsənət Təhsili, ictimai sənət məktəbi, üçüncü mərtəbədəki MIND Orta Məktəbinin qoşulacağı boş binaya köçdü. Məktəb 1843-cü ildə təhsildə 19-cu əsrin ideyalarına hörmət edən bir protestant orta məktəbinə ehtiyac olduğunu görən bir qrup Montreal peşəkar və tacir tərəfindən yaradılmışdır. Edinburqdakı Kral Liseyindən sonra modelləşdirilmişdir.Uilyam Lunn, Uilyam Kollis Meredit , David Torrance və möhtərəm Henri Esson ilə birlikdə Ceyms Ferrierin başçılıq etdiyi bir neçə qurucu Şotlandiya Presviterian əsilli idivə məktəbin məqsədlərindən biri də artan inkişafa alternativ yaratmaq idi.
Visente Blasko İbanyes
Visente Blasko İbanyes — ispan yazıçısı. Visente Blasko İbanyesin "Apokalipsisin dörd atlısı" (1916), "Bizim dəniz" (1918) romanlarında Birinci dünya müharibəsi təsvir edilir. Bəzi hekayələri ("Qatar tüfeylisi", "Dənizdə" və s.) Azərbaycan dilinə tərcümə olunmuşdur. Valensiya əsərləri arasında "Xutor" və "Kurtizanka Sonnika"dır. "Qan və qum" romanında matadorun həyatı və eşqi təsvir edilir.
Visente Kalderon Stadionu
Stadion Madrid şəhərində yerləşir.Həmçinin La Liqa oyunlarına ev sahibliyi edir.Belə ki, Atletiko Madrid Futbol Klubu öz ev oyunlarında bu stadionun xidmətindən yararlanır.57 minlik azarkeş tutumuna malikdir.1966-cı ildə tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. 1982-ci il FİFA Dünya Kubokunun bəzi önəmli matçları bu arenada baş tutmuşdur.Stadion klubun unudulmaz prezidentinin şərəfinə adlandırılmışdır.
Xuan Visente Qomez
Xuan Visente Qomes (24 iyul 1857[…] – 17 dekabr 1935[…]) - Venesuelanın hərbçisi, dövlət xadimi,prezidenti, Venesuelanın 1908-1935-ci illərdə diktatoru. Qomez La Mulerada yaşayan tanınmış And torpaqları mülkədar ailəsində anadan olub. Mal-qaraya çobanlıq edən Qomez,demək olar ki, təmiz bir hindli idi. İyirmi beş yaşında atasını itirdikdən sonra, ailənin başçısı Qomez oldu. Üç il sonra onu Taçira Dövlət Muxtar Ordusunun polkovniki təyin edən Kipriano Kastro ilə tanış olur. 1892-ci ildə keçmiş prezident Xoakin Krespo konstitusiya böhranından istifadə edərək,Kipriano Kastroya qarşı silahlı üsyan qaldırdı,lakin məğlub oldu. Qomez və Kastro 1899-cu ilə qədər Kolumbiyaya sürgün edildilər. Eyni ildə prezident İqnasio Andrade Trokonisə qarşı uğurlu qiyamdan sonra,öncə Taçiranı daha sonra Karakası tutdular. Qomez Federal Bölgə Qubernatoru seçildi. 1901-ci ildə yeni konstitusiya qəbul edildi (1831-ci ildən 1945-ci ilədək müstəqillik qazandıqdan sonra Venesuelada, konstitusiyanın cəmi 22 versiyası var idi) - Qomez, general Ramon Ayala ilə birlikdə vitse-prezident oldular.
Visente Foks Kesada
Visente Foks Kesada (isp. Vicente Fох Quesada;2 iyul 1942[…], Mexiko) — Meksika siyasətçisi və dövlət xadimi, 2000–2006-cı illərdə Meksika Prezidenti. O, sağ mərkəzçi Milli Fəaliyyət Partiyasından (PAP) seçilmişdir. Vinsente Foks 1942-ci ildə Meksikanın paytaxtı Mexiko şəhərində ispandilli varlı ailədə anadan olmuşdur. Onun anası bask immiqrant, atası isə yerli meksikalı idi. Foks İberoamerikan Universitetində oxumuşdur. O, 1974-cü ildə Harvard Biznes Məktəbindən idarəetmə bacarıqları üzrə sertifikat əldə etmişdir. Karyerasına "Coca-Cola" şirkətində məhsul transferi üzrə supervayzer kimi başlamışdır. Дабагян Э. С. Висенте Фокс. Политический портрет.