Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lobnya
Lobnya — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Lobio
Lobio (gürcü. ლობიო, Lobio) - gürcü yeməyidir. Əsas tərkibi lobya təşkil edir. Lobio əsas nar soku ilə birlikdə daha dadlı olur. Zaqafqaziya xalqları içərisində ən sevimli yeməkdir. Qədim zamanlardan Gürcüstanda ən məşhur yeməkdir. Əsasən sünbülçiçəyi meyvəsindən istifadə olunur. XVII əsrdən hazırlanmağa başlanılmışdır. Taxıl fıstığından hazırlanan yeməyin əsası xüsusi bir şəkildə hazırlanır. Lobya 12 saat soyuq suda saxlanılır, sonra isə 2-3 dəfə suyu dəyişilir.
Lobir
Lobir — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Siyaku çayının sahilində, dağətəyi ərazi yerləşir. Kəndin adı Lubər sözünün təhrif olunmuş forması hesab olunur. Oykonim talış dilindəki lu (kiçik çay) və bər (sahil, kənar) sözlərindən düzəlib, "kiçik çay sahilində kənd" mənasındadır. Bəzi tədqiqatçılar kəndin adını talış, "kəsik sahə, kəsilən yer" kimi də izah edirlər.
Bulbophyllum lobbii
Bulbophyllum lobbii (lat. Bulbophyllum lobbii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Lişniy adası
Lişniy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasından 2 km aralıda yerləşir. Bolşevik adasından Nenametnıy boğazı ilə ayrılır. Lişniy adasından cənubda Vstreçnıye adaları yerləşir. Lişniy adasının qrupa daxil ən yaxın adası arasında məsafə 400 metrdir. Ada ərazisi kiçik təpəciklərdən ibarətdir. Cənubdan şimala doğru uzanır. Uzunluğu 6 km, eni 3,5 km təşkil edir.
Lobnor gölü
Lobnor gölü (uyğ. لوپنۇر, çin. 罗布泊) (Monqol dilindən "Lob Gölü" mənasını verən) — Çin Xalq Respublikasında Sintszyan Uyğur Muxtar Rayonunun cənub-şərq hissəsində Təklə-məkan və Qumdağ səhraları arasında yerləşən duzlu göl. 780 metr dəniz səviyyəsindən yuxarıdadır. Bir zamanlar Aral dənizi kimi iri bir göl olmuşdur. Sonradan insan fəaliyyəti nəticəsində sahəsi kiçilmiş, suyu daha da şorlaşmışdır. Tarim çayı və Şule çayının da daxil olduğu göl sistemi tarixi keçmişdə 10,000 km2-i keçən qədim buzlu Tarim gölünün qalığıdır. Hidroloji cəhətdən qapalı hövzədir. 1928-ci ildə gölün sahəsi 3,100 km2 olmuşdur. Ancaq, göl ona tökülən axına maneə törətmiş barajların tikintisi nəticəsində qurumuşdur və yalnız kiçik mövsümi göllər və bataqlıqlar yarana bilir.
Loniya bərqvuranı
Lqotnıy burnu
Lqotnıy burnu (rus. Льготный ) — Rusiyanın Xabarovsk diyarı ərazisində yerləşən burun. Sahillərini Oxot dənizinin suları yuyur. Yaxınlığında yerləşən şəhərlər: Maqadan, Asaxikava, Sayari.
Palicourea lobbii
Palicourea lobbii (lat. Palicourea lobbii) — boyaqotukimilər fəsiləsinin palicourea cinsinə aid bitki növü.
Ranunculus lobbii
Ranunculus lobbii (lat. Ranunculus lobbii) — qaymaqçiçəyikimilər fəsiləsinin qaymaqçiçəyi cinsinə aid bitki növü.
Rıbnıy yarımadası
Rıbnıy yarımadası — Taymır yarımadasının şimal-qərbində yerləşir. Materikin əsas hissəsindən Xutuqa Fiordu vastəsi ilə ayrılır. Kara dənizinin Pyasin və Minina körfəzləri onun sahillərini yuyur. Yarımada Tundra bitkiləri ilə örtülüdür. Şimalda Pessovıy adasından Sterleqov boğazı vastəsi ilə ayrılır. Sahilləri çox parçalıdır və fiordlar 15 km daxilə keçir. Yarımadada bir sıra çay və göllər vardır. Onlardan ən irisi Vısokoye gölü Taymırın ən irisidir. Yarımadada daimi yaşayış məntəqəsi olanasada burada balıqçı düşərgələrinə rast gəlmək olar. Yarımada bütünlüklə 1993-ci ildə təşkil olunan Böyük Arktik qoruğunun ərazisinə daxildir.
Salvia lobbii
Salvia lobbii (lat. Salvia lobbii) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Spathoglottis lobbii
Spathoglottis lobbii (lat. Spathoglottis lobbii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin spathoglottis cinsinə aid bitki növü.
Xlebnıy adası
Xlebnıy adası — Şimal Torpağı adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Kara dənizində, Oktyabr İnqilabı adasından 4,5 km aralıda yerləşir. Universitetski buzlağının girişindədir. Xlebnıy adasından şimal-qərbdə axipelaqa aid digər adalar yerləşir:Sverdlov adası, Nezametnıy və Xitrıy. Ada cənubdən şimala 700 m məsafədə uzanır. Eni 300 metrdir. Adada ən böyük yüksəklik 30 metrdir. Mərkəzi hissədə geodeziya məntəqəsi yerləşir.
Çorniy burnu
Çorniy burnu (ukr. Чорний) — Krımın qərbində, Çornomorski rayonu ərazisində yerləşən burun. Qara dənizin Karkinit körfəzinin daxilinə uzanır. Mejbodnoe kəndindən qərbdə yerləşir. Sahillərində Yarılqaç buxtası vardır. Burunda 1939-cu ildə mayak və naviqasiya işarəsi quraşdırılmışdır.
Lobnor dialekti
Lobnor dialekti və ya Lobnor dili — qarluq qrupuna daxil olan türk dili və ya uyğur dilinin şərq dialekti. Daha yeni tədqiqatlar göstərir ki, Lobnor dilinin xüsusiyyətləri onun digər uyğur dialektləri ilə əlaqəsini təsdiqləyir. Bəzi tədqiqatçılar lobnorlular ilə qırğızlar arasında sıx əlaqəyə dair fərziyyələr irəli sürmüşlər, lakin türk dillərinin təsnifatında ənənəvi meyarları nəzərə alındıqda, Lobnor dialektinin cənub-şərq türk dillərinin şərq qoluna aid olduğunu təsdiq etmək mümkün olar. Hər halda, Lobnor dialektinin dil xüsusiyyətləri onun digər uyğur dialektlərindən fərqli özünəməxsus xüsusiyyətləri olduğunu göstərir. Bu xüsusiyyətlərə ciddi ahəng qanunu, mütərəqqi samitlərin assimilyasiyası, ahəng qanunu və mütərəqqi assimilyasiya nəticəsində yaranan bəzi törəmələrin və inyektiv şəkilçilərin müxtəlif icrası, genitiv-akkusativ yaxınlaşma, sadə indiki/gələcək zaman və s. aiddir. Güman edilir ki, samitlərin mütərəqqi assimilyasiyası türk dillərinin bu sahədə təmaslarının nəticəsidir, qalan xüsusiyyətlər isə Lobnor dialektinin daxili inkişafına aiddir. Belə ki, özünəməxsus xüsusiyyətlərinə görə başqaları tərəfindən lobnorluların dilini uyğur dilinin ləhcəsi kimi deyil, özünəməxsus dil kimi təsnif etmək təklifləri də olmuşdur. Odur ki, dili dialektdən ayırmaq üçün ümumi qəbul edilmiş meyar yoxdur. Bəzi hallarda dili müəyyən etmək demək olar ki, qeyri-mümkündür və ya dialekt yalnız linqvistik sübutlarla məhdudlaşır.
Lobnor dili
Lobnor dialekti və ya Lobnor dili — qarluq qrupuna daxil olan türk dili və ya uyğur dilinin şərq dialekti. Daha yeni tədqiqatlar göstərir ki, Lobnor dilinin xüsusiyyətləri onun digər uyğur dialektləri ilə əlaqəsini təsdiqləyir. Bəzi tədqiqatçılar lobnorlular ilə qırğızlar arasında sıx əlaqəyə dair fərziyyələr irəli sürmüşlər, lakin türk dillərinin təsnifatında ənənəvi meyarları nəzərə alındıqda, Lobnor dialektinin cənub-şərq türk dillərinin şərq qoluna aid olduğunu təsdiq etmək mümkün olar. Hər halda, Lobnor dialektinin dil xüsusiyyətləri onun digər uyğur dialektlərindən fərqli özünəməxsus xüsusiyyətləri olduğunu göstərir. Bu xüsusiyyətlərə ciddi ahəng qanunu, mütərəqqi samitlərin assimilyasiyası, ahəng qanunu və mütərəqqi assimilyasiya nəticəsində yaranan bəzi törəmələrin və inyektiv şəkilçilərin müxtəlif icrası, genitiv-akkusativ yaxınlaşma, sadə indiki/gələcək zaman və s. aiddir. Güman edilir ki, samitlərin mütərəqqi assimilyasiyası türk dillərinin bu sahədə təmaslarının nəticəsidir, qalan xüsusiyyətlər isə Lobnor dialektinin daxili inkişafına aiddir. Belə ki, özünəməxsus xüsusiyyətlərinə görə başqaları tərəfindən lobnorluların dilini uyğur dilinin ləhcəsi kimi deyil, özünəməxsus dil kimi təsnif etmək təklifləri də olmuşdur. Odur ki, dili dialektdən ayırmaq üçün ümumi qəbul edilmiş meyar yoxdur. Bəzi hallarda dili müəyyən etmək demək olar ki, qeyri-mümkündür və ya dialekt yalnız linqvistik sübutlarla məhdudlaşır.
Loknin (şəhərcik)
Loknin (ing. Lộc Ninh) — Vyetnamda şəhərcik, Binfıok vilayətinin Loknin rayonunun inzibati mərkəzi. Vyetnam müharibəsi zamanı burada 1967-ci ildə birinci dəfə, 1972-ci ildə ikinci dəfə döyüş baş tutmuşdur. Loknin Cənubi Vyetnam Respublikası Müvəqqəti İnqilabi Hökumətinin 1969-cu ildə yarandığı andan 1975-ci ildə Sayqonun süqutuna qədər onun qərargahı kimi xidmət etmişdir.
Oleniy (Kara dənizi)
Oleniy — ada Kara dənizində, Qdansk yarımadasından şimalda yerləşir. Sahəsi 1197 km² təşkil edir. İnzibati cəhətdən Yamalo-Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Böyük arktik qoruğu ərazisini təşkil edir. Materikdən dayaz Oleniy boğazı ilə ayrılır. Boğazın eni 2 km-dir. Adanın relyefi düzənlikdir. Burada göllər vardır. Ada əsasən Mamır, Şibyə və Tundra otları ilə örtülür.
Bolşoy Oleniy (Barens dənizi)
Bolşoy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. 2010-cu ilə olan məlumata görə qəsəbədə cəmi 6 nəfər yaşayır.
Bolşoy Oleniy (Kola körfəzi)
Bolşoy Oleniy — Murmansk vilayətinin Kola rayonu ərazisinə yerləşir. Yaxınlığında Yekaterininski, Srednı Oleniy və Malıe Oleniy vardır. Ada Barens dənizinin Kola körfəzi ərazisində qərarlaşır. Ada ərazisi qoruğa daxildir, bu səbəbdən qorunur. 1910-cu ildə adada mayak quraşdırılmışdır. Adada 1950–2006 illərdə Mayak Bolşoy Oleniy qəsəbəsi mövcud olmuşdur. Клюге Г. А. Письмо в Главнауку о заповедании Большого Оленьего острова. 1928 г. /. // Гос.
Malıy Oleniy (Murmansk vilayəti)
Malıy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. Əvvəllər Blijnı Oleniy və ya Alman Oleniyi adlandırılırdı. Ada 7 km uzunluğa, 1.5 km enə malikdir. Maksimal hündürlüyü 121,2 metrdir. Materikdən 510 m enə malik eyni adlı boğazla ayrılır. Qərb qutaracağına yaxın Konsevoy adacığı yerləşir. Sahillərində dalğaların hündürlüyü 4 metrə çatır.