Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alogiya
Psixologiyada alogiya (yun. α-, "inkar", və λόγος, "nitq"), və ya nitq kasadlığı — ünsiyyət zamanı adi nitqin təminatı üçün lazımı və əlavə ehtiyatların olmaması. Xüsusən şizofreniya xəstəliyində özünü büruzə verir və neqativ simptom kimi qiymətləndirilıir. Bu zaman ünsiyyəti təmin emək mümkün olmadığına görə xəstəyə təyin olunmuş psixoterapiya çətinləşmiş olur. Alogiya bəzən afaziyaya sinonim kimi istifadə olunur.
Aqogika
Aqogika (yun. ἀγωγή) — musiqi ifaçılığında temp və vəzndə kiçik yayınmalar (ləngimə, sürətlənmə). Aqogika musiqinin ifadəli olması məqsədini güdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Агогика // Музыкальный словарь : в 3 т. / сост. Х. Риман; доп. русским отделом при сотруд. П. Веймарна и др.; пер. и все доп. под ред.
Lazika
Lazika - Gürcüstanda Qara dəniz sahilində inşası nəzərdə tutulan yeni şəhər. Gürcüstanda keçirilən parlament seçkilərində qalib gəlmiş Bidzina İvanişvili “Forbes” jurnalına müsahibəsində Mixail Saakaşvilinin “Arzular şəhəri”nin layihədən çox anekdota bənzədiyini, bunun ona çox gülməli gəldiyini söyləyib. Gürcüstanın regional inkişaf və infrastruktur naziri vəzifəsinə namizəd olan keçmiş futbolçu Kaxa Kaladze isə bildirib ki, Gürcüstan prezidenti Mixail Saakaşvilinin “Arzular şəhəri” adlandırdığı Lazika şəhərinin tikintisi davam etdirilməyəcək.
Lirika
Lirika "lira" sözündən olub, yunanca simli musiqi aləti deməkdir. Şərq ədəbiyyatında lirik şeirlərə rübabi şeirlər də deyilir. Rübab da ərəb sözü olub, simli alətə deyilir. Elə bədii əsərlər var ki, orada həm epik lövhələrlə, hadislərin təhkiyə yolu ilə verilməsinə, həm də şairin (lirik qəhrəmanın) bu və ya digər obraza, hadisəyə, əşyaya, təbiətə lirik münasibətinə təsadüf olunur. Əvvəldən axıra qədər həyat hadisələrinin müəyyən bir süjet əsasında təsviri ilə şairin daxili duyğularının ifadəsi üzvi şəkildə birləşir, iki növ (epik və lirik növlər) bir-birilə demək olar ki, qaynayıb qarışır. Buna görə də bu cür əsərlər qeydsiz-şərtsiz bir janra (ya epik, ya da lirik janra) daxil olmur. Belə əsərlər xüsusi bir janr təşkil edərək epik-lirik növ adlanır. Ədəbiyyatşünaslıqda buna qarışıq janr da deyilir. Ayrı-ayrı poemalarda hadisənin epik təsviri ilə lirik tərənnümün nisbəti müxtəlifdir. Bəzi əsərlərdə təhkiyə, bəzilərində isə tərənnüm üstün olur.
Logfia
Logfia (lat. Logfia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Logfia arizonica (A.Gray) Holub Logfia filaginoides (Hook. & Arn.) Morefield Logfia minima (Sm.) Dumort. Logfia paradoxa (Wagenitz) Anderb.
Modika
Modika (it. Modica) — İtaliyanın Siciliya regionunda şəhər.
Monika
Monika – ad. Monika Roxman — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Monika Krimadi — Albaniya siyasətçisi, parlament üzvü və Sosialist İnteqrasiya Hərəkatı Partiyasının aparıcı üzvü. Monika Ungureanu — Rumıniyalı cüdoçu. Monika Belluççi — italyan aktrisa və model. Monika Lampert — Macarıstan siyasətçisi və hüquqşünası.
Qotika
Qotik və ya Qotika — özünə xas xüsusiyyəti olan bir sənət anlayışı və yazı şəkli. Qotik yazılar ilk təzyiq sınaqlarında sınanmış, əksəriyyətlə Almanlar tərəfindən istifadə edilən bir yazı stilinin. Qotik sənəti XII əsrin ikinci yarısında Romanesk sənətinin dəyişməsiylə, Latın sənətinə bir reaksiya olaraq ortaya çıxmışdır. Orta Çağı bağlayan, İntibahı başladan axındır. Qotik tərzi, yalnız memarlıqda təsirli olmayıb; heykelcilik, şəkil, yazi, bəzək və hətta gündəlik əşyada da təsirli olmuşdur. == Qotik memarlığı == Arxitekturada Qotik tərzinin ilk çıxış yeri Fransa deyənlər varsa da Avropanın çox yerində eyni zamanda rast gəlinmiş və bütün Xristian qərb dünyasına yayılmışdır. Hər ölkə Qotik sənətində zövqünə uyğun dəyişikliklər etmişdir. Avropanın sənət mərkəzi qəbul edilən İtaliyada isə çox təsiri görülməmişdir. İngiltərədə sütunları çoxaldan və qübbənin altında onları yelpik kimi açan bir şaquli üsluba bağlıdır.İspaniyada Qotik sənətinin Ərəb təsvirləri birləşməsindən meydana gələn müdeccer (mudejar) üslubu doğulmuşdur. Qotik arxitektura sənəti Avropanın şimalında XVI əsrin başlanğıcına qədər davam etdi.
Login
Login — kompüter sistemi istifadəçisinin qeydiyyat adı. Login — kompüter sistemi istifadəçisinin qeydiyyat adı və şəxsi parolunu göstərməklə idenfikasiyası və sistemə daxil olma imkanı.
Aqnes Monika
Aqnes Monika (tam adı: Aqnes Monika Mulyöto, ind. Agnes Monica Muljoto; 1 iyul 1986, Cakarta) — İndoneziya müğənnisi və rəssamı. Üç uşaq albomu yazdırıb. Bir çox uşaq televiziya proqramlarında aparıcı kimi çıxış edib. == Həyatı == 6 yaşında ikən öz fəaliyyətinə əyləncə sənayesində başlamışdır. Həmin dövrdə üç albom buraxdırmış Aqnesin adı məşhur müğənnilərlə bir sırada çəkilməyə başlayır. Oxumaqla yanaşı, həmçinin uşaq televiziya şousunun aparıcısı olmuşdur. Hələ yeniyetmə ikən Aqnes aktyorluq fəaliyyətinə başlamışdır. 2001-ci ildə çəkilmiş "Dininin toyu" sabun operası ona müvəffəqiyyət qazandırdı. 2003-cü ildə Aqnes And the Story Goes adlı ilk böyük albomunu çıxarır və bununla da İndoneziya musiqi sənayesində adını həkk etdirir.
Beynəlxalq qotika
Beynəlxalq Qotika — 14-cü əsrin sonlarında və 15-cü əsrin əvvəllərində Burqundiya, Fransa və İtaliyanın şimalında başlayan Qotik incəsənət dövrüdür. Daha sonra Qərbi Avropa boyunca geniş yayılmışdır və dolayısı ilə 19-cu əsrin sonunda Fransız sənətşünası Louis Courajod tərəfindən təqdim edilən dövrün adıdırRəssamlar və onların əlyazmaları, portativ işləri qitənin ətrafında geniş yayılmışdı. Saray adamları və ali zadəganlar arasında ortaq yaranmış və elita üçün hazırlanmış əsərlər, arasında milli üslubda dəyişiklikləri əhəmiyyətli dərəcədə azaldırdı.Əsas təsirlər Şimali Fransa, Niderland, Burqundiya Hersoqluğu, Praqa İmperiya məhkəməsi və İtaliya idi.Bohemiya kraliçası Anne və İngiltərə kralı II Riçard arasında evlilik nikahları üslubun yayılmasına kömək etdi.Bu başlanğıcda məhkəmə qabiliyyətinin bir üslubudur və kiçik zadəganların sifarişi ilə sənətə yayılmışdır. Şimali Avropada "Late Gothic" üslubunun davamlılığı, xüsusən dekorativ elementləri hələ 16-cı əsrin əvvəlinə qədər gedə bilərdi, çünki klassikizmin bərpası əvvəl Rönesansın bərpası idi. Müasir dövrlərdə sənət tarixçiləri tərəfindən şərtlərin istifadəsi bir qədər dəyişir, bəziləri termini digərlərindən daha məhdud şəkildə istifadə edir .Bəzi sənətşünaslar hiss terminini məhz "bir çox istiqamətlərdə araşdırdılar. == İnkişafı == Üslubun mühüm Çex versiyası IV Karl, qısa müddət ərzində Praqada Müqəddəs Roma İmperatoru, məhkəməsində Avropa sənətinin inkişafında qabaqcıl qüvvə oldu.
David Loriya
David Loriya - Qazaxıstanlı futbol oyunçusu. Qapıçı mövqeyində çıxış edir. 2014-cü ildən Türkiyənin Karşıyaka klubunun oyunçusudur. == Karyerası == David Loriya bir çox klubun formasını geymişdir. Daha çox icarədə oynadığı klublarda tanınmışdır. 2012-ci ildə Çaykur Rizespora transfer olmuşdur. 2013-cü ildə Kayrat FK-ya dönmüş, amma sonra Karşıyaka klubuna transfer olmuşdur. == Milli karyerası == Qazaxıstan milli futbol komandası ilə Dünya çempionatının 2002, 2006 və 2010-cu illəri və Avropa çempionatının 2008-ci il üçün olan seçmə mərhələlərinə qatılmışdır. == Uğurları == === Şəxsi === 2000 - Qazaxıstanda ən yaxşı qapıçı 2006 - Qazaxıstanda ən yaxşı qapıçı 2006 - "GOAL Journal" jurnalına görə Qazaxıstanın ən yaxşı qapıçısı === Komanda === Astana FK ilə: Qazaxıstan çempionluğu: 2002, 2001, 2006 Qazaxıstan kuboku: 2000, 2002.
Donika Kastrioti
Donika Kastrioti kimi də tanınan Andronika Arianiti (alb. Andronika Arianiti; 1428, Kanina[d] – 1505, İspaniya) — alban zadəgan qadını və alban lideri İskəndər bəyin (Georgi Kastrioti doğum adıdır) həyat yoldaşı. O, Osmanlılara qarşı davam edən üsyanın öncəki lideri Georgi Arianitinin qızı idi. == Həyatı == Donika 1428-ci ildə Kaninada anadan olub. Onun atası Georgi Arianiti Arianiti ailəsinin üzvü idi, onun ərazisi Şkumbin vadisi və köhnə Via Egnatia yolu boyunca uzanaraq indiki Bitolanın şərqinə qədər uzanırdı. Anası Mariya Muzaka Myzeçe bölgəsinə hökmranlıq edən Muzaka ailəsinin üzvü idi.Qaeta müqaviləsindən bir ay sonra, 21 aprel 1451-ci ildə İskəndər bəy Donika ilə evləndi və beləliklə, indiki Albaniyanın cənub-qərbində yerləşən Luşnya şəhərindəki Şərqi Pravoslav Ardenika Monastırında Arianiti ailəsi ilə əlaqələri gücləndirdi. Daha sonra bacısı Angelina serb hökmdarı Stefan Brankoviç ilə evləndi. O, Serb Pravoslav Kilsəsində müqəddəs kimi hörmətlə qarşılanır.Osmanlının Albaniyanı fəth etməsindən sonra Kastriotilərə Neapol Krallığında torpaq verildi. Onlar feodal domenini, Qalatinadakı San-Pietro Hersoqluğunu və Soleto Qraflığını (İtaliya, Leççe əyaləti) əldə etdilər. Donika və İskəndər bəyin yeganə övladı olan II Corc Kastrioti Serbiya despotu Lazar Brankoviçin qızı İrene Brankoviç Palaiologina ilə evləndi.Donika, Neapol Kralı I Ferdinandın ikinci həyat yoldaşı, Araqonlu İoanna ilə yaxın dostluq münasibətləri qurmuşdu.
Lolita (1962)
Lolita(1962) Stenli Kubrik tərəfindən 1962-ci ildə çəkilmiş film. Ssenarisi Nabokovun eyni adlı romanı əsasında elə Nobokovun özü tərəfindən yazılmışdır. Baş rollarda Ceyms Mezon, Şelli Uinters, Piter Sellers və Syue Leyon yer alır. 1955-ci ildə Parisdə çap olunan kitab əsasında çoxlu sensasiyyalar yaranmışdı. Çünki ortayaşlı bir adama aşiq olan və onunla müəyyən əlaqəsi olan bir qız o dövr üçün çox marginal idi. Belə bir hadisə asanlıqla qəbul edile bilməzdi. Ancaq hər zaman qeyri-adi işləri ile tanınan məşhur və usta rejissor Stanley Kubrick bu hekayəni ekranlaşdırmaq istəyir. Və edir də. Film 1962-ci ildə kinoteatrlarda tamaşaçıya təqdim edilir. Böyük söz-söhbət təkrarlanır.
Lolita Torres
Lolita Torres, anadan olanda adı Beatriz Mariana Torres Iriarte, 26 mart 1930, Avelyaneda, Buenos-Ayres əyaləti[d] – 14 sentyabr 2002, Buenos Ayres) — Argentinali aktrisa və müğənni. Beş uşağın anası idi, sonuncusu müğənni Dieqo Torres idi. Keçmiş Sovet İttifaqında Torresin filmləri ("Sevgi əsri", "Laura üçün kürəkən", "İlk baxışdan sevgi") çox məşhur idi. Bu filmlər bir çox sənətçinin - həm kino aktrisalarının (Qurçenko ), həm də opera müğənnilərinin həyatına təsir etdi(Sinyavskaya ) bir çox gələcək sənətkarlarının taleyinə təsir etdilər.
Lolita dəbi
Lolita dəbi (ロリータ・ファッション, Rorita faşşon) – Viktoriya dövrünün dəbindən və rokoko elementlərindən təsirlənən Yaponiya altmədəniyyəti. Lolita dəbinin əsas fərqləndirici xüsusiyyəti şirinlik estetikasıdır. Lolita dəbinin 3 əsas stili var: qotik, klassik və şirin. Bunlardan əlavə, dəbin başqa stilləri də mövcuddur: dənizçi, kənd, şahzadə, erotik, qrotesk, qi və va, pank, şiro (ağ), kuro (qara), stimpank və s. Lolita dəbi Yaponiyada 1990 və 2000-ci illərdə inkişaf etmişdir. == Terminologiya == "Lolita" termini ilk dəfə "Ryukou Tsushin" dəb jurnalının 1987-ci il sentyabr buraxılışında peyda olmuşdur. Terminin mənşəyi Vladimir Nabokovun "Lolita" romanı ilə bağlıdır. == Tarixi == Lolita dəbinin mənşəyi dəqiq məlum deyil. 1970-ci illərin sonunda "otome" adlı yeni mədəniyyət ortaya çıxmışdı və bu mədəniyyət lolita dəbinə böyük təsir göstərmişdir. Otomenin ortaya çıxmasından öncə - 1970-ci illərin əvvəllərində kavaii mədəniyyəti yaranmışdır.
Lolita modası
Lolita dəbi (ロリータ・ファッション, Rorita faşşon) – Viktoriya dövrünün dəbindən və rokoko elementlərindən təsirlənən Yaponiya altmədəniyyəti. Lolita dəbinin əsas fərqləndirici xüsusiyyəti şirinlik estetikasıdır. Lolita dəbinin 3 əsas stili var: qotik, klassik və şirin. Bunlardan əlavə, dəbin başqa stilləri də mövcuddur: dənizçi, kənd, şahzadə, erotik, qrotesk, qi və va, pank, şiro (ağ), kuro (qara), stimpank və s. Lolita dəbi Yaponiyada 1990 və 2000-ci illərdə inkişaf etmişdir. == Terminologiya == "Lolita" termini ilk dəfə "Ryukou Tsushin" dəb jurnalının 1987-ci il sentyabr buraxılışında peyda olmuşdur. Terminin mənşəyi Vladimir Nabokovun "Lolita" romanı ilə bağlıdır. == Tarixi == Lolita dəbinin mənşəyi dəqiq məlum deyil. 1970-ci illərin sonunda "otome" adlı yeni mədəniyyət ortaya çıxmışdı və bu mədəniyyət lolita dəbinə böyük təsir göstərmişdir. Otomenin ortaya çıxmasından öncə - 1970-ci illərin əvvəllərində kavaii mədəniyyəti yaranmışdır.
Loniya bərqvuranı
Monika Belluççi
Monika Anna Mariya Belluççi (it. Monica Anna Maria Bellucci; 30 sentyabr 1964[…]) — italiyan aktrisa və model. İtaliya, daha sonra ABŞ və Fransa istehsalı filmlərdə rol almazdan əvvəl "Dolce & Gabbana" və "Dior" üçün model xidməti göstərərək modellik karyerasına başlamışdır. Beluççi Frensis Ford Koppolanın qorxu romantika filmi "Brem Stokerin Drakulası"nda (1992) Drakulanın gəlini və İtaliya istehsalı romantik dram filmi "Malena"da (2000) Malena Skordi rolunu canlandırmışdır. O, Qaspar Noenin art hous qorxu filmi "Dönməzlik" (2002) filmində rol aldı və Mel Gibsonun bibliya dram filmi "İsanın ehtirasları" (2004) filmində Mariya Maqdalena obrazını canlandırdı. Beluççi 2003-cü il istehsalı "Matris: Yenidən yükləmə" və "Matris: İnqilab" elmi fantastika filmlərində Persefon rolunda yer almışdır. 2015-ci ildə Ceyms Bond filmi "Agent 007: Spektr"da o ən yaxşı "Bond qızı" oldu. == Həyatı == Beluççi 30 sentyabr 1964-cü ildə Umbriya regionunun Çitta-di-Kastello şəhərində Brunella Briqanti və Pasqual Beluççinin tək övladı olaraq dünyaya gəlmişdir. == Karyerası == === Model === Monika Beluççi 13 yaşında yerli həvəskar fotoqrafa pozalar verərək modellik etməyə başlamışdır. Beluççi 1988-ci ildə Peruci Universitetinin hüquq fakültəsini tərk etdi və Avropanın moda mərkəzlərindən biri olan Milana köçərək burada modelik agentliyi Piero Piazzi-nin vasitəçiliyi ilə Elite Model Management ilə müqavilə imzaladı.
Monika Edvards
Monika Edvards (ing. Monica Edwards; 8 noyabr 1912 – 18 yanvar 1998, Surrey, Cənub-Şərqi İngiltərə[d]) — XX əsrin ortalarında yaşamış İngilis uşaq yazıçısı idi, Romni Marş və Punchbowl Farm uşaq romanları seriyası ilə geniş oxucu kütləsi qazanmışdı. == Həyatı == 8 Noyabr 1912-ci ildə Derbişir Belperdə dünyaya gəlmişdir, Harri və Beril Nyuton cütlüyündən dünyaya gələn yazıçı dörd uşağın içərisində üçüncü övlad olmuşdur. Ailə 1919-cu ildə Yorkşir əyalətinin Ueykfild şəhərinə köçdü. Harri Nyuton piskoposluq edən idi və şeytan çıxararkən uşaqlarını tez -tez özü ilə aparırdı. 1927 -ci ildə, ailə Harri Nyutonun 1936-cı ilə qədər kurator olaraq qaldığı Romni Marş, Sasseksdəki Roj Harbora köçdü. Gənc Monika Nyuton qismən rəsmi təhsil aldı: məlumdur ki, o, 1920 -ci ilin sentyabrından 1921 -ci ilin iyuluna qədər Wakefield Qızlar Liseyində oxudu və ailə Roj Harborda yaşayanda Bristoldakı St Brandon Məktəbinə göndərildi. Burada 1928 -ci ildə yalnız üç ay qaldı və Sasseksə qayıtdı. Əlavə rəsmi təhsil almadı. == Mary Stanford fəlakəti == 1928 -ci ilin noyabr ayında Edvards, Cənnət körfəzində batmadığı iddia edilən xilasetmə gəmisi olan Meri Stenfordun devrilməsinin şahidi oldu.
Monika Krimadi
Monika Krimadi (alb. Monika Kryemadhi d.) — Albaniya siyasətçisi, parlament üzvü və Sosialist İnteqrasiya Hərəkatı Partiyasının aparıcı üzvü. Albaniya prezidenti İlir Metanın həyat yoldaşıdır. Monika Kremadi Albaniyanın birinci xanımı vəzifəsindən imtina edərək əvəzinə rolu böyük qızı Boraya həvalə etmişdir. == Təhsili == Monika Krimadi 9 aprel 1974-cü ildə Tiranada anadan olub, orta məktəbi orada bitirib. 1992-ci ildən Tirana Universitetinin Təbiət Elmləri fakültəsində üzvi kimyaçı kimi təhsil almışdır. 1999-cu ildə Qarmiş-Partenkirhendə Corc Marşal adına Avropa Təhlükəsizlik Məsələlərini Araşdırma Mərkəzində oxuyur. 2000–2002-ci illərdə Tirana Universitetinin İqtisadiyyat fakültəsində oxumuş, işin idarəedilməsi üzrə magistr dərəcəsi almışdır. Təhsilini aspiranturada davam etdirmişdir. == Siyasi karyerası == Krimadi siyasi karyerasına 1991-ci ildə FRESSH-in (Albaniya Sosialist Partiyasının gənclər təşkilatı) qurucularından biri olanda başlayır.
Monika Lampert
Monika Lampert (tam adı: Monika Lampert, mac. Lamperth Mónika; 5 sentyabr 1957) — Macarıstan siyasətçisi və hüquqşünası. 2002-2006-cı illərdə Daxili İşlər naziri, 2007-ci ilədək Yerli Hökumət naziri vəzifələrini icra etmişdir. 2007-ci ildə Ferens Dyurçan onu Sosial Məsələlər və Əmək naziri təyin etmişdir. == Şəxsi həyatı == Dr Andraş Yeqeşi ilə ailə həyatı qurmuşdur, Vera adlı qızı, Andraş adlı oğlu var.
Monika Lovinesku
Monika Lovinesku (19 noyabr 1923, Buxarest – 20 aprel 2008[…], Vilye-le-Bel) — Rumıniya esse və qısa hekayə yazarı, ədəbi tənqidçisi və kommunist rejimin jurnalisti idi. O, Monique Saint-Come və Claude Paskal təxəllüsləri ilə bir neçə əsəri nəşr etdirmişdir. Monika, ədəbiyyatşünas Evqeni Lovineskunun qızıdır. O, ədəbi tənqidçi Virgil Lerunka ilə evlənmişdi. == Həyatı == Monika Lovinesku, Buxarestdə anadan olmuşdur. Buxarest Universitetinin Ədəbiyyat Fakültəsinin məzunu olmuş, Vremea jurnalında ədəbi debüt edərək müntəzəm olaraq nəsr əsərlərini Revista Fundaţiilor Regaledə və teatr salnamələrini Democraţiaʼda nəşr edirdi.Rumıniyada açıq kommunist hakimiyyətinin qurulmasına yönəldilən sürətli addımlar onu Fransaya sığınmağa məcbur etdi: 1947-ci ilin sentyabrında Fransa hökumətinin təşkil etdiyi bir təqaüdə gedərək, o, (1948-ci ilin avqustunda) oradan sığınacaq tələb etdi. O, ölkəsində kommunizm mövzusuna, eləcə də Rumıniya ədəbiyyatı üzərində işlərə geniş yer verdi. Onun məqalələri tez-tez Kontinent, Les Cahiers de l'Est və L'Alternativ kimi nüfuzlu jurnallarda yerləşdirilirdi. 1951 və 1974-cü illər arasında Monika Lovinesku, Radiodiffusion Française'in Rumıniya dili yayımlarına öz töhfəsini verirdi və Şərqi Avropanın stansiya heyətinin üzvü idi. 1960-cı illərdən etibarən, Radio Free Europe jurnalisti idi və Nikolae Çauşesku rejiminə daxili qarşıdurmanın yaranmasında təsirli olan iki həftəlik çıxış yaratmışdı.
Monika Rokkaforte
Monika Rokkaforte (ing. Monica Roccaforte; 17 fevral 1971) — Macarıstan pornoaktrisasıdır. Ləqəbləri: Claudia, Sylvia, Jolan, Sandra, Szilvia, Silvia.
Monika Roxman
Monika Roxman (d. 27 may 1997; Northbrook, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Monika Roxman, 2016-cı ildə Birləşmiş Ştatları XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Roxman həmdə 2015-ci ildə Pan Amerika Oyunlarında bir qızıl və iki gümüş medal qazanıb. == Karyerası == Monika Roxman 2016-cı ildə Birləşmiş Ştatların bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Kiana Eide, Alisa Kano, Natalie McQiffert və Kristen Şaldibin ilə birgə təsnifat mərhələsində 30.244 xal topladı və 14-cü yeri tutaraq mübarizəni dayandırdı.