Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cövkar
Cövkar — İranın Həmədan ostanının Məlayir şəhristanının Cövkar bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,209 nəfər və 548 ailədən ibarət idi.
Lollar
Lollar (alm. Lollar‎) — Almaniyanın Hessen torpağının Giessen inzibati dairəsində şəhər. Sahəsi 21.9 km2, əhalisi 10110 nəfərdir (2006).
Lorlar
Lurlar — Qərbi İranda yaşayan xalqdır. Dilləri Hind-Avropa dil ailəsinin Hind-İran qrupuna aiddir. Dillərinə ən yaxın dil fars dilidir. İranda məskunlaşmış lurlar dil baxımından iki qrupa ayrılır: Şimali lur dilində danışanlar Luristan ostanının mərkəzi və cənubunda, Xuzistan ostanının şimalında, Həmədan ostanının cənubunda, Mərkəzi ostanın cənubunda, İlam ostanında və saylarının təxminən 1.767 milyon (2010-ci il) nəfər olduğu ehtimal olunur . Cənubi lur dilində danışanlar Kohgiluyə və Boyer-Əhməd ostanında, Xuzistan ostanının şərqində, Fars ostanının şimali-qərbində (lurların yarımqrupu olan mamasani və şuli tayfaları) və Şiraz şəhərində məskunlaşmışlar və saylarının təxminən 916 min (2010-cu il) nəfər olduğu ehtimal olunur .
Lovqar
Cəngənəvud — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Cəngəvud Lerik rayonunun Vizəzəmin inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin yamacındadır. Oykonim cəngan (etn.) və Talış dilindəki vut (yer) sözündən ibarət olub, "cenganların yeri" kimi izah olunur.
Cokar
Cövkar — İranın Həmədan ostanının Məlayir şəhristanının Cövkar bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,209 nəfər və 548 ailədən ibarət idi.
Loqar
Oskar
Akademiya mükafatları (ing. Academy Awards) və ya daha çox tanınan adı ilə "Oskar" mükafatı (ing. Oscar Awards) — film sənayesində bədii və texniki dəyər üçün verilən və 1929-cu ildə yaradılmış mükafat. Film Sənətləri və Elmləri Akademiyası tərəfindən illik olaraq verilən mükafatlar, Akademiyanın səsvermə üzvləri tərəfindən yoxlanılaraq verilən ən nüfuzlu film mükafatıdır. Müxtəlif kateqoriyalı qaliblərə daha çox "Oskar" ləqəbi ilə tanınan, ancaq rəsmi olaraq "Akademiya mükafatı" adlandırılan qızıl heykəlin bir nüsxəsi verilir. Mükafat Sedrik Qibbons tərəfindən hazırlanmış dizayn eskizindən ilhamlanan Corc Stenli tərəfindən tərtib edilmişdir. İlk dəfə 1929-cu ildə Hollywood Roosevelt Hotelində Duqlas Ferbensk tərəfindən təşkil edilən xüsusi bir yeməkdə təqdim edilib. "Oskar" mükafatı mərasimi ilk olaraq 1930-cu ildə yayımlanmışdır. 1953-cü ildə isə ilk dəfə televiziyada yayımlanmışdır. Bu dünyanın ən köhnə əyləncə mükafatları mərasimi idi və dünya səviyyəsində canlı olaraq baxılırdı.
SOKAR
SOCAR (ing. SOCAR - State Oil Company of Azerbaijan Republic) və ya tam adıyla Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti — Azərbaycanın milli neft şirkəti. Neftin çıxarılması, daşınması, emalı və istehlakında ixtisaslaşan inteqrasiya olunmuş şirkətdir. Azərbaycan Respublikasının neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədilə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 13.09.1992-ci il Fərmanı ilə Azərineft Dövlət Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır. Ayrı-ayrı vaxtlarda Azərbaycanda neft sənayesini özündə birləşdirən Azərneft birləşdirdiyi və idarə etdiyi müəssisələrin xüsusiyyətindən asılı olaraq İttifaq əhəmiyyətli trest və ya birlik kimi müxtəlif ittifaq və respublika təşkilatlarına (Azərbaycan SSR Xalq Komissarları Soveti, SSRİ Ali Xalq Təsərrüfatı Şurası, SSRİ Ağır Sənaye Nazirliyi, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası) tabe olmuş və "Azərneftkomitə", "Azərneftkombinat" (sonralar "Azərneft", "Azərneftzavodlar" və "Azərneftmaşınqayırma" birliklərinə ayrılmış), "Azərneftçıxarma" Birliyi adlanmışdır. Şirkətin nəzdində iki neftayırma zavodu, bir neçə beynəlxalq neft-qaz boru kəməri və bir neçə mühəndislik şirkəti var. Hal-hazırda ARDNŞ kapital həcminə görə dünyanın 68-ci ən böyük şirkətidir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. Azərneftin əsasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi (1954–1959), Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi (1965–1970) yaradılmışdır. 1970-ci ilin avqustunda yenidən "Azərneft" adlandırılmışdır.
Cənubi Loular
Cənubi Loular — Şərqi Afrikada Nilboyu xalqlar qrupu. Uqandanın şimalında yaşayırlar: lanqolar (Şimal vilayətinin cənubunda, Kyoqo gölündən şimalda 1,7 mln. nəfər); açolilər [özlərini akoli adlandırırlar; Şimal vilayətində 1,3 mln. nəfər (2010); 50 min nəfərdən çox həmçinin Sudanın cənubunda Şərqi Ekvatorial vilayətinin cənub qərbində Açoli dağında yaşayır]; kumanlar (ikumamalar, ikokolemular, ako kolemular; Kvania və Kyoqo gölləri arasında, Şərq vilayətinin şimal qərbində Kaberamaido dairəsində təqribən 200 min nəfər). Uqandanın cənub şərqində (Şərq vilayətinin şərqində Tororo dairəsi) copadholalar (padho lalar, damalar, budamalar; 480 min nəfər), Keniyanın cənub qərbində, Viktoriya gölündən şərqdə (Nyanza əyaləti) coluolar yaşayırlar. Alurlar (özlərini coalur adlandırırlar) Albert gölündən şimal qərbdə (Uqandanın Şimal vilayətinin cənub qərbində, Nebbi dairəsində 640 min nəfər və Konqo Demokratik Respublikasının şimal şərqində, Yuxarı Konqo əyalətinin şərqində 880 min nəfər) məskunlaşmışlar. Ümumi sayları 10 mln. nəfərdən çoxdur (2009). Nilboyu dillərin qərbi luo qrupunun cənub yarımqrupuna daxil olan dillərdə danışırlar. Dindarların əksəriyyəti xristiandır, müsəlmanları da var.
Dojlar sarayı
Dojlar sarayı (it. Palazzo Ducale) — Venesiyada İtaliya XIV–XV əsr qotik memarlığına aid, memar Kalendario Filippo tərəfindən 1309–1424 cü illərdə inşa edilmiş tikili. Bu bina ilk növbədə Dojlar respublikasının iqamətgahı olmuşdur. Sarayda ali şura və senat, eyni zamanda ali məhkəmə və polis xəfiyyəsi fəaliyyət göstərmişdir. Birinci mərtəbəsində vəkillər, dəftərxana, notar kontorları, senzur xidməti və dəniz idarəsi yerləşmişdir. Binanın üst qatındakı mərkəzdə yerləşmiş eyvan tribun kürsüsü funksiyası daşıyır.Sarayın hər iki tərəfi Venesiya laqununa və Müqəddəs Mark meydanına baxır. Saray gümanki 1309–1424 illəri arasında Filippo Kalendario tərəfindən dizayn edildi. Saray olduqca kiçik bir qala üzərində tikilmişdir. Saray 1574-ci ildə baş vemiş yanğın nəticəsində böyük zərər görmüşdür. Saray daha sonra bərpa edimiş və Venesiya dövlətinin əsas siyası binası olmuşdur.
Lonbar (Ərdəbil)
Lonbar (fars. لنبر‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,498 nəfər yaşayır (343 ailə).
Qolkar Partiyası
Qolkar Partiyası və ya Funksional Qruplar Partiyası (ind. Partai Golongan Karya) İndoneziyada siyasi partiyadır. 1964-cü ildə Sekber Qolkar (Sekretariat Bersama Golongan Karya, Funksional Qrupların Birgə Katibliyi) kimi quruldu və ilk dəfə 1971-ci ildə Qolkar (Golonqan Karya, Funksional Qruplar) kimi iştirak etdi. O ərəfədə Qolkar bir siyasi partiya deyildi. 1999-cu ildə məcburi yeni seçki qanunu ilə qruplar özünü siyasi partiya kimi müəyyənləşdirdi. Qolkar 1971-ci ildən 1999-cu ilə qədər İndoneziyada hökumət qrupu idi, Prezident Suxarto və Buharuddin Yusuf Habibi, daha sonra prezidentlər Abdurrahman Vahid, Meqavati Sukarnoputri və Susilo Bambanq Yudhoyono rəhbərliyindəki iqtidar koalisiyalarına qoşulur.İndoneziya Demokratik Mübarizə Partiyasından prezident Coko Vidodo 2014-cü ildə seçildiyi zaman, Qolkar əvvəlcə keçmiş general Prabovo Subianto rəhbərliyi ilə keçmiş müxalifət koalisiyasına qoşulub, lakin 2016-cı ildə Vidodonun hökumətinə bağlılığını bildirdi.
Riştə Xoşkar
Riştə Xoşkar (fars. رشته‌خشکار‎)‏ — Gilan ostanında hazırlanan ‎‏Ramazan ayına aid şirniyyat və desert.
Yoşkar-Ola
Yoşkar-Ola (rus. Йошкар-Ола) — Rusiyada şəhər, Mari-El Respublikasının paytaxtı və inzibati mərkəzi. 1919-cu ilə qədər Çarevokokşaysk, 1919-1928-ci illərdə Krasnokokşaysk adlandırılmışdır. 1984-cü ildə şəhər "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir. Əhalisi 271 868 nəfər (2019), “Yoşkar-Ola” şəhər dairəsinin əhalisi 282.797 nəfərdir (2019). Fin-Uqor xalqlarının mədəniyyət mərkəzlərindən biridir. Arxeoloji qazıntılar müasir Yoşkar-Ola ətrafındakı insanların mezolit dövründən (e.ə. 12 min il) bəri yaşadığını göstərir. XVI əsrin ortalarına qədər bu ərazi Kazan xanlığının Qalisiya draqunun bir hissəsi idi və Mari tərəfindən yerləşirdi. 1552-ci ilin oktyabrında İvan Qroznı Kazan xanlığının torpaqlarını öz səltənətinə ilhaq etdi.
Bolkar dağları
Bolkar dağları Əvvəllər Bulgar dağları kimi tanınan Bolkar dağları, Konya, Niğdə və Mersin illərinə yayılmış, ən yüksək nöqtəsi 3524 metr hündürlükdə olan tektonik dağ silsiləsi. Montivipera bulgardaghica adlı zəhərli gürzə növü dünyada yalnız bu dağda yaşayır. Karacaoğlan şeirlərində bu dağı xatırladır. (Yörü, behey Bulgar Dağı! Senden yüce dağ olma mı? Sende yaylayan güzelin, Yanakları ağ olma mı?) Niğde ilinin Uluqışla ilçəsi sərhədləri daxilində yerləşən Mədətsiz zirvəsi Uluqışladan təxminən 20 km cənub-şərqdə yerləşir. Tavr dağlarının Bolkar dağları adlanan dağlıq bölgəsinin ən yüksək zirvəsidir. Böyük dağ silsiləsində yerləşdiyi üçün ətrafında hündürlüyü 2500 metrdən yüksək çoxlu sayda təpələr var. Bu səbəbdən bəzən çox uzaq məsafələrdən aşkar etmək çətin olur. Adını cənub yamacındakı qayalıqlardan götürən Mədətsiz dağı gözəl mənzərəyə sahibdir.
Frid Oskar
Frid (Fried) Oskar (10 avqust 1871, Berlin, Almaniya imperiyası – 5 iyul 1941[…], Moskva, RSFSR, SSRİ) — alman dirijoru, bəstəkar. 1904-cü ildən Berlində Musiqi həvəskarları cəmiyyəti və Müğənnilər ittifaqının rəhbəri olmuşdur. Frid Sovet Rusiyasına gəlmiş ilk əcnəbi dirijordur. 1922-ci ildə V. İ. Leninlə görüşmüş, bu görüş onun gələcək həyatına həlledici təsir göstərmişdir. 1931-ci ildən SSRİ-də yaşaməşdır. 1940-cı ildə SSRİ vətəndaşlığını qəbul etmişdir. Frid Oskar bir sıra orkester, xor,vokal-instrumental əsərlərin müəllifidir.
II Oskar
II Oskar (tam adı ilə Oskar Frederik; 21 yanvar 1829 - 8 dekabr 1907) — İsveç (1872-1907) və Norveç (1872-1905) kralı, Österqotland hersoqu. 1829-cu ildə doğulmuşdu. I Oskar və Yozefina Leuxtenberqin üçüncü oğlu idi. Xaç suyuna salınma mərasimindən sonra şərəfinə 128 dəfə top atılmışdı. 1833-1837-ci ildə filosof Kristofer Yakob Boströmdən şəxsən dərs almışdı. Uppsala universitetinin bitirmişdir. Hələ 11 yaşında dənizçi olaraq hərbi fəaliyyətə başlamışdır. Bundan əlavə o şeirlər də yazırdı. Bir neçə şeir kitabı və tarix araşdırmaları vardı. Musiqi və ədəbiyyatı çox sevən seçkin bir natiq idi.
I Oskar
I Oskar yaxud tam adı ilə Jozef Fransua Oskar Bernadot (4 iyul 1799[…], Paris – 8 iyul 1859[…], Stokholm kral sarayı[d], Stokholm leni[d]) — 4 iyul 1799–cu ildə doğulmuş, 8 iyul 1859-cu ildə vəfat etmiş və 1844-cü ildən ölənəcən İsveç-Norveç kralı olmuşdur. Oskarın adının Skandinaviyada ilk olması, onun xaç atası Napoleon Bonapart'ın şotland şairi Ceyms Makfersonu çox bəyənməsi və əsərlərindəki irland adı olan Oskar'ı çox işlətməsindən qaynaqlanır. O özü isə Skandinaviyada yox, Parisdə doğulmuşdu. Onun anası Dezire Klari Napoleon Bonapartın bir zamanlar nişanlısı olmuşdu. Jozef adı Napoleonun qardaşı Jozef Bonapartdan götürülmüşdür. Təhsilinə 1807-ci ildə başlamışdır. Onlar atasının İsveç kralı olmasından sonra İsveçə köçmüşdülər. O, 1812-ci ildə İsveç və Norveç dilini sürətlə öyrənməyə başladı və tezliklə atası üçün tərcüməçi kimi işləməyə başladı. Bundan əlavə alman dili, kimya və din barədə də məlumatlandırılması üçün fərqli müəllimlər tutulmuşdu. 1815-ci ildə musiqi təhsilinə başladı.
Lokal şəbəkə
Lokal şəbəkə yaxud LAN (ing. Local Area Network) — yaşayış yeri, məktəb, laboratoriya, universitet şəhərciyi və ya ofis binası kimi məhdud sahədə kompüterləri birləşdirən kompüter şəbəkəsi. Əksinə, genişmiqyaslı şəbəkə (WAN) sadəcə daha böyük coğrafi məsafəni yox, həm də ümumiyyətlə icarəyə götürülmüş telekommunikasiya sxemlərini əhatə edir. Ethernet və Wi-Fi lokal şəbəkələr üçün istifadə edilən ən çox yayılmış iki texnologiyadır. Tarixi şəbəkə texnologiyalarına ARCNET, "Token Ring" və "AppleTalk" daxildir. Şin topologiyalı lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu topologiyada bütün kompüterlər paralel olaraq şinə qoşulurlar. Şin, kompüterləri bir-birinə bağlayan kabel sistemidir. İnformasiya paketlər şəklində şinlə hər iki tərəfə ötürülür. İnformasiya göndərmək istəyən kompüter (şəbəkə adapteri) şinin boş olub-olmamasını (yəni şinlə digər kompüterlərin informasiya göndərib-göndərməməsini) yoxlayır.
Lokal şəbəkələr
Lokal şəbəkə yaxud LAN (ing. Local Area Network) — yaşayış yeri, məktəb, laboratoriya, universitet şəhərciyi və ya ofis binası kimi məhdud sahədə kompüterləri birləşdirən kompüter şəbəkəsi. Əksinə, genişmiqyaslı şəbəkə (WAN) sadəcə daha böyük coğrafi məsafəni yox, həm də ümumiyyətlə icarəyə götürülmüş telekommunikasiya sxemlərini əhatə edir. Ethernet və Wi-Fi lokal şəbəkələr üçün istifadə edilən ən çox yayılmış iki texnologiyadır. Tarixi şəbəkə texnologiyalarına ARCNET, "Token Ring" və "AppleTalk" daxildir. Şin topologiyalı lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu topologiyada bütün kompüterlər paralel olaraq şinə qoşulurlar. Şin, kompüterləri bir-birinə bağlayan kabel sistemidir. İnformasiya paketlər şəklində şinlə hər iki tərəfə ötürülür. İnformasiya göndərmək istəyən kompüter (şəbəkə adapteri) şinin boş olub-olmamasını (yəni şinlə digər kompüterlərin informasiya göndərib-göndərməməsini) yoxlayır.
Lotar Matteus
Lotar Herbert Matteus (alm. Lothar Herbert Matthäus‎, 21 mart 1961[…], Erlangen, Bavariya) — görkəmli alman futbolçu və futbol mütəxəssisi. 1990-cı ildə Qızıl top mükafatına layiq görülmüş, 1991-ci ildə FİFA tərəfindən ilin oyunçusu seçilmişdir. Matteusun ilk həyat yoldaşı 47 yaşlı Silviya olub. Onların nigahı 1981-ci ilin iyulundan 1992-ci ilin dekabrına kimi davam edib. Bu nigahdan iki qızı olan Matteusun ikinci evliliyi İsveçrənin keçmiş gözəli Lolita Moreno ilə olub. Lotar televiziyada aparıcı olan Lolita ilə 1994-1999-ci ilə birgə yaşayıb və onların Loris adlı oğulları var. Əfsanəvi futbolçu üçüncü həyat yoldaşı Mariana Kostiçlə isə 2003-cü ilin Dunay çayında gəmi səyahəti zamanı tanış olub. Matteusu arzulanan həyat yoldaşı hesab edən Mariananın ondan üç uşağı var. Növbəti dəfə Lotar "Playbol" jurnalında çəkilən Ukraynalı fotomodel, özündən 26 yaş Liliana ilə 2007-ci ildə tanış olsa da, cütlüyün münasibətləri 2009-cu ilin yanvarın 1-də Las-Veqasda rəsmiləşib.
Lotka qanunu
Lotka qanunu (ing. Lotka’s law) — 1926-cı ildə ABŞ riyaziyyatçısı, fiziki kimyaçısı Alfred Lotka tərəfindən təklif edilmişdir. Lotka öz işində 2 verilənlər bazasından istifadə etmişdir, 1907–1916-cı illərdə çap olunmuş "Chemical Abstracts" jurnalında kimya sahəsinə aid olan məqalələr (yalnız soyadı A və B hərfi ilə başlayan müəlliflər); "Auerbach’s Geschichtstafeln der Physik" jurnalında fizika sahəsinə aid olan məqalələr analiz olunmuşdur. Elmi məhsuldarlığın Lotka qanunu ixtiyari elm sahəsində məqalələrin çap edilmə tezliyini öyrənir. X {\displaystyle X} sayda məqaləsi olan alimlərin sayı ( Y {\displaystyle Y} ) 1 məqaləsi olan alimlərin sayının ( C {\displaystyle C} ) 1 / X n {\displaystyle 1/X^{n}} hissəsinə təxminən bərabərdir (n≈2): Y = C X n ; {\displaystyle Y={\frac {C}{X^{n}}};} Misal üçün, əgər elmin bir sahəsəində əsərlərinin sayı 1-ə bərabər olan alimlərin sayı 100 olarsa, onda əsərlərinin sayı 2 olan alimlərin sayı 25, 3 məqaləsi olan alimlərin sayı 11, 4 məqaləsi olan alimlərin sayı 6 və s. olacaqdır. Nəhayət, 10 məqalə çap etdirən yalnız 1 alim olacaqdır. Bibliometriya Rasim Əliquliyev. Nigar İsmayılova. Bibliometriya: Müasir vəziyyəti, problemləri və inkişaf perspektivləri, 2015, 78 s.
Mişel Rokar
Mişel Rokar (d. 23 avqust 1930, Kurbevua, Fransa – ö. 2 iyul 2016, Paris, Fransa) — Fransa siyasətçisi. Mişel Rokar 23 avqust 1930-cu ildə Fransada anadan olub. 1988-1991-ci illərdə Fransanın baş naziri vəzifəsində çalışıb. O, Avropa Birliyinin böyük tərəfdaşı kimi məşhur idi. 2016-cı ildə 86 yaşında ikən vəfat etmişdir. Speech of Michel Rocard denouncing the methods of some who push for software patents in Europe (fr.) Michel Rocard règle ses comptes avec le socialisme à la française (Le Monde).
Oskar Danon
Oskar Danon (serb. Оскар Данон; 7 fevral 1913[…], Sarayevo – 18 dekabr 2009, Belqrad) — Yuqoslaviya bəstəkarı və dirijoru. İkinci dünya müharibəsi davam edərkən 1943-cü ildə Vladimir Nazorun yazdığı yuqoslav partizanlarının marşı olan "Uz marşala Tita"nın (azərb. "Marşal Tito ilə"‎) bəstəkarıdır. Bir boşnak-serb yəhudisi olan Oskar Danon 7 fevral 1913-cü ildə, həmin zaman mövcud olan Avstriya-Macarıstan imperiyasına aid (indiki vaxtda Bosniya və Herseqovinaya aid) Sarayevo şəhərində anadan olmuşdur. Yuqoslaviya Krallığında musiqi təhsili bölməsində oxumuş və Çexoslovakiyanın paytaxtı Praqa şəhərində Musiqişünaslıq sahəsi üzrə doktorluq işini müdafiə etmişdir. Sarayevoda dirijor kimi fəaliyyət göstərmiş və İkinci dünya müharibəsindən sonra, 1944–1965-ci illər arasında Belqrad Operasının dirijoru və rejissoru olmuşdur. 1970–1974-cü illərdə Sloveniya Filarmoniya Orkestrında dirijorluq etmişdir. Həmçinin, o, həmin dövrdə Belqrad Filarmoniya Orkestrınında da dirijor idi. Bu orkestrlarla həm Yuqoslaviyada, həm də ölkə xaricində (Paris, Visbaden, Florensiya və s.
Oskar Kokoşka
Oskar Kokoşka (1 mart 1886[…] – 22 fevral 1980[…], Montrö[d]) — Avstriyalı rəssam, şair və dramaturq. Bir rəssam kimi onun əsərləri ekspressionizm və modernizmin ən yaxşı nümunələrindəndir. 1904-cü ildə Vyanada sənətşünaslığa başladı. 1910-1911-ci illərdə Berlində "Der Sturm" qəzeti üçün rəsmlər çəkirdi. Oskar Kokoşka 1886-cı il martın 1-də Avstriyanın Dunay bölgəsindəki Pöchkarn şəhərində anadan olmuşdur. 1905-ci ildə Vyana Peşə və İncəsənət Məktəbinə daxil oldu və rəssamlığa başladı. 1909-cu ilə qədər bu məktəbdə təhsilini davam etdirdi və rəsm çəkmədiyi vaxtlarda teatra maraq göstərdi və 1908-ci ildə iki əsər yazdı. 1910-cu ildə onun "Xəyalpərəst Uşaqlar" adlı uzun şeiri çapdan çıxdı. Həm rəssamlıqla, həm də ədəbiyyatla maraqlanırdı. Vyananın sənət səhnəsində şöhrəti artdı.