XOTKAR

1. Hökmdar, sultan, başçı.

2. Bax: xonkar. (“Koroğlu” dastanının lüğəti)

Dastanlarda xonkar, xodkar, xudkar şəklində də işlənir. Bax: xonkar.

Koroğlu, məni xotkar sənin yanına göndərib. Bəsdir bu qədər xotkara düşmən oldun. İstəyirəm xotkarla səni barışdıram. Xotkar deyir, o mənim böyük oğlum, Bürcü Sultan kiçik oğlum. (“Hasan paşanın Çənlibelə gəlməyi”)

*

Bu tərəfdən də xotkar bütün paşalara, qoşun böyüklərinə fərman göndərmişdi ki, kim Koroğlunun ya özünü, ya da başını gətirsə, onu dünya malından qəni edəcək.  (“Koroğlunun Ərzurum səfəri”)

*

Baş əymərəm xotkar yazan fərmana,

Gələrsən əlimdən axır amana,

Koroğluyam, nərəm çıxar asmana,

Qoşun qaçar dörd bir yana, əfəndim!

                                (“Hasan paşanın Çənlibelə gəlməyi”)

*

Vuram xotkar, tutam paşa,

Xanlar məndən çəkə haşa.

Bu dövranım vara başa,

Sönməyən çırağım ola!..

                                  (“Qulun qaçmağı”)

XOTKAR
XOY FARS

Значение слова в других словарях