Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hornet
Hiller YH-32 Hornet — Hiller Aircraft aviasiya şirkəti tərəfindən 1950-ci illərin əvvəllərində istehsal olunan aviavasitədir. McDonnell Douglas F/A-18 Hornet — McDonnell Douglas ve Northrop Corporation şirkətləri tərəfindən istehsal olunan döyüş təyyarəsi M93 HORNET minası — ABŞ tərəfindən təkmilləşdirilmiş tank əleyhinə mina.
Kornet
Kornet — Çar və ADR ordusunda hərbi rütbə. Çar Rusiyası ordusunda kavaleriyada əsilzadələr üçün ilkin zabit rütbəsi idi. İtalyanca corno — buynuz, hərbi şeypur sözündən alınıb. Əsasən atlı dəstənin rütbəli zabitlərinə (Kazak dəstəsindən başqa) verilirdi. Çariça Anna İvanovna 1731-ci ildən rus ordusuna tətbiq edib. 1765-ci ildə II Yekaterina bu rütbəni ləğv etmişdi. 1798-ci ildə I Pavel yenidən bərpa etdi. 1884-cü ildə ordu quruculuğunda kornet XII klas çininə dəyişildi. Həmin dövrdən podporuçik paqonu ilə eyniləşdi. Bu baxımdan atlı dəstədə podporuçik rütbəsi yox idi.
9M133 Kornet
9M133 Kornet - Rusiya istehsalı 2-ci nəsil tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksidir. Əsas məqsədi döyüş zamanı düşmən tanklarını sıradan çıxarmaqdır. Qiyməti yüksək olduğuna görə, hazırkı sistemləri tam əvəz etməmişdir. NATO kod adı AT-14 "Spriggan"dır. İlk dəfə Rusiya Ordusunda 1998-ci ildə silahlanmaya qəbul olunmuşdur. İxrac variantı Kornet-E adlanır. Orduya qəbul olunduqdan sonra ilk olaraq 9K111 Faqot (NATO: AT-4 Spiqot) və 9K113 Konkurs (NATO: AT-5 Spandrel) TƏİR-lərini əvəz etdi. Bu raket ayrıca olaraq helikopterlərə qarşı da istifadə olunur. Bəzi variantlarının sahib olduğu termobarik döyüş başlığı sayəsində yüngül zirehli maşınlara, piyadalara və möhkəmləndirilmiş mühəndis-istehkam qurğularına qarşı da istifadə olunur. == Döyüşlərdə istifadə olunması == 2003-cü ildə ABŞ qoşunları İraqa daxil olarkən, Kornet TƏİR-dən İraqın bir neçə xüsusi təyinatlı dəstəsi tərəfindən Amerikan zirehli maşınlarına hücumlar zamanı istifadə olunmuşdur.
Maksvel Kornet
Maksvel Kornet (27 sentyabr 1996-cı ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Olimpik Lion klubunda hücumçu kimi çıxış edən peşəkar Kot-d'İvuar futbolçusudur. == Karyerası == === Metz === Kornet Metz klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. O, Liqa 2-də debütünü 2 avqust 2013-cü ildə Stad Laval klubuna qarşı oyunda etmişdir. O, 79-cu dəqiqədə Yeni Nqbakotonu əvəz etmiş və komandası 1-0 hesabı ilə qalib gəlmişdir. === Lyon === 16 yanvar 2015-ci ildə Kornet Liqa 1 təmsilçilərindən olan Olimpik Lion klubu ilə müqavilə imzalamışdır. O, Liqa 1-də debütünü 25 yanvar 2015-ci ildə keçmiş klubu olan Metz klubuna qarşı oyunda etmişdir. O, 34-cü dəqiqədə Aleksander Lyakazeti əvəz etmiş və komandası 2-0 hesabı ilə qələbə qazanmışdır. O, Lyon klubu ilə ilk qolunu 23 oktyabr 2015-ci ildə Tuluza klubuna qarşı oyunda 89-cu dəqiqədə vurmuşdur. Liqa 1 görüşündə Lyon rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Kornet Kot-d'İvuarda aandan olmuşdur.
Hudson Hornet
Hudson Hornet — 1951-ci ildən 1954-cü ilə qədər, Nash-Kelvinator və Hudson American Motors Corporation (AMC) yaratmaq üçün birləşdiyi zaman , Detroit, Michigan Hudson Motor Car Company tərəfindən istehsal olunan tam ölçülü avtomobil. Hudson avtomobilləri 1957-ci model ilinə qədər Hudson markası altında satılmağa davam etdi.
Frenk Makfarleyn Börnet
Frenk Makfarleyn Börnet (Sir Frank Macfarlane Burnet; 3 sentyabr 1899[…] – 31 avqust 1985[…], Melburn) — immunologiya sahəsindəki xidmətlərinə görə tanınmış avstraliyalı virus sahəsi məşğul olan mütəxəssis, viroloq. İmmunoloji tolerantlığın öyrənilməsi sahəsindəki nailiyyətlərinə və klonal seleksiya nəzəriyyəsinin inkişafında göstərdiyi xidmətlərinə görə 1960-cı ildə Nobel mükafatına layiq görülüb. 1924-cü ildə Avstraliyanın Melbourn Universitetində Tibb elmlər doktoru,1928-ci ildə London Universitetində tibb üzrə fəlsəfə elmlər doktoru dərəcəsi alıb. Avstraliyada tibb elminin inkişafında böyük xidmətləri olub, 1944–1965-ci illərdə Melbourn Universitetində direktor vəzifəsində, Avstraliya Milli Elmlər Akademiyasının üzvü seçilib və 1965–1969-cu illərdə akademiyanın direktoru vəzifəsində çalışıb. Burnetin immunologiyanın inkişafında böyük xidmətləri olub. O, spesifik immunitetin limfositlərlə bağlı olmasını göstərmiş və o bu hüceyrələrə immunositlər adını vermişdir. İmmunoloji reaksiyalarda timus vəzinin xüsusi rol oynamasını Burnet göstərmişdir. Onu müasir immunologiyanın banisi də hesab edirlər.
Frensis Eliza Börnet
Frensis Eliza Börnet (24 noyabr 1849[…], Mançester, Lankaşir – 29 oktyabr 1924[…]) – Britaniya əsilli amerikalı yazıçı. == Həyatı == Frensis Eliza Börnet 1849-cu ildə Mançesterdə anadan olmuşdur. Atasını erkən yaşlarda itirən Frensis əsasən nənəsinin himyəsində tərbiyə almışdır. Nənəsinin Frensisə aldığı kitablar onda ədəbiyyata qarşı maraq oyandırmış və gələcəkdə bu sahəyə yönəlməsində ciddi əhəmiyyətə malik olmuşdur. 1865-ci ildə ABŞ-nin Tennesi ştatında yaşayan dayısının yanına köçür. 1873-cü ildə isə Suan Börnetlə evlənir. == Ədəbi fəaliyyəti == Erkən yaşlarda yerli qəzetlər üçün yazılar yazan Frensisin ilk iriçaplı əsər 1868-ci ildə bir jurnalda çapdan çıxmışdır. == Əsərləri == "The Secret Gordon" (Gizli Bağça. (1911). Roman.
M93 HORNET minası
M93 HORNET minası, ABŞ tərəfindən hazırlanmış, geniş ərazidə 100 metrə qədər məsafədən atəşlənə bilən tank əleyhinə mina növüdür. == Dizaynı == 1987-ci ilin avqustunda Amerikan Honeywell Defense System (Honeywell Müdafiə Sistemləri) və Textron Inc. firmaları tenderdə iştirak etdilər. 1990-cı ilin aprelində Textron şirkəti tələb olunan şərtləri yerinə yetirərək tenderi qazandı. == Tərifi == Həm seysmik, həm də akustik sensorlarla işləyən M93, bununla da yanından keçən vurulması mümkün hədəfləri müəyyənləşdirir. Mənzilinin içində bir hədəf tapdıqdan sonra, mina istiqamətini o tərəfə çevirib, başlatmanın atəş edəcəyi bucağı müəyyənləşdirir. Sonra qaz generatorunun köməyi ilə mina işə salınır. İnfraqırmızı sensorlar hədəfi izləyir və istiqamətini dəyişir. Hədəfə yaxınlaşdıqdan sonra, minanın içindəki detonator işə düşür. Döyüş başlığının daxilində olan partlayıcı Misznay Schardin təsiri ilə hərəkət edir və hədəfini vurur.
F/A-18 Hornet
F/A-18 Hornet — Amerika Birləşmiş Ştatları tərəfindən 1970-ci illərdə istehsal edilən, hərbi hücum-döyüş göyərtə təyyarəsi. Hal-hazırda ABŞ HHQ-nin əsas hücum-döyüş təyyarəsidir. Bəzi Avropa və Asiya ölkələri tərəfindən istifadə edilir. Liviya, İraq və Yuqoslaviyadakı döyüşlərdə tətbiq edilib. Bəzi mənbələrdə F-18 kim qeyd edilir, lakin bu düz deyil belə ki 1982-ci ildə belə qeyd edilmə ləğv edilib.
Hiller YH-32 Hornet
Hiller YH-32 Hornet, Hiller Aircraft tərəfindən 1950-ci illərin əvvəllərində istehsal edilmiş bir aviavasitədir. Kiçik və fərqli bir dizayna malikdir. Rotor bıçaqlarının ucunda quraşdırılmış iki Hiller 8RJ2B ramjet mühərriki ilə işləyirdi. 1950-ci illərin əvvəllərində ABŞ ordusu və ABŞ Hərbi Dəniz Qüvvələri üçün fərqli YH-32 Hornet versiyaları istehsal edildi. Hiller Muzeyi YH-32A Sally Rand modelini ilk hücum vertolyotu hesab edir.
Kornet Rəhim ağa Dilbazov
Kornet Rəhim ağa Hüseyn ağa oğlu Dilbazov — Əlahəzrət İmperatorun konvoyda Kornet rütbəsində xidmət etmişdir. == Həyatı == 1842-ci ildə Qazax qəzası Xanlıqlar kəndində anadan olmuşdur. Türkcə təhsili olmuşdur (rusca da bilirmiş). Əlahəzrət İmperatorun konvoyda kornet rütbəsində xidmət etmişdir. Kornet — Çar Rusiyası ordusunda kavaleriyada əsilzadələr üçün ilkin zabit rütbəsi idi. Xidmət dövründə "Əlahəzrət imperatorun konvoyunda xidmətə görə" medalı almışdır. Xidmətdən tərxis olunması aldığı xəsarətlə bağlı imiş Kornet ağa xidmətdən tərxis olduqdan sonra Qazax qəzasında ona mülk sahəsi ayrılmış və o zamanlar planlı şəkildə salınan bu qəza mərkəzinin 2-ci məhəlləsinin 10 nömrəli sahəsində özünə imarət tikdirmək qərarına gəlmişdir. AR Dövlət Tarix Arxivində sənədlərə əsasən, imarətin layihəsi Yelizavetpol Quberniya İdarəsi tikinti şöbəsinin 20 oktyabr 1882-ci il tarixli 183 saylı protokoluna əsasən, tikinti işi 3 il müddətinə, yəni 20 oktyabr 1885-ci ildə qədər başa çatmalı idi və bu müddətə başa çatırılmışdır. Hazırda bu bina Qazax şəhərində qalmaqdadır. Kornet Rəhim ağanın məzarı Xanlıqlarda Babadərviş qəbristanlığındadır.
McDonnell Douglas F/A-18 Hornet
F/A-18 Hornet — Amerika Birləşmiş Ştatları tərəfindən 1970-ci illərdə istehsal edilən, hərbi hücum-döyüş göyərtə təyyarəsi. Hal-hazırda ABŞ HHQ-nin əsas hücum-döyüş təyyarəsidir. Bəzi Avropa və Asiya ölkələri tərəfindən istifadə edilir. Liviya, İraq və Yuqoslaviyadakı döyüşlərdə tətbiq edilib. Bəzi mənbələrdə F-18 kim qeyd edilir, lakin bu düz deyil belə ki 1982-ci ildə belə qeyd edilmə ləğv edilib.
Borneo
Kalimantan (ind. Kalimantan), bəzən Borneo (malay Borneo) — Adaların dünyada sahəsinə görə sıralamasında üçüncüdür. Adada üç dövlət yerləşir: İndoneziya, Bruney və Malayziya. Onun sahəsi 743,330 km² təşkil edir. Ada Malay arxipelaqının daxilində, cənub-şərqi Asiyada yerləşir. Ada avropalılar tərəfindən 1521-ci ildə Magellanın ekspedisiyası zamanı kəşf edilir. == Etimalogiyası == Ada bir çox adlarla məşhurdur. Ada ümumxalq dilində Borneo adlanır. Bu ad Bruney sultanlığının adı ilə bağlıdır. Magellanın ekspedisiyası adanın bu hissəsinə lövbər atırlar.
Bornit
Bornit — kubik sinqoniya – yüksək temperaturlu (>228 °C) modifikasiya; triqonal sinqoniya – aşağı temperaturlu metastabil modifikasiya; tetraqonal sinqoniya – aşağı temperaturlu (<228 °C) modifikasiya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – dəyişilməmiş təzə səthində tuncu-sarı, tünd misi-qırmızı. Havada dərhal tutqunlaşır və göy, qırmızımtıl və bənövşəyi çalarlı əlvan oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq–4,9–5,3; Sərtlik – 3; Kövrəkdir; Ayrılma – {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamar, yarımqabıqvari; Başqa xassələr – elektrik keçiriliciyi ilə səciyyələnir; Morfologiya – kristallar: çox nadir heksaedrik, dodekaedrik, oktaedrik; Mineral aqreqatları: dənəvər, sıx kütlələr, damarcıqlar, püruzlar, qabıqlar, haşiyələr, lövhəciklər. == Mənşəyi və yayılması == Həm endogen, həm də ekzogen proseslərin məhsuludur. Mineralın hipogen əmələgəlmələrinə maqmatik (mis-nikel), skarn tipli və hidrotermal yataqlarda, hipergen əmələgəlmələrinə isə mis filizi yataqlarının törəmə sulfidlərlə zənginləşmə zonasında rast gəlinir. Misli qumdaşları və misli şistlər içərisində yerləşən stratiform tipli yataqlarda geniş yayılmışdır. Autigen mineral və sement kimi çox az hallarda çökmə süxurlarda tapılır. Birlikdə rast gəldiyi minerallar: xalkozin, digenit, kovellin, xalkopirit, tetraedrit, tennantit, enargit. Mineralın tapıldığı yerlər: Mansfeld (Almaniya); Cezkazqan, Uspenski (Qazaxıstan); Dzerjinski, Qay, Lyovixa (Rusiya); Byutt (ABŞ); Braden (Çili); Sumeb (Namibiya) və b.
Botnet
Botnet (ing. Botnet, "robot" və "network" (şəbəkə) sözlərindən) − istifadəçinin xəbəri olmadan kompüteri məsafədən idarə etməyə imkan verən ziyankar proqramlarla − botlarla yoluxmuş kompüterlərdən ibarət şəbəkə. Bot istifadəçinin kompüterində gizli quraşdırılan və bəd niyyətli şəxsin yoluxmuş kompüterin resurslarından istifadə etməklə müəyyən əməlləri yerinə yetirməsinə imkan verən proqramdır. Botnetlər adətən spam göndərilməsi, konfidensial informasiyanın toplanması, xidmətdən imtina hücumları (Dos-hücum), fişinq və s. üçün istifadə edilir. == Ümumi görünüş == Botnet, təhlükəsizliyi pozulmuş və nəzarəti üçüncü tərəfə verilmiş kompüterlər, smartfonlar və ya əşyaların interneti (IoT) cihazları kimi İnternetə qoşulmuş cihazların məntiqi toplusudur. "bot" kimi tanınan hər bir təhlükəyə məruz qalmış cihaz, zərərli proqram (malicious software) paylanmasından proqram təminatı tərəfindən cihaza daxil olduqda yaradılır. Botnetin nəzarətçisi IRC və Hypertext Transfer Protocol (HTTP) kimi standartlara əsaslanan şəbəkə protokolları ilə yaradılmış rabitə kanalları vasitəsilə bu təhlükəyə məruz qalmış kompüterlərin fəaliyyətini idarə edə bilir. Botnetlər kibercinayətkarlar tərəfindən getdikcə daha çox müxtəlif məqsədlər üçün əmtəə kimi icarəyə verilir. == Arxitektura == Botnet arxitekturası zaman keçdikcə aşkarlanma və pozulmalardan yayınmaq üçün təkamül etmişdir.
Hörmət
Hörmət və ya sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq. Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
Klarnet
Klarnet — nəfəslə çalınan musiqi aləti. Simfonik orkestrin tərkibinə daxil olan əsas alətlərdən biridir. == Söz açımı == Italyanca «clarinetto» - «kiçik klarina» deməkdir. Klarina isə (latınca «clarus» - aydın) XVIII əsrdə aydın, təmiz səsə malik olan yüksək registrli truba aləti idi. == Tarixçə == Klarnet ağac nəfəs alətlərindən biri olub, 1690-cı ildə Nürnberqli alman musiqi ustası İohann Xristof Denner tərəfindən ixtira olunmuşdur. Artıq XVIII əsrdən etibarən müasir təkmilləşmiş formada orkestrlərin tərkibinə daxil olmuşdur. Solo, ansambl və eləcə də simfonik orkestrin ən başlıca ağac nəfəs aləti kimi geniş tədbiq edilir. == Quruluşu və diapazonu == Silindr şəkilli boru formasındadır, birdilçəkli olub, klapanlar sistemi ilə təchiz olunmuşdur. Uzunluğu 70 sm olan borudan və qamış müştükdən ibarətdir və çoxlu sayda klapanlar vasitasilə çalınır. Onun diapazonu kiçik oktavanın «re» («re b») notundan III oktavanın «lya» - «si b» notuna qədər davam edir.
Korset
Korset (fr. corset) — qadınların arıq görünmək üçün geyindiyi xüsusi geyim forması.
Korvet
Korvet — hərbi gəmilərin müşayiət və gözətçilik funksiyasını daşımaq üçün olan sinfi. Korvetlər adətən su və hava məkanından gələn təhlükənin qarşısını almaq üçün müdafiə mövqeyini yerinə yetirirlər. == Korvetlər yelkənli donanma dövründə == Yelkənli donanma dövrünün ilk vaxtlarında, yəni XVII-XIX əsrlərdə, korvetlər üçdorlu hərbi gəmi olmaqla, düz yelkən silahlanmasına malik idi. Silahlanmada 18—30 arası kiçik və böyük kalibrlı toplardan istifadə olunurdu. Bütün toplar adətən yuxarı göyərtədə yerləşdirilirdi. Belə gəmilərdə sututumluq 460 ton və yuxarı idi. XIX əsrin 40-ci illərində təkərli, 60-cı illərin sonlarında isə vint-yelkənli korvetlər yaranmağa başladı. == Korvetlət İkinci dünya müharibəsi dövründə == İkinci dünya müharibəsi dövründə xüsusi olaraq hazırlanmış müdafiə gəmiləri ilk dəfə ABŞ və Böyük Britaniya Hərbi Dəniz Qüvvələrində (HDQ) meydana gəlmişdi. Bu korvetlərdə sututumluluq 500—1600 ton arası dəyişirdi. Sürət isə saatda 30—37 km göstəriciyə bərabər olurdu.
Larnit
Larnit — mineral, β - Ca2[SiO4] == Haqqında == Larnit - dörd modifikasiyadan (α, β, γ1, γ) biri. Təbiətdə ancaq ikisi tapılıb - β larnit və γ1-larnit (bredigit). Monoklinik habitus lövhəvari.İkiləşməsi {100} üzrə polisintetik. Ayrılması {100} üzrə mükəm­məl. Rəngsiz, boz. Əsasi püskür­mə süxurların əhəngdaşı ilə kontaktından əmələ gəlir. Mervinit, sperrit, şpinel ilə assosiasiya olur. Çox az tapılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Loreen
Lorin Zeynəb Nora Təlhavi (İsveçcə: Lorine Zineb Nora Talhaoui; 16 oktyabr 1983, Danderyud[d], İsveç) — Mərakeş əsilli İsveç müğənnisi. 2 dəfə Avroviziya Mahnı Müsabiqəsi qalibidir. Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində iştirak edən musiqiçi "Euphoria" adlı mahnı ilə ölkəsini təmsil etmiş və 372 balla müsabiqənin qalibi olmuşdur. Musiqi ilə yanaşı müğənni eyni zamanda İnsan hüquqlarının qorunması üçün siyasi fəaliyyət göstərir. Səyahət etdiyi müxtəlif ölkələrdə Lorin ölkənin siyasi məhbusları, insan haqqları fəalları ilə görüşlər keçirmişdir. O, 2023-cü ildə "Tattoo" mahnısı ilə İsveçi ikinci dəfə 2023 Avroviziya Mahnı Müsabiqəsində təmsil edərək 583 balla yenə birinciliyi əldə edib. == Həyatı == Lorin Zeynəb Nora Təlhavi 16 oktyabr 1983-cü ildə İsveçin paytaxtı Stokholm şəhərində doğulub. Lorinin valideynləri Mərakeş immiqrantlarıdır. Uşaq vaxtı Lorin valideynləri ilə Vesterosa köçdü. O, yeniyetməlik illərinin çoxunu şəhərin Qrıta yaşayış massivində keçirib.
Lorens
Lorens — ad. Lorens Kun — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Lorens Kleyn — amerikalı iqtisadçı və ekonometrik. Lorens Cenkell — Fransız rəssamı və heykəltaraşı.
Lorut
Lorut — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd.
Lünet
Lünet — qeyri-sərt valların metalkəsən dəzgahlarda emal zamanı kəsmə qüvvəsinin təsiri altında və məxsusi ağırlıqdan yaranacaq elastiki yerdəyişmələri azaltmaq, hissənin titrəməyə qarşı davamlığını artırmaq məqsədilə tətbiq edilən dəzgah komponentidir. Lünet tərpənməz olaraq dəzgahın gövdəsinə bərkidilir və ya da hərəkətli olaraq supportla birlikdə emal zamanı hərəkət etdirilir.
Lənət
Bəddualar — inanc və dualar kimi İraq-türkman folklorunda möhkəm yer alan janrlardandır. Xalqın keçmiş həyat tərzini, adət-ənənəsini, etik və estetik görüşlərini tədqiq etmək baxımından bəddualar xüsusi əhəmiyyət kəsb edir. Professor Azad Nəbiyev Azərbaycan folklorunda qarğışlardan danışarkən onları üç qrupa bölmüşdür: mərasimlərlə, məişətlə, mifoloji və dini təsəvvürlərlə bağlı yaranan qarğışlar. Demək olar ki, Kərkük dolaylarında təsadüf edilən bədduaları da təxminən üç qrupa bölmək olar: Dini təsəvvürlərin təsiri ilə yaranan bəddualar. Mərasimlərlə bağlı yaranan bəddualar. Məişətlə bağlı yaranan bəddualar. Iraq türkman folklorunda məişətlə bağlı yaranan bəddualar daha çoxdur.
Erika Lorents
Erika Lorents (d. 18 fevral 1981) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Erika Lorents, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Erika Lorents, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Florent Maluda
Floran Maluda (fr. Florent Malouda; d. 13 iyun 1980) — Çelsi tərəfindən Fransanın Lion komandadan transfer edilmiştir. Sürətli, texniki bacarıqlı və yaxşı zərbələr çıxaran bir futbolçudur.Fransa milli futbol komandası ilə 2006 FİFA Dünya Kubokunda oynadığı futbol ilə adamları heyran etdi.
Hendrik Lorens
Hendrik Anton Lorentz (nider. Hendrik Antoon Lorentz, 18 iyul 1853[…], Arnem[…] – 4 fevral 1928[…], Harlem[d]) — görkəmli niderland fiziki, Fizika üzrə Nobel mükafatı laureatı. == Fəaliyyəti == 1902-ci ildə Piter Zimanla birgə Ziman effektinin kəşfi və nəzəri izahına görə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Lorentz həmçinin Eynşteynin fikrincə məkan və zamanın əsl təbiətini təsvir edən Lorentz transformasiyalarını da işləmişdir. Leyden universitetində təhsil almış, 1878-ci ildə isə bu universitetin riyazi fizika üzrə professoru adını almışdır. O işığın elektromaqnit nəzəriyyəsi və materiyanın elektron nəzəriyyələrini inkişaf etdirmiş, həmçinin bir-birini tamamlayan elektrik, maqnit və işıq hadisələri nəzəriyyəsini işləmişdir. Orta məktəb dərsliklərində tədris olunan Lorentz qüvvələri anlayışı da bu alimin adı ilə bağlıdır. Lorentz qüvvəsi maqnit sahəsində hərəkət edən yükə təsir edən qüvvədir. İrəliləmə hərəkətində cismin uzunluğunun azlamasını təsvir edən Lorentz –Fitsjerald azalması adlanan hadisənin nəticələrindən biri olan hərəkət edən cisimlərin vəziyyətinin çevrilmələri nəzəriyyəsini işləyib hazırlamışdır. Bu nəzəriyyə çərçivəsində alınmış Lorents çevrilmələri nisbilik nəzəriyyəsin verilmiş ən byük töhfələrdən biri sayılır.
Heybət Hörmət
Heybət Hörmət(Hörmət Heybət Qüdrət oğlu.) — Azərbaycanın tanınmış teatr və kino aktyoru, rejissoru. Şair-tənqidçi, "Qızıl qələm" mükafatı laureatı, "Ümid press" qəzetinin baş redaktoru. == Həyatı == Heybət Hörmət 1946-cı il dekabr ayının 20-də Şamaxı şəhərində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 20 il M. Davudova adına Mingəçevir Dövlət Dram Teatrının aparıcı aktyorlarından olub. Mingəçevir Teatrında işləyə-işləyə 1974-cü ildə Ə. B. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrına dəvət alıb. Bu teatrda bir neçə obrazlar yaratdıqdan sonra yenidən Mingəçevir teatrına, öz doğma səhnəsinə qayıdıb. (1974-cü ilin sonu). Daha sonra Mədəniyyət Nazirliyinin təyinatı ilə H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilib. (1989–1995).