Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bukavu
Bukavu (1966-cı ilədək Kostermanvil, Costermanville) — Konqo Demokratik Respublikasının şərqində şəhər. Cənubi Kivu əyalətinin inzibati mərkəzi. == Əhalisi == Əhalisi 806,9 min (2012) nəfərdir. == Coğrafiyası == Kivu gölünün cənub sahilində liman şəhəridir. Avtomobil yolları qovşağında yerləşir. Beynəlxalq aeroportdur. == Tarixi == 1901-ci ildə Belçikanın müstəmləkə hakimiyyəti orqanları tərəfindən salınmışdır. == Mədəniyyəti == Mərkəzi Afrika Elmi Tədqiqatlar İnstitutu, Dağ-mədən işləri institutu, Kənd təsərrüfatının inkişafı institutu (1972), pedaqoji kollec var. Bukavu kənd təsərrüfatı rayonunun ticarət mərkəzidir (çay, qəhvə, tərəvəz, sitrus). Yeyinti (o cümlədən pivə istehsalı), toxuculuq, metal emalı, kimya, əczaçılıq, mebel sənayesi, gəmi təmiri müəssisələri var.
Qukovo
Qukovo — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Yukivo
Yukivo (ユキヲ) — manqaka. Moonstone şirkəti tərəfindən istehsal olunmuş iki vizual romanın manqa adaptasiyası üzərində işləmişdir: "Gift" və "Clear". Tokio şəhərində yaşayır. Onun tərəfindən çəkilmiş "Musashino-sen no Shimai" (武蔵野線の姉妹, azərb. "Musaşino xəttinin bacıları"‎) əsasında bədii film çəkilmişdir. Film Yaponiya kinoteatrlarında 17 noyabr 2012-ci ildə göstərilməyə başlamışdır. Yukivo həmçinin Ore no Nounai Sentakushi ga, Gakuen Love Comedy wo Zenryoku de Jama Shiteiru (俺の脳内選択肢が、学園ラブコメを全力で邪魔している, azərb. "Mənim zehni seçimlərim romantik məktəb komediyama tamamilə əngəl olur"‎) ranobe seriyasının illüstratorudur.
Lukuv
Lukuv (və ya Lukov) (pol. Łuków) — Polşada şəhər. Lyublin voyevodalığının Lukuv povyatının tərkibinə daxildir. Şəhər qminası statusuna malikdir. Sahəsi 35,75 km², əhalisi 30.698 nəfərdir (2014).
Dieqo Luqano
Dieqo Luqano (d. 2.11.1980, Kanelones, Uruqvay) — uruvaylı futbolçu. İngiltərənin Vest Bromviç Albiyon və Uruqvay milli futbol komandasının müdafiəçisidir. == Həyatı == Futbolçu 1980-ci ilin 2 noyabrında anadan olub. == Karyerası == Dieqo da əksər cənubi amerikalılar kimi "köhnə qitə" klublarının diqqətinə San Paulodakı oyunuyla düşüb. 2006-cı ildə Fənərbaxçanın heyətinə cəlb olunub. Etibarlı müdafiə və hücumlara aktiv dəstəyiylə seçilən stoper 2011-ci ilə qədər Türkiyədə qaldı. Fənərbaxçanın qitəmiqyaslı yarışlardan kənar qalması Luqanonun Pari Sen-Jermen ilə anlaşmasına səbəb oldu. Ançelotti Dieoqoya etimad göstərmədi və futbolçu 2013-cü ilin yanvarında Malaqaya, avqustunda isə Vest Bromviçə keçdi. Uruqvay millisinin heyətində 87 matç keçirib.
Hideki Yukava
Hideki Yukava (yap. 湯川 秀樹; 23 yanvar 1907[…] – 8 sentyabr 1981[…], Kioto) – Yapon nəzəri fizik və Nobel mükafatı laureatı olmuş ilk Yapon. O, bu mükafatı "Nüvə qüvvələri ilə bağlı nəzəri tədqiqatlarının əsasında mezonların mövcudluğunu təxmin etdiyinə görə" fizika sahəsi üzrə almışdır. == Bioqrafiya == Yukava 1907-ci ilin 23 yanvar tarixində Tokioda anadan olub. 1929-cu ildə Kioto Universitetində təhsil aldıqdan sonra dörd il həmin üniversitetdə müəllim olaraq fəaliyyət göstərdi. Yukava məzun olduqdan sonra nəzəri fizika ilə, xüsusən elementar hissəciklər nəzəriyyəsi ilə maraqlanmağa başladı. 1932-ci ildə Sumi Yukava ilə evləndi. 1933-cü ildə 26 yaşında Osaka Universitetində dosent oldu. 1935-ci ildə protonlar və neytronlar arasındakı qarşılıqlı təsiri açıqlayan və elementar zərrəciklər üzrə tədqiqatlara böyük təsir göstərən mezonlar nəzəriyyəsini yayımladı. 1940-cı ildə Kioto Universitetində professor oldu.
Lukino Viskonti
Lukino Viskonti di Modrone (it. Luchino Visconti di Modrone; 2 dekabr 1906, Milan — 17 mart 1976, Roma) — italyan opera və teatr rejissoru, kinorejissor. Viskonti zadəgan nəslinin qollarından birinin nümayəndəsi. Onun tam adı və titulu belədir: don Lukino Viskonti di Modrone, Lonate Possolo qrafı, sinyor di Korcelo, konsinyor di Somma, Krenna və Anyadello, Milan patrisisi. Viskonti yaradıcılığına 1936-cı ildə neorealizmin yüksək zirvəsində olan "Torpaq titrəyir" filmini çəkməklə başlamışdır. Cəmiyyətdə baş verən dəyişikliklərə qarşı həssas olan rejissor İtaliyanın müharibədən sonrakı dövrdə inkişaf mərhələsini yaradıcılğında dəqiqliyi ilə əks etdirmişdir. O, zamanın tələblərinə cavab verən və təəccübləndirməyi bacaran rejissorlardan biri olmağına baxmayaraq həmişə özünə sadiq qalmışdır. Neorealizmin təməlini qoyanlardan biri olan Viskonti İtaliya kinematoqrafının ən peşəkar rejissorlarından biri hesab edilir. İtaliya rejissorları arasında o, dərin düşüncəyə malik, həssas, sadəlövh, estetizmə qapılan bir sənətkar kimi tanınır. Viskonti bir çox filmlərində dünyanın aydın və harmonik dərk olunması üçün estetik epizodlardan istifadə edirdi.
Luçano Berio
Luçano Berio (24 oktyabr 1925[…], İmperiya[d], Liquriya – 27 may 2003[…], Roma) — eksperimental işi (xüsusilə 1968-ci ildəki "Sinfonia" kompozisiyası və Sequenza adlı virtuozik solo əsərlər silsiləsi) və elektron musiqi sahəsində qabaqcıl işi ilə tanınan italyan bəstəkarı.
Luçano Pavarotti
Luçano Pavarotti (it. Luciano Pavarotti) — (12 oktyabr 1935[…], Modena, İtaliya – 6 sentyabr 2007[…], Modena, İtaliya) italyan opera ifaçısı(lirik-dramatik tenor), XX əsrin ikinci hissəsinin ən məşhur opera ifaçısı. == Biografiya == Luçano Pavarotti İtaliyanın şimalındakı Modena şəhərində Fernando Pavarotti ailəsində - çörəkçi və müğənni və Adel Ventura - siqar fabrikində işçi, anadan olmuşdur. Ailə çox kasıb yaşamasına baxmayaraq, ifaçı öz uşaqlığını sevgiylə xatırlayırdı. İkinci dünya müharibəsi vaxtı, 1943 cü ildə ailə şəhərdən köçməyə məcbur olur və qonşu kənddə 1 otaqlı ev kirayəyə götürür. Burada Pavarotti əkinçiliklə marağlanmağa başlayır. 9 yaşlı Luciano atası ilə birlikdə kilsə xorunda oxumağa başlayır.Bundan başqa gənclik illərində professor Dondi və həyat yoldaşından bir neçə musiqi dərsi alır lakin musiqi peşəsini davat etdirmək istəmir. Məktəbi bitirdikdən sonra özünə daimi peşə seçmək istəyir. Futbolla çox marağlanır hətta qapıçı olmaq istəyir ancaq anası onu müəllim olmağa inandırır. Nəticədə Pavarotti 2 il ibtidai məktəbdə dərs deyir lakin musiqiyə olan istək sonda qalib gəlir və musiqi təhsili almağa qərar verir.
Romelu Lukaku
Romelu Menama Lukaku Bolinqoli İnter və Belçika milli komandasının heyətində çıxış edən belçikalı hücumçudur. O, Premyer Liqada çıxış edən futbolçular arasında 23 yaşı tamam olmadan 50 qol həddini keçən beş futbolçudan biri, həmçinin 24 yaşı tamam olmadan 80 qol həddini keçən dördüncü (xarici futbolçular arasında birinci) futbolçudur.Lukaku öz futbolçu karyerasına Belçikanın yerli futbol klublarından biri olan Rupel Boom klubunda başlamışdır. Lukaku peşəkar futbolçu karyerasına başladıqda hələ 16 yaşı var idi və elə həmin il, yəni 2010-cu ildə Anderlext klubunun heyətində Belçika çempionluğunu qeyd etmişdir. O, 2011-ci ildə Belçikada ən yaxşı afrikalı və ya Afrika əsilli futbolçulara verilən "Ebony" mükafatını qazanmışdır. 2011-ci ilin yay transfer pəncərəsində isə İngiltərənin Çelsi klubuna keçmiş, lakin burada müntəzəm olaraq forma şansı qazana bilmədiyi üçün növbəti iki sezonu Vest Bromviç və Everton klublarında keçirmişdir. Lukaku 2014-cü ildə 28 milyon funt-sterlinq qarşılığında Evertona transfer olmuşdur. Üç il ərzində özünü bu klubda ən yaxşı şəkildə nümayiş etdirən futbolçu, 2017-ci ilin yay transfer pəncərəsində 85 milyon avro qarşılığında Mançester Yunayted klubu ilə müqavilə imzalamışdır. Romelu Lukakunun ilk milli komanda debütü isə 2010-cu ildə baş tutmuşdur. O, Belçika milli yığmasının heyətində 2014-cü il Dünya Çempionatında və 2016-cı il Avropa Çempionatında iştirak etmişdir. == Klub karyerası == === İlk illəri === Lukaku hələ beş yaşı olarkən Belçikanın "Rupel Boom" klubunda oynamağa başlamışdır.
Bukayo Saka
Bukayo Saka (5 sentyabr 2001, İlinq[d], Böyük London) — İngiltərə Premyer Liqasında çıxış edən Mançester Sitinin və İngiltərə milli komandasının futbolçusu. == Klub karyerası == === Arsenal === "Arsenal"ın heyətində ilk matçına 29 noyabr 2018-ci ildə keçirilən "Vorskla" – "Arsenal" matçının 68-ci dəqiqəsində çıxıb. Matç "Arsenal"ın 0–3 hesablı qələbəsi ilə başa çatıb. "Arsenal"ın heyətində ilk qolunu 19 sentyabr 2019-cu ildə keçirilən "Frankfurt" – "Arsenal" matçının 85-ci dəqiqəsində vurub. Matça start heyətdə başlayan Saka 90 dəqiqə meydanda qalıb.Matç "Arsenal"ın 0–3 hesablı qələbəsi ilə başa çatıb.
Luka
Nuqa - Şəkər və bal, yumurta ağı, badam, qoz, fıstıq və fındıqdan edilən və müxtəlif dadlar, darçın, vanil kimi ədviyyatlar əlavə olunan bir konfet növüdür.Cənubi Avropada, nuqa böyük ölçüdə Milad mövsümü ilə əlaqəlidir.Təbrizin əhəmiyyətli şiniyatlarındandır.
Corc Lukas
Сorc Valton Lukas-kiçik (ing. George Walton Lucas, Jr.; 14 may 1944[…]) — Məşhur ABŞ rejissoru və milyarderidir. Onun şəxsi kapitalında 3,2 milyard dollar pulu vardır. == Həyatı == Corc Lukas 14 may 1944-cü ildə ABŞ-nin Kaliforniya ştatının Modesto şəhərində anadan olmuşdur. Lukas peşəkar avtomobil yarışçısı olmağı xülya edərkən litseyi bitirdikdən dərhal sonra keçirdiyi yol qəzası səbəbiylə bundan imtina etdi və həyatı dəyişdi. Cənub Kaliforniya Universitetində Film İncəsənətini oxumağa qərar verən Lukas bu dövrdə çəkdiyi qısametrajlı filmlərdən biri olan THX-1138: 4EB (Electronic Labyinth) ilə Amerikan Milli Şagird Filmləri Festivalında ilk mükafatını qazandı. Bunun nəticəsində Warner Bros. şirkətində şagirdliyə başladı. Burada Frensis Ford Koppolanın idarə etdiyi "Finianın göy qurşağı" ("Finian's Rainbow", 1968) filminin çəkilişlərinə qatıldı. Koppola ilə yoldaşlıqları bu filmdən başladı.
Emili Luazo
Emili Luazo (fransızca: Emily Loizeau) - fransalı müğənni və bəstəkar.
Lukas Din
Lukas Kojenieski
Lukas Kojenieski (31 may 1995) — ABŞ-lı atıcı. Lukas Kojenieski ABŞ-ni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Lukas Kojenieski birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 622.3 xal toplayaraq 21-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Lukas Krüger
Lukas Feliks Krüger (20 yanvar 2000-ci ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan RB Leypziq klubunda hücumçu kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Leypziq === Krüger Sankt-Pauli akademiyası vasitəsilə inkişaf etmişdir. Krüger öz peşəkar karyerasında debütünü 2 avqust 2018-ci ildə Allsvenskan təmsilçisi olan Hakken klubuna qarşı oyunda etmişdir. O, 70-ci dəqiqədə Mateus Kunyanı əvəz etmişdir. UEFA Avropa Liqasının təsnifat mərhələsi görüşündə Leypziq rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 2 avqust 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Lukas Lerager
Lukas Lerager (12 iyul 1993-cü ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Bordo klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Danimarka futbolçusudur. == Klub karyerası == Lerager AB, Viborq və Zulte Varegem klublarında bir müddət çıxış etmişdir. O, 2017-ci ilin iyun ayında Bordo klubu ilə dörd illik müqavilə imzalamışdır. == Milli karyerası == O, bir müddət Danimarkanın gənclər millilərində çıxış etmişdir. Lerager 2017-ci ildə Danimarka milli futbol komandasında debüt etmişdir.
Lukas Meyer
Lukas Meyer (isv. Lukas Meijer; d. 21 avqust 1988, Stokholm, İsveç) — İsveç müğənnisi, rok musiqiçisi, gitaraçı və bəstəkar. O, polyak DJ Gromee ilə birlikdə "Light Me Up" mahnısı ilə Polşanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.2013-cü ildən etibarən Lukas İsveçin No Sleep For Lucy rok qrupunda vokalist olaraq fəaliyyət göstərir. 2018-ci ildə qrupun Until the End adlı debüt albomu işıq üzü görmüşdür.
Lukas Podolski
Lukas Podolski (4 iyun 1985[…], Qliviçe[d], Katovitse voyevodluğu[d]) — Polşa əsilli Almaniyalı futbolçu. Hal-hazırda Qurnikda forma geyinir. == Həyatı == Lukas Podolski, peşəkar futbolçu Valdemar Podolski və həntbol oyunçusu Kristina Podolskanın oğlu olaraq Polşanın Qlivise şəhərində dünyaya gəlmişdir. 1987-ci ildə ailəsi ilə birlikdə Almaniyaya köçmüşdür. Podolski 2011-ci ildə evlənmişdir. == Klub karyeraları == Köln Futbola 1991-ci ildə Cuqend 07 Berqhem klubunun futbol məktəbində başlamışdır. 1995-ci ildə Köln futbol klubunun U-15 komandasına keçdi. 2003-cü ildə ilk dəfə Köln'ün ikinci komandasında oynamışdır. Daha sonra U-19 komandasında göstərdiyi uğurlardan sonra 18 yaşında birinci komandada oynamışdır. Lakin Köln liqanı sonuncu yerdə bitirdikdən sonra ikinci liqaya düşmüşdü.
Lukas Vaskes
Lukas Vazkes İqlesas (1 iyul 1991) — Real Madridin və İspaniya millisinin hücumçusu. Lukas Vazkes 1 iyul 1991-ci ildə İspaniyanın Kurtis şəhərində dünüyaya gəlib. Hal-Hazırda Real Madrid klubunun şərəfini qoruyur. Peşəkar karyerasında yalnız ispan klublarının şərəfini qoruyub . Peşəkar karyerasında İspaniyanın Real Madrid C,Real Madrid B,Espanyol və Real Madrid komandalarında oynayıb .Həvəsgar karyerasında isə İspaniyanın Kurtis, Rusiyanın Ural İspaniyanın Real Madrid klublarında oynayıb . O,Real Madrid ilə 2 dəfə Uefa Çempionlar Liqasının, 1 dəfə La liqanın qalibi olub.
Lukas Vazkez
Lukas Vazkes İqlesas (1 iyul 1991) — Real Madridin və İspaniya millisinin hücumçusu. Lukas Vazkes 1 iyul 1991-ci ildə İspaniyanın Kurtis şəhərində dünüyaya gəlib. Hal-Hazırda Real Madrid klubunun şərəfini qoruyur. Peşəkar karyerasında yalnız ispan klublarının şərəfini qoruyub . Peşəkar karyerasında İspaniyanın Real Madrid C,Real Madrid B,Espanyol və Real Madrid komandalarında oynayıb .Həvəsgar karyerasında isə İspaniyanın Kurtis, Rusiyanın Ural İspaniyanın Real Madrid klublarında oynayıb . O,Real Madrid ilə 2 dəfə Uefa Çempionlar Liqasının, 1 dəfə La liqanın qalibi olub.
Lukas Yorkas
Lukas Yorkas (yun. Λούκας Γιώρκας, 18 oktyabr 1986) — Yunan müğənni. == Həyatı == 18 oktyabr 1986-cı ildə anadan olub.
Lukaş Kuçera
Lukaş Kuçera (18 aprel 2000-ci ildə Slovakiyada anadan olub) — Slovakiya Super Liqası təmsilçilərindən olan Senitsa klubunda müdafiəçi kimi çıxış edən peşəkar Slovakiyalı futbolçudur. == Klub karyerası == === Senitsa === Kuçera Senitsa akademiyası vasitəsilə inkişaf etmişdir. Kuçera öz peşəkar karyerasında debütünü 13 may 2017-ci ildə Jilina klubuna qarşı oyunda etmişdir. O, 91-ci dəqiqədə Tomaş Briqantı əvəz etmişdir. Həmin görüşdə Senitsa liqa görüşündə rəqibinə 2-3 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 3 İyun 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Slovakiya Superkuboku görüşləri daxildir.
Mariano Lukov
Mariano Domuşiyev (2 aprel 1958) — Bolqarıstanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Mariano Domuşiyev Bolqarıstanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.