Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ellen Estes
Ellen Estes (d. 13 sentyabr 1978) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Ellen Estes, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Ellen Estes, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Kristian Listeş
Kristian Listeş (6 may 2005, Budapeşt, Macarıstan) — Nemzeti Baynoksaq I təmsilçilərindən olan "Ferentsvaroş" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Macarıstan futbolçusu. Listeş Uypeşt Haladas, Dalnoki Akademia, Mesyoli Foçisuli, Şorokşar, "MTK Budapeşt" və "Ferentsvaroş" klubunun akademiyasında çıxış etmişdir. O, ilk peşəkar müqaviləsini 2021-ci ilin iyul ayında imzalamışdır. O, "Ferentsvaroş" klubu ilə debütünü 14 may 2022-ci ildə Nemzeti Baynoksaq I liqasında "Dirmot" klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə komandası rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. Listeş 2022-23 mövsümünü tərəfdaş klublardan olan Nemzeti Baynoksaq II təmsilçisi "Şoroşkar" klubunda icarə əsasında keçirmişdir. 10 yanvar 2023-cü ildə o, "Ferentsvaroş" klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. 1 may 2023-cü ildə Listeş Susa Ferents stadionunda keçirilən "Uypeşt" klubuna qarşı derbi görüşündə qələbə qolunun müəllifi olmuşdur. 5 may 2023-cü ildə o, "Keskemet" klubuna 0-2 hesabı ilə məğlub olduqları görüşdən əvvəl, 30-cu tur çərçivəsində "Ferentsvaroş" klubu ilə 2022-23 Nemzeti Baynoksaq I mövsümünün qalibi olmuşdur. Listeş 2023-24 Nemzeti Baynoksaq I mövsümündə ilk qolunu 6 avqust 2023-cü ildə Sostoi stadionunda keçirilən "Fehervar" klubu ilə görüşdə vurmuşdur.
Aster
Çayırçiçəyi (lat. Aster) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Çayırçiçəyini çox vaxt kiçik təpələrdə əkirlər. Belə əkilmə şəraitində bitki daha cəzbedici görünür. Bu bitkinin gülləri ulduz formasında olduğuna görə adı yunancadan "ulduz" sözündən götürülmüşdür. Çoxillik çayırçiçəklərinin Şimali və Cənubi Amerikada, Avrasiya və Afrikada bitən 500-ə yaxın növü məlumdur. Onların 80 növündən bəzək bağçılığında istifadə olunur və aşağıdakı növlər xüsusilə geniş yayılmışdır: Alp çayırçiçəyinin (A.alpinus) çoxsaylı hamaşçiçəkləri səbətləri ilə fərqlənir. Dilcik formalı çiçəklər bənövşəyi, mavi, ağ rəngli olur. Boru formasında olan çiçəkləri sarıdır. Azərbaycanda Böyük və Kiçik Qafqazın Alp zonasında yabanı halda bitir.
CITES
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.
Esten
Esten (kanton)
Latış
Latışlar və ya latviyalılar (latış. latvieši‎) — Latviyanın əhalisinin 62,1 % təşkil edən (2011 tarixinə olan məlumat) Baltika xalqı. Dili — hind-avropa dil ailəsinin baltik qrupuna (litva dili ilə birgə) daxil olan latış dili. Ənənəvi dinləri — lüteran və katolik, pravoslavlar da vardır. Belə götürülür ki, latışlar qədim Baltika xalqları olan latqalların, kurşilərin, zemqalların, sellərin və fin-uqor xalqlarının XVII əsrdə qovuşması nəticəsində yaranmışdır. İlk dəfə yazılı mənbədə latışlar haqqında 1613-cü ildə Georq Matsel tərəfindən qələmə alınmış "Latış katexizis"də qeyd edilir ("Lettisch Vademecum"). Latış dili haqqında 1525-ci ildə Almaniyada latış dilində nəşr edilmiş və saxlanmamış "Lüteran messe"sində də qeyd olduğu bildirilir. Sayları: Latviya: 1 330 769 ABŞ: 87 564 Rusiya: 28 520 Braziliya: 20 000 Avstraliya: 18 938 İrlandiya: 18 008 Ukrayna: 5079 Litva: 2,3 тыс. (2010) Estoniya: 2199 (2009) Belorusiya: 1549 (2009) Кудрявцев И. Феномены политического национализма на примере Латвийской Республики Стродс Х. Начало переселения латышских крестьян в Россию в 40-е — 60-е гг. XIX в.
Lester
Lester — Böyük Britaniyada, İngiltərədə şəhərdir.
Lotus
Lotus (lat. Lotus) — paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Ltsen
Ltsen — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Olster
Olster (ing. Ulster) — İrlandiyanın 4 tarixi əyalətindən biridir və hal-hazırda adanın şimalında 9 qraflığı özündə birləşdirir. Bu qraflıqlardan altısı — Antrim, Arma, Dau, Fermana, Londonterri və Tiron Şimali İrlandiyanın tərkibinə, qalan — Kavan, Doneqol və Monaxan isə İrlandiya Respublikasının ərazisi hesab edilir. Olsterdə 2 milyona yaxın insan yaşayır. Əyalətin ərazisi 24 481 km²-dir. Olsterin ən böyük şəhəri Belfastdır. Burada 500 000 insan yaşayır. Əsas dili ingilis dilidir, yayılmasına görə ikinci dil isə irland dilidir. Olsteri səhvən Şimali İrlandiyanın ərazisi kimi adlandırırlar. Erkən orta əsrlərdə bu əyaləti O’Nillər sülaləsi idarə edirdi.
Təteş
Təteş və ya Tetüşi (tatar. Тәтеш; rus.
İstək
İstək — yerinə yetirilməsi(başqası tərəfindən) arzu edilən şey. İstəyim yalnız iştə bir şəfqət; Bir təbəssümo hüsni-dilbərdən. H. Cavid. İstəyim xalqıma hər an ucalıqdır, ucalıq; Mənə yaddır qocalıq. S. Rüstəm. Sanki cavanlaşdıyüz il bədənim; Gözümdə qalmadı istəyim mənim. Z. Xəlil.
Stres
Stres — çətin vəziyyətlərlə qarşılaşdığımız zaman bədənimizin və zehnimizin yaşadığı təzyiq və ya gərginlik hissi. Günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Gündəlik həyatımızda istər-istəməz fərqli əhvali-ruhiyyələr yaşamalı oluruq. İnformasiya dövrü adlanan günümüzdə zamanla ayaqlaşa bilmək üçün ayıqlıq, xüsusi qabiliyyət və yüksək analiz qabiliyyəti tələb olunur. Beləcə, günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Yorğun oluruq, başımız ağrıyır, bəzən özümüzü o qədər halsız, taqətsiz hiss edirik ki, iş yerindən qalxıb evə getməyə belə, əziyyət çəkirik. Bütün bu problemlərin təməlində dəhşətli bir xəstəlik dayanır: stres. Tibb lüğətində stres adlı bir xəstəliyə rast gəlinməsə də, əksər xəstəliklərin əmələ gəlməsi məhz bu amillə bağlıdır. İnsan daim tələsir, dəqiqəsini ölçüb-biçir, hər saatın tamamında kiminləsə görüş planlaşdırır, hansısa yazını 3 gün ərzində bitirib, redaksiyaya təhvil verməyi boynuna götürür və beləcə, qayğılar axarında özü də hiss eləmədən çox şeyini itirir. Stress, sadəcə, bu günün meydana çıxardığı bəla deyil, hər zaman olub, amma bugünkü stres heç zaman olmayıb.
Atəş
Atəş — soyad, təxəllüs. Əhməd Atəş — Kürd şərqşünası. Toxtamış Atəş — professor, publisist Mirzəağa Atəş — Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist. Ülkər Atəş — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist.
Draba lutea
Meşəlik yastıqotu (lat. Draba nemorosa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin yastıqotu cinsinə aid bitki növü. Crucifera nemorosa E.H.L.Krause Draba × ambigua Schur Draba dictyota Greene Draba gracilis Graham Draba intermedia Andrz. ex DC. Draba lutea Gilib. ex DC. Draba lutea Gilib. Draba lutea var. brevipes DC. Draba lutea var. longipes DC. Draba macroloba Turcz. Draba muralis Thunb. [Illegitimate] Draba nemoralis Ehrh.
Eber Lopes
Eber Lopes (port. Héber Roberto Lopes; 13 iyul 1972, Londrina, Braziliya) — Braziliyalı futbol hakimi. 1995-ci ildən peşəkar hakimdir, 1997-ci ildən Braziliya çempionatının oyunlarını idarə edir. 2012-ci ildən FİFA hakimidir. Futbol üzrə 2014-cü il dünya çempionatının seçmə mərhələsinin oyunlarında hakimlik edib. 2016-cı il Kopa Amerika Sentenario final oyununu idarə etmişdir. Lopes finalda əsasən, argentinalıların etirazlarına səbəb olan qərarlarla yadda qalmışdı. Brazilyalı referi həlledici oyunda Çilinin və Argentinanın bir oyunçusuna qırmızı vərəqə vermişdi. Matçın 28-ci dəqiqəsində çilili Marselo Diazı ikinci sarı vərəqəylə meydandan qovan hakim, 43-cü dəqiqədə isə argentinalı Markos Roxoya qırmızı vərəqə göstərmişdi.
Esten (Averon)
Esten (fr. Estaing, oks. Estanh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Esten kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12098. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 145 km şimal-şərqdə, Rodezdən isə 25 km şimalda yerləşir. 2008-ci ildə əhalinin sayı 607 nəfər təşkil edirdi. 2007-ci ildə 342 nəfər əmək qabiliyyətli insan (15-64 yaş) arasında 247 nəfər İqtisadi fəal, 95 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 72.2%, 1999-cu ildə 67.5%).
Esten (kanton)
Esten (fr. Estaing) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1213. Esten kantonuna cəmi 3 kommuna daxildir, onlardan ən əsası Esten kommunasıdır. 2007-cı ildə əhalinin sayı 3 110 nəfər təşkil edirdi.
Ester Asebo
Ester Asebo (isp. Esther Acebo; 19 yanvar 1983, Madrid) — İspan aktrisa, aparıcı və müxbir. Aktrisa olaraq Los encantados (2016) və La casa de papel-də (2017) yer alaraq dünya üzrə məşhurluq qazandı. 2017-ci ildə yayımlanmağa başlayan İspaniya istehsalı olan televiziya serialı "Pul soyğunu"nda rol almışdır.
Ester Barruques
Ester Barruques (16 may 1980) — Andorralı atıcı. Ester Barruques Andorranı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Ester Barruques birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 396.9 xal toplayaraq 50-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Ester Düflo
Ester Düflo (fr. Esther Duflo, 25 oktyabr 1972, Paris) — fransız iqtisadçı, Massaçusets Texnologiya İnstitutunun professoru (ABŞ). "İqtisadiyyat üzrə Nobel mükafatı" qlobal yoxsulluqla mübarizəyə eksperimental yanaşmaya görə laureatı. ABŞ Milli Elmlər Akademiyasının üzvü (2017), Britaniya Akademiyasının Müxbir Üzvü (2016) Atası — riyaziyyat professoru Mişel Düflo, anası — Violen Düflo həkim-pediatr. Orta məktəbdə rus dilini öyrənirdi. 1991-ci ilin avqustunda 18 yaşlı Duflo, dostları ilə birlikdə Moskva küçələrində Fövqəladə Komitə əleyhinə çıxanlar arasında idi. 1993-cü ildə 10 ay Moskvada Fransız dilini öyrətdi və magistr tezisi üzərində çalışdı. Eyni zamanda, Rusiya Bankı ilə əlaqəli bir Fransız iqtisadçısının və Amerika iqtisadi müşaviri Jeffrey Sachs'ın elmi köməkçisi olaraq çalışdı. 1994-cü ildə Sovet İttifaqında ilk beşillik planın tarixinə dair bir dissertasiya ilə Ali Normal Məktəbində tarix və iqtisadiyyat üzrə magistr dərəcəsini aldı. 1999-cu ildə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsini almışdır.
Ester Eksposito
Ester Eksposito (isp. Ester Expósito; 26 yanvar 2000, Madrid) — ispaniyalı aktrisa və model. Eksposito 26 yanvar 2000-ci ildə Madrid şəhərində anadan olmuşdur. Aktrisalığa olan marağı gənc vaxtında yarandı. 16 yaşında məktəbi bitirdikdən sonra aktrisalıq təhsili aldı. Eksposito 2013 və 2015-ci illərdə "Ən yaxşı qadın aktyor" başlığı altında Madrid Teatr mükafatı qazandı. Televiziya karyerasına 2016-cı ildə Tibb mərkəzi adlı sənədli serialın bir seriyasında Roza Martin rolunu canlandıraraq başladı. Eksposito televiziya serialları; Ruth rolunu canlandırdığı 2016-cı il istehsalı olan Estoy vivo və 2016-18 illəri arasında yer aldığı Vis a vis ilə aktrisalıq karyerasına başlamışdır.
Ester Expósito
Ester Eksposito (isp. Ester Expósito; 26 yanvar 2000, Madrid) — ispaniyalı aktrisa və model. Eksposito 26 yanvar 2000-ci ildə Madrid şəhərində anadan olmuşdur. Aktrisalığa olan marağı gənc vaxtında yarandı. 16 yaşında məktəbi bitirdikdən sonra aktrisalıq təhsili aldı. Eksposito 2013 və 2015-ci illərdə "Ən yaxşı qadın aktyor" başlığı altında Madrid Teatr mükafatı qazandı. Televiziya karyerasına 2016-cı ildə Tibb mərkəzi adlı sənədli serialın bir seriyasında Roza Martin rolunu canlandıraraq başladı. Eksposito televiziya serialları; Ruth rolunu canlandırdığı 2016-cı il istehsalı olan Estoy vivo və 2016-18 illəri arasında yer aldığı Vis a vis ilə aktrisalıq karyerasına başlamışdır.
Ester Myaqi
Ester Myaqi (est. Ester Mägi 10 yanvar 1922, Tallin – 14 may 2021) — Estoniya bəstəkarı və müəllimi. Estoniya SSR Dövlət Mükafatısı (1980), Estoniya SSR-nin əməkdar artisti (1971), Estoniya SSR xalq artisti (1984). Onun valideynləri Kaevdə tanış olurlar. Beləki onların ikisidə eyni yerdə işləyirdilər. 1905-ci il inqilabından sonra onlar Tallinə köçürlər. Burada onun atası usta kimi işləyir, anası isə evdar qadın olur. Onların üç övladı olur. Ester uşaqlarının ən kiçiyidir. Esterin Pol adında olan qardaşı müğənniliyə maraq göstrir.
Ester Peoni
Aleksandra Kretsu (rum. Alexandra Crețu; 21 iyul 1993, Buxarest, Rumıniya) və ya səhnə adı ilə Ester Peoni — Rumıniya müğənnisi və bəstəkarı. O, "On a Sunday" mahnısı ilə Rumıniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Ester Rumıniyada anadan olsa da, Kanadanın Monreal şəhərində böyüyüb başa çatmışdır. Onun səhnə adı Ester Babiloniyanın sevgi, gözəllik, arzu, müharibə, ədalət və siyasi güc ilahəsi İştardan gəlir. Qədim fars dilində Ester "ulduz" deməkdir. Ester Piteşti şəhərində yerləşən Dinu Lipatti adına incəsənət məktəbində musiqi təhsilini almışdır. Onun musiqiyə olan sevdası uşaqlıq illərindən özünü göstərməyə başlamış və o ailəsi ilə birlikdə Monrealda yaşayarkən caz kursuna getmişdir. Rumıniyaya qayıtdıqdan sonra Ester kbəstəkarlıq və caz bölmələri üzrə konservatoriyaya daxil olur. İnternetdə müxtəlif canlı ifalarını paylaşmasının ardınca Ester 2014-cü ildə Rumıniyanın bir albom şirkəti ilə müqavilə əldə edir.