Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ellen Estes
Ellen Estes (d. 13 sentyabr 1978) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Ellen Estes, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Ellen Estes, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Kristian Listeş
Kristian Listeş (6 may 2005, Budapeşt, Macarıstan) — Nemzeti Baynoksaq I təmsilçilərindən olan "Ferentsvaroş" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Macarıstan futbolçusu. == Klub karyerası == Listeş Uypeşt Haladas, Dalnoki Akademia, Mesyoli Foçisuli, Şorokşar, "MTK Budapeşt" və "Ferentsvaroş" klubunun akademiyasında çıxış etmişdir. O, ilk peşəkar müqaviləsini 2021-ci ilin iyul ayında imzalamışdır. O, "Ferentsvaroş" klubu ilə debütünü 14 may 2022-ci ildə Nemzeti Baynoksaq I liqasında "Dirmot" klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə komandası rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. Listeş 2022-23 mövsümünü tərəfdaş klublardan olan Nemzeti Baynoksaq II təmsilçisi "Şoroşkar" klubunda icarə əsasında keçirmişdir. 10 yanvar 2023-cü ildə o, "Ferentsvaroş" klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır.1 may 2023-cü ildə Listeş Susa Ferents stadionunda keçirilən "Uypeşt" klubuna qarşı derbi görüşündə qələbə qolunun müəllifi olmuşdur. 5 may 2023-cü ildə o, "Keskemet" klubuna 0-2 hesabı ilə məğlub olduqları görüşdən əvvəl, 30-cu tur çərçivəsində "Ferentsvaroş" klubu ilə 2022-23 Nemzeti Baynoksaq I mövsümünün qalibi olmuşdur.Listeş 2023-24 Nemzeti Baynoksaq I mövsümündə ilk qolunu 6 avqust 2023-cü ildə Sostoi stadionunda keçirilən "Fehervar" klubu ilə görüşdə vurmuşdur. == Milli karyerası == Listeş Macarıstan millisinin müxtəlif yaş qruplarında çıxış etmişdir. Hal-hazırda U-19 millisində mübarizə aparır.
Aster
Çayırçiçəyi, aster (lat. Aster) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.Astranı çox vaxt kiçik təpələrdə əkirlər. Belə əkilmə şəraitində bitki daha cəzbedici görünür. Bu bitkinin gülləri ulduz formasında olduğuna görə adı yunancadan "ulduz" sözündən götürülmüşdür. Çoxillik astraların Şimali və Cənubi Amerikada, Avrasiya və Afrikada bitən 500-ə yaxın növü məlumdur. Onların 80 növündən bəzək bağçılığında istifadə olunur və aşağıdakı növlər xüsusilə geniş yayılmışdır: Alp astrasının (A.alpinus) çoxsaylı hamaşçiçəkləri səbətləri ilə fərqlənir. Dilcik formalı çiçəklər bənövşəyi, mavi, ağ rəngli olur. Boru formasında olan çiçəkləri sarıdır. Azərbaycanda Böyük və Kiçik Qafqazın Alp zonasında yabanı halda bitir. İtaliya astrası (A.amellus) — boruşəkilli, dilcikli çiçəkləri bənövşəyi, göy və sarı rəngdədir.
CITES
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.
Esten
Esten (kanton)
Latış
Latışlar və ya latviyalılar (latış. latvieši‎) — Latviyanın əhalisinin 62,1 % təşkil edən (2011 tarixinə olan məlumat) Baltika xalqı. Dili — hind-avropa dil ailəsinin baltik qrupuna (litva dili ilə birgə) daxil olan latış dili. Ənənəvi dinləri — lüteran və katolik, pravoslavlar da vardır. Belə götürülür ki, latışlar qədim Baltika xalqları olan latqalların, kurşilərin, zemqalların, sellərin və fin-uqor xalqlarının XVII əsrdə qovuşması nəticəsində yaranmışdır. İlk dəfə yazılı mənbədə latışlar haqqında 1613-cü ildə Georq Matsel tərəfindən qələmə alınmış "Latış katexizis"də qeyd edilir ("Lettisch Vademecum"). Latış dili haqqında 1525-ci ildə Almaniyada latış dilində nəşr edilmiş və saxlanmamış "Lüteran messe"sində də qeyd olduğu bildirilir. Sayları: Latviya: 1 330 769 ABŞ: 87 564 Rusiya: 28 520 Braziliya: 20 000 Avstraliya: 18 938 İrlandiya: 18 008 Ukrayna: 5079 Litva: 2,3 тыс. (2010) Estoniya: 2199 (2009) Belorusiya: 1549 (2009) == Mənbə == Кудрявцев И. Феномены политического национализма на примере Латвийской Республики Стродс Х. Начало переселения латышских крестьян в Россию в 40-е — 60-е гг. XIX в.
Lester
Lester — Böyük Britaniyada, İngiltərədə şəhərdir.
Lotus
Lotus (lat. Lotus) — paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Ltsen
Ltsen — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Olster
Olster (ing. Ulster) — İrlandiyanın 4 tarixi əyalətindən biridir və hal-hazırda adanın şimalında 9 qraflığı özündə birləşdirir. Bu qraflıqlardan altısı - Antrim, Arma, Dau, Fermana, Londonterri və Tiron Şimali İrlandiyanın tərkibinə,qalan - Kavan, Doneqol və Monaxan isə İrlandiya Respublikasının ərazisi hesab edilir. Olsterdə 2 milyona yaxın insan yaşayır. Əyalətin ərazisi 24 481 km²-dir. Olsterin ən böyük şəhəri Belfastdır. Burada 500 000 insan yaşayır. Əsas dili ingilis dilidir, yayılmasına görə ikinci dil isə irland dilidir. Olsteri səhvən Şimali İrlandiyanın ərazisi kimi adlandırırlar. = Tarixi = Erkən orta əsrlərdə bu əyaləti O’Nillər sülaləsi idarə edirdi.
Təteş
Təteş və ya Tetüşi (tatar. Тәтеш; rus.
İstək
İstək — yerinə yetirilməsi(başqası tərəfindən) arzu edilən şey. == İstək haqqında == İstəyim yalnız iştə bir şəfqət; Bir təbəssümo hüsni-dilbərdən. H.Cavid. İstəyim xalqıma hər an ucalıqdır, ucalıq; Mənə yaddır qocalıq. S.Rüstəm. Sanki cavanlaşdıyüz il bədənim; Gözümdə qalmadı istəyim mənim. Z.Xəlil.
Stres
Stres – orqanizmdə əsəb sistemlərinin normal vəziyyətdən kənara çıxması. Günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Gündəlik həyatımızda istər-istəməz fərqli əhvali-ruhiyyələr yaşamalı oluruq. İnformasiya dövrü adlanan günümüzdə zamanla ayaqlaşa bilmək üçün ayıqlıq, xüsusi qabiliyyət və yüksək analiz qabiliyyəti tələb olunur. Beləcə, günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Yorğun oluruq, başımız ağrıyır, bəzən özümüzü o qədər halsız, taqətsiz hiss edirik ki, iş yerindən qalxıb evə getməyə belə, əziyyət çəkirik. Bütün bu problemlərin təməlində dəhşətli bir xəstəlik dayanır: stres. Tibb lüğətində stres adlı bir xəstəliyə rast gəlinməsə də, əksər xəstəliklərin əmələ gəlməsi məhz bu amillə bağlıdır. İnsan daim tələsir, dəqiqəsini ölçüb-biçir, hər saatın tamamında kiminləsə görüş planlaşdırır, hansısa yazını 3 gün ərzində bitirib, redaksiyaya təhvil verməyi boynuna götürür və beləcə, qayğılar axarında özü də hiss eləmədən çox şeyini itirir. Stress, sadəcə, bu günün meydana çıxardığı bəla deyil, hər zaman olub, amma bugünkü stres heç zaman olmayıb.
Astek imperiyası
Astek İmperiyası və ya Üçlər İttifaqı — 1428-1521-ci illər aralığında indiki Meksika ərazisində asteklərin üç ən böyük şəhər-dövlətlərinin (Tenoktitlan, Teskoko, Tlakopan) birliyindən yaranmış ittifaq. İmperiyanın yarandığı 1428-ci ilə kimi bu üç şəhər-dövlət ayrılıqda mövcud olmuşdular. Lakin, 1428-ci ildə Tenoktitlan hökmdarı İskoatl tərəfindən ittifaq quruldu. İttifaq kimi qəbul olunsa da daha çox bu şəhər dövlətlərdən ən böyüyü olan Tenoktitlan dövlətinin başçıları ittifaqı idarə edirdi. İttifaq 1521-ci ilə kimi fəaliyyət göstərdi. İspan Ernan Kortesin rəhbərliyi altındakı 500 nəfərlik silahlı dəstə bu ərazilərə gəldikdə bu imperiya haqqında çox eşitmişdi. Deyilənləri yerindəcə görmək istəyən Ernan Kortes İttifaqın paytaxtı olan Tenoktitlan şəhərinə getmək qərarına gəldi. Tenoktitlana gəldikdə Astek imperatoru Montezuma ilə görüşdülər. Bu vaxt burda olan var dövləti görən Kortes və adamları buranı ələ keçirmək fikrinə gəldilər. Ernan Kortes belə fikirləşirdi ki, imperator Montezumanı əsir götürərsə asteklər ona tabe olacaq.
Astek təqvimi
Astek təqvimi - tarixin müəyyən dövrlərində Mərkəzi Amerika xalqları tərəfindən qəbul edilmiş zaman ölçüsü. == Haqqında == Astek təqvimi ilk dəfə 3500 il bundan əvvəl olmeklər tərəfindən istifadə olunmuş və sonralar Meksikanın mərkəzi hissələrində yaşayan xalqlar, o cümlədən mayyalılar, sapoteklər və asteklər tərəfindən qəbul edilmişdir. Onların təsəvvürlərinə görə bu zaman ölçüsü ilahi mənşəyə malikdir və həmçinin insanlara xoşbəxtliyi, bədbəxtliyi və neytral həyatı bəxş etmək qüdrətinə malikdir. Asteklər yalnız ilk iyirmi ədədi tanıyırdilar, lakin buna baxmayaraq onlar bu ədədlərin kombinasiyasından çox böyük rəqəmlər alırdılar. Astek təqvimi hərəsi 20 gündən ibarət olan 18 ayı nəzərdə tuturdu. İl 20X18+5=365 gün idi. Burada 52 illik sikl tətbiq olunurdu. Hər sikl 13 illik 4 dövrəyə bölünürdü. Hər siklin sonunda 13 gün artırılırdı. Beləliklə, hər il üçün orta müddət 365,25 gün alınırdı.
Aster ageratoides
Aqeratobənzər çayırçiçəyi (lat. Aster ageratoides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çayırçiçəyi cinsinə aid bitki növü. == Yarımnövləri == Aster ageratoides var. firmus (Diels) Hand.-Mazz. Aster ageratoides var. grossedentatus (Franch. ex Diels) Kitam. Aster ageratoides var. laticorymbus (Vaniot) Hand.-Mazz. Aster ageratoides var.
Aster alpinus
Alp çayırçiçəyi (lat. Aster alpinus) — mürəkkəbçiçəklilər fəsiləsinin çayırçiçəyi cinsinə aid bitki növü. == Yarımnövləri və variasiya == Aster alpinus var. serpentimontanus (Tamamsch.) Ling Aster alpinus subsp. tolmatschevii (Tamamsch.) Á.Löve & D.Löve Aster alpinus subsp.
Aster ambiguus
Erigeron bonariensis (lat. Erigeron bonariensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü. == Arealı == Erigeron bonariensis növü Meksikadan Tropikal Amerikaya qədər yayılmışdır. == Sinonim == Aster ambiguus (DC.) E.H.L.Krause Conyza ambigua DC. Conyza bonariensis (L.) Cronquist Conyza bonariensis f. bonariensis Conyza chenopodioides DC. Conyza crispa (Pourret) Rupr. Conyza crispa (Pourr.) Cout. Conyza gracilis Hoffmanns. & Link Conyza hispida Kunth Conyza ivifolia Burm.f. Conyza ivifolia (L.) Less. [Illegitimate] Conyza leucodasys Miq.
Aster amellus
Gözəl çayırçiçəyi (lat. Aster amellus) — çayırçiçəyi cinsinə aid bitki növü. Bu bitki Pireneydə və Alp dağlarından Karpatlara qədərki Avropa dağlarında yetişir. Avropadan kənarda Qərbi Asiyada (Türkiyə), Qafqazda, Sibirdə, Cənubi Asiyada (Uttarakhand, Hindistan) və Mərkəzi Asiyada (Qazaxıstan) rast gəlinir.[mənbə göstərin] == Variasiyaları == Aster amellus subsp. bessarabicus (Bernh. ex Rchb.) Soó Aster amellus subsp. ibericus (Steven) V.E.Avet.
Aster atticus
Zərif çayırçiçəyi (lat. Aster atticus) - çayırçiçəyi cinsinə aid bitki növü.
Aster bellis
Çoxillik qızçiçəyi (lat. Bellis perennis) - qızçiçəyi cinsinə aid bitki növü.Bellis perennis L. == Sinonim == Aster bellis E.H.L.Krause Bellis alpina Hegetschw. Bellis armena Boiss. Bellis croatica Gand. Bellis hortensis Mill. Bellis hybrida Ten. Bellis integrifolia DC. Bellis margaritifolia Huter Bellis minor Garsault [Invalid] Bellis perennis var. caulescens Rochebr. Bellis perennis f. discoidea D.C.McClint.
Aster carolinianus
Ampelaster (lat. Ampelaster) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Ampelaster carolinianus (Walter) G.L.Nesom == Sinonimləri == Aster carolinianus Walter bazionim Aster scandens J.Jacq. ex Spreng.
Aster chinensis
Callistephus (lat. Callistephus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. Yunancadan növün adı "gözəl bitki" kimi tərcümə edilir. Bu, gülün sarı mərkəz hissəsinin ağ ləçəklərlə əhatə edilməsi ilə izah olunur.Azərbaycanda dekorativ gülçülükdə onun bir növü- Çin kallistefusu (C.chinensis).Bunun çoxsaylı hibrid formaları vardır.Hazırda yabanı halda bitən bu növdən gülçülükdə istifadə olunmur.Çin astrası bir neçə qrupa bölünür:boruşəkilli astralar yığcamlığı ilə fərqlənirlər.Kürəşəkilli hamaşçiçəklilər yalnız boruşəkilli çiçəklərdən ibarətdir.Bu bitkilər qollu-budaqlı kol formasında olub,hamaşçiçəkləri ilə fərqlənirlər.Çin kallistefusunun hamaşçiçəkləri iri, sadə kürəşəkillidir.Birillik astralar fuzarioz xəstəliyinə yoluxa bilərlər.Xəstəliyin qarşısını almaq üçün toxumlarını əkindən əvvəl kimyəvi üsulla təmizləmək lazımdır.Qollu-budaqlı olması və iyunda yaxşı çiçəkləməsi üçün bitkiyə gübrə verməlidir.Astra olan əkin sahəsi vaxtaşırı alaqlardan təmizlənməlidir. == Sinonimləri == Amellus speciosus Gaterau Aster chinensis L. Aster lacinians Borbás Aster regalis Salisb. Asteriscodes chinense (L.) Kuntze Brachyactis chinensis (L.) Bureau & Franch. Callistemma chinensis (L.) Skeels Callistemma hortense Cass. Callistephus hortensis (Cass.) Cass.
Aster discoideus
Brintonia (lat. Brintonia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Brintonia discoidea (Elliott) Greene === Sinonim === Aster discoideus Elliott Solidago discoidea (Elliott) Torr.
Aster erigeroides
Erigeron karvinskianus (lat. Erigeron karvinskianus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü. == Sinonim == Aster erigeroides (DC.) Harv. 1865 not Hook. & Arn. 1836 Erigeron mucronatus DC. Erigeron trilobus Sond. Felicia erigeroides DC. Felicia natalensis Sch.Bip. ex Walp. Felicia trinervia Turcz.