Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lugo
Luqo (qalis. Lugo) — İspaniyanın tarixi Qalisiya muxtar regionunda yerləşən şəhər. Lugo vilayətinin mərkəzidir.
Luqo
Luqo (qalis. Lugo) — İspaniyanın tarixi Qalisiya muxtar regionunda yerləşən şəhər. Lugo vilayətinin mərkəzidir.
Luton
Luton (ing. Luton [ˈluːtən]) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Lüno
Lüno (fr. Luneau) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Donjon kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03154. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 284 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 164 nəfər (15-64 yaş) arasında 121 nəfər iqtisadi fəal, 43 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,8%, 1999-cu ildə 67.9%). Fəal 121 nəfərdən 116 nəfəri (67 kişi və 49 qadın), 5 nəfəri işsizdir (2 kişi və 3 qadın). Fəal olmayan 43 nəfər arasında şagird və ya tələbə, 16 nəfər təqaüdçü, 20 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Pluto
Pluton (134340 Pluto; simvolı: , və ya ) — Günəş ətrafında dövr edən ən kiçik cırtdan planetlərdən biri. Kəşf edildiyi 1930-cu ildən 2006-cı ilədək planet kimi qəbul edilən Pluton, hal-hazırda Koyper qurşağında Eridadan sonra ikinci böyük obyekt hesab edilir. 1930-cu ildən 2006-cı ilədək Pluton Günəş sistemində doqquzuncu planet kimi qəbul edilirdi. Ancaq XX əsrin sonları və XXI əsrin əvvəllərində Günəş sistemində plutonsayağı xeyli səma cismi kəşf edildi. Onlardan Erida kütlə baxımından Plutondan 27% böyükdür. 24 avqust 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı özünün XXVI assambleyasında ilk dəfə olaraq "planet" anlayışına tərif verdi. Pluton bu tərifdə deyilən əsaslara uymadığından o planet kateqoriyasından kənarda qaldı. NASA 19 yanvar 2006-cı ildə Plutonun kəşfi üçün "New Horizons" adlı qurğunu kosmosa göndərdi. Həmin qurğu 9 il sonra yəni, 14 iyul 2015-ci ildə Plutona 12000 km yaxınlaşaraq planetin fotosunu çəkib. Xatırladaq ki, Plutonun fotosu dünyadan 5 milyard km uzaqda çəkilib.
Ruto
Vilyam Ruto (21 dekabr 1966, Kamaqut[d], Keniya) — Keniya siyasətçisi, fəalı, 2022-ci ildən Keniya Prezidenti. O, Birləşmiş Demokratik Alyans Partiyasının təsisçisidir. == Həyatı == Vilyam Ruto 21 dekabr 1966-cı ildə Keniyanın Kamaqut kəndində anadan olmuşdur. O, yerli ibtidai məktəbi bitirmişdir. Ruto 1980-ci illərin əvvəllərində Nayrobi Universitetində biologiya ixtisası üzrə təhsil almış və aktivizm işləri ilə məşğul olmuşdur. Vilyam Ruto 1992-ci il seçkilərində Daniel Arap Moinin yenidən seçilməsi üçün kampaniya aparmış, daha sonra Keniya Parlamentinin bəzi üzvlərinin köməkçisi kimi çalışmışdır. O, 1997-ci ildə ilk dəfə Keniya Parlamentinə seçilmişdir. Ruto 2007-ci il prezident seçkilərində Narıncı Hərəkat adından iştirak etməyi planlaşdırırdı. O, partiya praymerizində 368 səslə üçüncü yeri tutmuşdur. Ruto 2012-ci ildən Keniya hökumətində nazir vəzifələrində çalışmışdır.
Lut
Lut peyğəmbər — İslam dinində Sodom və Qomora şəhərlərinin əhalisini çirkinliklərdən çəkindirmək və Allahın birliyini təbliğ etmək üçün göndərilən bir peyğəmbər, Yəhudilik və Xristianlıqda isə bir din böyüyü olaraq qəbul edilir. == Yəhudilikdə Lut peyğəmbər == Tövratın Yaradılış bölümündə keçən ifadələrə görə Lutun babası Terah atası isə Harandır. Terah hələ həyata ikən Haran vəfat etmişdir. Lakin bir müddət sonra babası Terah, əmisi İbrahim (Avram) və əmisinin yoldaşı Sara ilə birlikdə Kəldanilərin Ur şəhərindən Harrana köçmüşdür. Daha sonra isə Rəb (Allah) İbrahimdən Kənana getməsini istəmiş və İbrahim də Lutu, arvadı Saranı, uşaqlarını və vardövlətini götürüb Kənara getmişdir. Lakin Kənanda qıtlıq baş verdiyi üçün bir müddət sonra Misirə yollanmışdır. Daha sonra böyük sərvətlə yenidən qardaşı oğlu Lut ilə birlikdə Kənana qayıtmışdır. Lakin sürülərinin çoxluğu nəticəsində çobanlar arasında savaş çıxmışdır. Buna görə də İbrahim qardaşı oğlu Luta: “biz qohumuq" dedi. Buna görə nə, biz nə də çobanlarımız arasında savaş olmasın.
Android Auto
Android Auto — Google tərəfindən təkmilləşdirilən əməliyyat sistemidir. Sistem android versiyası 5.0 "Lollipop" və daha yuxarı olan ağıllı telefonları dəstəkləyir. Android Auto ilk dəfə 25 iyun 2014-cü ildə Google I/O tərəfindən elan edildi. 19 mart 2015-ci ildə sistemin mobil versiyası xalqa təqdim edildi. Sistemin funksiyalarına aiddir: GPS, naviqasiya, musiqi player'i, SMS, zəng etmək və veb axtarış dəstəkləyir. Sistem həm səsli, həm də sensor (toxunma ilə) idarəetmə üsulları ilə işləyəcək. Sistemin dəstəklədiyi proqramlar: Google Maps, Google Play Music, Spotify, Songza, Stitcher Radio, iHeartRadio və TuneIn, MLB at Bat dəstəkləyir. Android'in rəsmi saytı Android Auto'nu dəstəkləyən ən çox avtomobil istehsalçı şirkətlərin siyahılarını yığarkən, 2015 və 2016-cı illərin versiyalarını bir çox avtomobil dəstəkləmədi. Android Auto 6 yanvar 2014-cü ildə elan edilmiş Open Automotive Alliance'nın bir parçası və 28 avtomobil istehsalçı şirkətləri və ağıllı telefon tədarükçüsü Nvidia ilə birlikdə hazırlandı. 2015-ci ilin mayında Hyundai şirkəti Hyundai Sonata avtomobili Android Auto'nu dəstəkləyən ilk avtomobil və xidmətə təqdim edən ilk istehsalçı şirkət oldu.
Cared Leto
Cared Leto (ing. Jared Joseph Leto; 26 dekabr 1971[…], Bossier Siti[d], Luiziana) – aktyor, vokalist. == Həyatı == Cared Leto 26 dekabr 1971-ci ildə ABŞ-nin Luiziana ştatındakı Bosser Siti şəhərində anadan olub. Cared sənətə olan sevgisinə görə onu və qardaşı Şenionu hər vasitə ilə təqdir edən anası Konstansa borcludur. O, təşəbbüskar və özündən əmin uşaq idi. 1983-cü ildə Cared Virciniyadakı kiçik kafedə qabyuyan qismində əmək fəaliyyətinə başlayır. 1989-cu ildə isə o, qapıçı işləyir. Erkən yaşlarında Leto ailəsi ilə birlikdə çox səyahət etmiş və Haiti, Kolarado kimi yerlərdə yaşamalı olmuşdu. Məktəbi bitirən Cared sənədlərini Filadelfiya İncəsənət Universitetinə verir və qəbul olunur. O, təsviri incəsənət və xüsusilə rəssamlıq üzrə ixtisaslaşır.
Fernando Luqo
Fernando Luqo (isp. Fernando Armindo Lugo Méndez; d. 30 may 1951, San Solano, Paraqvay) — Paraqvay Respublikasının Prezidenti (2008-2012). == Həyatı == 30 may 1951-ci ildə Paraqvayın San Solano şəhərində anadan olmuşdur. == Dini fəaliyyəti == Orta təhsilini Enkarnasion şəhərindəki dini məktəbdə almışdır. 15 avqust 1977-ci ildə keşiş, 1977-1982-ci illərdə Ekvadorda missioner olmuşdur. 17 aprel 1994-cü ildə Roma Katolik Kilsəsinin yepiskopu seçilmişdir == Siyasi fəaliyyəti == 29 oktyabr 2007-ci ildə Paraqvayın Xristian Demokratlar Partiyasının üzvü olaraq, həmin partiyadan Prezident seçkilərinə öz namizədliyini irəli sürmüş və 2008-ci ildə ölkənin Prezidenti seçilmişdir. 22 iyun 2012-ci ilə qədər bu vəzifədə olmuşdur. == Ailəsi == 1 övlad atasıdır.
Jared Leto
Cared Leto (ing. Jared Joseph Leto; 26 dekabr 1971[…], Bossier Siti[d], Luiziana) – aktyor, vokalist. == Həyatı == Cared Leto 26 dekabr 1971-ci ildə ABŞ-nin Luiziana ştatındakı Bosser Siti şəhərində anadan olub. Cared sənətə olan sevgisinə görə onu və qardaşı Şenionu hər vasitə ilə təqdir edən anası Konstansa borcludur. O, təşəbbüskar və özündən əmin uşaq idi. 1983-cü ildə Cared Virciniyadakı kiçik kafedə qabyuyan qismində əmək fəaliyyətinə başlayır. 1989-cu ildə isə o, qapıçı işləyir. Erkən yaşlarında Leto ailəsi ilə birlikdə çox səyahət etmiş və Haiti, Kolarado kimi yerlərdə yaşamalı olmuşdu. Məktəbi bitirən Cared sənədlərini Filadelfiya İncəsənət Universitetinə verir və qəbul olunur. O, təsviri incəsənət və xüsusilə rəssamlıq üzrə ixtisaslaşır.
Leto (mifologiya)
Leto (yun. Λητώ miken yazılarında ra-to) — yunan mifologiyasında titan ilahə, Koy və Febanın qızı, Zevsin Heranın qorxusundan atmış olduğu sevgilisi (arvadı), ekizlərin Apollon və Artemidanın anası. Rəvayətə görə Zevs bildirçin cildinə girərək Letonun könlünü alaraq ona yiyələnir. Zevsdən hamilə qalan və Heranın qəzəbinə gəlmiş və onun tərəfindən göndərilmiş Pifon əjdahanın təqibinə düçar olmuş Leto doğmağa yer tapa bilmir. Leto sığınacaq tapa bilməyərək bütün Ellada elini dolaşdıqdan sonra nəhayət otsuz ələfsiz səhralıq olan üzən Delos (Ortigiya) adasına gəlib çıxır. Delosun onu qəbul etməsi üçün, söz verir ki, doğulacaq uşaq adanı məşhurlaşdıracaqdır. Təkcə doğuş ilahəsi Eylifeyaya möhtac olan Leto doqquz gün sancılardan əziyyət çəkir. Hera doğuş ilahəsini qızılı buludlara qərq edir ki, Eylifeya heç nə duymasın. Xoşbəxtlikdən becit ayaqlı İrida doğuş ilahəsini adaya yetişdirir və Apollon doğulmuş olur. Digər bir rəvayətdə guya ilk doğulmuş Artemida dərhal anasına Apollonu doğmaqda kömək edir.
Lujo Brentano
Lujo Brentano (18 dekabr 1844[…], Aşaffenburq, Aşağı Frankoniya – 9 sentyabr 1931[…], Münxen) — alman iqtisadçısı. == Həyatı == == Fəaliyyəti == L. Brentano – Breslav, Strasburq, Vyana, Leypsiq və Münhen Universitetlərinin professoru, iqtisadi və sosial siyasət, iqtisadiyyat, tarix, fəhlə hərəkatı məsələləri üzrə çoxsaylı əsərlərin müəllifi. Öz iqtisadi baxışlarında həmçinin iqtisad nəzəriyyəsindən imtina edilməsini təbliğ edirdi. Vyana universitetində mühazirələrlə çıxış edərək (1888-ci il), Brentano ümumi və ya nəzəri iqtisada "iqtisadi hadisələrin bilavasitə müşahidə" vəzifəsini qarşı qoyaraq onun "ikinci dərəcəli əhəmiyyətindən" danışırdı, çünki "siyasi iqtisad bir zaman təbiət elmlərinin təbiətdə müşahidə olunan fakt və proseslərin təsvirinə keçməsinin aprior mühakimələrinə əsaslanmalıdır. Brentano belə hesab edirdi ki, iqtisadi həyatın hətta ən sadə təzahürlərinin dəqiq təsviri eqoizmdən olan ən ağıllı deduksiyadan da müqayisəolunmaz dərəcədə daha qiymətlidir". Qeyd etmək lazımdır ki, iqtisad nəzəriyyəsində abstrakt metoda qarşı mübarizədə həm Şmoller, həm də Brentano klassik məktəbin istehsal münasibətlərinə və deməli kapitalizmin iqtisadi kateqoriyalar məcmusunu əbədi, dəyişməz elementlər kimi nəzərdə tutan metodoloji zəifliklərindən istifadə etmişlər. Yeni tarix məktəbinin nümayəndələri müasir kapitalist ölkələrinin təsərrüfat inkişafını tədqiq edərkən bu ölkələrin təsərrüfat quruluşunun dəyişkənliyini sübut etmiş və cəmiyyətin iqtisadi həyatının inkişafının və obyektiv iqtisadi qanunların qanunauyğun xarakterini inkar etmişlər. Brentano yuxarıda qeyd olunan mühazirədə merkantilistləri hətta siyasi iqtisadın klassiklərindən yüksəkdə tuturdu, belə ki, onun fikrincə, merkantilistlər sənaye və ticarətə dövlət təsirinin müxtəlif üsullarını tədqiq edərək, iqtisadi qanunlar üzə çıxarmağa cəhd etməmişlər. Yeni tarix məktəbi dəyər, izafi dəyər, kapitalist yığımının tarixi meyli qanununun problemlərini süni və uydurma hesab edərək, klassik siyasi iqtisadın və marksist təliminin kəskin tənqidi ilə çıxış etdi. Şmoller göstərirdi ki, Karl Marksın ümumiləşdirmələri abstrakt anlayışlar və ümumi tarixi – fəlsəfi obrazlardan başqa bir şey deyildir.
Lülo çayı
Lüloçay — Azərbaycanın İsmayıllı rayonu ərazisindən axan çay. Çayın mənsəbi 1200 metrlik yüksəklik ərazidə yerləşir və Girdimançaya tökülür. Lahıc qəsəbəsinin tən mərkəzindən axaraq onu faktiki iki hissəyə bölür.
Lütf Kapellası
Lütf Kapellası (alm. Gnadenkapelle‎) Bavariyada Müqəddəs Məryəmə həsr olunmuş milli ziyarətgahdır. Məryəmin şəklinin yerləşdiyi səkkizguşəli ibadətgah təxminən 660-cı illərə aiddir və Almaniyadakı ən qədim Məryəmə həsr edilmiş ziyarətgahdır. Məryəmin siması cökə ağacından oyulmuş antik dövrə aid Qara Madonnadır (ehtimal ki, təxminən 1330). Ziyarətgah 1489-cu ildə boğulan gənc bir oğlan uşağının anası cəsədini heykəlin qarşısına qoyub Məryəmdən möcüzə üçün dua etdikdən sonra möcüzəvi şəkildə sağalması ilə məşhurlaşıb. Əsrlər boyu ziyarətgaha verilmiş adaqların çoxu kilsəni əhatə edən eyvanda nümayiş etdirilir. Burada müxtəlif alman zadəganlarının, həmçinin Bavariya kralı III Lüdviqin ürəkləri kiçik gümüş qablarda saxlanılır. Kapella əsrlər boyu Kapuçin keşişləri tərəfindən xidmət edilmişdir. Ordenin bir üzvü, Parcamlı Konrad (1818-1894) 40 ildən çox orada xidmət etmişdir. Xidmət etdiyi müddətdə o, müqəddəslik və möcüzəvi şəfaları üçün şöhrət qazanlb və Katolik Kilsəsi tərəfindən müqəddəs elan edilib Kapella 1980-ci ilin noyabrında Papa II İohann Pavel tərəfindən ziyarət edilib.
Pluto (okeanida)
Pluto (yun. Πλουτώ) — yunan mifologiyasında mifik personaj, okeanida, titanlar Okean və Tefidanın qızı.
Pluto (personaj)
Pluto (ing. Pluto, ing. Pluto the Pup) — 1930-cu ildə "Walt Disney Animation Studios" şirkəti tərəfindən yaradılan cizgi filmi personajıdır.
Sensu lato
Sensu stricto ("dar mənada") və sensu lato (geniş mənada) — taksonun nəzərdə tutulan ranqının dəqiqləşdirilməsi üçün onun adına əlavə edilən latınca ifadə.
Vilyam Ruto
Vilyam Ruto (21 dekabr 1966, Kamaqut[d], Keniya) — Keniya siyasətçisi, fəalı, 2022-ci ildən Keniya Prezidenti. O, Birləşmiş Demokratik Alyans Partiyasının təsisçisidir. == Həyatı == Vilyam Ruto 21 dekabr 1966-cı ildə Keniyanın Kamaqut kəndində anadan olmuşdur. O, yerli ibtidai məktəbi bitirmişdir. Ruto 1980-ci illərin əvvəllərində Nayrobi Universitetində biologiya ixtisası üzrə təhsil almış və aktivizm işləri ilə məşğul olmuşdur. Vilyam Ruto 1992-ci il seçkilərində Daniel Arap Moinin yenidən seçilməsi üçün kampaniya aparmış, daha sonra Keniya Parlamentinin bəzi üzvlərinin köməkçisi kimi çalışmışdır. O, 1997-ci ildə ilk dəfə Keniya Parlamentinə seçilmişdir. Ruto 2007-ci il prezident seçkilərində Narıncı Hərəkat adından iştirak etməyi planlaşdırırdı. O, partiya praymerizində 368 səslə üçüncü yeri tutmuşdur. Ruto 2012-ci ildən Keniya hökumətində nazir vəzifələrində çalışmışdır.
Yoşinori Muto
Yoşinori Muto (d. 15 iyul 1992) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 18 oyun keçirib, 2 qol vurub.
Yuki Muto
Yuki Muto (d. 7 noyabr 1988) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 2 qol vurub.
Yuto Nakayama
Yuto Nakayama (中山 雄登, Nakayama Yuto, 11 aprel 1991-ci ildə Hiroşima prefekturasında anadan olub) — Hazırda Roasso Kumamoto FK klubunda çıxış edən Yaponiya futbolçusudur. == Klub statistikası == 23 fevral 2016-cı il məlumatlarına əsasən.
Yuto Naqatomo
Yuto Naqatomo (d. 12 sentyabr 1986) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 86 oyun keçirib, 3 qol vurub.
Yuto Sato
Yuto Sato (d. 12 mart 1982) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Şuto Yamamoto
Şuto Yamamoto (1 iyun 1985, Morioka) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun sxemi == Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun tarixi == Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.