LUTR

1) susamuru; 2) susamuru xəzi; 3) susamuru dərisindən hazırlanmış
susamuru
LOTA
LÜGAT
OBASTAN VİKİ
Lutra
Susamuru (lat. Lutra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi.
Lutra sumatrana
Sumatra susamuru (lat. Lutra sumatrana) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin susamuru cinsinə aid heyvan növü. == Təsviri == Sumatra samurları 1,3 m uzunluğa və 7 kq çəkiyə sahib olurlar. Barmaqlar arasında üzmək üçün uyğunlaşmış pərdə vardır. Xəzi bel nahiyyəsində tünd-qəhvəyi, qarın nahiyyəsi isə bir az açıqdır. Alt çənə və dodaqları ağımtıl rəngdədir. Sifət ətrafı ərazilər tüklüdür. == Yayılması == Yayılma arealı Cənub-Şərqi Asiyadır. Ancaq arealın sərhədləri müəyyən edilməmişdir. Samurlar Tayland, Kamboca, Vyetnam, Malaziya, Bruney ərazisində yayılmışlar.
Lutreolina
Lutreolina (lat. Lutreolina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin opossumkimilər dəstəsinin opossumlar fəsiləsinə aid heyvan cinsi.
Lutrogale perspicillata
Hamarxəzli susamuru (lat. Lutrogale perspicillata) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin lutrogale cinsinə aid heyvan növü. Adından da görümdüyü kimi bu növə daxil olan canlıların xəzləri digər samurlara nisbətdə daha hamar olur. == Ekologiya və yayılması == Bu növə Hindistanın şərq ərazilərindən tutmuş Cənub-Şərqi Asiyayada, İraqın bəzi ərazilərində rastlanılır. Əsasən iri meşə çayları ətrafında, bataqlıqlarda yayılırlar. Bununla belə yaxşı yaşayış yeri tapmaq üçün quruda uzun məsafələri belə qət edə bilirlər. Yuvalarını yeraltı dəliklərdə və ya qayalıqların arasında qururlar. Bəzən isə qunduzlar kimi yuva hazırlayırlar. == Növün qorunması == Həssas növlər siyahısına daxildir. Arealı və saylarında azalma müşahidə edilir.
Enhydra lutris
Dəniz samuru (lat. Enhydra lutris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin enhydra cinsinə aid heyvan növü. Dəniz samurları dəniz mühitinə uyğunlaşan, üstəlik silahdan istifadə etməyi bacaran, primat olmayan nadir və unikal canlılardan biridir. Dəniz samurları Sakit okeanın Rusiya, Yaponiya, ABŞ və Kanada kimi ölkələrin sahil ərazilərində yayılmışlar. XVIII–XIX əsrlərdə dəniz samurları qiymətli xəzlərinə görə kütləvi ovlanmaya məruz qalmışdır. Nəticədə sayları olduqca azalmış və nəsli kəsilmək həddinə çatmışdır. Dəniz samurları SSRİ qırmızı kitabına daxil edilmişdir. Eynilə bu canlıların yayıldığı digər ölkələrdə də onlar qırmızı kitaba əlavə edilib. 2009-cu il məlumatına görə dünyanın hər yerində bu canlıların ovuna qadağa qoyulmuşdur. Onların ovlanmasına bircə Alyaskanın köklü əhalisi olan aleutlara icazə verilir.
Lutra lutra
Adi susamuru (lat. Lutra lutra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin susamuru cinsinə aid heyvan növü. == Qısa təsviri == Böyük fərdin bədəninin uzunluğu 60–90 sm, quyruğunun uzunluğu 50 sm, çəkisi isə 6–10 kq-dır. Dişi fərdlər erkəkdən daha kiçikdir. Bədənin quruluşu uzunsov, elastik və hərəkətlidir. Başı böyük deyil, yuxarıdan aşağıya doğru yastı formalı və yumrudur. Boyun hissəsi qısa, qulaqları girdə və zəif görünür. Gözləri iridir. İri olmayan dırnaqlara və barmaqlararası bağları sıx olan qısa ayaqlara malikdir. Tük örtüyü tünd qəhvəyi rəngdədir, çox sıx və bədən boyunca bərabər yayılmışdır.
Lutra lutra meridionalis
Qafqaz susamuru (lat. Lutra lutra meridionalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin amerika susamuru cinsinin adi susamuru növünə aid heyvan yarımnövü. Sayı getdikcə azalır. == Görünüşü == Bədənin uzunluğu 700 mm. Quyruğunun uzunluğu 470 mm. Zahiri görünüşü Afrika susamuru kimidir. Belinin və yanlarının rəngi açıq-qəhvəyidir. Qarın hissəsinin rəngi yetərincə açıqdır. Quyruğu üstən və altdan eyni rəngdədir. == Arealı == Şimali Qafqazda, Cənubi Qafqazda, Azərbaycanda, İranda, ola bilər İraqda, Suriyada, Fələstində və Türkiyədə yayılmışlar.
Lutrinae
Susamurları (lat. Lutrinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan yarımfəsiləsi. Altfəsiləyə ümumilikdə 13 növ aiddir. == Təsviri == Susamurları bir qayda olaraq uzun bədənlərə, yumru başa sahib olurlar. Barmaqları arasında pərdə vardır. Quyruqları uzun və güçlüdür. Bura daxil olan bəzi növlərin fərdləri 1 metrdən çox uzunluğa və 45 kq çəkiyə sahib olur (Braziliya susamuru, dəniz susamuru). Onların xəzi bir qayda olaraq boz-qəhvəyi rəngdə olur. 1 mm² dəriyə 1000 tük düşür İki tip tükə sahib olurlar. Qulaqları olduqca kiçik olur.