Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maqnezit
Maqnezit – Mg [CO3] — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Ferromaqnezit (7,5%-dək FeO). Rəng – ağ, bozumtul, sarımtıl, qəhvəyi, bəzən rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq – şəffaf, bəzən qeyri-şəffaf; Sıxlıq – 2,9-3,1; Sərtlik – 4,0-4,5; Kövrəkdir; Ayrılma – romboedr {1011} üzrə mükəmməl; Sınıqlar – pilləli; sıx farforabənzər aqre-qatlarında – qabıqvari; Morfologiya – kristallar: nadir rast gələn romboedrik; Mineral aqreqatları: massiv, sıx, dənəvər, farforabənzər, torpaqvari. Hidrotermal maqnezit dolomit və dolomitləşmiş əhəngdaşlarının metasomatik əvəzlənməsi məhsuludur. Hiperbazitlərin hidrotermal dəyişilmə prosesində isti karbonat məhlullarının təsiri zamanı olivin və piroksenlərin hesabına əmələ gəlir. Mineralın infiltrasion yataqları ultraəsasi süxur massivlərinin kimyəvi aşınması zamanı formalaşır. Çökmə maqnezit duz- və gips saxlayan süxur qatlarında qeyd edilir. Mineralın metamorfik əmələgəlmələri kristallik magnezial şistlər üçün adidir. Birlikdə rast gəldiyi minerallar: dolomit, kalsit, kvars, xalsedon, opal, barit, talk, serpentin, gips, halit və b.
Maqneziya döyüşü
Maqneziya döyüşü - E.ə. 190-cı ildə (Bəzi tədqiqatçılara görə E.ə. 189-cu ildə) Selevkilər və müttəfiqləri ilə Roma Respublikası və Perqama krallığının orduları arasında döyüş. Selevkilər dövlətinin ordusuna III Antiox, Roma Respublikası ordusuna konsul Lusi Kornelli Skipo və qardaşı Publi Korneli Skipo, Perqam krallığı ordusuna isə II Emanuel rəhbərlik edirdi. Selevkilər tərəfdə Qalatiyalılar və Kelt tayfalarıda vuruşurdu. Roma Respublikası bu döyüşdə böyük qələbə qazandı və Selevkilərin hakimiyyəti altında olan Anadolu torpaqları Romanın əlinə keçdi. Bu döyüş barədə məlumatı Romalı tarixçi Titu Livi və Appian öz yazılarında qeyd etmişdir. Selevkilərin keçmiş müttəfiqi Filip E.ə. 197-ci ildə Romaya məğlub oldu. Selevki hökmdarı ona Yunanıstanı işğal etmək fürsəti verdi.
Magnolia
Maqnoliya (lat. Magnolia) — maqnoliyakimilər fəsiləsinə aid bitki cinsi. Maqnoliya:The Plant List saytında takson barədə məlumat.
Maqnetit
Maqnetit – FeFe2O4 — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. Titanlı-, xromlu-, vanadiumlu- və b. maqnetitlər. Rəng – dəmiri-qara; Mineralın cizgisinin rəngi – qara; Parıltı – metal, bəzən yarımmetal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,9-5,2; Sərtlik – 5,5-6; Kövrəkdir; Ayrılma – yoxdur; Bölünmə – nadir hallarda {111} üzrə; Başqa xassələr – güclü, bəzən polyar maqnit xassəsi təzahür edir; Morfologiya – kristallar: oktaedrik, nisbətən az rombododekaedrik; İkiləşmə: {111} – şpinel qanunu üzrə; Mineral aqreqatları: dənəvər, sıx, radial -şüalı, böyrəkvarı, hisə (dudaya) bənzər kütlələr, xrizotil-asbest, bitki qalıqları və s. üzrə psevdomorfozalar. Poligen mineraldır. Ən iri yığınları maqmatik, kontakt-metasomatik və regional-metamorfik proseslər nəticəsində əmələ gəlir. Maqmatik mənşəli maqnetitə əsasən qabbro, norit, piroksenit, anortozitlərdə və aksessor mineral kimi müxtəlif püskürmə süxürlarında (ultraəsasidən turşadək) rast gəlinir. Həmçinin karbonatitlərdə, bəzən peqmatitlərdə qeyd edilir.
Maqnezium
3 Maqnezium (Mg) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 12-ci elementdir. Maqnezium ilk dəfə olaraq 1808-ci ildə ingilis kimyaçısı Q.Devi tərəfindən nəm MgO-dən alınmışdır. Adı latın sözü olan “maqnesiya alba” (ağ maqneziya) sözündəndir. Qədim yunanlar tərəfindən Maqnesiya şəhəri yaxınlığında tapılmış və tərkibində maqnezium metalı olan hidromaqnezit mineralından götürülmüşdür. Maqnezium birləşmələrinə müxtəlif minerallarda rast gəlinir. Maqnezium karbonat, dolomit CaCO3.MgCO3 və maqnezitin tərkibində olur. Maqnezium-xlorid karnallitin KCl.MgCl2.6H2O tərkibində olur. Maqnezium duzlarının xeyli miqdarı dəniz sularında olur ki, bunlarda ona acı dad verir. Maqnezium - sıxlığı 1.744 q/sm3 olan gümüşü - ağ rəngli metaldır, 6510C-də əriyir, 11100C-də qaynayır. Soyuqda maqnezium oksid təbəqəsi ilə örtülür, buda onun sonradan havanın oksigeni ilə oksidləşməsinin qarşısını alır.
Magnolia grandiflora
İriçiçək maqnoliya (lat. Magnolia grandiflora) — maqnoliya cinsinə aid bitki növü. Vətəni Şərqi Аsiyаdır. Çin, Yаpоniyа, Cənubi Аmеrikа, Yеni Zеllаndiyа və digər subtrоpik iqlimli ölkələrin bаğ və pаrklаrındа bеcərilir. Hündürlüyü 30 m-ə, diаmеtri isə 10 m-ə çаtаn, həmişəyаşıl, sıхyаrpаqlı, еnli yumurtаvаri və yа gеniş pirаmidаl çətirə mаlik аğаcdır. Gövdələri yоğun, düz оlmаqlа, bоz və yа аçıq qоnur rəngli, 1-2 sm qаlınlıqdа qаbıqlа örtülmüşdür. Zоğ və tumurcuqlаrı nаrıncı rəngli sıх tükcüklərlə əhаtə оlunmuşdur. Yаrpаqlаrı tərs-yumurtаvаri və yа еnsiz, еllips fоrmаlı, uzunluğu 12-25 sm, еni isə 4-5 sm-dir. Tаmkənаrlı, dərivаri, pаrlаq yаrpаqlаrı аşаğı tərəfdən tünd nаrıncı rəngli qısa tükcüklərlə örtülü, bəzən isə çılpаq оlur. Sаplаğı 2,5-5 sm uzunluqdаdır.
Magnolia officinalis
Magnolia officinalis — maqnoliya cinsinə aid bitki növü.
Magnolia soulangeana
Magnolia soulangeana — maqnoliyakimilər fəsiləsinin maqnoliya cinsinə aid bitki növü. Vətəni Şərqi Аsiyа və Şimаli Аmеrikаdır. Hündürlüyü 1-3 m-ə qədər оlаn kiçik аğаc və yахud iri kоldur. Çiçəkləri yаrpаqlаr əmələ gələnə qədər, yаrpаqlаrlа еyni vахtdа аçılır. Çiçəkləri iri, əsasən 10-20 sm (4-8 düym), ağ, çəhrayı və tünd qırmızının müxtəlif çalarları, ətirlidir. Çiçəklərdən bəziləri şarşəkilli, digərləri isə kasavaridir. Yarpaqları növbəli, sadə, parlaq, tünd yaşıl, ovaldır. Şахtаyа və qurаqlığа dаvаmlıdır. Qаrа dəniz sаhili bоyuncа subtrоpik bölgələrdə, yаşıllıqlаrdа tеz-tеz təsаdüf edilir. Şəhərin əlvеrişsiz şərаitinə, qаzа və tüstüyə dаvаmlıdır.
Magnolia virginiana
Virciniya maqnoliyası (lat. Magnolia virginiana) — maqnoliya cinsinə aid bitki növü.
Magnolia × soulangeana
Magnolia soulangeana — maqnoliyakimilər fəsiləsinin maqnoliya cinsinə aid bitki növü. Vətəni Şərqi Аsiyа və Şimаli Аmеrikаdır. Hündürlüyü 1-3 m-ə qədər оlаn kiçik аğаc və yахud iri kоldur. Çiçəkləri yаrpаqlаr əmələ gələnə qədər, yаrpаqlаrlа еyni vахtdа аçılır. Çiçəkləri iri, əsasən 10-20 sm (4-8 düym), ağ, çəhrayı və tünd qırmızının müxtəlif çalarları, ətirlidir. Çiçəklərdən bəziləri şarşəkilli, digərləri isə kasavaridir. Yarpaqları növbəli, sadə, parlaq, tünd yaşıl, ovaldır. Şахtаyа və qurаqlığа dаvаmlıdır. Qаrа dəniz sаhili bоyuncа subtrоpik bölgələrdə, yаşıllıqlаrdа tеz-tеz təsаdüf edilir. Şəhərin əlvеrişsiz şərаitinə, qаzа və tüstüyə dаvаmlıdır.
Maqnetik adası
Maqnetik adası (ing. Magnetic Island) — ABŞ-nin Alyaska ştatındakı Kuk körfəzindəki ada. Ada yüksək Qabarma və çəkilmə zamanı suyun altında batan dayazlıqlarla əhatə olunub. Maqnetik adını 1951-ci ildə maqnetizm təsirinin olması səbəbindən alır. Maqnit adası arxeoloji tapıntılarla diqqət çəkir. E.ə 1800-1400-cü illərdə burada yaşayışın olması aşkar edilmişdir. 2012-ci ildə qazıntılar zamanı Arktika kiçik alət ənənəsinə aid kəsilmiş daşlar, ocaq qalıqları və daş alətlər aşkar edilmişdir. Buradan 32 km aralıda yerləşən Redout və İliamna vulkanlarının aktivliyi ilə əlaqədar olaraq qədim sakinlər tərəfindən ada tərk edilmişdir. 2015-ci ildə ada ABŞ-nin Tarixi Yerlər Milli Reyestrində qeyd edilir. Adada daimi əhali yoxdur, tarixi tapıntıları qorumaq üçün buraya giriş məhduddur.
Maqnetik təzyiq
Maqnetik təzyiq — bir maqnit sahəsi ilə əlaqəli enerji sıxlığıdır. Hər hansı bir maqnit sahəsi sahədəki sərhəd şəraiti ilə əlaqəli bir maqnit təzyiqinə malikdir. Bu qaz molekullarının kinetik enerjisi ilə (bir qaz halında) eyni olmayıb, bir maqnit sahəsi ilə daşımaq istisna olmaqla, hər hansı digər fiziki təzyiq ilə eynidir. Qüvvə sahəsindəki qradient, maqnit qüvvəsi adlanan maqnit təzyiq qradienti səbəbindən bir qüvvəyə səbəb olur. Maqnetik təzyiq qüvvəsi dayaqsız bir naqilin ilməsində asanlıqla müşahidə olunur. Əgər elektrik cərəyanı ilmədən keçirsə, naqil elektromaqnit kimi xidmət edir, beləliklə, ilmənin daxilindəki maqnit sahəsi ilmənin xarici maqnit sahəsinin gücündən daha böyükdür. Sahənin gücündəki bu qradient təzyiqin maqnit qüvvəsini yaradır, bu da birbaşa naqilin uzanmasına səbəb olur. Teldən kifayət qədər cərəyan keçərsə, naqilin ilməsi dairə formasında olur. Daha yüksək cərəyanlarda, maqnetik təzyiq naqilin elastiklik qabiliyyətini aşan bir zərbəyə səbəb ola bilər ki, bu da onun məhvinə və ya partlayışa gətirib çıxarır. Beləliklə, maqnetik təzyiqin idarə edilməsi, ultragüclü elektromaqnitlərin dizaynında ciddi problemdir.
Maqnezium sulfat
Maqnezium sulfat (MgSO4)– qeyri-üzvi maddədir, maqneziumun və sulfat turşusunun duzudır. - suda: 35,120; 54,880; 68,3100 q/100 ml - efirdə: 1,1618 q/100 ml İlk dəfə 1695-ci ildə İngiltərədə yaşayan botanik Neemiy Qrü tərəfindən bulaq suyunun tərkibində tapılmışdı. Maqnezium sulfat – ağ, higroskopik tozdı, kristalları rombik quruluşa malikdir, hüceyrə parametrləri a = 0.482 nm, b = 0.672 nm, c = 0.833 nm. 1010 °C temperaturda, başqa bir rombik fazaya keçid baş verir. Bir neçə kristal -hidrat əmələ gətirir: MgSO4 • nH2O, burada n = 1, 2, 3, 4, 5, 6, 7, 12. Ən çox öyrənilən kristalhidratlar MgSO4 • 7H2O, MgSO4 • 6H2O və MgSO4 • H2O. 1. Maqneziumun və sulfat turşusunun reaksiyası nəticəsində alınır: M g + H 2 S O 4 → M g S O 4 + H 2 {\displaystyle {\mathsf {Mg+H_{2}SO_{4}\ {\xrightarrow {\ }}\ MgSO_{4}+H_{2}}}} 2. Sulfat turşusunun oksid, hidroksid və maqnezium karbonat ilə qarşılıqlı təsiri nəticəsində alınır: M g O + H 2 S O 4 → M g S O 4 + H 2 O {\displaystyle {\mathsf {MgO+H_{2}SO_{4}\ {\xrightarrow {\ }}\ MgSO_{4}+H_{2}O}}} M g ( O H ) 2 + H 2 S O 4 → M g S O 4 + 2 H 2 O {\displaystyle {\mathsf {Mg(OH)_{2}+H_{2}SO_{4}\ {\xrightarrow {\ }}\ MgSO_{4}+2\ H_{2}O}}} M g C O 3 + H 2 S O 4 → M g S O 4 + C O 2 ↑ + H 2 O {\displaystyle {\mathsf {MgCO_{3}+H_{2}SO_{4}\ {\xrightarrow {\ }}\ MgSO_{4}+CO_{2}\uparrow +H_{2}O}}} 3. Kristalhidratın qurudulması nəticəsində susuz maqnezium sulfat almaq olar: M g S O 4 ⋅ 7 H 2 O → 200 o C M g S O 4 + 7 H 2 O {\displaystyle {\mathsf {MgSO_{4}\cdot 7H_{2}O\ {\xrightarrow {200^{o}C}}\ MgSO_{4}+7\ H_{2}O}}} Sənayedə maqnezium sulfat dəniz suyundan, kizerit və karnalit minerallarından əldə edilir. 1. Ərimə temperaturundan yuxarı qızdırıldıqda parçalanır: 2 M g S O 4 → 1200 ∘ C 2 M g O + 2 S O 2 ↑ + O 2 {\displaystyle {\mathsf {2MgSO_{4}\ \xrightarrow {1200~^{\circ }C} \ 2MgO+2SO_{2}\uparrow +O_{2}}}} 2. Qatı sulfat turşusu ilə reaksiya zamanı hidrosulfat alınır: M g S O 4 + H 2 S O 4 → M g ( H S O 4 ) 2 {\displaystyle {\mathsf {MgSO_{4}+H_{2}SO_{4}\ {\xrightarrow {\ }}\ Mg(HSO_{4})_{2}}}} Qızdırıldıqda solvatlar alınır MgSO4•H2SO4 и MgSO4•3H2SO4. 3. Qızdırıldıqda hidrogen sulfid,silisium dioksid, karbon ilə reaksiyaya daxil olur: M g S O 4 + H 2 S → 700 ∘ C M g O + S O 2 ↑ + S + H 2 O {\displaystyle {\mathsf {MgSO_{4}+H_{2}S\ \xrightarrow {700~^{\circ }C} \ MgO+SO_{2}\uparrow +S+H_{2}O}}} M g S O 4 + S i O 2 → 680 ∘ C M g S i O 3 + S O 3 {\displaystyle {\mathsf {MgSO_{4}+SiO_{2}\ {\xrightarrow {680~^{\circ }C}}\ MgSiO_{3}+SO_{3}}}} 2 M g S O 4 + C → 800 ∘ C 2 M g O + 2 S O 2 ↑ + C O 2 ↑ {\displaystyle {\mathsf {2MgSO_{4}+C\ \xrightarrow {800~^{\circ }C} \ 2MgO+2SO_{2}\uparrow +CO_{2}\uparrow }}} M g S O 4 + 2 C → > 800 ∘ C M g S + 2 C O 2 ↑ {\displaystyle {\mathsf {MgSO_{4}+2C\ \xrightarrow {>800~^{\circ }C} \ MgS+2CO_{2}\uparrow }}} Maqnezium sulfatın sulu məhlulları həll olunan barium duzlarının sulu məhlulları( məs.BaCl2) ilə reaksiyaya daxil olaraq həll olmayan barium sulfat alınır: M g S O 4 + B a C l 2 → B a S O 4 ↓ + M g C l 2 {\displaystyle {\mathsf {MgSO_{4}+BaCl_{2}\ \xrightarrow {\ } \ BaSO_{4}\downarrow +MgCl_{2}}}} Tətbiq sahələri çoxşaxəlidir. Bildiyimiz kimi maqnezium elementi xlorofilin strukturuna daxil olduğundan bitkilər üçün əhəmiyyətlidir. Yetərincə maqnezium ionu qəbul edə bilən bitkinin yarpaqları daha məhsuldar fotosintez apara bilir, beləcə bitki daha güclü və daha dözümlü olur.
Maqnezium xlorid
Maqnezium xlorid (MgCl2) – qeyri-üzvi birləşmədi, xlorid turşusunun maqnezium duzu. Magnezium xlorid – susuz duzdur, hiqroskopik heksoqonal Rəngsiz kristallar şəklində kristallaşır. Acı dadı var. Susuz maqnezium xloridi maqneziumun birbaşa xlorlanması nəticəsində almaq olar: M g + C l 2 → M g C l 2 {\displaystyle {\mathsf {Mg+Cl_{2}\rightarrow MgCl_{2}}}} Magnezium xloridi əsası oksidlərin xlorid turşusu ilə reaksiyası zamanı almaq olar: 2 M g O + 2 C l 2 → 2 M g C l 2 + O 2 {\displaystyle {\mathsf {2MgO+2Cl_{2}\rightarrow 2MgCl_{2}+O_{2}}}} M g O + C + C l 2 → M g C l 2 + C O {\displaystyle {\mathsf {MgO+C+Cl_{2}\rightarrow MgCl_{2}+CO}}} Magnezium xlorid suda yaxşı həll olunur, piridində, spirtlərdə, asetonda zəif həll olunur. Magnezium xlorid qələvilər və ammonyak məhlulu ilə reaksiya girir: M g C l 2 + 2 N a O H → M g ( O H ) 2 ↓ + 2 N a C l {\displaystyle {\mathsf {MgCl_{2}+2NaOH\rightarrow Mg(OH)_{2}\downarrow +\,2NaCl}}} Magnezium xloridə natrium karbonat əlavə edildikdə, əsası maqnezium karbonatın çöküntüsü əmələ gəlir: 5 M g C l 2 + 5 N a 2 C O 3 + 2 H 2 O → M g ( O H ) 2 ⋅ 3 M g C O 3 ↓ + M g ( H C O 3 ) 2 + 10 N a C l {\displaystyle {\mathsf {5MgCl_{2}+5Na_{2}CO_{3}+2H_{2}O\rightarrow Mg(OH)_{2}\cdot 3MgCO_{3}\downarrow +\,Mg(HCO_{3})_{2}+\,10NaCl}}} M g C l 2 + 2 N a H C O 3 → M g C O 3 ↓ + 2 N a C l + H 2 O + C O 2 ↑ {\displaystyle {\mathsf {MgCl_{2}+2NaHCO_{3}\rightarrow MgCO_{3}\downarrow +\,2NaCl+\,H_{2}O+CO_{2}\uparrow }}} 2 M g C l 2 + L i A l H 4 → M g H 2 + L i C l + A l C l 3 {\displaystyle {\mathsf {2MgCl_{2}+LiAlH_{4}\rightarrow MgH_{2}+\,LiCl+\,AlCl_{3}}}} M g C l 2 ⋅ 6 H 2 O → 120 ∘ C M g C l 2 ⋅ 4 H 2 O + 2 H 2 O {\displaystyle {\mathsf {MgCl_{2}\cdot 6H_{2}O\xrightarrow {120^{\circ }C} MgCl_{2}\cdot 4H_{2}O+2H_{2}O}}} M g C l 2 ⋅ 4 H 2 O → 150 ∘ C M g C l 2 ⋅ 2 H 2 O + 2 H 2 O {\displaystyle {\mathsf {MgCl_{2}\cdot 4H_{2}O\xrightarrow {150^{\circ }C} MgCl_{2}\cdot 2H_{2}O+2H_{2}O}}} M g C l 2 ⋅ 2 H 2 O → 240 ∘ C M g C l 2 ⋅ H 2 O + H 2 O {\displaystyle {\mathsf {MgCl_{2}\cdot 2H_{2}O\xrightarrow {240^{\circ }C} MgCl_{2}\cdot H_{2}O+H_{2}O}}} M g C l 2 ⋅ H 2 O → > 300 ∘ C M g O H C l + H C l {\displaystyle {\mathsf {MgCl_{2}\cdot H_{2}O\xrightarrow {>300^{\circ }C} MgOHCl+HCl}}} 2 M g O H C l → > 400 ∘ C M g 2 O C l 2 + H 2 O {\displaystyle {\mathsf {2MgOHCl\xrightarrow {>400^{\circ }C} Mg_{2}OCl_{2}+H_{2}O}}} Maqnezium xlorid əsasən maqnezium istehsalında istifadə olunur. Həm çinin buz və qarın əriməsi üçün tətbiq olunur. Qarla təmasda olduqda onu tez bir zamanda əridir. Magnezium xlorid qida sənayesində çox istifadə olunur. E 511 qida qatqısı kimi qeyd olunur. Рабинович В.А., Хавин З.Я. Краткий химический справочник.
Maqnolia denudata
Magnolia denudata — Çinin müxtəlif ərazilərində rast gəlinən ağacdır. Bu ağac eramızın 600-cü illərindən başlayaraq Buddistlərin bağlarında əkilməyə başlamışdır. Bu ağacın çiçəkləri həddən artıq ağ rəngdə olduğundan onu təmizlik simvolu kimi qəbul edərək imperatorlar öz bağlarında, gəzməyə çıxdıqları yolların kənarlarında əkməyı əmr edirdilər. Elə o vaxtdan bu ağacı şəhərlərin ən görmli yerlərində, parklarda əkməyə başlamışlarş İndi bu ağac Şanxay şəhərinin ağacı hesab edilir. Bu ağac şəhərin havasına çox dözümlüdür. Həşəratlar da onun üzərinə az qonur. Odur ki, bu ağac şəhərin, xüsusilə ekoloji problemləri olan şəhərin əsl ağacı ola bilər.
Maqnetik dövrə
Maqnetik dövrə və ya maqnit dövrəsi maqnit seli olan bir və ya daha çox qapalı dövrə keçidindən ibarətdir. Maqnit seli adətən daimi maqnitlər və ya elektromaqnitlər tərəfindən yaradılır və yolda hava boşluqları və ya digər materiallar ola bilsə də, dəmir kimi ferromaqnit materiallardan ibarət maqnit nüvələri ilə məhdudlaşır. Maqnit dövrələri elektrik mühərrikləri, generatorlar, transformatorlar, rölelər, qaldırıcı elektromaqnitlər, SQUIDlər, qalvanometrlər və maqnit qeyd başlıqları kimi bir çox cihazda maqnit sahələri üçün istifadə olunur. Doymamış maqnit dövrəsində maqnit axını, maqnit hərəkətverici qüvvə və maqnit reluktansı arasındakı əlaqəni Hopkinson qanunu ilə təsvir etmək olar, bu qanun elektrik dövrələrində Ohm qanununa səthi bənzəyir, nəticədə Maqnetik dövrə və analoji elektrik dövrəsindəki maqnitin xassələri arasında birə-bir uyğunluq yaranır. Bu konsepsiyadan istifadə edərək, transformatorlar kimi mürəkkəb cihazların maqnit sahələri elektrik dövrələri üçün hazırlanmış üsul və üsullardan istifadə edərək tez bir zamanda həll edilə bilər.
Magnolia Hotel (Hyuston)
Magnolia Hotel - Texas ştatının Hyuston şəhərində yerləşən mehmanxanadır. 1926-cı ildən 1927-ci ilə qədər Hyustonda ən yüksək bina idi.