MAQNETİT

yun. magnetis – maqnit

MAQMA
MAQNEZİT
OBASTAN VİKİ
Maqnetit
Maqnetit – FeFe2O4 — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. Titanlı-, xromlu-, vanadiumlu- və b. maqnetitlər. Rəng – dəmiri-qara; Mineralın cizgisinin rəngi – qara; Parıltı – metal, bəzən yarımmetal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,9-5,2; Sərtlik – 5,5-6; Kövrəkdir; Ayrılma – yoxdur; Bölünmə – nadir hallarda {111} üzrə; Başqa xassələr – güclü, bəzən polyar maqnit xassəsi təzahür edir; Morfologiya – kristallar: oktaedrik, nisbətən az rombododekaedrik; İkiləşmə: {111} – şpinel qanunu üzrə; Mineral aqreqatları: dənəvər, sıx, radial -şüalı, böyrəkvarı, hisə (dudaya) bənzər kütlələr, xrizotil-asbest, bitki qalıqları və s. üzrə psevdomorfozalar. Poligen mineraldır. Ən iri yığınları maqmatik, kontakt-metasomatik və regional-metamorfik proseslər nəticəsində əmələ gəlir. Maqmatik mənşəli maqnetitə əsasən qabbro, norit, piroksenit, anortozitlərdə və aksessor mineral kimi müxtəlif püskürmə süxürlarında (ultraəsasidən turşadək) rast gəlinir. Həmçinin karbonatitlərdə, bəzən peqmatitlərdə qeyd edilir.

Значение слова в других словарях