Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Askar Mamin
Askar Uzakbay oğlu Mamin (qaz. Асқар Ұзақбайұлы Мамин; 23 oktyabr 1965, Selinoqrad) – Qazaxıstanın keçmiş baş naziri. 9 sentyabr 2016–21 fevral 2019-cu illər arasında baş nazirin müavini, 21 fevral 2019-cu il tarixindən isə baş nazir postuna təyin edilmişdir. Bir müddət "Qazaxıstan Dəmir Yolları" qurumuna rəhbərlik etmişdir. 2008-ci ildən isə "Qazaxıstan Buzüstü Hokkey Federasiyası"nın rəhbəri mövqeyindədir. == Həyatı == Mamin Tselinoqrad İnşaat Mühəndisliyi İnstitutunu və Plexanov adına Rus İqtisad Universitetini mülki mühəndislik və iqtisadiyyat ixtisasları ilə bitirmişdir. Kariyerasına "Tselintyazstroy" etimadının bir hissəsi kimi başladı. Qazaxıstanın İnnovativ Müəssisələr Birliyinin Baş Direktor müavini vəzifəsində çalışmışdır. 1996-2008-ci illər arasında Astana şəhərinin birinci müavini, Qazaxıstan Respublikası Nəqliyyat və kommunikasiya nazirinin müavini, Qazaxıstan Respublikası Sənaye və Ticarət nazirinin birinci müavini vəzifəsində çalışmışdır.
Mahın
Mahın (fars. ماهین‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 340 nəfər yaşayır (124 ailə).
Majin
Majin — İranın İlam ostanının Dərəşəhr şəhristanının Majin bəxşində şəhər və onun mərkəzi.
Maman
Maman (heykəl) — tuncdan heykəl. Maman (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Mamır
Mamırlar — ən az inkişaf etmiş ali bitkilər. Onların təxminən 25000 növü mövcuddur. Yosunlar və mamırlar quruluşuna və çoxalmasına görə eynidir. Müxtəlif yerlərdə müxtəlif adlanır. Daha yüksək inkişaf etmiş bitkilərdir. Onların quruluşunun mürəkkəbləşməsi yerüstü həyat şəraitinə uyğunlaşması ilə əlaqədardır. Mamırlar avtotrof orqanizmlərdir, onlarda xloroplastlar yaxşı inkişaf etmişdir. Mamırların hündürlüyü 20–30 sm-dən çox olmur. Mamırlar ən çox rütubətli yerlərdə yayılmışdır. Ümumiyyətlə mamırlar rütubətsevən bitkidir.
Maçin
Mancuriya (çin 滿洲, 满洲, Mǎnzhōu) — Çində tarixi ərazi. Ərazinin adı Mancurlar adlı xalqdan gəlir. Keçmiş Şərq ədəbiyyatında bu əraziyə Maçin deyilirdi. == Etimologiya == XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Maçin (ماچین) adlandırılmışdır. Erkən sovet dövrünə aid Azərbaycandilli mənbələrdə "Mançurya" adlandırılmışdır. == Tarixi == Mancur dövründə çinlilərə inamsızlıqdan dövlət imtahanlarının keçirilməsində ayrı-seçkilik siyasəti həyata keçirilirdi. Mancurlar bütün əhalinin cəmi 3%-ni təşkil etsələr də, onlara da çinlilərlə bərabər namizəd kvotası həyata keçirilirdi. Buna görə də mancur namizədlər imtahanlara çox da böyük səy göstərmirdilər. Əksinə, çinlilər çətin vəziyyətə salınırdılar və imtahandan keçənlər adətən parlaq intellektuallar idilər. 1681–1796-cı illər arası Tsin imperiyasının sabitlik və inkişaf dövrü idi.
Maşın
Maşın (yun. μηχανη; lat. mechané: "qurğu", "avadanlıq" deməkdir) — qurğu və tərtibat toplusu olub konkret tapşırıqların həlli zamanı insan əməyini tam və ya nisbətən əvəz etmək üçün tətbiq olunur. Onların böyük əksəriyyəti təkrar olunan işlərdə güclərin çevik və rahat tətbiqi üçün nəzərdə tutulur. Maşınların başqa tətbiq sahəsi yüklərin nəqlidir. Qədim antik dövründə mövcud olan mənasına ("Deus ex machina") görə maşınlar yeni dövrə qədər ilk növbədə aldadıcı qurğu kimi, daha sonra isə işçi qurğu kimi başa düşülmüşdür. XX əsrdə elektronikanın inkişafı ilə əlaqədar olaraq maşın sözü kompüter proqramlarına da aid edilir. Mühəndislikdə mexaniki maşınlar elektronik avtomatlardan fərqləndirilirlər. Avtomatlar müəyyən işi insan müdaxiləsi olmadan yerinə yetirdiyi halda, maşınların idarə edilməsi lazımdır. Praktiki olaraq maşınları 4 qrupa bölmək olar: Energetika maşınları (mühərriklər, nüvə reaktorları, istilik və başqa çeviricilər) İnformasiya maşınları (EHM, musiqi alətləri, rabitə qurğuları, informasiya emalında istifadə edilən maşınlar) Material emal edən maşınlar (dəyirmanlar, sobalar, dəzgahlar və s.) Nəqliyyat və qaldırıcı maşınlar (avtomobil, kranlar, qatar və s.) Çox vaxt avtomobilləri də maşın adlandırırlar.
Mömin
Mömin (Allahın adı) — Allahın adlarından biri. İman gətirən — dildə demək, qəlbində dilinə gətirdiyini təsdiq etmək, əməldə dediklərini göstərməkdir.
Ramin
Ramin — Azərbaycan kişi adı. Ramin Hacılı — Azərbaycanlı siyasi aktivist Ramin Şıxəliyev — Azərbaycan aktyoru. Ramin Mahmudzadə — Ramin Hacıyev — Azərbaycan rejissoru, aktyor. Ramin Musayev — Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti.
Samin
Samin — İranın Həmədan ostanının Məlayer şəhristanının Samen bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,025 nəfər və 1,207 ailədən ibarət idi.
Zamin
Zəmanət və qarant — zəmanət verən şəxs; dövlət, təşkilat, müəssisə, fərd ola bilər. Subyekt hər hansı öhdəliklərə və ya bir şeyin keyfiyyət və xüsusiyyətlərinə görə müəyyən məsuliyyət (öhdəlik) elan edir və öz üzərinə götürür. Zamin duran şəxsə zəmanətçi və ya qarantçı deyilir. Dövlət vətəndaşlara və ya hüquqi şəxslərə hər hansı öhdəlikləri yerinə yetirmək üçün təminatlar verə bilər. Məsələn, dövlət zəmanəti dövlətin vətəndaşlar və ya hüquqi şəxslər qarşısında maddi və ya qeyri-maddi nemətlərin verilməsini nəzərdə tutan öhdəliyidir. Hüquqi təminatlar isə qaydalar toplusudur ki, onlara əsasən dövlət şəxsə məxsus bütün qanuni hüquqlara hörmət etməlidir. Zəmanətin subyekti təsərrüfat subyekti ola bilər. Məsələn, bank zəmanəti borclunun (əsas verənin) tələbi ilə bankın, digər kredit təşkilatının, sığorta təşkilatının və ya digər kommersiya təşkilatının (zəmanətçinin) verdiyi öhdəliklərin yerinə yetirilməsini təmin etmək üsullarından biridir. kreditora (faydalanan şəxsə) onun ödənilməsi tələbi ilə onlara pul məbləği ödəmək öhdəliyi. Marketinq vasitəsi kimi zəmanət məhsulun satışa çıxarılan istehlak xüsusiyyətlərinə uyğunluğunun göstəricisidir.
Mömin xan Mömin
Mömin xan Mömin (1800–12 may, 1851) (urdu مؤمن خان مؤمنؔ‎) — urdu şairi. Mömin xan Mömin 1800-cü ildə Dehli şəhərində doğulmuşdu. Atası Qulamnəbi xan və babası həkim Namdar xan Böyük Moğollar imperiyasının tanınmış şəxslərindən idi. Mömin xan Mömin urdu şeirinin ustad şairlərindəndir. Bir çox şagirdlər yetirib. Onlardan biri də Qurbanəli bəy Salikdir. Mömin xan Mömin Dehli ədəbi mühitində sayılıb-seçilən şairlərdən idi. O, Mirzə Əsədulla xan Qaliblə dostluq edirdi. Kəlbəli xan Faiq yazır: "Mömin, sadəcə şairliklə məşhur olmayıb eyni zamanda tibb, astronomiya və sahmatla da məşğul olur, bir çox peşə və sənətdə zamanəsinin öndə gələn şəsiyətlərindən idi. Onun evi sənət ərbabının mərkəzi durumuna çevrilmişdi.
Mami
Mami — Yaponiya qadın adı. Mami Ueno — Yaponiya qadın futbolçusu. Mami Yamaquçi — keçmiş Yaponiya qadın futbolçusu. Mami Kaneda — keçmiş Yaponiya qadın futbolçusu.
Amin
Amin bu mənaları ifadə edə bilər:
Hərbi maşın
Hərbi maşın və ya hərbi avtomobil bir nəqliyyat vasitəsi növüdür. Bütün quru qoşunlarının döyüş texnikası və nəqliyyat vasitələri hərbi maşınlara daxildir. O, hərbi qüvvələr üçün nəzərdə tutulmuşdur və hərbi hissələr tərəfindən geniş formada istifadə olunur. Bir çox hərbi maşınların zirehləri və ya yolsuzluq imkanları mövcuddur. Cenevrə konvensiyalarına müvafiq olaraq, ərazi təcili yardım maşınları və mobil ilk yardım məntəqələri kimi bütün qeyri-döyüş hərbi maşınları müvafiq və aydın şəkildə işarələnməlidirlər.
Karlos Marin
Karlos Marin (13 oktyabr 1968, Rüsselhaym[d], Hessen – 19 dekabr 2021[…]) — ispaniyalı bariton və İl Divo qrupunun üzvü. == Həyatı == Marin Hessendə anadan olmasına baxmayaraq, İspaniyanın Madrid şəhərində böyüyüb. O musiqi karyerasına çox erkən başlayıb, o artıq səs yazmalar ilə məşğul olub və hətta səkkiz yaşında 800 tamaşaçının qarşısında çıxış edib. 12 yaşında İspaniyaya köçüb hansı ki, burada o televiziya proqramlarında bir neçə mükafat qazanıb. O uşaqlığından musiqi sahəsində olub və bir neçə baritondan da dərslər alıb. == İl Divo == 2003-cü ilin dekabrında o dörd kişi müğənnidən ibarət beynəlxalq İl Divo qrupuna qoşuldu. Qrupda ondan başqa fransız pop musiqiçi Sebastien İzambard, amerikalı tenor David Miller və isveçrəli tenor Urs Büler yer alırlar. Qrupun ilk albomu İl Divo adlanırdı . Albom 2004-cü ilin noyabrında işıq üzü gördü və bir ildən də az bir vaxtda beş milyondan çox satış həyata keçirildi. İkinci albom — Ankora 7 noyabr 2005-ci ildə Birləşmiş Krallıqda, üçüncü albom Siempre isə 21 noyabr 2006-cı ildə ABŞ-də, 27 noyabr 2006-cı ildə isə beynəlxalq satışa çıxarıldı.
Kimvaua Makin
Kreyq Mazin
Kreyq Mazin (ing. Craig Mazin) — ABŞ ssenaristi və kinorejissoru. == Erkən həyatı == Nyu York şəhərinin Bruklin bölgəsində doğulub. Staten-Aylend bölgəsində böyümüşdür.
Maman (Miyanə)
Maman (fars. ممان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 889 nəfər yaşayır (280 ailə).
Maman (heykəl)
Maman (ing. Maman) — fransız-amerikalı heykəltaraş Luiza Burjua tərəfindən tuncdan, paslanmayan poladdan və mərmərdən hazırlanmış heykəl. Bu heykəl dünyada ən böyük hörümçək heykəlidir. Hündürlüyü 9 metr, genişliyi 10 metrdir (daha dəqiq ölçüləri: 9271 x 8915 x 10236 mm). Heykəlin düz ortasında, hörümçəyin qarın boşluğu və köks hissəsində çuval və bu çuvalın içində 26 ədəd mərmər yumurta var. Heykəl adını fransız dilindəki "ana" sözündən almışdır. Luiza Burjua bu əsəri 2000-ci ildəki "The Unilever Series" layihəsi çərçivəsində Londondakı Teyt Modern muzeyinin Turbin zalında sərgilənməsi üçün yaratmışdır. Heykəlin orijinalı poladdan hazırlanmışdır, daha sonra tuncdan 6 versiyası düzəldilmişdir. == Fəlsəfə və mənası == Luiza Burjua hörümçəklər mövzsununda heykəl yaratmağı 1947-ci ildə fikirləşmiş, hətta bu haqda qara qələmlə rəsm çəkmişdir. 1996-cı ildə hörümçəklər mövzusunda "Hörümçək" adlı başqa bir heykəl hazırlamışdır.
Marin Mittus
Marin Mittus (4 aprel 1960, Tallin)— Estoniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2017-ci ildən)
Marqarita Mamun
Marqarita "Rita" Mamun-Suxorukova (d. 1 noyabr, 1995; Moskva, Rusiya) — Rusiyalı bədii gimnast. Marqarita Mamun 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Marqarita Mamun həm də, 2013, 2015 və 2016-cı illərdə baş tutan Avropa Çempionatlarında 4 qızıl və 5 gümüş medala, 2013–2015-ci illərdə baş tutan Dünya Çempionatlarında isə 7 qızıl, 6 gümüş və 1 bürünc medala sahib olub. 2015-ci ildə baş tutan I Avropa Oyunlarının çempionu olan Marqarita Mamun 2013-cü ildə Kazan şəhərində baş tutan XXVII Ümumdünya Yay Universiadasının 4 qat çempionudur. Marqarita Mamun Rusiya Federasiyası Prezidenti Vladimir Putinin 25 avqust 2016-cı il tarixli 429 nömrəli Sərəncamına əsasən "Dostluq" ordeni ilə təltif edilib. == Həyatı == Marqarita Mamun 1995-ci il 1 noyabrda Moskva şəhərində anadan olub. Marqarita Mamun həm Rusiya, həm də Banqladeş vətəndaşlığına sahibdir. Onun atası, Abdulla Al Mamun, milliyyətcə benqaldır və ixtisasca dəniz mühəndisidir. Abdulla Al Mamun, qızının Olimpiya çempionu olmasından 6 gün sonra, avqustun 26-sı uzun sürən xərçəng xəstəliyindəən sonra vəfat edib.
Maxin (Xoy)
Maxin (fars. مخين‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Maşın hissələri
Maşın hissələri — maşınqayırmada işlədilən anlayış olub, yığma əməliyyatı aparmadan eyni bir materilaldan hazırlanan ən sadə maşın hissəsi nəzərdə tutulur.Başqa sözlə maşının özü sökülə bilməyən hissəsinə deyilir. O, maşınların mühəndislik prinsiplərinə əsaslanan layihələndirilməsi zamanı elementar tapşırıqların yerinə yetirilməsi üçün texniki vasitədir. Ona görə də, müxtəlif maşınlarda tətbiq olunan hissələr eyni funksiyaya malikdirlər (məsələn vallar, vintlər, oymaqlar və s.). Buna görə də, maşın hissələri fənni mühəndislik təhsilinin əsas hissəsini təşkil edir.Burada maşın hissələrinin ayrı-ayrılıqda və onların başqaları ilə birlikdə işləmə prinsipləri və hesablanması öyrədilir. Bir elm sahəsi kimi maşın hissələri nisbətən yaxşı araşdırılmış və bu sahədə kifayət qədər standart və normativlər hazırlanmışdır. Onlar kütləvi şəkildə istehsal olunduğundan nisbətən aşağı maya dyərinə malikdirlər. Onların yaxşı işləməsi hesabatla bərabər mexaniki emal texnologiyasından da möhkəm asılıdır. == Birləşmələr == Yiv birləşməsi Bolt birləşməsi Vint birləşməsi Sancaq birləşməsi Qaynaq birləşməsi Pərçim birləşməsi Yapışqan birləşməsi Val-oymaq tipli zəmanətli-gərilməli quraşdırma İşgil birləşməsi Şlis birləşməsi Profilli birləşmələr == Mexaniki Ötürmələr == Fırlanma hərəkəti icra edənlər Qayış ötürməsi Zəncir ötürməsi Friksion ötürməsi Variatorlar Dişli çarx ötürməsi Sonsuzvint ötürməsi Vallar Oxlar Yastıqlar Muftalar Əyləclər Düzxətli hərəkəti icra edənlər Xətti birləşmələr == Başqaları == Kipləşdiricilər Boru birləşmələri Gövdə konstruksiyaları Yaylar. == Mənbə == Kərimov Z.H. Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar. Ali texniki məktəblər üçün dərslik.
Maşın kodu
Maşın kodu - Assembler dilindən, yaxud C və ya Pascal kimi istənilən yüksək səviyyəli dildən translyasiyanın son nəticəsi; maşın kodu modu9clları mikroprosessor tərəfindən yüöklənən9 və yerinə yetirilən 1 və 06-ların ardıcıllığından ibarət olur. Maşın koduna 0həm də maşın dili (MACHINE LANGUAGE) deyilir, çünki o, kompüterlərin “başa düşdüyü” yeganə dildir (başqa proqramlaşdırma dillərinin hamısı insanların kompüteri spesifik məsələləri həll etməyə məcbur edə bilmələri üçün insan dilini strukturlaşdırmaq cəhdidir). Yüksək səviyyəli dildə yazılmış proqramları maşın koduna kompilyator-proqramlar çevirir (translyasiya edir) 8B542408 83FA0077 06B80000 0000C383 FA027706 B8010000 00C353BB 01000000 B9010000 008D0419 83FA0376 078BD98B C84AEBF1 5BC3 n-ci Fibonaççi ədədini hesablayan maşın kodu == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.