Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maratti
Amerika maralı
Amerika maralı (lat. Odocoileus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Azərbaycan manatı
Azərbaycan manatı (işarəsi: ₼) — Azərbaycanın pul vahidi. == Tarixi == === İlk buraxılış === Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankın yaradılması haqqında" Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" fərmanı, həmçinin 1992-ci ilin avqustundan milli valyutanın dövriyyəyə buraxılması ilə müstəqil Azərbaycan dövlətinin pul tədavülünün təşkil edilməsinin əsası qoyuldu. Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun vaxtında başlanılmış, Əbülfəz Elçibəyin vaxtında isə bu reallaşmışdır. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir. Ona qrafik işləri ilə məşğul olan dostu Mövsüm Orucov kömək etmişdir. Onlar manatın ilk nümunələrini hazırlatmaq üçün 1992-ci ildə Parisə getmiş və çap prosesinin texnologiyası ilə tanış olmuşdurlar. Onlar Parisdəki ermənilərin çoxluğundan ehtiyat edərək pulları idman çantasında aparmışdırlar. 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və 50 qəpiklik, dekabrda 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq pul vahidləri dövriyyəyə buraxıldı. Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1993-cü il tarixli "Azərbaycan Respublikası milli valyutasının Respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında" 58 saylı Fərmanı ilə manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması tətbiq olundu.
Ceyms MakAti
Ceyms Con MakAti (18 oktyabr 2002, Salford, İngiltərə) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Mançester Siti" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusu. Bir müddət İngiltərə U-18 millisində çıxış edən sonra Ceyms hal-hazırda İngiltərə U-20 millisində çıxış edir. == Klub karyerası == MakAti əsas komanda ilə debütünü 29 oktyabr 2019-cu ildə "Bolton Uonderers" klubuna qarşı Liqa Trofeyi görüşündə etmişdir. 2020-21 mövsümü ərzində Ceyms Liqa Trofeyi turnirində "Skantorp Yunayted" və "Mansfild Taun" klublarına qalib gəldikləri, həmçinin "Tranmir Rovers" klubuna məğlub olduqları görüşlərdə iştirak etmişdir. 24 avqust 2021-ci ildə Ceyms "Skantorp Yunayted" klubunu 3-0 hesabı ilə məğlub etdikləri görüşdə qolla yadda qalmışdır. 2020-ci ilin noyabrında Ceyms "Çelsi" klubuna qarşı FA Gənclər Kuboku finalı görüşündə qolla yadda qalmış və komanda rəqibinə 3-2 hesabı ilə qalib gəlmişdir. Həmin mövsüm Premyer Liqa 2-də toplamda iyirmi üç görüşdə iştirak edən Ceyms səkkiz qol və doqquz assistlə mövsümü başa vurmuşdur. Ceyms peşəkar karyerasında debütünü 21 sentyabr 2021-ci ildə "Uikomb Uonderers" klubuna qarşı Liqa Kuboku görüşündə etmişdir. O, 72-ci dəqiqədə meydana daxil olmuş və komandası rəqibinə 6-1 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Ceyms İngiltərə U-18 millisi ilə debütünü 2019-cu ilin noyabrında Norveç millisi ilə görüşdə etmişdir.
Donuz maralı
Donuz maralı (lat. Axis porcinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü.
Kalamian maralı
Kalamian maralı (lat. Axis calamianensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü. Kalamian adası üçün endemik növdür. == Təsviri == Heyvanın bədəninin uzunluğu 105–115 sm, süysününün hündürlüyü 60–75 sm, kütləsi 36–50 kq olur. Maralın yunu qəhvəyi çalardadır və erkəkləri böyüdükcə yununun rəngi tündləşir.
Kul maralı
Kul maralı (lat. Axis kuhlii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü.
Manati balaenurus
Dəniz inəkyi (lat. Hydrodamalis gigas) — dyoqonlar fəsiləsinin dəniz inəkləri cinsinə aid heyvan növü. Dəniz inəkləri ilk dəfə 1741-ci ildə Vitus Berinqin ekspedisiyası zamanı aşkarlanmışdır. Adı ekspedisiyanın həkimi və bu canlı haqqında ilk ətraflı məlumat verən Georq Stellerin şərəfinə adlandırılmışdır. Steller inəyi ancaq Komandor adaları sahilində aşkarlanmış və digər ərazilərdə müşahidə edilməmişdir. Bununla belə, bir çox paleontoloqlar onların arealının daha geniş əraziyə malik olduğunu ehtimal edirlər. Ləzzətli ətə sahib olması bu canlıların kütləvi ovuna səbəb olmuşdur. Artıq 1768-ci ildə dəniz inəklərinin nəsli tamamən kəsilmişdir. Steller inəkləri nəhəng ölçülərə malik olmuşlar. Onlar ölçülərinə görə dəniz məməliləri arasında yalnız balinakimilərdən və ən yaxın qohumu hesab edilən Hidrodamalis Kuestadan(ehtimal ki, bu canlılar 10 metr uzunluğa və 10 ton çəkiyə malik olmuşlar) geri qalırdı.
Marani (Nəmin)
Marani (fars. مرني‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 929 nəfər yaşayır (273 ailə).
Maraqi dili
Maraği dili və ya Maraqi dili(fars. مراقی-مراغی‎) İranın Qəzvin ostanında danışılan dildir.Bu gün Maraği dili ölmək üzrə olan dillərdən biridir.
Marathi dili
Marathi dili (मराठी Marāṭhī) — Hind-ari dillərindən biri. Hindistanın qərbində və mərkəzində yaşayan marathilərin dili. Dünyada 68 milyondan çox insan bu dildə mükəmməl danışır.Marathi dili Hindistanda ən çox danışılan ana dili sırasında sayca dördüncüdir və dünyada on beşinci ən çox daçıyıcısı olan dildir.
Maratx dövləti
Maratha İmperiyası, Maratx dövləti və ya Maratha konfederasiyası (marathi मराठा साम्राज्य) — 1674-1820-ci illərdə mövcud olmuş və əsası Maratxlar sülaləsindən olan Şivaçi tərəfindən qoyulmuş dövlət. Onun ərazisi indiki Hindistanın Maxaraştra ştatına uyğun gəlir. == Tarixi == 1674-cü ildə Maratx kəndlilərinin çıxışı Şivaçinin başçılıq etdiyi Maratx dövlətinin yaradılması ilə nəticələndi. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Əhməd şah müstəqil Əfqan dövlətinin əsasını qoydu. Bu zaman Maratx dövləti Hindistanda ən böyük siyasi qüvvəyə çevrilmişdi və ümumhindistan miqyasında hegemonluğa can atırdı. 1759—1761-ci illərdə Hindistan uğrunda Əfqan-Maratx müharibəsi baş verdi. 1761-ci ilin yanvarın 14-də Panipat döyüşü müharibənin sonu oldu. Məğlub olan Maratx dövləti bir daha özünə gələ bilmədi. Panipat döyüşü həm də Böyük Moğol İmperiyasının süqutu demək idi. Lakin əfqanlar ölkədə möhkəmlənə bilməyib buranı tərk etdilər.
Maraği dili
Maraği dili və ya Maraqi dili(fars. مراقی-مراغی‎) İranın Qəzvin ostanında danışılan dildir.Bu gün Maraği dili ölmək üzrə olan dillərdən biridir.
Martti Axtisaari
Marti Oiva Kalevi Axtisaari (fin Martti Oiva Kalevi Ahtisaari; 23 iyun 1937[…], Vıborq, Finlandiya – 16 oktyabr 2023, Helsinki, Finlandiya) — 1994–2000-ci illərdə Finlandiyanın prezidenti, diplomat, BMT-nin əməkdaşı, 2008-ci il Nobel Sülh Mükafatı laureatı. == Həyatı == 1937-ci ildə Finlandiyanın Viypuri şəhərində (indiki Vıborq, Rusiya) Norveç əsilli zabitin ailəsində anadan olmuşdur. 1939–1940-cı illər Sovet-Fin müharibəsi dövründə ailəsi Kuopio, 1952-ci ildə Oulu şəhərinə köçmüş, 1959-cu ildə Marti Oulu Universitetinin pedaqoji şöbəsini qiyabi bitirmişdir. Ouluda Gənclərin Xristian Assosiasiyasına daxil olan Axtisaari 1960-cı ildə Kəraçiyə (Pakistan) gedərək bu qurumun fiziki tərbiyə məktəbinə başçılıq edir. 1963-cü ildə ölkəsinə qayıdaraq paytaxt Helsinkidə Politexnik texnikumuna girir və inkişaf etməkdə olan ölkələrə yardım göstərən təşkilatlarda çalışır. 1965-ci ildə Finlandiya Xarici İşlər Nazirliyi sisteminə keçir. 1973-cü ildə Finlandiyanın Tanzaniyadakı səfiri təyin olunur. 1975-ci ildə ölkəsinin Zambiya, Somali və Mozambikdəki diplomatik missiyalarına da başçılıq edir. 1977–1981-ci illərdə BMT-nin Namibiyadakı səlahiyyətli nümayəndəsi postunu tutur. 1984-cü ildə Finlandiyaya qayıdan Axtisaari yenidən Xarici İşlər Nazirliyində işləyir.
Müşk maralı
Müşk maralı, Qabarğa və ya Sibir geyiki (lat. Moschus moschiferus) — qabarğalar (Moschidae) fəsiləsinə aid maralabənzər gövşəyən heyvan növü. Vasili Radlova görə rus dilindəki Кабарга sözü Teleüt, Şor və Sağay dillərindəki Tabırğa sözündən gəlib.. Bu türk mənşəli sözdür. Qabarğa növünün 4-6 yarımnövü var. Bəzi təsnifatlarda bu yarımnövlər ayrıca növ kimi göstərilir. Qabarğanın bədəninin uzunluğu 1 m, quyruğunun uzunluğu 4—6 sm, süysününün hündürlüyü 70 sm-ə qədər, kütləsi isə 11—18 kq olur. Qabarğanın buynuzları olmur. Qabarğa Himalay və Tibet dağlarının şərqindən Şərqi Sibir, Koreya və Saxalinə kimi olan sıldırım qayalıqları və iynəyarpaqlı meşələr olan ərazılərdə yayılmışdır. Təqribən dəniz səviyyəsindən 600–900 m, nadir hallarda 1600 m yüksəklikdə yaşayır.
Su maralı
Su maralı (lat. Hydropotes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Türkmənistan manatı
Türkmənistan manatı — Türkmənistanın pul vahidi. Dövriyyəyə 1 noyabr 1993-cü ildə buraxılıb. Yanvar 2009-cu ildə Türkmənistanda pul vahidinin devalvasiyası keçirildi: 5000 köhnə manat 1 yeni manatla əvəz edildi. 1 manat = 100 tenqe. Hal-hazırda metal pul kimi 1, 2, 5, 10, 20, 50 tenqe və 1 və 2 manatlıq; 1, 5, 10, 20, 50, 100, 500 manatlıq əskinazlar buraxılır. 1993-cü ildən 2005-ci ilədək buraxılan bütün əskinazlarda (1 və 5 manatlıqdan başqa) Saparmurad Niyazovun portreti verilirdi. 1 yanvar 2009-cu ildə dövriyyəyə denominasiya edilmiş metal pullar və əskinazlar buraxıldı. 5000 köhnə manat 1 yeni manatla əvəz edildi. Bununla da dövriyyədə olan ən yüksək nominallı 10 min köhnə manat 2 yeni manatla əvəz edildi. 2009-cu ildə hər iki əskinaz növü dövriyyədə idi.
Yojef Maroti
Yojef Maroti (mac. József Maróthy, 15 oktyabr 1887, Seqed — 20 oktyabr 1955) — Macarıstan Yunan-Roma güləşçisi, Avropa çempionatların mükafatçısı. Seqed şəhərində anadan olmuşdur. 1908-ci ildə London Olimpiya Oyunlarında iştirak etsə də, medal qazana bilmədi. 1911-ci ildə güləş üzrə rəsmi Avropa Çempionatında gümüş medalı qazandı. 1913-cü ildə güləş üzrə qeyri-rəsmi Avropa Çempionatında bürünc medalına yiyələndi.
Zəhirəddin Maraşi
Seyyid Zəhirəddin bin Nasirəddin bin Kəmaləddin əl-Hüseyni əl-Maraşi (1413 və ya 1412, Amul, Mazandaran ostanı – 1488 və ya 1489) — İranlı dövlət adamı və tarixçi. I Şah Abbas Səfəvinin ana tərəfindən qohumudur. Mir Zəhirəddin bin Nasirəddin 1412-ci ildə Təbəristanın Amul şəhərində doğulmuşdu. Həzrət Əli soyundan olub, Mərəşiyyyə seyidləri kökənlidir. Təriqət şeyxi olan babalarından Qəvaməddin müstəqil bir idarəçilik qurmaq amacıyla 1349-cu ildə qiyam qaldırdı; oğulları və müridlərinin yardımı ilə Mazandaranın böyük bir qismini ələ keçirdi və Mərəşilər xanədanını qurdu (1359). Qəvaməddinin yerinə keçən oğlu Kəmaləddin, Əmir Teymur tərəfindən uşaqları və qardaşlarıyla birlikdə Mavəraünnəhirə sürüldü (1393). Kəmaləddinin 1398-ci ildə Kaşqarda ölümünün ardından ailənin sürgünə göndərilmiş olan mənsubları geri dönüb Mazandaranı təkrar ələ keçirdilər. Nasirəddin, Saridə hökm sürən qardaşı Seyyid Əlinin idarəsi altında qaldı. Seyyid Əli tərəfindən iki dəfə elçi olaraq Teymurlu Şahrux mirzəyə göndərilən Nasirəddin 1432-ci ildə vəfat etdi. Yerinə keçən oğlu Zəhirəddin Maraşi, 1456-1461 illər arasında Rüstəmilər xanədanı içindəki anlaşmazlıqları yoluna qoymağa çalışdı.
Şimal maralı
Şimal maralı (lat. Rangifer) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cınsı.
Əbdülqadir Maraği
Kanada maralı
Kanada maralı (lat. Cervus canadensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin əsl maral cinsinə aid heyvan növü.
Dövlət marağı
Dövlət marağı və ya hökumət marağı — dövlətə müəyyən bir məsələni tənzimləməyə imkan verən hüquq anlayışı. Konsepsiya müxtəlif ölkələrdə fərqli şəkildə tətbiq olunur. Dövlətin marağında olan və olmamalı olan məhdudiyyətlər dəyişir. == ABŞ == Birləşmiş Ştatlarda dövlət marağı anlayışı xüsusilə müəyyən konstitusiya məsələləri məhkəmə qarşısında olduqda yaranır. ABŞ Ali Məhkəməsinin qərarlarından irəli gələn ABŞ konstitusiya yurisprudensiyasına əsasən, məhkəmələr dövlətin konkret mövzuya olan marağını şəxslərin hüquq və mənafelərinə qoyulan məhdudiyyətlərin təsiri ilə müqayisə edirlər. Məcburi dövlət marağı ciddi yoxlama sınağına cavab verərsə, əsas konstitusiya hüquqlarını üstələyə bilər. Dövlət marağı seçim, üstünlük və ya mülahizə məsələsi deyil, vacib və ya zəruri olduğu halda məcburedicidir. == Avropa == Avropada 49 ölkədən 47-si Avropa İnsan Hüquqları Konvensiyasının bir hissəsidir və bu, konvensiyaya üzv olan dövlətlərin öhdəlik götürdüyü müxtəlif insan hüquqlarını özündə əks etdirir. Bu hüquqların əksəriyyətində "məhdudiyyətlər" var. Bu o deməkdir ki, sözügedən hüquq mütləq deyil və konvensiya ilə müəyyən edilmiş müəyyən meyarlara əməl edildiyi təqdirdə dövlət tərəfindən məhdudlaşdırıla bilər.
Martti Turunen
Marutey Tsurunen (弦念 丸呈, Tsurunen Marutey, 30 aprel 1940) – finəsilli Yaponiya siyasətçisi. O, Yaponiya parlamentinə seçilmiş ilk xaricdə doğulmuş Avropa əsilli şəxsdir. Yaponiya Demokratlar Partiyasının üzvüdür. 2001–2013-cü illərdə Müşavirlər Palatasında fəaliyyət göstərmişdir. == İlk illəri == Tsurunen Finlandiyanın Lieksa bələdiyyəsinin Höntönvaara kəndində Martti Turunen adı ilə doğulmuşdur. Uşaqlığını Yaankonvaara kəndində keçirmişdir. Davam müharibəsi zamanı o və ailəsi sovet əsgərlərinin kəndə etdikləri hücumdan sağ çıxan azsaylı şəxslərdən biri olmuşdur. 1967-ci ildə həyat yoldaşı ilə birlikdə lüteran missiyası çərçivəsində Yaponiyaya səyahət etmişdir. 1979-cu ildə Yaponiya vətəndaşlığına keçmiş, 1981-ci ildə Kanaqava prefekturasında yerləşən Yuqavara qəsəbəsinə köçmüşdür. == Siyasi karyerası == Tsurunen 1992-ci ildə Yuqavara qəsəbə şurasına namizəd olmuş və 1051 səslə seçilmişdir.
Kurt Marti
Kurt Marti (alm. Kurt Marti‎: Bern, 31 yanvar 1921 – Bern, 11 fevral 2017) — İsveçrəli teoloq və şair. Onun poeziyasında çox vaxt mənəvi və dini məqamlar öz əksini tapırdı. Marti daha çox "ləhcə ədəbiyyatı"nı intellektual keyfiyyətə çatdıran şəxs kimi məşhur olmuşdur. == İstinadlar == == Xarici keçidlər == Publications by and about Kurt Marti in the catalogue Helveticat of the Swiss National Library "Literary estate of Kurt Marti". HelveticArchives. Swiss National Library.
Haramı
Birinci Haramı — Füzuli rayonunun qəsəbə inzibati ərazi dairəsi. 19 iyun 2009-cu ildən 1 №-li Qayıdış adlanır. İkinci Haramı — Füzuli rayonunun qəsəbə inzibati ərazi dairəsi. 19 iyun 2009-cu ildən 6 №-li Qayıdış adlanır. Haramı düzü — Füzuli rayonunda böyük bir sahəni əhatə edən ərazi. "Haramı" yarımstansiyası — Füzuli SES-ə aid elektrik yarımstansiyası. Haramı (İran) — İranda kənd. Haramı dağı — Ordubad rayonu ərazisində dağ. (Hünd. 1316,7 m.) Haramı aşırımı — Ordubad rayonu ərazisində aşırım.