1. Maraq oyadan, marağa səbəb olan. Maraqlı söhbət. Maraqlı xəbər. Maraqlı kitab. Maraqlı tamaşa.
– …Axırda da Tamam maraqlı nağıllarını başlardı.
Ancaq bugünkü idman bayramının xüsusi və maraqlı bir hissəsi də vardı.
// Zərf mənasında. Maraqlı danışmaq. Maraqlı qulaq asmaq.
2. Maraq ifadə edən.
Ucaboylular balacaların çiyninin üstündən baxır, balacalar ucaların böyründən başını çıxararaq maraqlı gözlərlə maşından düşənləri seyr edirdilər.
// İs. mənasında. Maraqlanan, marağı, həvəsi olan adam; həvəskar.
Məhsəti xanımı görmək … üçün şəhərin bütün şeir və musiqi maraqlıları Xərabət məhəlləsinin tininə yığışmışdılar.
Bəzi maraqlılar və qoyub gəldiyi ev-eşiyi, mal-dövləti üçün qorxanlar izdihamdan aralanıb … sürətini artırırdı.