Martti Axtisaari

Marti Oiva Kalevi Axtisaari (fin Martti Oiva Kalevi Ahtisaari; 23 iyun 1937[1][2][…], Vıborq, Finlandiya[1][5]16 oktyabr 2023[3][4], Helsinki, Finlandiya[4]) — 1994–2000-ci illərdə Finlandiyanın prezidenti, diplomat, BMT-nin əməkdaşı, 2008-ci il Nobel Sülh Mükafatı laureatı.

Marti Axtisaari
fin Martti Ahtisaari
Finlandiya Prezidenti[d]
1 mart 1994 – 1 mart 2000
SonrakıTarya Halonen
Şəxsi məlumatlar
Doğum adı Martti Oiva Kalevi Ahtisaari
Doğum tarixi 23 iyun 1937(1937-06-23)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 16 oktyabr 2023(2023-10-16)[3][4] (86 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Hitaniemi qəbiristanlığı[d][6]
Partiya
  • Finlandiya Sosial Demokrat Partiyası[d][1]
Fəaliyyəti siyasətçi, diplomat, müəllim
Dini lüteranlıq
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[7], diplomatiya[7]
Elmi dərəcəsi

Təltifləri Knight Grand Cross in the Order of the Netherlands Lion "Fəxri legion" ordeninin Böyük xaçı Knight Grand Cross of the Order of the Bath Grand Collar of the Order of the Southern Cross Grand Cross Special Class of the Order of Merit of the Federal Republic of Germany Knight Grand Cross of the Order of the Falcon Collar of the Order of the Cross of Terra Mariana "Müqəddəs Olaf" ordeni Order of the Three Stars, 1st Class 1-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni
Collar of the Order of the Star of Romania
Star of the Republic of Indonesia, 3rd class Bintang Jasa Utama "Macarıstan qarşısında xidmətlərə görə" Böyük xaçı Katolik İzabella ordeni sepi Grand Cordon of the Order of Leopold Grand Cross with Collar of the Order of the White Rose of Finland Commander First Class of the Order of the White Rose of Finland Grand Cross of the Order of the Cross of Liberty Commander of the Order of the White Rose of Finland Grand Cross of the Order of the Lion of Finland Commander of the Order of the Lion of Finland Serafimlər ordeni Fil ordeni "Ağ qartal" ordeni Grand Cross of the Order of Vytautas the Great Knight Grand Cross with Collar of the Order of Merit of the Italian Republic Grand Cross of the Order of the Redeemer "Dövlət nişanı" ordeni Collar of the Order of the Aztec Eagle Grand Cross of the Order of Good Hope Order of the Companions of O. R. Tambo Grand Cross of the Order of Merit Grand Cross of the Order of the Liberator General San Martín Order of Mubarak the Great Order of the Crown of the Realm
"Nobel" sülh mükafatı
"Avstraliya" ordeninin fəxri zabiti Grand Cross of the Order of the Holy Lamb Order of the National Flag Medal for Military Merits Gold Medal of Merit with clasp of the Reserve Officers Association
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1937-ci ildə Finlandiyanın Viypuri şəhərində (indiki Vıborq, Rusiya) Norveç əsilli zabitin ailəsində anadan olmuşdur. 1939–1940-cı illər Sovet-Fin müharibəsi dövründə ailəsi Kuopio, 1952-ci ildə Oulu şəhərinə köçmüş, 1959-cu ildə Marti Oulu Universitetinin pedaqoji şöbəsini qiyabi bitirmişdir.

Ouluda Gənclərin Xristian Assosiasiyasına daxil olan Axtisaari 1960-cı ildə Kəraçiyə (Pakistan) gedərək bu qurumun fiziki tərbiyə məktəbinə başçılıq edir. 1963-cü ildə ölkəsinə qayıdaraq paytaxt Helsinkidə Politexnik texnikumuna girir və inkişaf etməkdə olan ölkələrə yardım göstərən təşkilatlarda çalışır.

1965-ci ildə Finlandiya Xarici İşlər Nazirliyi sisteminə keçir. 1973-cü ildə Finlandiyanın Tanzaniyadakı səfiri təyin olunur. 1975-ci ildə ölkəsinin Zambiya, SomaliMozambikdəki diplomatik missiyalarına da başçılıq edir. 1977–1981-ci illərdə BMT-nin Namibiyadakı səlahiyyətli nümayəndəsi postunu tutur.

1984-cü ildə Finlandiyaya qayıdan Axtisaari yenidən Xarici İşlər Nazirliyində işləyir. Daha sonra Nyu-Yorkda BMT baş katibinin təsərrüfat və administrativ məsələlər üzrə müavini olur.

1989–1990-cı illərdə Axtisaari BMT-nin Namibiyada demokratik seçkilərin keçirilməsinə hazırlıq görən hərbi və mülki kontingentinə rəhbərlik edir. 1991-ci ildə Finlandiyanın Xarici İşlər Nazirliyinə rəhbərlik edir. 1992–1993-cü illərdə BMT-nin Bosniya və Herseqovina üzrə işçi qrupunun həmsədri olur.

1993-cü ildə Sosial Demokrat Partiyasına daxil olur və prezidentliyə namizəd göstərilir. 1994-cü ildə ilk ümumxalq seçkisində Finlandiya prezidenti seçilir. Prezidentlik müddətini başa vurduqdan sonra "Böhranları İdarəetmə Təşəbbüsü" (Crisis Management İniatiative) qeyri-hökumət təşkilatını təsis edir.

Axtisaari 2000-ci ildə Avstriyanın diplomatik izolyasiyadan çıxarılmasında rol oynamışdır. 2000–2001-ci illərdə İrlandiya Respublika Ordusuna məxsus hərbi bazaların inspeksiyasında iştirak etmiş, 2005-ci ildə onun vasitəçiliyi ilə İndoneziya hökuməti və Açex separatçı hərəkatı arasında sülh müqaviləsi bağlanmışdır. Elə həmin il Axtisaari BMT Baş katibinin Kosovo üzrə xüsusi nümayəndəsi təyin olunur. Kosovonun Serbiyadan ayrılması planının müəlliflərindən biridir.

2008-ci ildə BMT Baş katibinin Kosovo münaqişəsi üzrə xüsusi nümayəndəsi, Finlandiyanın keçmiş prezidenti Marti Axtisaari Sülh sahəsində Nobel mükafatına layiq görülür. Nobel bəyanatında deyilir ki, Ahtisaari ciddi və uzunmüddətli münaqişələrin, o cümlədən Namibiya, Açe (İndoneziya), Kosovo, Serbiya və İraqdakı münaqişələrin həllində mühüm rol oynayıb.

Həyat yoldaşı Eeva Axtisaari ilə 1968-ci ildə ailə qurub. Oğlu Marko Axtisaari "Nokia" şirkətinin direktorlarından biridir.

  1. 1 2 3 4 5 6 Martti Oiva Ahtisaari // Martti Oiva Ahtisaari (alm.).
  2. 1 2 Martti Ahtisaari // Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
  3. 1 2 Presidentti Martti Ahtisaari on kuollut. Yle.
  4. 1 2 3 4 President Martti Ahtisaari 1937–2023. 2023.
  5. 1 2 Martti Ahtisaari // Martti Ahtisaari (alm.).
  6. Find a Grave (ing.). 1996.
  7. 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.