Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Marmara
Mərmərə və ya Marmara bu mənaları ifadə edə bilər:
Markar Melkonyan
Markar Melkonyan (ing. Markar Melkonian; Viseyliya[d]) — Amerika ermənisi yazıçı və müəllim. Melkonyanın "Mənim qardaşımın yolu: Bir amerikalının Ermənistana taleyüklü səyahəti" adlı kitabında qardaşı, erməni terrorçusu Monte Melkonyanın həyatı, onun 1990-cı illərdə Ermənistanın müstəqilliyi uğrunda və Birinci Qarabağ müharibəsindəki rolu ətraflı təsvir edilmişdir. == Kitabları == Melkonian, Markar. Marxism: A Post-Cold War Primer. Boulder: Westview Press. 1996. ISBN 978-0-7567-6371-8. Melkonian, Markar. Richard Rorty's Politics: Liberalism at the End of the American Century.
Marmara (qəzet)
Nor Marmara (erm. Նոր Մարմարա) - İstanbul şəhərində gündəlik nəşr olunan qəzet. Qəzet 1940-cı ildən nəşr olunur. Nəşr dili ermənicə olan qəzet, Türkiyədə yaşayan ermənilərin gündəlik həyatlarını işıqlandırır.
Nor Marmara
Nor Marmara (erm. Նոր Մարմարա) - İstanbul şəhərində gündəlik nəşr olunan qəzet. Qəzet 1940-cı ildən nəşr olunur. Nəşr dili ermənicə olan qəzet, Türkiyədə yaşayan ermənilərin gündəlik həyatlarını işıqlandırır.
Nor Marmara (qəzet)
Nor Marmara (erm. Նոր Մարմարա) - İstanbul şəhərində gündəlik nəşr olunan qəzet. Qəzet 1940-cı ildən nəşr olunur. Nəşr dili ermənicə olan qəzet, Türkiyədə yaşayan ermənilərin gündəlik həyatlarını işıqlandırır.
Markar xan Davidxanyan
Markar xan Davidxanyan — İranın maliyyə naziri, Qacar İranının ikinci kralı Fətəli şah Qacarın yaxın müşaviri və Davidxanyan ailəsinin üzvü. Davidxanyan maliyyə naziri kimi Böyük oyun zamanı İranın iqtisadi siyasətini formalaşdırmışdır. == Həyatı == Saraydakı vəzifəsinə qədər Davidxanyan xaricdə, Kembricdə təhsil almışdır. Davidxanyan 1804-cü ildən 1848-ci ilə qədər qırx dörd il Fətəli şah Qacarın maliyyə nəzarətçisi və ya satınalma rəisi vəzifəsində çalışmışdır. Onun üzərinə düşən vəzifəni dəqiqliklə yerinə yetirdiyi diqqətə çatdırılmışdır. O, həm də on beş il İranın maliyyə naziri vəzifəsində çalışmışdır. Davidxanyan 1804-cü ildə, Böyük Pyotr və Nadir şahın imperiyalarından qalan Cənubi Qafqazda hökmranlıq uğrunda mübarizə olan Rusiya–İran müharibəsi başlayandan bir il sonra baş maliyyə müşaviri təyin edilmişdir. Həm çar Aleksandr, həm də Fətəli şah Gürcüstanda mübahisəli əraziləri birləşdirməyə ümid edirdilər. İran döyüş meydanında say üstünlüyünə malik olsa da, Rusiyanın üstün texnologiyası, təlimi və strategiyası var idi. İranın Napoleonla ittifaqına baxmayaraq, Fransa İrana çox az konkret kömək göstərə bilmiş və 1813-cü ilin əvvəlində İran indiki Dağıstanı, Gürcüstanı və Azərbaycan Respublikasının böyük hissəsini buraxaraq Gülüstan müqaviləsini imzalamışdır.
Barmaq
Barmaqlar — Dördayaqlı onurğalıların ətraflarının sonunda yerləşən və əsasən lamisə eləcə də manipulyasiya zamanı (xüsusilə primatlarda) istifadə olunan bədən üzvü. Quşlarda ön ətraf barmaqları qanadların karkasınının bir hissəsini, yarasalarda isə əsas hissəsini təşkil edir.
Carcar
Carcar — bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda (xüsusilə Naxçıvan ərazisində) qədim kənd təsərrüfatı aləti. Taxıl döyümündə istifadə edilən ənənəvi əmək alətlərindən biri. Naxçıvan bölgəsində geniş yayılmış carcar üç əsas hissədən: çərçivə, pərli ox və oturacaq olmaqla üç hissədən ibarət düzəldilirdi. Dördbucaqlı formada olan carcar çərçivəsinin ortasına pərli ox keçirilirdi. Carcar xırmanda bir boyun qoşqu qüvvəsi vasitəsilə hərəkət etdirilirdi. Carcar hərəkət etdikcə ox fırlanır və dəmir dişlər küləşi doğrayıb əzirdi. Lakin carcar vasitəsilə sünbüllər kifayət qədər əzilmədiyindən onların bir qismi "diri" qalırdı. Ona görə də, taxıl sünbülü xırdalanıb "dənə düşəndən" sonra, çox vaxt carcardan sonra xırmanda ağac vəl sürülürdü. == Quruluşu == Uzunluğu 2 m, eni 1.5 m olan və möhkəm ağac növlərindən hazırlanan carcar iki paralel qoldan, onları birləşdirən iki taxtadan, habelə iki oxa (çarxa) geydirilən ərsinəbənzər dəmir dişlərdən ibarət idi. Carcarın qolları üzərində onu idarə edən üçün oturacaq düzəldilirdi.
Garman
Samuel Qarman (ing. Samuel Garman; 5 iyun 1843, İndiana[d], Pensilvaniya – 30 sentyabr 1927, Plimut[d], Massaçusets) – Amerika zooloqu. == Əsərləri == "On the reptiles and Batrachians of North America". Kentucky Geological Survey. 1883. "On West Indian Iguanidae and on West Indian Scincidae". 19. Bulletin of the Essex Institute. 1887. "The "Gila Monster"".
Kalmar
Kalmarlar (tarixi Azərbaycandilli mənbələrdə mürəkkəb balıqları; lat. Teuthida) — heyvanlar aləminin molyusklar tipinin başıayaqlılar sinfinə aid heyvan dəstəsi. == Həyat tərzi == Başıayaqlı molyuskaların digər nümayəndələri kimi kalmarlara da Şimal və Uzaq Şərq dənizlərində xüsusən sahilə yaxın yerlərdə təsadüf edilir. Bu molyuska suda çox gözəl uzən, acgöz, yırtıcı heyvan olmaqla, əsasən siyənək balıqlarını tutub yeyir. Balıq sürülərini təqib edən kalmar bu yolla min kilometrlərlə məsafə qət edə bilir. == Quruluşu == Kalmarın bədənində xarici çanaq yoxdur. Sürətlə üzmə nəticəsində çanaq kiçilmiş və dəri altında yerləşmiş lövhəcik şəklində qalmışdır. Kalmarın bənəni iki hissədən — baş və gövdədən təşkil olunmuşdur. Baş hissədə on ədəd əzələli qolcuq vardır. Bu qolcuklar digər molyuskalarda olan ayağa müvafik gəlir.
Karrar
Karrar (Kürdəmir) — Kürdəmir rayonunun inzibati ərazi vahidində qəsəbə. Karrar (tank) — İran tankı.
Maqlar
Maqlar (Qədim fars dilində. 𐎶𐎦𐎢𐏁 (maguš), q. yunan dili. Μάγοι, lat. magus) — qədim İranda, eləcə də İranla qonşu olan bir sıra ölkələrdə keşişlər və kahinlər kastasının üzvləridir. Midiya tayfalarından biri olan Herodota görə və eyni zamanda Midiya falçıları və kahinləri maqlar kimi adlanırdı. Bəzi tədqiqatçıların fikrincə, maqlar öz dini baxışlarında monoteizmə sitayiş etmişlər. Zərdüştiliyin Qərbi İranda yayılması ilə maqlar Zərdüştün öz peyğəmbəri kimi tanıyaraq onun kahinləri kimi fəaliyyət göstərirlər (tədqiqatçılar bu hadisəni müxtəlif yollarla qeyd edirlər: eramızdan əvvəl 7-ci əsrdən 5-ci əsrin sonu - IV əsrin əvvəlinə qədər). Maqlar Qədim İranın siyasi həyatında böyük rol oynamışlar; dövlətçiliyin ilkin mərhələlərində qəbilə zadəganlarına qarşı mübarizədə ümumiyyətlə kral hakimiyyətini dəstəkləyirdilər; Sasanilər dövründə maqlar əsasən ictimai həyatın mühafizəkar normalarının əsas dayağı idi. Ellinizm dövründə və sonralar “maqlar” sözü sehrbazlar, astroloqlar və s.
Marker
Marker — özünün mürəkkəb mənbəsi olan qələm və adətən keçə kimi bir məsaməli, preslenmiş liflərdən hazırlanmış bir ucu var
Marmaray
Marmaray, İstanbulun Avropa və Asiya yakalarındaki dəmiryolu xəttlərini Bosfor (İstanbul Boğazı) altından keçən bir balon tunellə birləşdirən 76 km-lik bir dəmiryolu yaxşılaşdırma və inkişaf etdirmə proyektidir. Layihə çərçivəsində boğaz tunellə keçildi və iki tərəf bir-birinə bağlandı. Qazlıçeşme, Yenikapı, Sirkeci və Üsküdarda yeni stansiyalar quruldu və Haydarpaşa-Gebze Şəhər Dəmiryolu Xəttindəki mövcud dayanacaqlar yeniləndi. Marmaray layihəsi ümumi 63 kilometr olacaq dəmir yolu xəttinin 13,6 kilometlik hissəsini təşkil edir. Layihənin boğazdan keçən hissəsinin uzunluğu 1,4 kilometrdir və zəlzələyə davamlı 11 sualtı tuneldən ibarətdir. Tunelin ucları Qazlıçeşme və İbrahimağa rayonlarında bitir. Mövcud 37 stansiyadan əlavə Yenikapı, Sirkeci və Üsküdarda yeni yeraltı stansiyalar istifadəyə verildi. Layihədən əvvəl dəmiryol xətlərinin sayı ikidən üçə artırıldı və T1 xətti daxili sərnişin daşımalarında istifadə edildi, yeni açılan T3 xətti isə şəhərlərarası yük və sərnişin daşımalarında istifadə edildi. Marmaray layihəsi başa çatdıqda saatda bir istiqamətə 75 min sərnişin daşınması hədəflənirdi. Gebze ilə Halkalı arasındakı məsafəni 104 dəqiqəyə endirəcək bu layihə ilə şəhər nəqliyyatında dəmiryol sistemlərinin payının artırılması, boğaz körpülərinin yüklərini azaltmaq və böyük mərkəzlər arasında qısa səyahət təklif etməkdir.
Marmaris
Marmaris (türk. Marmaris) — Türkiyədə liman və kurort şəhəri. Eyni adlı ilçənin inzibati mərkəzi. Egey dənizinin sahilində, Türkiyənin cənub-qərbində, Muğla ilində yerləşir. Dalaman havalimanına 95km uzağlığdadır. 2014-cü ilin turizm mövsümündə şəhər dünyanın 2 milyona yaxın turistini qəbul etmişdir. Şəhərdə 2021-ci il məlumatına görə 95.849 nəfər yaşayırdı. == Coğrafiyası == Marmaris buxtanın sahili boyunca uzanır, quru hissədən dağlarla əhatə olunmuşdur. Körfəzə giriş adanı qoruyur, buna görə fırtınalar və güclü dalğalar heç vaxt sahilə çatmır. Yunanıstanın Rodos adasına müntəzəm bir bərə xidməti var.
Marmot
Marmot (lat. Marmota) və ya suğur — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan cinsi. == Növləri == Marmotun 15 növü var.
Marnan
Marnan (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ruabon kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38221. Kommunanın 1999-cu il üçün əhalisi 117 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 441 ilə 630 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 45 km qərbdə yerləşir.
Marqara
Marqara — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Orta əsrlərdə Naxçıvan ərazisinə daxil olmuş Marqara ərazisində şəhərin və yaxud şəhərtipli yaşayış məntəqəsinin mövcud olduğu haqqında alman səyyahı İohan Şiltberqer "Səyahət kitabı"nda məlumat vermişdir. İ.Şiltberqerin məlumatlarının dəqiq tərcüməsi belədir: “Burda üç şəhər də var, biri Maraqara (Maragara), digəri Hilat (Gelat) və üçüncüsü Kırna (Kirna) adlanır”. Qeyd olunan ilk şəhər – Maraqara və ya Maqara adlı ərazinin adı 1722-1736-cı illərin hadisələrindən bəhs edən “Anonim xronika”da da qeyd olunmuşdur. Nadirqulu xanın Talış ərazisindən Arpaçay yaxınlığında yerləşən Maraqaraya tərəf hərəkət etdiyini göstərən mənbədə Maraqaranın Arpaçay yaxınlığında yerləşdiyi göstərilir. Xronikanı türk dilindən rus dilinə tərcümə edən və qeydlər yazan akademik Z.Bünyadov Maraqara vadisinin Arpaçayın sol sahilində Ani şəhəri ətrafında yerləşdiyini qeyd etmişdir.
Marsan
Marsan — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd XIX əsrin əvvəllərində Cınıx kənd icmasına daxil olan üç kiçik məntəqədən (Lələpaşa, Çüdüllü və Marsan) biridir. Ehtimal etmək olar ki, Marsan türk dillərindəki mar (təpə) və sın ("yer", "ölkə", "sıra dağlar" mənalarında) sözlərindən ibarət olub, "təpəlik", "təpəli yer" mənasındadır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qapıçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən Azərbaycan Türklərindən ibarət hər iki cinsdən toplam 254 nəfər əhali yaşayırdı. 2009-cu il əhalinin siyahıyaalınmasına əsasən Turaclı kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 2122 nəfər (1.047 nəfəri kişilər, 1075 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Marsan kəndində 244 təsərrüfatda hər iki cinsdən toplam 770 nəfər əhali yaşamaqdadır. Hazırda kənddə tamamilə Azərbaycan Türkləri yaşayır. == Din == Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.
Marşal
Marşal (qədim alman sözü marahscalc — mehtər: qədim alman sözləri "marah" — at və "scalc" — nökər; fr. maréchal) — bir sıra ölkələrin ordularında general tərkibində ali hərbi rütbə. Bəzi ölkələrdə (çar Rusiyası, Böyük Britaniya, Almaniya, Avstriya, Hindistan) bu rütbə feldmarşal (alm. feldmarshall‎; feld — çöl, əyyari, qoşun) adlanırdı.
Qarqar
Qarqar (lat. Caracara) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Çartar
Güneyçartar — Azərbaycan Respublikasının Xocavənd rayonunun Güneyxırman kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Güneyçartar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. Kəndin adı Güneycarpaz variantında da qeydə alınmışdır. Oykonim güney (güntutan, cənub) və cartar/cartaz (dağda uçurum, yarğan) komponentlərindən düzəlib, "cənubda yerləşən yarğanlı dağ" mənasındadır. Kənd yerləşdiyi ərazinin coğrafi movqeyi ilə bağlı adlandırılmışdır. Güneyçartar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Marder
Marder ("Marder" – "Sansara") – Almaniyanın piyada döyüş maşını (PDM).
Barbar
Barbarlar (yun. bάrbαroi, lat. barbari, çin. 華夷之辨 – yadellilər, əcnəbilər) – qədim yunanların, sonra isə romalıların, həmçinin hindlilərin, Uzaq Şərq xalqlarının, yapon və çinlilərin dil və mədəniyyətcə onlara yad olan başqa tayfa və xalqlara verdikləri addır. == Tarixi == Eramızın başlanğıcında ən çox german tayfalarını barbar adlandırırdılar. Yeni dövrün tarix ədəbiyyatında "Barbar" termini Roma imperiyasını istila edib, onun ərazisində müstəqil krallıqlar (barbar krallıqlar) yaradan xalqları müəyyənləşdirmək üçün işlədilmişdir. Roma imperiyasında quldarlığın ləğvi və feodal münasibətlərinin formalaşmasında barbar istilaları mühüm rol oynamışdır. Məcazi mənada – imperialist müharibə qızışdırıcıları, irqi ayrı-seçkilik və apartheyd siyasəti yeridənlər, kobud, qəddar adamlar, mədəni sərvətləri dağıdanlar və b. da barbar adlandırılır. === Avropa dəmir dövrü === Antik dövrdə bu söz yunanlar tərəfindən yunan olmayan xalqlara qarşı istifadə olunurdu.
HESA Karrar
İranın HESA şirkəti tərəfindən 2010-cu ildən istehsal olunana “Karrar” PUA-ları 1970-ci illərdə ABŞ-də istehsal olunan “Beechcraft Streaker” hədəf tipli pilotsuz vasitənin törəməsidir. Onun üzərinə, əlavə olaraq Cənubi Afrika istehsalı elementlərin və silah asqılarının yerləşdirildiyi ehtimal edilir. Bu PUA-lar Mahmud Əhmədinejadın prezidentliyi dövründə inkişaf etdirildi. Pilotsuz uçuş aparatı hava hədəfini təqlid edərək hava hücumundan müdafiə qruplarına təlim vermək üçün istifadə olunur. Onlar müntəzəm olaraq İranın hava hücumundan müdafiə təlimlərində diqqəti cəlb edir. Onların İranın köhnə ABŞ istehsalı “Beechcraft Streaker” (DMK-107) pilotsuz hədəflərini əvəz etdiyi bildirilir. Ənənəvi olaraq parlaq narıncı rəngli “Karrar” hədəf dronlarının kiçik üçkünc qanadlarının aşağısında, silindrik və küt burun hissəli füzelyaj yerləşir. Mühərrikin hava qəbuledicisi arxa tərəfdə yerləşir. Mərkəzi asqıda Mk 82 bombası yerləşdirilə bilər. “Karrar” buraxılmaq üçün raketlə təchiz edilən sistemdən, enmək üçün isə paraşütdən istifadə edir.