Marsan — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
Marsan | |
---|---|
41°25′45″ şm. e. 46°45′21″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 215 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Kənd XIX əsrin əvvəllərində Cınıx kənd icmasına daxil olan üç kiçik məntəqədən (Lələpaşa, Çüdüllü və Marsan) biridir. Ehtimal etmək olar ki, Marsan türk dillərindəki mar (təpə) və sın ("yer", "ölkə", "sıra dağlar" mənalarında) sözlərindən ibarət olub, "təpəlik", "təpəli yer" mənasındadır.[1]
Kənd Qapıçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir.
1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən Azərbaycan Türklərindən ibarət hər iki cinsdən toplam 254 nəfər əhali yaşayırdı.[2]
2009-cu il əhalinin siyahıyaalınmasına əsasən Turaclı kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 2122 nəfər (1.047 nəfəri kişilər, 1075 nəfəri qadınlar) əhali yaşayırdı.[3]
1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Marsan kəndində 244 təsərrüfatda hər iki cinsdən toplam 770 nəfər əhali yaşamaqdadır.[4]
Hazırda kənddə tamamilə Azərbaycan Türkləri yaşayır.[5]
Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir[6].
Qax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |