Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Marsipan
Badam xəmiri, Badam əzməsi, Marzipan, Marsipan və ya Martsipan — Badam tozu, yumurta sarısı və şəkər ya bal qarışıqından hazırlanır və tortlar və şokoladlarda istifadə olunur.
Marsian Hoff
Marsian Hoff Ted Hoff kimi də tanınır. (28 oktyabr 1937)—"Mikroprosessor"un yaradıcısı. == Həyatı == Kompüter tarixinin inqilabi hadisələri sırasında "mikroprosessor" adı altında proqramlı məntiqi blokun yaradılması əhəmiyyətli (vacib) yer tutur. Silisiumdan (kimyəvi element) hazırlanan idarə olunan proqramlaşdırılan hesablayıcı blok ideyası 1971-ci il 15 noyabrda ictimaiyyətə təqdim olundu. "İnteqral elektronikasında yeni era" başlığı altında 1971-ci ildə "Electronic News"-da reklam məqaləsi çap olunmuşdu. Həmin məqalədə Intel firması 4004 nömrəli mikroprosessoru və onun yaradıcısı Ted Hoffu təqdim etdi. Intel firmasının yaradıcılarından biri olan Qordon Mur, ümumiyyətlə bu mikroprosessoru "bəşəriyyət tarixində ən inqilabi məhsullardan biri" adlandırmışdı. İxtira o qədər əhəmiyyətli (vaci) idi ki, Hoff xx əsrin ən böyük alimlərindən biri kimi qəbul edildi. Demək olar ki, bütün "fikirləşən" qurğulara uyğun olmaq üçün mikrosxem kifayət qədər sadə, qiyməti isə ucuz idi. Onu liftlərdə, kalkulyatorlarda və yaddaşı olan elektrik yazı maşınlarında tətbiq etmək olardı, o, saat mexanizmlərini və ya təyyarənin sükan çarxını idarə edə bilərdi.
Margilan
Mərğilan (özb. Marg‘ilon, Марғилон) — Özbəkistanın Fərqanə vilayətində şəhər. == Tarixi == Mərğilan Fərqanə vadisinin ən qədim şəhərlərindən biridir. Böyük İpək yolu məhz bu şəhərin ərazisindən keçir. Çinlilər ipək istehsalının sirrini gizli saxlaya bilmədiyindən Mərğilan X əsrdən öz ipəyi ilə şöhrət qazanıb. Burada qədim üsulla bənzərsiz naxışları rəngdən-rəngə çalan parçalar toxunur. Mərğilan 1710-cu ildən 1876-cı ilədək Kokand xanlığının mərkəzi olub.
Parsiyan
Parsiyan və ya Qavbəndi — İranın Hörmüzgan ostanının şəhərlərindən və Parsiyan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,549 nəfər və 2,377 ailədən ibarət idi.
Marsan
Marsan — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd XIX əsrin əvvəllərində Cınıx kənd icmasına daxil olan üç kiçik məntəqədən (Lələpaşa, Çüdüllü və Marsan) biridir. Ehtimal etmək olar ki, Marsan türk dillərindəki mar (təpə) və sın ("yer", "ölkə", "sıra dağlar" mənalarında) sözlərindən ibarət olub, "təpəlik", "təpəli yer" mənasındadır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qapıçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən Azərbaycan Türklərindən ibarət hər iki cinsdən toplam 254 nəfər əhali yaşayırdı.2009-cu il əhalinin siyahıyaalınmasına əsasən Turaclı kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 2122 nəfər (1.047 nəfəri kişilər, 1075 nəfəri qadınlar) əhali yaşayırdı.1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Marsan kəndində 244 təsərrüfatda hər iki cinsdən toplam 770 nəfər əhali yaşamaqdadır.Hazırda kənddə tamamilə Azərbaycan Türkləri yaşayır. == Din == Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.
Marsiyak-Vallon
Marsiyak-Vallon (fr. Marcillac-Vallon, oks. Marcilhac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Marsiyak-Vallon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12138. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 17 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1680 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 917 nəfər (15-64 yaş arasında) arasında 696 nəfər iqtisadi cəhətdən fəal, 221 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.9%, 1999-cu ildə 74.2%).
Parsiyan şəhristanı
Parsiyan şəhristanı və Qavbəndi şəhristanı— İranın Hörmüzgan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Parsiyan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 37,369 nəfər və 7,972 ailədən ibarət idi.
Rokki Marsiano
Rokki Marçiano (1 sentyabr 1923, Brokton[d], Massaçusets – 31 avqust 1969) — peşəkar ABŞ boksçusu. Rinqdə keçirdiyi 49 görüşün hamısına qalib gəlib. Lenoks Luis isə Oliver Makkolu və Xasim Rahmana uduzsa da, sonradan hər iki boksçudan revanş götürə bilmişdir.Rokki Marsiano məğlub olmamış yeganə dünya çempionudur.
Marsiya Kross
Marsiya Enn Kross (ing. Marcia Anne Cross; 25 mart 1962, Malboro[d], Massaçusets) — Aktrisa. == Həyatı == Marsiya Kross 25 mart 1962-ci ildə Malboroda (Massaçusets ştatı, ABŞ) Mark və Canet Kross ailəsində anadan olub. == Sənəti == Aktrisa "Melrose Place" (1992—1997) serialında doktor Kimberli rolu ilə tanınıb. Bundan əlavə Desperate Housewives (2004–12) serialında da Bri Van de Kamp rolunda böyük şöhrət qazanıb. Kross öz debütünü 1984-cü ildə The Edge of Night serialında edib. Daha sonra Nyu-Yorkdan Los-Ancelesə köçüb və orada kiçik rollarda televiziya filmlərində çəkilməyə başlayıb. 1986-1987-ci illərdə One Life to Live serialında çəkilib. Kross məşhurluğunu Aaron Spellinqin "Melrose Place" serialında əldə edir. Əvvəlcə serialın prodüserləri aktrisanı yalnız bir epizodda iştirak etmək üçün dəvət etdilər, lakin daha sonra Krossun əsas heyətə daxil edilməsinə qərar verdilər.
Maşiran (Meşkinşəhr)
Maşiran (fars. مشيران‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 929 nəfər yaşayır (199 ailə).
Dmitri Marşin
Dmitri Marşin (d. 15 sentyabr 1972, Moqilev, Belarus) — Belarus əsilli Azərbaycanlı yüngül atlet (çəкic atma yarışı üzrə). Dmitri Marşin 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində baş tutan III İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazandı. O, həmçinin Azərbaycanı 2012-ci ildə London şəhərində baş tutan XXX-cu Yay Olimpiya Oyunlarında təmsil etdi. == Həyatı == Dmitri Marşin 15 sentyabr 1972-ci ildə Belarusun Mogilyov vilayətində anadan olub.
Marian Reevskiy
Marian Reevskiy (pol. Marian Adam Rejewski) — polşalı riyaziyyatçı və kriptoqraf. O 1932-ci ildə Üçüncü Reyxin hərbi Eniqma şifrləmə maşınını yenidən işləyib hazırlayıb. Reevskiy və onun iş həmkarları Eji Rojiskiy və Henrix Zıqalskiyin şifrləmə sahəsindəki nailiyyətləri Reevskiyin orijinal maşını hazırlanmasından yeddi il sonra ikinci dünya müharibəsi başlayanda Alman Eniqma maşınında şifrlənmiş məlumatların oxumasına başlaması üçün Britaniyaya imkan yaradıb. Müharibə zamanı Britaniyalı kriptoloqlar Eniqmada şifrlənən məlumatın geniş bir sinfinin şifrini açıb. Britaniya tərəfindən Ultra şərti adı altında bu mənbədən alınan kəşfiyyat məlumatları müttəfiqlərin hərbi əməliyyatlarına böyük kömək edib. 1929-ci ildə Poznan Universitetində riyaziyyat sahəsi üzrə təhsil alarkən, Reevskiy Polşa Qoşununun Baş Qərargahı Şifr Bürosunun (pol. Biuro Szyfrów) gizli şəkildə apardığı kriptologiya kurslarında iştirak edib. O, bu kurslara 1932-ci ilin sentyabrında qoşulmuşdu. Bu büro Eniqmada kodlaşdırılmış məlumatların oxunmasında heç bir uğur əldə edə bilmədi və 1932-ci ilin sonunda problem üzərində işləmək üçün Reevskiy təyin edildi.
Marian Reyevski
Marian Reevskiy (pol. Marian Adam Rejewski) — polşalı riyaziyyatçı və kriptoqraf. O 1932-ci ildə Üçüncü Reyxin hərbi Eniqma şifrləmə maşınını yenidən işləyib hazırlayıb. Reevskiy və onun iş həmkarları Eji Rojiskiy və Henrix Zıqalskiyin şifrləmə sahəsindəki nailiyyətləri Reevskiyin orijinal maşını hazırlanmasından yeddi il sonra ikinci dünya müharibəsi başlayanda Alman Eniqma maşınında şifrlənmiş məlumatların oxumasına başlaması üçün Britaniyaya imkan yaradıb. Müharibə zamanı Britaniyalı kriptoloqlar Eniqmada şifrlənən məlumatın geniş bir sinfinin şifrini açıb. Britaniya tərəfindən Ultra şərti adı altında bu mənbədən alınan kəşfiyyat məlumatları müttəfiqlərin hərbi əməliyyatlarına böyük kömək edib. 1929-ci ildə Poznan Universitetində riyaziyyat sahəsi üzrə təhsil alarkən, Reevskiy Polşa Qoşununun Baş Qərargahı Şifr Bürosunun (pol. Biuro Szyfrów) gizli şəkildə apardığı kriptologiya kurslarında iştirak edib. O, bu kurslara 1932-ci ilin sentyabrında qoşulmuşdu. Bu büro Eniqmada kodlaşdırılmış məlumatların oxunmasında heç bir uğur əldə edə bilmədi və 1932-ci ilin sonunda problem üzərində işləmək üçün Reevskiy təyin edildi.
Marian Slavik
Marian Slavik (6 fevral 1946) — Rumıniyalı keçmiş üzgüçü. Marian Slavik Rumıniyanı 1972-ci ildə XX Yay Olimpiya Oyunlarında 3 yarış növündə təmsil etdi. == Karyerası == Marian Slavik birinci dəfə Olimpiya Oyunlarına 1972-ci ildə qatıldı. O, Münhendə baş tutan XX Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 55.35 saniyəlik nəticəsi ilə öz cığırında 6-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Marian adaları
Marian adaları (çamor. Islas Mariånas, ing. Mariana Islands), XX əsrə qədər Ladron adaları (isp. Islas de los Ladrones — Оğru adaları) — adalar Sakit okeanda Mikroneziyada yerləşir. Arxipelaq öz növbəsində 15 iri və bir necə kiçik adalardan ibarətdir. Adaların ümumi sahəsi 1018 km², əhalisi 213 241 nəfər (2010) təşkil edir. Adalar inzibati cəhətdən iki subyekdə burləşdirilmişdir: Quam' adası' (541 km²) və Şimali Marian adaları (477 km²). == Coğrafiya == Adalar Filippindən və Papua Yeni Qvineyadan 2500 km cənubda yerləşir. Adalar 12 və 21 dərəcələr arasında 800 km məsafədə uzanır. Tərkibinə daxil olan iri adalar: Aqiqan, Arqiqan, Alamaqan, Anatahan, Asunson, Quam, Ququan, Mauq, Paqan, Rota, Saypan, Sariqan, Tinian, Faralom-de-Mediniliya və Faralon-de-Paharos.
Marian plitəsi
Marin plitəsi — elə də böyük olmayan litosfer plitəsi olub Marian novunun qərbində yerləşir. Litosfer plitəsi üzərində Marian adaları yerləşir. 0,01037 steradion sahəyə malikdir. Bəzən Filippin plitəsinin tərkib hissəsi kimi götürülür. Filippin plitəsi və Sakit okean plitəsi ilə sərhəddə malikdir. Cənub hissədə Marian, şimal-şərqdə isə İcu-Oqasavar novları yerləşir.
Marian çökəkliyi
Marian çökəkliyi — Sakit okeanın qərbində yerləşən (daha dəqiq Filippin dənizində) okeanik dərinsulu çökəklik, dünyaya məlum olan çökəkliklərdən ən dərinidir. "Marian" adı yanında olan Marian adalarına görə adlanıb. Marian çökəyinin ən dərin nöqtəsi "Challenger Uçurumu"-dur (ing. Challenger Deep). O, çökəkliyinin cənub-qərb hissəsində yerləşir (koordinatlar: 11°22,40′ şm. e. 142°35,50′ ş. u.). 2011 ilin ölçmələrinə görə onun dərinliyi dəniz səviyyəsindən 10 994 ± 40 m aşağı təşkil edir. == Tədqiqatlar == Çökəklikdə ilk ölçülməni elə buranı tapan Challenger (meydan oxuyan) adlı Britaniya üç dor korveti 1875-ci ildə etmişdir.
Marian İllinq
Marian İllinq (d. 12 fevral 1974) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Marian İllinq, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Marsan bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Marsin Stolarski
Marsin Stolarski (4 yanvar 1996) — Polşanı təmsil edən üzgüçü. Marsin Stolarski Polşanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Marsin Stolarski birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:01.06 saniyəlik nəticəsi ilə 29-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Marsın kolonizasiyası
Marsın məskunlaşdırılması — Marsın insanların məskəninə çevrilməsinə verilən ad. Bu planet çoxlu elmi tədqiqatın diqqət mərkəzindədir. Marsın səthi və şəraiti Yer kürəsindən sonra Günəş sistemindəki ən qonaqpərvər planetdir. Veneradan başqa Marsdan hər hansı bir planetə çatmaq üçün vahid enerji tələb olunur. Digər planetlərdə, o cümlədən Marsda daimi insan məskənləri, elm, fantastika ən çox yayılmış mövzulardan biridir. Marsın nəfəs almayan atmosferi var, o qədər nazikdir ki, onun temperaturu orta hesabla −70 ilə 0 °C (-94 və 32 °F) arasında dəyişir, lakin bütün planetdə toz fırtınalarına səbəb olacaq qədər qalındır. Texnologiyaların inkişafı və insanlığın gələcəyi ilə bağlı narahatlıqlar artmaqdadır. Məkanın müstəmləkəçiliyinə səbəb olanlar arasında iqtisadi maraqlar, robot əvəzinə insanlar tərəfindən yaxşı həyata keçirilən uzunmüddətli elmi tədqiqatlar və həqiqi maraq vardır. Həm özəl, həm də ictimai təşkilatlar uzun müddətli səylərin canlılığını təsdiq etmək və Marsda daimi bir insan varlığına doğru addımlar atmaq üçün öhdəlik götürmüşlər. Tədqiqat və ya missiya planlaşma ilə məşğul olan kosmik agentliklər arasında NASA, Roscosmos və Çin Milli Kosmos İdarəsi vardır.
Marsın məskunlaşdırılması
Marsın məskunlaşdırılması — Marsın insanların məskəninə çevrilməsinə verilən ad. Bu planet çoxlu elmi tədqiqatın diqqət mərkəzindədir. Marsın səthi və şəraiti Yer kürəsindən sonra Günəş sistemindəki ən qonaqpərvər planetdir. Veneradan başqa Marsdan hər hansı bir planetə çatmaq üçün vahid enerji tələb olunur. Digər planetlərdə, o cümlədən Marsda daimi insan məskənləri, elm, fantastika ən çox yayılmış mövzulardan biridir. Marsın nəfəs almayan atmosferi var, o qədər nazikdir ki, onun temperaturu orta hesabla −70 ilə 0 °C (-94 və 32 °F) arasında dəyişir, lakin bütün planetdə toz fırtınalarına səbəb olacaq qədər qalındır. Texnologiyaların inkişafı və insanlığın gələcəyi ilə bağlı narahatlıqlar artmaqdadır. Məkanın müstəmləkəçiliyinə səbəb olanlar arasında iqtisadi maraqlar, robot əvəzinə insanlar tərəfindən yaxşı həyata keçirilən uzunmüddətli elmi tədqiqatlar və həqiqi maraq vardır. Həm özəl, həm də ictimai təşkilatlar uzun müddətli səylərin canlılığını təsdiq etmək və Marsda daimi bir insan varlığına doğru addımlar atmaq üçün öhdəlik götürmüşlər. Tədqiqat və ya missiya planlaşma ilə məşğul olan kosmik agentliklər arasında NASA, Roscosmos və Çin Milli Kosmos İdarəsi vardır.
Marsın peykləri
Marsın peykləri — Marsın 2 peyki var. Fobos və Deymos.
Marsın terraformalaşdırılması
Marsın terraformalaşdırılması - Planetar mühəndislik vasitəsilə Marsın davamlı və təhlükəsiz bir şəkildə, gələcək dövrlərdə insanlığa ev sahibi edəbiləcək böyüklükdə ətraf mühitin yaradılması, iqliminin və səthinin tamamilə dəyişdirilməsiylə bağlı hipotetik proses. Bəzilərinin bugünkü vəziyyətdə iqtisadi və təbii resurs xərcləri cəhətdən əlçatmaz olaraq göründüyü bir neçə terraformalaşdırma konsepsiyası mövcuddur. 2019-cu ildə Marsın dünyalaşdırılmasının mümkün olub-olmaması ilə bağlı fikir ayrılıqları var. Xüsusilə də, ekspertlər Marsın terraformalaşdırılması üçün əsas lazımlı olan mövcud CO2 miqdarının yetərli miqdarda olması fikrini qəbul etmirlər.
Marşan (En)
Marşan (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.