Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Matuşkin soğanı
Matuşkin soğanı (lat. Allium materculae) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir (En B 1ab (i, ii)). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari və ya şarvari, 1-2 sm qalınlığında, boz qınla örtülüdür. Gövdə (6)10-20(26) sm hündürlükdə, yoğun, əsası adətən ikiyarpaqlı, uzun qınla örtülüdür. Yarpaqlar göyümtül, xətvari 6-20 (30) mm enində, spiralvari bükülmüşdür. Çətir çoxçiçəkli, yarımşarvari, 3–4 mm diametrindədir. Çiçəkyanlığı 5–8 mm uzunluğunda, ulduzşəkilli, yasəmən rənglidir.
Yasutaro Matsuki
Yasutaro Matsuki (d. 28 noyabr 1957) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 11 oyun keçirib.
Mayski
Mayski adaları
Mitski
Mitski Miyavaki (27 sentyabr 1990, Mie prefekturası) — yapon əsilli amerikalı müğənni, mahnı yazarı. Mitski SUNY Purchase-də studiya bəstəkarlığı təhsili alarkən özünün ilk iki albomunu – "Lush" və "Retired from Sad, New Career in Business" albomlarını buraxıb. Bu albomları ilk olaraq o, Purchase-də tələbə layihəsi kimi hazırlamışdı. Mitski məzun olduqdan sonra 2014-cü ildə Double Double Whammy vasitəsilə "Bury Me at Makeout Creek" adlı üçüncü studiya albomunu yayımlamışdır. Mitski bunun ardınca 2015-ci ildə Dead Oceans şirkəti ilə müqavilə bağladı və "Puberty 2", "Be the Cowboy" və "Laurel Hell" albomlarını yayımladı. 2022-ci ildə The Guardian qəzetindən Ben Beaumont-Thomas onu ABŞ-nin "ən yaxşı gənc mahnı yazarı" adlandırıb. Onun David Byrne ilə birlikdə "Hər şey hər yerdə və bir anda" filmi üçün yazdığı "This is a Life" mahnısı "Oskar" mükafatına namizəd göstərildi. Mitskinin yeddinci studiya albomu "The Land Is Inhospitable and So Are We" 2023-cü ildə işıq üzü gördü. == Həyatı == Mitski Leykok 27 sentyabr 1990-cı ildə Yaponiyanın Mie prefekturasında ağ amerikalı ata və yapon anadan dünyaya gəlib. Onun ana dili yapon dili olub.
Buranovskiye Babuşki
Buranovskiye Babuşki (rus. Бурановские бабушки / Buranov nənələri; udm. Брангуртысь песянайёс) — Rusiyanı 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən musiqi qrupu. Qrup müsabiqədə "Party for everybody" mahnısı ilə 2-ci yeri tutmuşdur.
Kanamara Matsuri
Kanamara Matsuri (かなまら祭り?, "Polad penislər festivalı") — Yaponiyanın Kavasaki şəhərində, Kanayama məbədində (金山神社, Kanayama-jinja) keçirilən şintoizm festivalı. Festivalın konkret keçirildiyi gün dəyişkəndir: əsas tədbirlər aprel ayının ilk bazar gününə düşür. Penis tədbirin əsas mövzusudur, özünü şəkillərdə, konfetlərdə, naxışlı tərəvəzlərdə, dekorasiyalarda və mikoşi paradlarında göstərir. Kanamara Matsuri yerli penis məbədində keçirilir. Əfsanəyə görə gənc bir qadının vajinasında gizlənmiş itidişli iblis (vagina dentata) iki kişinin toy gecəsində axtalamasına səbəb olmuşdur. Nəticədə, qadın bu problemi həll etmək üçün dəmirçidən kömək istəyir, dəmirçi iblisin dişlərini qırmaq üçün polad penis hazırlayır. Beləliklə, problem həll olunur. Əfsanə Bazil Hol Çemberleyn tərəfindən Aynu dilində "Qadınlar adası" adı ilə çap olunmuşdur. Kanayama məbədi zöhrəvi xəstəliklərdən qorunmağı arzu edən fahişələr arasında məşhurluq qazanmışdır. Deyilənlərə görə, məbəd biznesdə və klanda müvəfəqiyyət təklif edir: asan doğuş, evliklik və münasib evlilik.
Matsumi şəlaləsi
Matsumi şəlaləsi (松見の滝, Matsumi no taki) – Yaponiyanın Aomori prefekturasının Tovada şəhərində yerləşən şəlalə. Tovada gölündən axan Oyrase çayının qolu üzərində yerləşir. Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən 1990-cı ildə nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısına daxildir.
Nectandra matudai
Nectandra matudai (lat. Nectandra matudai) — dəfnəkimilər fəsiləsinin nectandra cinsinə aid bitki növü.
Pol Mazurski
Pol Mazurski (ing. Paul Mazursky; 25 aprel 1930[…], Nyu-York, Nyu-York ştatı – 30 iyun 2014[…], Los-Anceles, Kaliforniya) — ABŞ rejissoru, 5 dəfə "Oskar" mükafatı laureatı. == Həyatı == Pol Mazurski 25 aprel 1930-cu ildə ABŞ-də anadan olub, 30 iyun 2014-cü ildə ABŞ-də 84 yaşında ürək çatışmazlığından vəfat edib. == Fəaliyyəti == Pol ilk dəfə 1953-cü ildə "Qorxu və Şəhvət" tammetrajlı filmində iştrak edib. Rejissor kimi ilk fəaliyyəti isə 1969-cu ildə çəkilən "Bob və Carol" və "Ted və Alis" filmində olub. O, həmçinin "Aleks möcüzələr ölkəsində" (1970), "Subay qadın" (1978) və "Mağazada səhnələr" (1991) filmlərinə rejissorluq edib.
Roman Ratuşnı
Roman Ratuşnı (ukr. Рома́н Тара́сович Ра́тушний; 5 iyul 1997, Kiyev – 9 iyun 2022, İzyum rayonu[d], Xarkov vilayəti) — Ukrayna ictimai xadimi, jurnalist, hərbi könüllü. Avromaydan və Rusiya-Ukrayna müharibəsinin iştirakçısı. == Bioqrafiya == Roman Ratuşnı 5 iyul 1997-ci ildə Kiyevdə Taras Ratuşnı ("Köhnə Kiyevi xilas et" hərəkatının fəalı) və yazıçı Svetlana Povalyayevanın ailəsində anadan olub. 2012-ci ildə Maliyyə və Hüquq Kollecinə daxil olmuş, burada ali hüquq təhsili almışdır. 2013-cü ilin sonunda Roman 30 noyabr gecəsi Berkut hücumundan əziyyət çəkən digər tələbələrlə birlikdə Avromaydanda iştirak edir. 2018-ci ildə "Protasov Yarı müdafiə et" təşəbbüsünə, 2019-cu ildə isə eyniadlı ictimai təşkilata rəhbərlik edib. Təşəbbüs Kiyevin mərkəzindəki Protasov Yarda yaşıl zonanın qorunması və Daytona Group MMC tərəfindən həyata keçirilməsi nəzərdə tutulan inkişafın qarşısını almaq məqsədi daşıyır. Yerli sakinlərlə inşaatçı arasında münaqişə 2019-cu ilin may ayının əvvəlində, inşaatçı hasar çəkərək yerli ictimaiyyətə yamacda üç 40 mərtəbəli bina tikməyi planlaşdırdığını elan edəndə daha da artır. Daha sonra Dövlət Memarlıq və Tikinti Müfəttişliyi müəssisənin yaşıllıq zonasında tikintini davam etdirməsini qadağan edən əmr verir və 27 iyun 2020-ci il tarixində Kiyev Şəhər Şurası Protasov Yardakı 3,15 hektar torpaq sahəsinə yaşıllıqların statusunu qaytarır.
Karl Kautski
Karl İohann Kautski (alm. Karl Kautsky‎; 16 oktyabr 1854[…], Praqa, Bohemiya tacı torpaqları[d][…] – 17 oktyabr 1938[…], Amsterdam) — alman iqtisadçı, tarixçi, publisist və sosial-demokrat siyasətçi. Marksist nəzəriyyəçi, K. Marksın "Kapital" əsərinin dördüncü cildinin redaktoru.
Daysuke Matsui
Daysuke Matsui (d. 11 may 1981) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 31 oyun keçirib, 1 qol vurub.
Keyko Matsui
Keyko Matsui (yap. 松居慶子; qızlıq familiyası — Doi, 26 iyul 1961, Tokio[d]) — nyu eyc və caz üslublarında ifaçılıq edən yapon pianoçu və bəstəkar. == Həyatı == Yapon mövhumatına görə əgər uşağı harasa onun beşinci ad günündən sonra gələn iyunda apararsan, bu onun həyatın böyük hissəsi olacaq. Keykonun anası — Emiko Doi, yapon ənənəvi rəqslərinin müəllimi qızının beş yaşı olanda iyun ayında onu fortepiano dərsinə gətirdi. Kiekoya birinci dərsi çox xoşuna gəldi. Keyko orta məktəbdə yaxşı oxuyurdu və bir neçə dəfə sinfinin prezidenti seçilinmişdi. O vaxt onun sevdiyi musiqiçilər Stivi Uander, Sergey Raxmaninov, Moris Jarr, Yan Sibelius və s. idilər. Yapon Qadınlar Universitetın uşaq mədəniyyəti fakültəsini bitirmiş. Birinci şəxsi öyrətmənnən bir neçə il öyrənib, Yamaha Music Foundation-da musiqi ilə məşqul olub.
Manuşi Çxillar
Manuşi Çxillar (14 may 1997) — Hindistanlı model; 2017-ci ilin Dünya Gözəli == Həyatı == Manuşi Çxillar 14 may 1997-ci ildə Hindistanın Haryana ştatında həkim ailəsində anadan olmuşdur.
Mayski adaları
Mayski adaları — Şimal Torpağı arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. == Yerləşməsi == Starokadomski adasından şimalda yerləşir. Sahillərini Laptevlər dənizinin suları yuyur. Cənubdan şimala doğru 4 km məsafədə uzanır. == Təsviri == Arxipelaq 9 adadan ibarətdir: iki ada dili Styaq dili və Krılataya dili, Vesennıy adası və 6 adsız ada. Böyük hissəsi buzla örtülüdür. Aralarında qumlu saylar mövcuddur. Seçilən yüksəklik yoxdur.
Mayski adasları
Mayski adaları — Şimal Torpağı arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. == Yerləşməsi == Starokadomski adasından şimalda yerləşir. Sahillərini Laptevlər dənizinin suları yuyur. Cənubdan şimala doğru 4 km məsafədə uzanır. == Təsviri == Arxipelaq 9 adadan ibarətdir: iki ada dili Styaq dili və Krılataya dili, Vesennıy adası və 6 adsız ada. Böyük hissəsi buzla örtülüdür. Aralarında qumlu saylar mövcuddur. Seçilən yüksəklik yoxdur.
Tyto manusi
Manus alabayquşu (lat. Tyto manusi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin alabayquş cinsinə aid heyvan növü.
Şatski yaylası
Şatski yaylası — Sakit okeanda Yaponiyanadan şərqdə yerləşir. Hündürlüyü 5500–6000 m, zirvə hissəsindən səthə olan məsafə isə 2400—3100 metr təşkil edir. Şimal-qərqə istiqamətlənir. Tərkibinə Şişov, Ori və TAMU massivləri daxildir. Uzunluğu 1700 km, eni isə 500 km-dir. 1970-1980 illərdə SSRİ alimləri tərəfindən aşkarlanmışdır. 2013-ci araşdırmaları yaylada yerləşən TAMU massivi Yer kürrəsində ən böyük, Günəş sistemində isə ən böyük vulkalardan biridir . Formalaşması Yura dövrünün sonları Təbaşir dövrünün əvvəllərində formalaşmışdır. Sakit okean plitəsi, Farallon plitəsi və İzaqani plitəsinin toqquşması nəticəsində əmələ gəlmişdir. Yayla sovet geoloqu Nikalay Sergeyeviç Şatskinin şərəfinə adlandırılmışdır.
Komi-Mavussi Abdetoqlo
Komi-Mavussi Abdetoqlo (24 dekabr 1993) — Toqonu təmsil edən stolüstü tennisçi. == Karyerası == Komi-Mavussi Abdetoqlo Toqonu 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
Mayski (Kabarda-Balkariya)
Mayski (kab.-çərk. Майскэ) — Rusiya Federasiyası, Kabarda-Balkariyanın ərazisində yerləşən şəhər. Mayski şəhər dairəsinin və Mayski rayonunun inzibati mərkəzidir. == Coğrafiya == Mayski şəhəri eyni adlı rayonun mərkəzi hissəsində, Çerek və Terek çayları arasında yerləşir. Respublikanın paytaxtı Nalçikdən 45 km şimal-şərqdə, Proxladnı şəhərindən 12 km cənubdadır. Aşağıdakı yaşayış məntəqələri ilə həmsərhəddir: cənubda Kotlyarevskaya, cənub-qərbdə Psıkod, qərbdə Novo-İvanovo, şimal-qərbdə Oktyabrski, şimalda Sarskoye, şərqdə Krasnoarmeyskoe və Djulat. Şəhər respublikanın düzənlik zonasında, Kabardın malli düzənliyində yerləşir Şəhərdəki orta hündürlük dəniz səviyyəsindən 217 metrdir. Şəhərdəki hidroqrafik şəbəkəsi Çerek, Terek və Demenyuk çayları ilə təmsil olunur. Həmçinin şəhərdə bir çox süni su tutarları mövcuddur. Ərazisi yeraltı mənbələrlə və şirin su ehtiyatları ilə zəngindir.
Mayski (Şimali Osetiya)
Mayski (oset. Майскæй, inquş. Майски, Бекъи-Юрт) kəndi Şimali Osetiya Respublikasının Priqorodnı rayonunda yerləşir . Eyni adlı kəndin inzibati mərkəzidir. == Coğrafiya == Mayski kəndi İnquşetiya ilə sərhəddə, Kambileyevka çayının sağ sahilində, nisbətən aşağı axarda Alxançurt kanalı ilə kəsişdiyi yerdə yerləşir. Kəndə ən yaxın yaşayış məntəqələri: cənubda Çermen kəndi, şimal-şərqdə Nazran şəhəri (İnquşetiya), qərbdə Beslan şəhəri. Kəndin şərq kənarında, yeni qurulmuş Novoye kəndi yerləşir. == Tarix == 19-cu əsrin əvvəllərində, müasir bir kəndin yerində, Kambileyevka çayının sahilində rus sənədlərində və 19-cu əsrin xəritələrində qeyd olunan bir kənd qurulmuşdur. Bu kənd Bekaya ya da Bekaya Xişilqova (İnquş. Бекъи-Юрт) adlandırılmışdı.
Sikorski-Mayski müqaviləsi
Sikorski-Mayski müqaviləsi — SSRİ ilə Polşa arasında 30 iyul 1941-ci ildə Londonda imzalanmış müqavilə. Müqavilə öz adını onu imzalayan iki məşhur şəxsdən götürür: Polşanın Baş naziri Vladislav Sikorski və SSRİ-nin Londondakı səfiri İvan Mayski. == Tarixi == 1939-cu ildə Nasist Almaniyası və SSRİ arasında Molotov-Ribbentrop paktı bağlandıqdan sonra, SSRİ Polşanın işğalına və sonrakı bölüşdürməyə qoşuldu. SSRİ Polşanın mövcud olmadığını elan etdi və ələ keçirdiyi bölgədəki polşalıları öz vətəndaşları olaraq dəyərləndirməyə başladı. Nəticədə 2 milyon polyak NKVD tərəfindən həbs olundu və sürgünlərə məruz qaldı. 1941-ci ildə Nasist Almaniyası ilə SSRİ müharibəyə başladığı zaman SSRİ-nin beynəlxalq vəziyyəti dəyişdi. Bu zaman, Stalin Almaniyaya qarşı olan dövlətlərlə əlaqələr qurmağa başladı. Böyük Britaniyanın Xarici işlər Naziri Entoni İdenin vasitəçiliyi ilə Londonda yerləşən mühacir Polşa hökuməti ilə SSRİ-nin səfiri İvan Mayski arasında diplomatik münasibətlər başladı. Nəticədə 30 iyul 1941-ci ildə Londonda müqavilə imzalandı. Daha sonra Moskvada 14 avqust 1941-ci ildə daha bir hərbi ittifaq müqaviləsi bağlanıldı.
Mayski rayonu (Kabarda-Balkariya)
Mayski rayonu (kab.-çərk. Май куей, qaraç.-balk. Май район) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Mayski qəsəbəsidir. == Coğrafiyası == Mayski rayonu Kabarda-Balkariya Respublikasının şərq hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: cənub-qərbdə Leskenski rayonu, qərbdə Urvan rayonu, şərqdə Terek rayonu, şimalda Proxladnenski rayonu və şəhər dairəsi, həmçinin cənubdan isə Şimali Osetiyanın Kirov rayonu. Rayonun sahəsi 384.80 km²-dir. Rayonu ərazisini relyef xüsusiyyətlərinə görə iki hissəyə bölünür: dağətəyi və dağlıq. Rayonun əsas hissəsi respublikanın dağətəyi zonasında, cənub hissəsi isə dağlıq zonada yerləşir. Rayonda yüksəklik göstəriciləri cənubda 5642 metr, şimalda 550 metr arasında dəyişir.