Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Makaroni
Makaroni (it. Maccheroni) - boruşəkilli makaron məmulatı. Əsasən İtaliya mətbəxinə xas yeməkdir. == Makaron məmulatları == Makaron məmulatları təsdiq edilmiş qaydalara uyğun olaraq reseptlərin sanitar qaydalarını və texnoloji təlimatlarını gözləmək şərtilə standartın tələblərinə əsasən hazırlanmalıdır. Bu məmulatların əsasən makaron, vermişel, əriştə və s. kimi növləri var. == Tarixi == Makaron dediyimiz zaman ağlımıza gələn ilk şey İtaliya olsa da, makaronun Çin, Yaponiya, Fransada kəşf olunduğunu iddia edənlər də vardır. Hətta bu gün makaron istehlakının ən yüksək olduğu İtaliyaya da bu yeməyin XIV əsrdə italyan taciri və səyyahı Marko Polo (1254-1324) tərəfindən Çin səyahətindən sonra gətirildiyi iddia edilir. Sözsüz ki, italyanlar bu iddianı rədd edirlər. Çində makaronun I əsrdə kəşf olunduğu, hətta 960-1280 illər arasında hökmdarlıq etmiş Sun xanədanlığı zamanında populyarlığının artıb, xüsusi makaron dükanlarının da açıldığı bilinməkdədir.
Makaroni (dəb)
Makaroni (İngilis. macaroni, daha qədimdən maccaroni), XVIII əsrin 70-ci illərində İngiltərədə dəbli geyinməyi sevən, dəb dalınca qaçan və öz ədəbazlığı ilə diqqəti cəlb etməyə çalışan gənclərə verilən addır (ləqəbdir). == Xronologiya == Sözün əsli italyancadır. Müxtəlif dillərdən alınan sözlərin qarışıq şəkildə işlədilməsi yolu ilə yaradılan satirik və gülməli şeirlərə makaronik poeziya deyirdilər. XV əsrdə İtaliyada latın sözləri və qafiyələri ilə italyan sözləri və qafiyələrini qarışıq işlədilən poetik əsərlərə bu adı verirdilər. XVIII əsrin ingilis gəncləri moda dalınca qaçanda bəzək-düzəkdə bir çox elementləri qarışdırdıqlarına görə onlara "makaroni" ləqəbi verilmişdi. Bu gənclər Londonda özləri üçün xüsusi "Makaronilər klubu" düzəltmişdilər. == İstinad == Çarlz Dikkens - Oliver Tvistin Macəraları, səhifə 9. Bakı Qanun Nəşriyyatı, 2015.
Məhəmməd Mamağani
Mirzə Məhəmməd Mamağani Hüccətülislam ləqəbi ilədə tanınan, Azərbaycanın ilkinci Şeyxi alimi və müctəhidi idi.O, bir müddət Şeyx Əhməd Əhsainin şagirdi idi və sonra onun Təbrizdəki nümayəndəsi oldu. O özü isə Babın edam hökmünü verən üç müctəhiddən biri oldu. Məhəmməd Mamağaninin üç oğlu vardı: Mirzə Məhəmmədhüseyn Hüccətülislam, Mirzə Məhəmmədtağı Hüccətülislam, Mirzə İsmail Hüccətülislam ki, üçüdə Şeyxiyyə təriqətinin müctəhidlərindən idilər və höccətülislam ləqəbilə tanınırdılar.
Puan Maharani
Puan Maharani (6 sentyabr 1973[…], Cakarta) — İndoneziya siyasətçisi, 2014-cü ildən Coko Vidodonun Kabinetində İnsan İnkişafı və Mədəniyyət İşləri üzrə Əlaqələndirici naziri vəzifəsində olub. İndoneziya parlamentində ən böyük və prezidentin partiyası olan PDI-P üzvüdür. 2009-cu ildə seçkilərdən bəri Hökumət Nümayəndəsi Şurasının üzvü, 2012-ci ildən partiya fraksiyasının rəhbəri vəzifəsini 2014-cü il kabinetə təyin olunana qədər yerinə yetirmişdir. O, nazirlik vəzifəsinə təyin olunmuş səkkiz qadın nazirdən yeganə koordinasiya naziri olmuşdur. O, keçmiş prezident və indiki PDI-P lideri Meqavati Sukarnoputrinin ən kiçik uşağı, yeganə qızı və İndoneziyanın qurucu prezidenti Sukarnonun nəvəsidir. Onun atası Tofiq Kiemas Xalq Məsləhət Şurasının sədri olaraq 2009-cu ildən etibarən 2013-cü ildə ölümünə qədər xidmət edib. 1970-ci ildə Meqavatinin ilk həyat yoldaşı Surindro Supcarsodan iki uşağı var idi — o Biak yaxınlığında qəzaya uğrayıb öldü. Misirli diplomatla qısa bir ailə qurduqdan sonra Meqavati Tofiq Kiemasla evləndi və Maharani 1973-cü ildə anadan oldu. Prezident Sukarnonun 1965-ci il 30 sentyabr Suxarto tərəfindən devrilməsindən sonra Kiemas bir neçə il həbsxanada bir siyasi məhbus olaraq ailənin iqtisadi və sosial qarşılıqlı təsirlərini məhdudlaşdırdı. Onun ilk 12 illik məktəbi Cikinidə başa çatdı və 1991-ci ildə İndoneziya Universitetinə kütləvi ünsiyyəti öyrənmək üçün daxil oldu.
Şeyx Əsədullah Mamağani
Şeyx Əsədullah Mamağani (1881-?)—İslam alimi. Şeyx Əsədullah 1881-ci ildə Təbriz yaxınlığındakı Mamağan qəsəbəsində anadan olmuşdu. İbtidai təhsilini atasından, orta təhsilini doğma şəhərində mədrəsədə almışdı. Sonra Nəcəf şəhərinə yollanmış, molla və müctəhid yanında təhsilini davam etdirmişdi. Axund Xorasaninin şagirdlərindən sayılır. Şeyx Əsədullah Mamağani 1906-cı ildən sonra İstanbula yollanmış, bir müddət burda yaşamışdı. Sonra Təbrizə dönmüş, Məşrutə hərəkatına qoşulmuşdu. Şeyx Əsədullah Mamağani "Əncüməni-Səadət"in üzvü olmuşdu. Şeyx Əsədullah Mamağani İran Milli məclisinə nümayəndə seçilmişdi. Senator olmuşdu.