Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Asmaşi
Asmaşi Kutaisi quberniyasının Leçxum qəzasında bulaq adı. == Toponimkası == Asmaşi - Kutaisi quberniyasının Leçxum qəzasında bulaq adı. İrəvan quberniyasının Sürməli qəzasında Asma, Şimali Qafqazda Stavropol quberniyasında Asmaevo kənd adları ilə mənaca eynidir. Azərbaycanda Xaçmaz rayonunda Asmaçay hidronimi də bu sıraya aiddir. Türk dillərində asma, asba "yayda quruyan su mənbəyi" sözündəndir.
Başmaq
Başmaq — dabanı açıq ayaqqabı növü. Adətən, qabarıq pəncəli və hündürdaban olurdu. Şərq xalqlarının, xüsusilə türk xalqlarının məişətində geniş istifadə edilmişdir. Qadın başmaqlarının (zənənə başmaq) üzlüyü, adətən, tumac və ya müşküdən, bəzən isə parçadan (məxmər, tirmə) tikilirdi. Başmağın üzlüyü parça olduqda, onu müxtəlif tikmələrlə (muncuq, güləbətin, təkəlduz) bəzəyirdilər (güllü başmaq, məxməri başmaq, güləbətinli başmaq və s.).
Maldaş
Maldaş — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 41 km məsafədə yerləşir. XIX əsrin ortalarında qışlaq əsasında yaranmış kənddir. Qışlaq mal-qaraya sal daşlar üzərində duz verilən "Maldaş" yerinin adını əks etdirir. == Toponimi == Toponim Azərbaycan dilində "iri buynuzlu ev heyvanı, mal-qara, qaramal" mənasında işlənən mal sözü ilə Azərbaycan dilində "dağ, qaya" mənasında işlənən daş sözünün birləşməsindən əmələ gəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Mantaş
Mantaş (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Çeşmə Mantaş (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Maqqaş
Maqqaş ərəb mənşəli alınma söz olub, Azərbaycan dilində 2 mənada işlənir: 1. Çox xırda şeyləri tutub götürmək, sıxmaq və ya qoparmaq üçün kiçik maşayaoxşar alət. Maqqaşla tük çəkmək. 2. Xəmirdən hazırlanan şirniyyatın üzünü naxışlamağa məxsus ağzı dilikli kiçik alət. Azərbaycanın milli şirniyyat növü olan Şəkərburanın üstünü bəzəmək üçün istifadə olunur. Şəkərburalara maqqaşla naxış vurmaq.
Masaşi
Masaşi — ad. Masaşi Vatanabe — Yaponiya futbolçusu.
Maskat
Maskat (ərəb. مسقط‎, ing. Muscat) — Omanın paytaxtı və ən böyük şəhəri. Maskat quberniyasının (mintaki) inzibati mərkəzi. 2010-cu il məlumatına görə əhalisi 650 min nəfərdir. == Coğrafiyası == Oman körfəzində yerləşir. Günəşli bölgə adlanan şəhərətrafı yaşayış məntəqələri ilə birlikdə ərazisi 1500 км². == İqtisadiyyatı == 1970-ci il modernləşdirilməsindən sonra şəhər infrastrukturu sürətlə inkişaf edir. Şəhər üç yerə bölünür : Qərbi Maskat, Mərkəzi Maskat və Şərqi Maskat.
Masyaf
Məsyaf (ərəb. مصياف‎‎) — Suriyanın Həma mühafəzəsində şəhər. 2004-cü ilin əhali siyahıyaalmasının məlumatlarına görə, Məsyaf şəhərində 22.000 nəfər yaşayır. İsmaililər, ələvilər və xristianlardan təşkil olunmuş şəhər əhalisi din baxımından cürbəcürdür. Şəhər orta əsrlərə aid qalası ilə tanınır, hansı ki, nizari ismaililərin və onların elit xaşxaşi qoşunlarının mərkəzi olmuşdur. == Etimologiya == Şəhərin adı İslam dövründə və indiyə qədər sakinləri tərəfindən "Məsyaf", "Masyat" və "Masyad" kimi müxtəlif formalarda tələffüz edilmişdir. Şəhərin ərəb dilindəki adı Akkad dilindəki "Mansuate" sözündən törəmişdir. Şərqşünas Edvard Lipinski irəli sürür ki, bu sözdəki "nsv" ərəb dilindəki mənası "qurmaq" və "yaratmaq" olan "nss" ilə əlaqəlidir. Əlavə olaraq, Lipinski iddia edir ki, şəhərin Akkad dilindəki adı böyük ehtimalla "mansuvatu" sözünün konfiqurasiyadır. "Mansuvatu" ərəb dilindəki "minassatu(n)" sözü ilə əlaqəlidir ki, hər iki sözün mənası "yüksəklik" deməkdir.
Maşxan
Maşxan — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Coğrafi ad Maxşeyxan adının təhrif formasıdır. Talış dilindəki max «dayanacaq», «düşər-gə», Şeyx dini rütbə və «an» məkan bildirən şəkilçidir. Köhnə adı Kazeyran olmuşdur. == Tanınmış şəxslər == Azər Maşxanlı — ifaçı. === Şəhidləri === Faiq Qəhrəmanov (1973-1992). İlqar Bəşirov (1973-1993). Nizami Abdullayev (1970-1994). Rasim Axundov (1970-1994). Azər Əsədullayev (1967-1997).
Mismar
***px|thumb|Polad mismarlar ***px|thumb|Döyməklə hazırlanmış mismar (15 sm) Mismar və ya mıx — texnikada tətbiq olunan metaldan hazırlanmış, bir ucu iti, digər ucu yastı şəklində olan birləşdirici element. O, çəkicin köməyi ilə taxtaya çalınır. Mismar taxta lövhələri fiksasiya etmək və ya tərpənməz bərkitmək üçün tətbiq olunur. Ən geniş yayılmış mismarlar polad dan, mis dən və bürünc dən hazırlanır. Çəkic əvəzinə mismarlar xüsusi sıxılmış hava ilə işləyən mismarlayıcının köməyi ilə də taxtaya vurula bilər. Mismar ən qədim birləşdirici element hesab olunur. Mismarlar sənayeləşmənin genişlənməsindən bəri metal məftilləri soyuq emal etməklə hazırlanır. Qədimdə mismarlar dəmirçilər tərəfindən zindanda metalı əllə döyməklə düzəldilirdilər. Ona görə də, onlar qədimdə dördkünc formasına malik idilər.
Salmas
Salmas (fars. سلماس‎, az.-əbcəd سلماس، دیلمقان‎), Səlmas[mənbə göstərin] və ya digər tarixi adı Dilməqan — İranda şəhər və Qərbi Azərbaycan ostanında yerləşən Salmas şəhristanının Mərkəzi. == Etimologiyası == E'timad-ü səltənə bu şəhərin adının Assuriya hökümdarı Salmanasardan iqtibas olduğunu iləri sürmüşdür.Övliya Çələbi Salmas haqqında yazır: Tohid Məlikzadə Salmas adının iki bəxşdən təşkil tapdığını irəli sürür, bunlar Salma və as sözləridir. Salma salmaq feilindən törəmişdir, As isə Kültigin kitabələrində adı qeyd olunan As ve ya Az mədəniyyətindən alınmışdır. As/Az sözü məntəqədəki adlarda dəfələrcə qeyd ounub; Azərbaycan (Az+ərbaycan), Sivas (Siva+as), Astara (As+tara), Minas (Min+as) və s.Nəticədə Salmas sözünün mənası; "As elinin yurdu" şəklində özünü əks edir. == Tarixi == === Qədim dövr === 9 min illik Kültəpə (Əhrivan təpəsi)Yaxın şərqin ən qədimi yaşayış məskənlərindən biri olan Əhrivan təpə, Salmas şəhərinin şimal Qərb bölgəsində yer almışdır. Kültəpənin qazıntılarında tapılmış arxeoloji materiallar, salmasın qədim yaşayış mərkəzi olduğunu sübut edir. Bu təpənin böyük bir ərazidə yer aldığı, o çağlarda şəhər əhalisinin çox olduğundan xəbər verir.Aratta Dövləti Aratta Şəhər-Dövlətinin dəqiq sərhədləri bəlli olmasa da, bəzi tədqiqatçıların dediyinə görə Urmu gölü ətrafında yerləşirdi. Bu barədə Şumer lövlərində belə yazılır; "Aratta dağ ucalığında inşa edilmişdir. Yeraltı sular Arattanın suya olan tələbatını təmin edir.
Vasmış
Basmınc (yerli xalqın ləhcəsində Vasmış) (fars. باسمنج‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanında şəhər. Basmınc Təbriz şəhərindən 10 kilometr cənub-şərqdə yerləşir. Əhalisi 10,736 (2006–cı il əhalinin siyahıya alınmasına görə) nəfərdir. Əhali sayına görə Şərqi Azərbaycan ostanının 22-ci şəhəri sayılır. Basmınc suğatları (sovqatları) qali, Liqvan pendiri və Basmınc xiyarıdır (yerpənək-gülbəsər).
Xaşxaş
Xaşxaş (lat. Papaver) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinə aid bitki cinsi. == Haqqında == Xaşxaş ildə bir dəfə, mart və ya apreldə çiçək açar. Soğanlı bitkilərdən olub zanbaqgillər ailəsindəndir. Çoxaldılması toxum ilə deyil bala soğanları ilə olur. Toxum ilə çıxarmaq son dərəcə çətindir, bu üsula yalnız yeni növlər əldə etmək üçün müraciət edilir. Əksəriyyətlə bir soğan bir çiçək açır, amma bir soğanda iki və ya üç çiçək çıxaran xaşxaşlar da vardır. Bir və ya birdən çox olsa belə ildə bir dəfə çiçək açarlar. Çoxlu çiçək açan xaşxaşları çiçəkləri birdən birə ardınca ıçarlar. Əgər yalnız bir çiçək varsa bu il bir daha çıxarmayacaq deməkdir.
Polypterus palmas palmas
Polypterus palmas palmas (lat. Polypterus palmas palmas) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çoxüzgəclikimilər dəstəsinin çoxüzgəclilər fəsiləsinin çoxüzgəcli cinsinin polypterus palmas növünə aid heyvan yarımnövü.
Armaş
Armaş — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 25 km məsafədə yerləşir. Toponim türk dilində «möhkəm, qüvvətli» mənasında işlənən armas sözü əsasında formalaşmışdır.
Maqas
Maqas — Rusiya Federasiyasında yerləşən şəhər, İnquşetiya Respublikasının mərkəzi.
Abdulabad (Salmas)
Abdulabad (fars. عبدل اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 138 nəfər yaşayır (32 ailə).
Abraham Maslau
Abraham Maslou (1 aprel 1908[…], Nyu-York, Nyu-York ştatı – 8 iyun 1970[…]) — amerikalı psixoloq, Ehtiyaclar iyerarxiyasının müəllifi. == Həyatı == Abraham Maslou 1 aprel 1908-ci ildə Nyu-Yorkda çoxuşaqlı ailənin ilk övladı olaraq dünyaya gəlmişdi. Onun ailəsi buraya Rusiya İmperiyasından köçmüş Ukrayna əsilli yəhudilər olmuşdu. Yəhudi olduğu üçün uşaqlıqdan çox təzyiq və sıxıntılara məruz qalmış, dostları olmamış, vaxtının çox hissəsini yalnızlıqda və kitabxanalarda keçirərdi. Valideynləri, hərçənd ki təhsilsiz idilər, lakin onun təhsil alıb hüquqşünas olmağını arzulayırdılar. Nəhayət, Abraham onların arzusunu yerinə yetirdi və Nyu-York Şəhər Kollecinin (the City College of New-York) hüquq fakültəsinə qəbul olur. 3 semestrdən sonra Kornell Universitetinə köçürülür, daha sonra isə Nyu-York Şəhər Kollecinə qayıdır. 20 yaşında olan zaman uşaqlıqdan aşiq olduğu Berta Qudman adlı bir rəssam xanımla evlənir. Onların Ann və Ellen adlarında iki qız övladı dünyaya gəlir. Sonuncu verdiyi müsahibəsində Maslov bildirmişdi ki, "evliliyə qədər həyat onun üçün başlamamışdı".
Acvac (Salmas)
Acvac (fars. اجواج‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 411 nəfər yaşayır (82 ailə).
Adel Massad
Adel Massad (24 iyun 1964) — Misiri təmsil edən stolüstü tennisçi. == Karyerası == Adel Massad Misiri 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
Ayan (Salmas)
Ayan (fars. ‎عيان‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 349 nəfər yaşayır (76 ailə).
Ağaismayıl (Salmas)
Ağaismayıl (fars. اقااسماعيل‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Şahpur bölgəsinin Ləkistan kəndistanında, Şahpur qəsəbəsindən 8 km cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 306 nəfər yaşayır (76 ailə).
Ağziyarət (Salmas)
Ağziyarət (fars. اق زيارت‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Mərkəzi bölgəsinin Ənzəl kəndistanında, Urmiya şəhərindən 69,5 km şimal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 534 nəfər yaşayır (115 ailə).
Baharabad (Salmas)
Baharabad (fars. بهاراباد‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 80 nəfər. yaşayır (15 ailə).
Bahik (Salmas)
Bahik (fars. بهيك‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 281 nəfər yaşayır (56 ailə).