ÇAŞBAŞ

sif.zərf Qarışıq, qatqarışıq, dolaşıq, çaş, çaşqın, çaşmış.
[Şeyda:] Fikrim elə çaşbaşdır ki, Telli xala, avtobusları dəyişik salıb, sizin Göytəpə əvəzinə gedib çıxmışam Qaratəpəyə. Ə.Məmmədxanlı.

□ Çaşbaş qalmaq – nə edəcəyini bilməmək, qəti bir fikrə gələ bilməmək, fikri qarışmaq, çaş qalmaq, çaşbaş olmaq.
[Rəşid:] Mən çaşbaş qalıb, Nailənin geniş açılmış gözlərinə, qanı qaçmış zərif dodaqlarına baxdım və küçəyə yüyürdüm. İ.Hüseynov.

Çaşbaş qoymaq – fikrini qarışdırmaq, çaş qoymaq, çaşdırmaq, qəti bir fikrə gəlməyə qoymamaq.
Arvad bir az da cinləndi: – Ay qızım, bu də təzə qaydalar, təzə haqq-hesablar deyil ki, məni çaşbaş qoyasınız. Mir Cəlal.

Çaşbaş olmaq – bax çaşbaş qalmaq.
[Axund:] Özgə molla olsaydı, çoxdan çaşbaş olmuşdu. B.Talıblı.

Çaşbaş salmaq – bir-birinə qarışdırmaq, bir-birindən ayırd edə bilməmək, çaş salmaq.
Kənd arasında dolaşan söhbət çoxlarını çaşbaş salmışdı. İ.Şıxlı.
Yoxsa yenə nömrələri çaşbaş saldın? – deyə Validə gülə-gülə soruşdu. H.Seyidbəyli.

Синонимы

  • ÇAŞBAŞ ÇAŞBAŞ, ÇAŞ, ÇAŞQIN, DOLAŞIQ, QARIŞIQ
  • ÇAŞBAŞ karıxmış — çaşqın — dolaşıq — qarışıq

Антонимы

  • ÇAŞBAŞ ÇAŞBAŞ – TOXTAQ Çaşbaş qaldı (“Azərbaycan”); Gülşənin manqası iki günə qurtarmağı qət etdiyi halda bu arvad çox toxtaq danışırdı (Ə
ÇAŞ
ÇAŞDIRMA

Значение слова в других словарях

из-под спу́да ку́це микрокомпью́тер побрыка́ть резиде́нт теологи́ческий фразеоло́гия вытира́ть жу́тко не иметь в мыслях перестрига́ться саёк свети́мость сепари́рование сугли́нистый корвет худоба bloke erstwhile old boy network Pyrrhonian наборщица одичалый специфичность хвостатый