Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xose Adolfo Masias Vilyamar
Xose Adolfo Masias Vilyamar (isp. José Adolfo Macías Villamar; 30 sentyabr 1979; ləqəbi: Fito) — Ekvador narkotik alverçisi və "Los Choneros" kartelinin hazırkı lideridir. O, sələfi Xorxe Luis Sambranonun öldürülməsindən sonra 2020-ci ildə rəhbərliyi öz üzərinə götürmüşdür. Vilyamar 2011-ci ildən həbsdə olmuşdur. O, əvvəllər həbsxanadan qaçmış və 2013-cü ildə fərarilik həyatı yaşamışdır. Vilyamar 2024-cü ilin yanvarında yenidən həbsxanadan qaçaraq Ekvadorda altmış gün ərzində fövqəladə vəziyyət elan edilməsinə və 2024-cü ildə Ekvadorda münaqişənin başlamasına səbəb olmuşdur.
Asmaşi
Asmaşi Kutaisi quberniyasının Leçxum qəzasında bulaq adı. == Toponimkası == Asmaşi - Kutaisi quberniyasının Leçxum qəzasında bulaq adı. İrəvan quberniyasının Sürməli qəzasında Asma, Şimali Qafqazda Stavropol quberniyasında Asmaevo kənd adları ilə mənaca eynidir. Azərbaycanda Xaçmaz rayonunda Asmaçay hidronimi də bu sıraya aiddir. Türk dillərində asma, asba "yayda quruyan su mənbəyi" sözündəndir.
Başmaq
Başmaq — dabanı açıq ayaqqabı növü. Adətən, qabarıq pəncəli və hündürdaban olurdu. Şərq xalqlarının, xüsusilə türk xalqlarının məişətində geniş istifadə edilmişdir. Qadın başmaqlarının (zənənə başmaq) üzlüyü, adətən, tumac və ya müşküdən, bəzən isə parçadan (məxmər, tirmə) tikilirdi. Başmağın üzlüyü parça olduqda, onu müxtəlif tikmələrlə (muncuq, güləbətin, təkəlduz) bəzəyirdilər (güllü başmaq, məxməri başmaq, güləbətinli başmaq və s.).
Maldaş
Maldaş — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 41 km məsafədə yerləşir. XIX əsrin ortalarında qışlaq əsasında yaranmış kənddir. Qışlaq mal-qaraya sal daşlar üzərində duz verilən "Maldaş" yerinin adını əks etdirir. == Toponimi == Toponim Azərbaycan dilində "iri buynuzlu ev heyvanı, mal-qara, qaramal" mənasında işlənən mal sözü ilə Azərbaycan dilində "dağ, qaya" mənasında işlənən daş sözünün birləşməsindən əmələ gəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Mantaş
Mantaş (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Çeşmə Mantaş (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Maqqaş
Maqqaş — ərəb mənşəli alınma söz olub, Azərbaycan dilində 2 mənada işlənir: 1. Çox xırda şeyləri tutub götürmək, sıxmaq və ya qoparmaq üçün kiçik maşayaoxşar alət. Maqqaşla tük çəkmək. 2. Xəmirdən hazırlanan şirniyyatın üzünü naxışlamağa məxsus ağzı dilikli kiçik alət. Azərbaycanın milli şirniyyat növü olan Şəkərburanın üstünü bəzəmək üçün istifadə olunur. Şəkərburalara maqqaşla naxış vurmaq.
Masaşi
Masaşi — ad. Masaşi Vatanabe — Yaponiya futbolçusu.
Maskat
Maskat (ərəb. مسقط‎, ing. Muscat) — Omanın paytaxtı və ən böyük şəhəri. Maskat quberniyasının (mintaki) inzibati mərkəzi. 2010-cu il məlumatına görə əhalisi 650 min nəfərdir. == Coğrafiyası == Oman körfəzində yerləşir. Günəşli bölgə adlanan şəhərətrafı yaşayış məntəqələri ilə birlikdə ərazisi 1500 км². == İqtisadiyyatı == 1970-ci il modernləşdirilməsindən sonra şəhər infrastrukturu sürətlə inkişaf edir. Şəhər üç yerə bölünür : Qərbi Maskat, Mərkəzi Maskat və Şərqi Maskat.
Masyaf
Məsyaf (ərəb. مصياف‎‎) — Suriyanın Həma mühafəzəsində şəhər. 2004-cü ilin əhali siyahıyaalmasının məlumatlarına görə, Məsyaf şəhərində 22.000 nəfər yaşayır. İsmaililər, ələvilər və xristianlardan təşkil olunmuş şəhər əhalisi din baxımından cürbəcürdür. Şəhər orta əsrlərə aid qalası ilə tanınır, hansı ki, nizari ismaililərin və onların elit xaşxaşi qoşunlarının mərkəzi olmuşdur. == Etimologiya == Şəhərin adı İslam dövründə və indiyə qədər sakinləri tərəfindən "Məsyaf", "Masyat" və "Masyad" kimi müxtəlif formalarda tələffüz edilmişdir. Şəhərin ərəb dilindəki adı Akkad dilindəki "Mansuate" sözündən törəmişdir. Şərqşünas Edvard Lipinski irəli sürür ki, bu sözdəki "nsv" ərəb dilindəki mənası "qurmaq" və "yaratmaq" olan "nss" ilə əlaqəlidir. Əlavə olaraq, Lipinski iddia edir ki, şəhərin Akkad dilindəki adı böyük ehtimalla "mansuvatu" sözünün konfiqurasiyadır. "Mansuvatu" ərəb dilindəki "minassatu(n)" sözü ilə əlaqəlidir ki, hər iki sözün mənası "yüksəklik" deməkdir.
Maşxan
Maşxan — Azərbaycan Respublikasının Astara rayonunun Təngərud kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Coğrafi ad Maxşeyxan adının təhrif formasıdır. Talış dilindəki max "dayanacaq", "düşər-gə", Şeyx dini rütbə və "an" məkan bildirən şəkilçidir. Köhnə adı Kazeyran olmuşdur. == Tanınmış şəxslər == Əli Rəhimzadə (1997–) — güləşçi. Azər Maşxanlı — ifaçı. === Şəhidləri === Faiq Qəhrəmanov (1973–1992). İlqar Bəşirov (1973–1993). Nizami Abdullayev (1970–1994). Rasim Axundov (1970–1994).
Mismar
Mismar və ya mıx — texnikada tətbiq olunan metaldan hazırlanmış, bir ucu iti, digər ucu yastı şəklində olan birləşdirici element. O, çəkicin köməyi ilə taxtaya çalınır. Mismar taxta lövhələri fiksasiya etmək və ya tərpənməz bərkitmək üçün tətbiq olunur. Ən geniş yayılmış mismarlar polad dan, mis dən və bürünc dən hazırlanır. Çəkic əvəzinə mismarlar xüsusi sıxılmış hava ilə işləyən mismarlayıcının köməyi ilə də taxtaya vurula bilər. Mismar ən qədim birləşdirici element hesab olunur. Mismarlar sənayeləşmənin genişlənməsindən bəri metal məftilləri soyuq emal etməklə hazırlanır. Qədimdə mismarlar dəmirçilər tərəfindən zindanda metalı əllə döyməklə düzəldilirdilər. Ona görə də, onlar qədimdə dördkünc formasına malik idilər.
Salmas
Salmas (fars. سلماس‎, az-əbcəd. سلماس، دیلمقان‎), Səlmas[mənbə göstərin] və ya digər tarixi adı Dilməqan — İranda şəhər və Qərbi Azərbaycan ostanında yerləşən Salmas şəhristanının Mərkəzi. E'timad-ü səltənə bu şəhərin adının Assuriya hökümdarı Salmanasardan iqtibas olduğunu iləri sürmüşdür. Övliya Çələbi Salmas haqqında yazır: Tohid Məlikzadə Salmas adının iki bəxşdən təşkil tapdığını irəli sürür, bunlar Salma və as sözləridir. Salma salmaq feilindən törəmişdir, As isə Kültigin kitabələrində adı qeyd olunan As ve ya Az mədəniyyətindən alınmışdır. As/Az sözü məntəqədəki adlarda dəfələrcə qeyd ounub; Azərbaycan (Az+ərbaycan), Sivas (Siva+as), Astara (As+tara), Minas (Min+as) və s. Nəticədə Salmas sözünün mənası; "As elinin yurdu" şəklində özünü əks edir. 9 min illik Kültəpə (Əhrivan təpəsi)Yaxın şərqin ən qədimi yaşayış məskənlərindən biri olan Əhrivan təpə, Salmas şəhərinin şimal Qərb bölgəsində yer almışdır. Kültəpənin qazıntılarında tapılmış arxeoloji materiallar, salmasın qədim yaşayış mərkəzi olduğunu sübut edir.
Vasmış
Basmınc (yerli xalqın ləhcəsində Vasmış) (fars. باسمنج‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanında şəhər. Basmınc Təbriz şəhərindən 10 kilometr cənub-şərqdə yerləşir. Əhalisi 10,736 (2006–cı il əhalinin siyahıya alınmasına görə) nəfərdir. Əhali sayına görə Şərqi Azərbaycan ostanının 22-ci şəhəri sayılır. Basmınc suğatları (sovqatları) qali, Liqvan pendiri və Basmınc xiyarıdır (yerpənək-gülbəsər).
Xaşxaş
Lalə və ya xaşxaş (lat. Papaver) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinə aid bitki cinsi. Xaşxaş ildə bir dəfə, mart və ya apreldə çiçək açar. Soğanlı bitkilərdən olub zanbaqgillər ailəsindəndir. Çoxaldılması toxum ilə deyil bala soğanları ilə olur. Toxum ilə çıxarmaq son dərəcə çətindir, bu üsula yalnız yeni növlər əldə etmək üçün müraciət edilir. Əksəriyyətlə bir soğan bir çiçək açır, amma bir soğanda iki və ya üç çiçək çıxaran xaşxaşlar da vardır. Bir və ya birdən çox olsa belə ildə bir dəfə çiçək açarlar. Çoxlu çiçək açan xaşxaşları çiçəkləri birdən birə ardınca ıçarlar. Əgər yalnız bir çiçək varsa bu il bir daha çıxarmayacaq deməkdir.
Massis
Masis və ya Massis bu mənaları ifadə edə bilər: Masis (ad) Massis (soyad) Masis dağı — Türkiyədə yerləşən, ermənilərin Masis olaraq adlandırdığı Ağrı dağı. Masis (Ermənistan) — Ermənistanın Ararat mərzində yerləşən şəhər. Masis rayonu — Ermənistanda mövcud olmuş və hazırda ləğv olunmuş Zəngibasar rayonunun sonradan dəyişdirilmiş adı. Masis (kənd) — Ermənistanın Ararat mərzində yerləşən kənd. Massis (qəzet) — Los-Ancelesdə yaradılan, hazırda Kaliforniyanın Pasadena şəhərində erməni və ingilis dillərində nəşr olunan həftəlik erməni qəzeti.
Polypterus palmas palmas
Polypterus palmas palmas (lat. Polypterus palmas palmas) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çoxüzgəclikimilər dəstəsinin çoxüzgəclilər fəsiləsinin çoxüzgəcli cinsinin polypterus palmas növünə aid heyvan yarımnövü.
Armaş
Armaş — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 25 km məsafədə yerləşir. Toponim türk dilində «möhkəm, qüvvətli» mənasında işlənən armas sözü əsasında formalaşmışdır.
Düşvan (Salmas)
Deşvan (fars. دشوان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 269 nəfər yaşayır (49 ailə).
Gəbrabad (Salmas)
Gəbrabad (fars. گبراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 400 nəfər yaşayır (75 ailə).
Gələşin (Salmas)
Gələşin (fars. گله شين‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ yaşayış yoxdur.
Gərdiyan (Salmas)
Gərdiyan (fars. گرديان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 158 nəfər yaşayır (26 ailə).
Gərmaviç (Salmas)
Gərmaviç (fars. گرماويچ‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 372 nəfər yaşayır (72 ailə).
Gəvlən (Salmas)
Gavlan (fars. گولان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 335 nəfər yaşayır (62 ailə).
Hacıcafan (Salmas)
Hacıcafan (fars. حاجي جفان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 458 nəfər yaşayır (87 ailə).
Hödər (Salmas)
Hödər (fars. هدر‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kəndin əhalisini Azərbaycan Türklərinin Kürəsinli tayfası təşkil edir. 2006-cı il məlumatına görə kənddə 1,036 nəfər yaşayır (210 ailə).
Hümmətabad (Salmas)
Hümmətabad (fars. همت اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 308 nəfər yaşayır (57 ailə).