Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mexiko
Mexiko (isp. Ciudad de México, astek Āltepētl Mēxihco) — Meksikanın paytaxtı. 2009-cu ilin əhali siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8.84 milyon nəfər olmuşdur.
Medik.
Fridrix Kazimur Medikus (alm. Friedrich Kasimir Medikus‎ və ya alm. Friedrich Casimir Medicus‎, 6 yanvar 1736 — 15 iyul 1808) — alman botaniki, həkim. Botanische Beobachtungen (Мангейм, 1780—1784). Beiträge zur schönen Gartenkunst (Мангейм, 1782). Über einige künstliche Geschlechter aus der Malven-Familie, denn der Klasse der Monadelphien (Мангейм, 1787). Historia et Commentationes Academiae Electoralis Scientiarum et Elegantiorum Literarum Theodoro-Palatinae (1790). Pflanzen-Gattungen nach dem Inbegriffe sämtlicher Fruktifications-Theile gebildet mit kritischen Bemerkungen (Мангейм, 1792). Über nordamerikanische Bäume und Sträucher, als Gegenstände der deutschen Forstwirthschaft und der schönen Gartenkunst (Mangeym, 1792). Critische Bemerkungen über Gegenständen aus dem Pflanzenreiche (Mangeym, 1793).
Mexiko şəhəri
Mexiko (isp. Ciudad de México, astek Āltepētl Mēxihco) — Meksikanın paytaxtı. 2009-cu ilin əhali siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8.84 milyon nəfər olmuşdur.
Mexiko kafedralı
Müqəddəs Məryəmin Mexiko şəhərinin göylərinə təyini Catedral Metropolitana, Baş yepiskop Primada de Meksika'nın mərkəzi qərargahıdır və Meksika şəhərinin Tarixi Mərkəzindəki Plaza de la Constitución Plazasının şimal tərəfindədir, Cuauhtémoc sərhədində. Şəhərin həmin ərazisindəki yuxarıda göstərilən memarlıq kompleksinin bir hissəsi olan 1987-ci ildən bəri Dünya Mirası Siyahısıdır. Bu məbədin təxmini ölçüləri 59 metr enində 128 uzunluqda və qüllələrin zirvəsinə qədər 67 metr yüksəklikdədir. İspan Amerikan memarlığının ən görkəmli əsərlərindən biridir. İspan katedrallarından ilham alan İspan memarı Claudio de Arciniega'nın planlarına görə , Tenochtitlan İspaniyanın fəthindən qısa müddət sonra ərazidə inşa edilmiş bir kilsənin ətrafında inşa edildi. Əsərlər 1573 - cü ildə başlamış, 1667 - ci ildə və 1813 - cü ilə qədər xaricdə bitirilmişdir.
Mustafa Kamal Atatürkün heykəli (Mexiko)
Mustafa Kamal Atatürkün heykəli (isp. Estatua de Mustafa Kemal Atatürk) — Meksikanın paytaxtı Mexiko şəhərinin Paseo de la Reforma küçəsində yerləşən heykəldir. Mustafa Kamal Atatürkün heykəli ilə ağ rəngli mərmərdən hazırlanan aypara və ulduzun Türkiyə bayrağındakı təsvirindən ibarətdir. 3,2 m uzunluğunda və təxminən 1,5 ton ağırlığındakı Atatürk heykəli, Türkiyə İşəgötürən Peşələri Konfederasyonu'nun təşəbbüsü Azeri heykəltaraş Səid Rüstəm tərəfindən 2000-ci ildə tamamlansa da müxtəlif səbəblərdən ötəri əlaqədar bölgəyə tikilməsi gecikdi. Türkiyə Respublikasının quruluşunun 80-ci ili xatirəsinə, 29 oktyabr 2003-cü ildə təşkil edilən mərasimlə birlikdə açıldı. Mərasimə Türkiyədən; Əmək və Sosial Müdafiə naziri Murad Başəskioğlu, Milli Müdafiə Naziri Vecdi Könül və Dövlət Naziri Güldal Ağşid də qatıldı.
Medica
Qarayonca (lat. Medicago) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Yusif İbn İsmayıl Xoyinin (XIII–XIV əsrlər) yazdığına görə, baş əsməsini müalicə etmək üçün gündə 2 dəfə başa bişmiş qarayonca ilə kompres qoymaq lazımdır. Əgər qarayoncanın otu və toxumları mütamadi yeyilərsə, bu, insanı kökəldir və qanı artırır. Qarayonca tozunun bal ilə kompresi soyuq şişləri, sirkə ilə qarışığı isə isti şişləri çəkir. Qarayoncanın toxumları başqa hissələrinə nisbətən daha faydalıdır. Onlar mədəni möhkəmlədir, sperma və süd yaradır, aybaşını qovur, öskürəkdə xeyirlidir. Elmi təbabətdə qurudulmuş və toza çevrilmiş qarayonca qansaxlayıcı və yarasağaldıcı xüsusiyyətə malikdir. Əkin qarayoncası şəkər xəstəliyində, qalxanvari vəzinin funksiyasının azalmasında, oraqvari qarayonca isə sətəlcəm, diarreya (mədənin pozulması) və ürəkdöyüntüsü zamanı istifadə edilir. {{bt-azlat||Medicago arabica (L.) Huds.
Medium
Medium – ruhlar aləmi ilə əlaqəyə keçə bildiyini və ölülər ilə canlılar arasında əlaqə qura bildiyini iddia edən şəxs. Azərbaycan dilinə Fransız dilindən keçən sözün mənşəyi Latınca medium (vasitəçi) sözünə dayanır. Spiritualizm terminologiyasında "dünyadakı bədənini tərk etmiş ruhlarla əlaqə quraraq onlardan aldıqları təsirləri müxtəlif təzahürlər halında dünyaya əks edən, ekstrasens baxımdan həssas şəxslərə (zehni mediumlar) və ya hər hansı bir ruhani əlaqə mövzusu olmadan paranormal fenomenlər ortaya qoya bilən xüsusi qabiliyyətlərə sahib şəxslərə (fiziki mediumlar) verilən ad" olaraq izah edilir. Bu izahdan da başa düşüləcəyi kimi bir mediumun paranormal bir fenomen ortaya qoymasında mediumun ruhundan başqa bir ruhun var olması şərt deyildir. Yəni mediumun ruhundan başqa bir ruhun mövzusu olmadığı meduimi təzahürlərin də olduğuna inanılır. Spiritualist anlayışa görə mediumluq qabiliyyətinə sahib olmaq bir hünər deyildir və spiritualist etik anlayışına görə şəxsin bu qabiliyyətini əsla yanlış yollarda və ya hər hansı bir məqsəd güdməklə istifadə etməməsi lazımdır. Neo-spiritualist terminologiyada mediumluq yalnızca ekstrasens həssas olmaqdan ibarət deyildir; medium, mediumluq haqqında bəs edən ədəb, məlumat və təcrübəyə sahib olmasıyla birlikdə, mediumluğun vəzifələrini, məsuliyyətlərini lazımi qədər bilən və tətbiq edən şəxsə deyilir. Həmçinin mediumun lazımi xüsusiyyətlərə sahib olması da bəs etmir; o xüsusiyyətlərə mediumu transa soxan və istiqamət verən operatorun da sahib olması lazımdır. Mediumluq mediumda dünyəvi idrak və iradənin görünüb görünməməsi baxımından üç qrupda ələ alınır: Medium etdiyi işləri idrak etdiyi kimi bunların öz iradəsi daxilində meydana gəldiyini bilir. İntuisiyal mediumluk bu qruba daxildir.
Meksiko
Mexiko (isp. Ciudad de México, astek Āltepētl Mēxihco) — Meksikanın paytaxtı. 2009-cu ilin əhali siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8.84 milyon nəfər olmuşdur.
Miçiko
İmperatriça Miçiko (yap. 皇后美智子; 20 oktyabr 1934), Miçiko Seda (yap. 正田 美智子) — Yaponiya İmperatriçası (7 yanvar 1989 – 30 aprel 2019), hazırkı Yaponiya imperatoru Akihitonun həyat yoldaşı. Miçiko Seda 20 oktyabr 1934 ildə 07:43 radələrində Tokioda ziyalı ailəsində anadan olmuşdur. Onun atası Hidesaburo Seda iri un şirkətinin rəhbəri olmuşdur. Miçikonun ailə üzvlərindən ikisi "Mədəniyyət sahəsində xidmətlərinə görə" ali akademik mükafatına layiq görülmüşdür. Bu mükafat imperator tərəfindən məşhur alimlərə verilir. Şahzadə Akixito və Miçiko tenis kortunda tanış olmuşlar. Toyları 10 aprel 1959 ildə baş tutmuşdur. Bu izdivacla çoxəsrlik ənənəyə son verilmişdir.
Modika
Modika (it. Modica) — İtaliyanın Siciliya regionunda şəhər.
Mədinə
Mədinə — Səudiyyə Ərəbistanında şəhər. (Qədimdə Yəsrib adlanırdı (ərəbcə: يثرب Yəsrib). Erkən orta əsrlərdən isə Mədinə, Mədinətü 'n-Nəbi [ مدينة ال نبي Mədinət əl-Nəbi] (Nəbi/Peyğəmbər şəhəri) ya da Mədinətü 'l-Münəvvərə (المدينة المنورة) (işıqlandırılmış şəhər) olaraq adı dəyişdirilmişdir. Məhəmməd peyğəmbərin qəbri də bu şəhərdədir. Məkkədən 300 km şimalda yerləşir. Müsəlman aləmində Məkkə ilə birlikdə iki müqəddəs şəhərdən biri hesab olunur. Qeyri-müsəlmanların şəhərə daxil olması qadağandır.
Mədiya
Mədiya (ərəb. المدية‎) — Əlcəzairdə şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Medeya ölkənin paytaxtı Əlcəzair şəhərindən təxminən 80 km cənub-qərbdə və Blida şəhərindən 40 km cənubda, dəniz səviyyəsindən 880 metr yüksəklikdə yerləşir. İllərə görə şəhər əhalisi: Ən yaxın hava limanı Blida şəhərində yerləşir.
Sedilo
Sedilo (sard: Sèdilo) — Sardiniyanın Oristano əyalətindəki kommuna və kiçik şəhər. Sahəsi 68,45 km²-dir. Kommunanın əhalisi 2122, əhalinin sıxlığı isə bir kvadrat kilometrə 31 nəfərdir.
İldiko
İldiko (V əsr – ən tezi 453) — Hun imperatoru Atillanın sonuncu həyat yoldaşı. Adı Şərqi Germancadır və o, Qot əsilli olmuş ola bilər. Bizans tarixçisi Priskə görə Atilla b.e. 453-cü ildə son evliliyinin şənliyində, sərxoş olduğu əsnada burun qanamsı keçirmiş və boğularaq ölmüşdür. Bundan başqa, İldikonun Atillanı öldürdüyünü və buna görə Attilanın əskərləri tərəfindən öldürüldüyünü iddia edənlər də olmuşdur. Hunların xainlərə qarşı cəzalandırma üsulları acımasız olduğundan sözü keçən rəvayətin doğruluğu şüphəlidir ve Attila həddindən artıq alkol qəbul etməkdən qaynaqlanan problemlərdən ölmüş olabilər.
Bedik
Bədik - türk və tatar xalq inacında əyləncə cini. Türk mifologiyasında ən maraqlı hekayəyə sahib olan varlıqlardan biridir. İlk başlarda pis bir ruh olduğu halda, insanlara və heyvanlara zərər verdiyi üçün evlərdən qovulmaq istənmişdir. Bunun üçün onun şərəfinə mərasimlər təşkil edilmiş və mərasimlər yavaş-yavaş əyləncəli bir hal alınca Bedik də əylənməyə başlamışdır. Mərasimlərdə ondan getməsi xahiş edilir, bunun üçün qafiyəli dualar oxunur. Hətta söz anlamazsa təhdid və təhqirə müraciət edilər. Sırtıq, əsbləri oynadan bir varlıq olduğundan danışılmışdır. (Bed/Bet) kökündən törəmişdir. Üz və görünüş mənalarını ehtiva edər. Qədim türkcə "Bedük" sözcüyü böyük mənasını verər.
Bədik
Bədik - türk və tatar xalq inacında əyləncə cini. Türk mifologiyasında ən maraqlı hekayəyə sahib olan varlıqlardan biridir. İlk başlarda pis bir ruh olduğu halda, insanlara və heyvanlara zərər verdiyi üçün evlərdən qovulmaq istənmişdir. Bunun üçün onun şərəfinə mərasimlər təşkil edilmiş və mərasimlər yavaş-yavaş əyləncəli bir hal alınca Bedik də əylənməyə başlamışdır. Mərasimlərdə ondan getməsi xahiş edilir, bunun üçün qafiyəli dualar oxunur. Hətta söz anlamazsa təhdid və təhqirə müraciət edilər. Sırtıq, əsbləri oynadan bir varlıq olduğundan danışılmışdır. (Bed/Bet) kökündən törəmişdir. Üz və görünüş mənalarını ehtiva edər. Qədim türkcə "Bedük" sözcüyü böyük mənasını verər.
Gədik
Gədik — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Gədik oyk., sadə. Quba r-nunun Vəlvələ i.ə.v,-də kənd. Gədik çayının (Vəlvələ çayının qolu) sahilində, dağətəyi düzənlikdədir. Keçmiş adı Gədik Seyidlər olmuşdur. Sonralar oykonimin ikinci komponenti ixtisara uğramışdır. Toponimik termin kimi gədik türk dillərində, o cümlədən Azərb. dilində "hündür dağ, dağ keçidi, aşırım" deməkdir. Kənd belə bir coğrafi mövqedə yerləşdiyi üçün Gədik adlandırılmışdır. Oykonim "gədikdə yerləşən Seyidlər kəndi" mənasındadır.
Hədik
Hədik — Mərasim və mövsümi səciyyəli milli yemək növü. Əvvəlcədən islağa qoyulmuş buğda və qarğıdalını qazana töküb üzərinə su əlavə edib bişirirlər. Buğda bişib açıldıqdan (çatladıqda) sonra qazana lobya, noxud (yarıbişmiş), lərgə, mərcimək tökülür. Hədik süfrəyə verilərkən yanına qoz ləpəsi də qoyulur. Adətən uşaq ilk dişini çıxardıqda bişirilir və qonum-qonşuya paylanır. Məhərrəmlik zamanı (aşura günü), həmçinin payız və qış aylarında çərəz məqsədi ilə də bişirilir. Hədik Arxivləşdirilib 2015-05-28 at the Wayback Machine Һәдик // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев.
Maiko
yap. Maiko — geyşanın tələbəsinin adı və ya cavan geyşalara verilən ad yap. geyko geyşaların adı. Maiko karyukai adlı ənənəvi yapon əyləncə mədəniyyətinin bir hissəsidir. Əvvəllər, uşaq əməyi haqqında qanun qəbul edilənə qədər, maiko 9-12 yaşında olurdular. Müharibədən sonra qaydalara düzəliş edilmişdir və indi maiko ancaq orta məktəbi bitirdikdən sonra ola bilər. Orta hesabla altı aydan iki il üçün müddətdə shikomilər yap. 仕込み | tələbələrinə və şagirdlərinə. Shikomi bir qul kimi çalışan, başqa geisha və maikoların paltarlarına yardım, həmçinin okiyada bütün işləri görərdilər. XIX əsrdə shikomi 10-12 il olur, və təlim prosesində istirab çəkmələri şəxsiyyətin formalaşmasının bir normal hissəsi nəzərdə tutulurdu.
Mədək
Mədək çökəkliyi — Quba rayonu ərazisində çökəklik. Mədək (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Məlik
Məlik — ərəb dilində kral. Ərəb monarxlarının, xarici dillərə tərcümə olunmayan əmir, yaxud sultan kimi titullarından fərqli olaraq malik (məlik) sözü (titulu), adətən, kral kimi tərcümə edilir. Məlik Azərbaycanda vilayətlərə tabe olan mahalların başçılarına verilən ünvan idi.
Media
Media — kommunikasiyada məzmun saxlamaq və çatdırmaq üçün istifadə olunan kommunikasiya vasitələri və ya alətləri. Bu termin əsasən çap mediası, nəşriyyat, xəbər mediası, fotoqrafiya, kino, yayım (radio və televiziya), rəqəmsal media və reklam kimi kütləvi informasiya vasitələrinin kommunikasiya sənayesinin komponentlərinə aid edilir. Əhəmənilər dövləti (çaparxana) və Roma imperiyası da daxil olmaqla, poçt kimi uzun məsafəli rabitə sistemlərinə imkan verən erkən yazı və kağızın inkişafı medianın erkən formaları kimi şərh edilə bilər. Hovard Reynqold kimi yazıçılar insan kommunikasiyanın ilk formalarını, məsələn, Lasko mağara təsvirlərini və erkən yazıları medianın ilk formaları kimi qələmə vermişdilər. Media tarixinin başqa bir çərçivəsi Şove mağarasının təsvirləri ilə başlayır və insan ünsiyyətini qısa səs diapazonundan kənara çıxarmağın digər yolları ilə davam edir: tüstü siqnalları, iz işarələri və heykəllər. Kommunikasiya kanalları ilə bağlı müasir tətbiqində media termini ilk dəfə kanadalı kommunikasiya nəzəriyyəçisi Marşall MakLuhan tərəfindən "Counterblast" (1954) əsərində istifadə edilmişdir: "Media oyuncaq deyil; onlar Ana Qaz və Piter Pan rəhbərlərinin əlində olmamalıdır. Onları yalnız yeni rəssamlara həvalə etmək olar, çünki onlar sənət formalarıdır". 1960-cı illərin ortalarında bu termin Şimali Amerika və Birləşmiş Krallıqda geniş istifadə edilməyə başlanmışdır. Kütləvi informasiya vasitələri ifadəsi, Henri Luis Menkenə görə, ABŞ-də hələ 1923-cü ildə istifadə edilmişdir. Telekommunikasiya sahəsindəki inkişaflar mediaya analoq və rəqəmsal media vasitəsilə uzun məsafəli bağlantı yaratmaq imkanı vermişdir.
Ağası Məlikov
Ağası Məlikov (tam adı: Ağası Zərbəli oğlu Məlikov; 1 yanvar 1957, Siyəzən rayonu) — texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru. Ağası Məlikov 1957-ci il yanvarın 1-də Siyəzən rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. Amerikada nəşr olunan "American Journal of Operation Research" jurnalının yarandığı gündən onun Redaksiya Heyətinin üzvüdür və bu ildən o, həmin jurnalın Baş Redaktoru seçilmişdir . Ağası Məlikov Neftkimyaavtomat Elmi-Tədqiqat və Layihə İnstitutunda müxtəlif vəzifələrdə, həmçinin Milli Aviasiya Akademiyasında kafedra müdiri vəzifəsində və AMEA İdarəetmə Sistemləri İnstitutunda çalışıb. Neft məhsulları ilə təminetmə obyektlərinin texnoloji proseslərinin riyazi modelləri və onların optimallaşdırılması üsullarını yaratmışdır. İdarə olunan prioritetləri olan çoxselli kütləvi xidmət sistemlərinin optimallaşdırılması üsullarını yaratmışdır. Çoxölçülü Markov zəncirlərinin stasionar paylanmasının hesablanması üçün səmərəli təqribi üsullar yaratmışdır. Əks əlaqələri olan kütləvi xidmət sistemlərinin və ehtiyatlanma-xidmət sistemlərinin yeni modellərini təklif etmiş və onların riyazi analizi üsullarını yaratmışdır. Gələcək nəsil kommunikasiya şəbəkələrin keyfiyyət göstəricilərinin hesablanması və optimallaşdırılması üçün üsullar təklif etmişdir.
Ceyms Medison
Ceyms Medison (ing. James Madison; 16 mart 1751[…] – 28 iyun 1836[…]) — Amerika Birləşmiş Ştatlarının 4-cü prezidenti (1809–1817) və 5-ci Dövlət katibi (1801–1809), ABŞ-nin bani atalarından biri. Ceyms Medison 1751-ci il martın 16-da Virciniya ştatının Port-Konuey yaşayış məntəqəsində varlı plantator ailəsində anadan olmuşdur. Ailənin on iki uşağından ən böyüyü olan Ceyms, mirasa olan hüquqlarından istifadə etməmiş, yalnız özünü dolandırmaq üçün vəsait tələb etmişdir. Yerli internatda beş il təhsil aldıqdan sonra 1769-cu ildə, indi Prinston Universiteti adlanan Nyu-Cersi kollecində təhsilini davam etdirir. Burada o, Şotland Maarifçilərinin ideyalarına böyük maraq göstərir. Özünün bir çox siyasi mübarizə həmkarlarından fərqli olaraq onun hüquq təhsili olmamışdır. Məhz bu səbəbdən bəzi müasirləri konstitusiyanın zəif olmasını iddia edirdilər. 23 yaşında siyasi fəaliyyətə başlayan Medison Virciniyada ingilis ağalığına qarşı müqavimət hərəkatının Orinc komitəsinə üzv seçilir. 1776-cı ilin iyulunda o, Orinc dairəsini İnqilabi Konqresdə təmsil edir.
Dendrocoptes medius
Ortaboy ağacdələn (lat. Dendrocoptes medius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin ağacdələnlər fəsiləsinin dendrocoptes cinsinə aid heyvan növü.
Dolli Medison
Dolli Medison (ing. Dolley Payne Todd Madison; 20 may 1768[…] – 12 iyul 1849[…], Vaşinqton) — ABŞ siyasətçisi, 4-cü Prezidenti Ceyms Medisonun həyat yoldaşı.