Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mərə-mərə
Mərə-mərə və ya qığ mərə - Azərbaycanda əsasən uşaq və gənclər arasında geniş yayılmış ən qədim oyunlardan biri. == Oyunun qaydaları == Oyunda bir neçə nəfər iştirak edir. Onlar iki yerə bölünür. Oyunu keçirmək üçün adamların sayı qədər bir-birindən bir qarış aralı, balaca çalalar qazılır. Çöp tutulur, kim tapsa çalalardan birini mərənin hər iki üzündə məsafədə 5-6 addımlıqda cızıq çəkilir (və ya bir tərəfdə). Oyunçular ya bir tərəfdə və ya hər iki tərəfdə düzülüb oynayırlar. Halayçı birinci topu (yumağı) çalaların üzəri ilə diyirlədir. Top hansı oyunçunun mərəsinə düşsə, o cəld topu götürür, atmaqla dağılışıb qaçan oyunçulardan birinə vurmalıdır. Kimi vursa, o keşikçi dayanır. Əgər vurmasa, yenə özü durur.
Dera
Dəra (ərəb. درعا‎) — Suriyada şəhər, Dəra mühafəzəsində eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 17.224 ailədə 50.026 nəfəri kişilər və 47.943 nəfəri qadınlar olmaqla cəmi 97.969 nəfərdir.
Dəra
Dəra (ərəb. درعا‎) — Suriyada şəhər, Dəra mühafəzəsində eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 17.224 ailədə 50.026 nəfəri kişilər və 47.943 nəfəri qadınlar olmaqla cəmi 97.969 nəfərdir.
Hera
Hera (q.yun. Ἥρα) – Yunan mifologiyasında ilahə. Evlilik və doğum ilahəsidir. Atributları İnək, zanbaq, tovuz quşudur. Hera Kronun qızı, baş tanrı Zevsin bacısı və həm də arvadıdır. Samos adasında, İmbrasa çayının sahilindəki söyüd ağacının altında dünyaya gəlmişdir. Onun başındakı diademlə (tacla) təsvir edilməsi onun baş ilahə olmasına işarədir. == Zevs və Hera == Zevs Hera hələ gənc qız ikən ona vurulmuş və onun kölnünü almaq məqsədilə Hera tənha dağa çıxarkən, tufan qopararaq kukuk quşu cildinə girərək, titrəyərək qorunmaq məqsədilə onun dizlərinə dolaşır. İlahə Hera ona rəhm edərək paltarının ətəyi ilə qoruyarkən, Zevs Heraya qovuşmaq üçün əsil cildinə dönür. Əvvəlcə anası Reyin qınağından qorxaraq Hera Zevsdən çəkinir, lakin Zevs ona evlənmək təklifi etdikdən sonra razılaşır.
MEQA
MEQA MMC - 2002-ci ilin aprelində təsis edilmiş və hal-hazırda konsaltinq, informasiya texnologiyaları (İT) və brendinq sahəsində ixtisaslaşan və dinamik inkişaf edən perspektivli şirkətlərdəndir. “MEQA” şirkəti Azərbaycanda və onun hüdudları kənarında yerləşən çox sayda yerli və xarici təşkilatlara yüksək texnologiyalar, İT konsaltinq, İT həlləri, korporativ kommunikasiyaların və biznes proseslərin təşkili, kompleks marketinq və brend araşdırmaları, korporativ üslub və standartların, İnternet təmsilçiliyin yaradılması, reklam və promouşn xidmətlərini təqdim edir. Müştərilərlə iş zamanı “MEQA” şirkətinin vurğuladığı məqamlar hər bir müştəri qurumun tələblərinə tam şəkildə cavab verən kompleks həll və biznesinin inkişafı üzərində qurulub. Bu məqsədlər hələ pre-konsaltinq və ilkin layihələşdirmə səviyyəsində düzgün fokuslaşmış priritetlər və individual yanaşma tərzi sayəsində həyata keçirilir.
Mega
Red Televisiva Megavisión (MEGA) mərkəzi Santiaqoda yerləşən Çili özəl televiziya şəbəkəsidir. Hal-hazırda HDTV üçün rəqəmsal tezlik 27 kanalında (ISDB-Tb) yayımlanır. 2012-ci ildə Mega-nın mülkiyyəti Claro Group-dan Bethia Group-a keçirildi. 2016-cı ilin iyun ayında Discovery Networks, Mega'nın 27,5% -ni 40 milyon dollara yaxın satın aldı.
Merac
Merac (əl-İsra və-l-Mirac) (ərəbcədir, göyə qalxma, merac etmə deməkdir) – Hz. Muhəmmədin (s.a.v.) Büraq adlı əfsanəvi heyvanın belində Məkkədən Qüdsə (isra), oradan da səmaya ecazkar səyahətidir (meracın mənası da buradan irəli gəlir). Həmin hadisələrin şərəfinə qəməri təqvimi ilə rəcəb ayının 27-də dini bayram (ərəbcə id əl-merac, türkcə rəcəb bayramı) qeyd edilir. Hz. Muhəmmədin (s.a.v.) (cismən və ya ruhən) merac etməsinin xarakteri ətrafında ilahiyyatçılar arasında çoxdan bəri mübahisələr gedir. Meracın lüğəvi mənası çıxmaq, yüksəlmək deməkdir. Bu hadisə isra da adlanır. İsra-gecə vaxtı yeriməyə deyilir. Bu böyük hadisə gecə vaxtı olduğu üçün ona İsra deyilmiş, Quranı Kərimdə bu ad ilə yad olunmuşdur. "Qulunu gecə vaxtı məscidi Haramdan alaraq ayələrimizi göstərmək üçün ətrafını mübarək qıldığımız məscidi Əqsaya aparan Allahın şanı hər şeydən pakdır.
Meri
Meri — ad. Meri Şelli — məşhur ingilis yazıçı. Meri Tamm — eston əsilli Böyük Britaniya aktrisası Meri Robinson — İrlandiyanın ilk qadın prezidenti (1990-1997). Meri Todd Linkoln — ABŞ siyasətçisi Meri Somervill – şotland yazıçısı və alimi. Meri Kuant — Böyük Britaniya dizayneri. Meri Pikford — Kanada və ABŞ aktrisası. Meri Kassat — amerikalı rəssam və qrafik Meri Boys — britaniya iranşünası, Zərdüştilik və Manixeizmin tədqiqatçısı. Meri Şervaşidze — gözəlliyi ilə məşhur gürcü aristokrat qadını. Meri Eqnes Çeyz — Meri Selest —DigərMeri Berd Torpağı — Antarktidanın qərbindəki torpağlarıdır. Meri Selest — 4 dekabr 1872-ci ildə, Atlantik okeanında tərk edilmiş şəkildə tapılmış kabus gəmi.
Merş
Merş -(lüksemb. Miersch, alm. Mersch‎, fr. Mersch)-Lüksemburq krallığının kantonu. Eyni adlı əyalət daxilində yerləşir. Belə ki, bu kantona 11 kommun daxildir.
Meta
Meta — soyad. Ermal Meta — Alban mənşəli İtaliya müğənnisi və bəstəkarı. İlir Meta — alban siyasətçi.
Mira
Mira — bu günkü Türkiyədə Antalya vilayətinin Qala (Demre) mahalının yer aldığı bölgədə olan antik bir Likiya şəhəridir. Alacadağ, Akdağ (Massikytos) sırası və Egey dənizi arasında Demre çayı (Myros) tərəfindən daşınan torpaqla meydana gəlmiş məhsuldar allüvial düzənliyində qurulmuşdur. == Tarixi == Mirada qazıntılar 2009-ci ildə Nevzat Çevikin başçılığında başlanmış və davam etməkdədir. 2010-ci ildə qazıntı qrupu tərəfindən əhatəli bir kitab nəşr olunmuşdur. Çevikiyə görə Miranın erkən adı Muridir. Bəzi araşdırmaçılar Miranı Arzawanın Mirası ilə eyni yaşayış yeri olduğunu düşünsə də sübut üçün belə bir əlaqə yoxdur. Mira Likiya ittifaqının (e.ə. 168 - 43) bir üzvü olmaqdan əvvəl Mira ilə əlaqədar ələ geçirilməsi barədə yazılı bir qaynaq yoxdur. Strabona görə ittifaqın ən böyük şəhərlərindən biri idi. Yunan xalqı şəhərin qoruyucu tanrıçası olan Artemis Eleutheriaya tapınmışdılar.
Məna
Məna (fəlsəfə) Məna (psixologiya) Məna (dilçilik) - dilçilikdə termindir.
Mərv
Mərv (türkm. Merw; rus. Мерв; fars. مرو‎, Marv, Çince: 木鹿, Mulu) — bir zamanlar Böyük Səlcuqlu dövlətinin (ərəb. السلاجقة‎ əl-Salācike, fars. سلجوقيان‎ Salcūkiyān), paytaxtı Mərv şəhəri Türkmənistan sərhədləri içində tarixi İpək yolu güzərgahı üzərində qurulmuş bir çöl şəhəridir. Bu şəhər bəzi qaynaqlarda Mərvi-Şahcəhan da adlanırdı. == Ümumi tarixi == Bu qədim sivilizasiyanın paytaxtı isə Türkmənistanın Marı şəhərindən 30 kilometr şərqdə yerləşən Mərv şəhəri olub. Eramızdan əvvəl V-III əsrlərdə çiçəklənməyə başlayan Irani-Margian sivilizasiyası Orta Asiya, Cənub-Şərqi Asiya, indiki Əfqanıstan, İran, Ərəbistan yarımadası, Yaxın və Orta Şərqin mədəni inkişafında mühüm rol oynayaraq min illər boyu onlar üçün mədəni, mənəvi, elmi mərkəz rolunu oynayıb. Sonrakı dövrlərdə Parfiya və Oğuz-Səlcuq mədəniyyəti tarixində dərin izlər buraxan bu qədim sivilizasiya mərkəzi bölgədə islamın yayılması ilə bağı yeni bir inkişaf dövrü yaşayıb.
Mərz
Mərz (erm. մարզ, fars. مرز‎) — Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü vahidi; tarla, bağ, bostan və s. sahəsini bir-birindən ayıran xətt. Farsca söz olan mərz "sərhəd", "əyalət" mənalarına gəlir. Mərzlər mərzban (erm. մարզեր; mərzpet) adı daşıyan əyalət başçısı tərəfindən idarə olunur.
Era
Era (lat. aera): Era – [lat. aera – an, ləhzə] 1)hər hansı əlamətdar və ya əfsanəvi hadisə ilə bağlı olan tarix hesabının başlanğıc anı (vaxtın ardıcıl hesabı bu andan başlayır); tarix hesabı sistemi. Təqvimin başlandığı hadisənin xarakterindən asılı olaraq era üç yerə bölünür. Astronomik, siyasi, dini era; 2)tarixi geologiyada geoxronoloji şkalanın ən böyük zaman ölçü vahidi; 3)il hesabının başlandığı zaman, tarix başlanğıcı. Məsələn, yeni era (isanın doğulduğu zənn edilən gündən başlanan tarix); 4)böyük tarixi əhəmiyyəti olan dövr; 5)yer tarixinin ən böyük xronoloji bölgüsü. Zamanda — vaxt ölçüsünün ilkin başalnğıcı. Məsələn: bizim era, xristian erası, islam erası, yeni era (danışıqda). Böyük zaman ölçüsü, dövr, epoxa Geoloji era — geoloji prosesdə zaman kəsiyi. Məsələn, paleozoy erası, mezozoy erası və s.
Aethiopis vera
Salvia aethiopis (lat. Salvia aethiopis) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonim == Aethiopis vera Fourr. Salvia idanensis Gand. Salvia kochiana Kunze Salvia lanata Stokes [Illegitimate] Salvia leuconeura Boiss. Sclarea aethiopis (L.) Mill.
Aloe vera
Əsl əzvay (lat. Aloe vera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü. == İstifadə edir == Aloe veradan iki maddə - şəffaf gel və onun sarı lateksi kommersiya məhsullarının istehsalı üçün istifadə olunur. Aloe gel adətən yanıqlar, yaralar, donma, səpgilər, sedef, soyuq yaralar və ya quru dəri kimi dəri xəstəlikləri üçün aktual dərmanlar hazırlamaq üçün istifadə olunur. Aloe lateks qatran adlanan qurudulmuş formada və ya "aloe qurudulmuş şirəsi" kimi əldə edilə bilər. == Sinonimləri == Aloe barbadensis Mill. Aloe barbadensis var. chinensis Haw. Aloe chinensis Steud. ex Baker Aloe elongata Murray Aloe flava Pers.
Ana Mena
Ana Mena Rojas (25 fevral 1997, Estepona[d], Əndəlüs) — İspaniya müğənnisi və aktrisası. Karyerasına 2009-cu ildə "Marisol, la película" teleserialı ilə başlamışdır.
Andrea Meza
Andrea Meza (d. 13 avqust 1994, Çiuaua, Meksika) — Meksikalı model; 2017-ci ilin Dünya Gözəlik yarışmasının ikincisi == Həyatı == Andrea Meza 13 avqust 1994-cü ildə Meksikanın Çiuaua şəhərində anadan olmuşdur.
Antonela Mena
Antonela Mena (d. 28 fevral 1988; Buenos-Ayres, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Antonela Mena Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Antonella Mena
Antonela Mena (d. 28 fevral 1988; Buenos-Ayres, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Antonela Mena Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Atriplex fera
Yabanı sirkən (lat. Atriplex fera) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü.
Dera Buqti
Dera Buqti — Pakistanın Bəlucistan əyalətində, Dera-Buqti rayonunda şəhər.Əsası 1998-ci ildə qoyulub.Əhalisi 15 min nəfərdir.
Dera mühafazası
Dəra mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 3.730 km², inzibati mərkəzi Dəra şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi hesablamaya əsasən mühafəzənin əhalisi 1.011 milyon nəfərdir .
Dəra mühafazası
Dəra mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 3.730 km², inzibati mərkəzi Dəra şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi hesablamaya əsasən mühafəzənin əhalisi 1.011 milyon nəfərdir .
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır.1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi.2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi. Jurnalın redaktorları fəaliyyətlərini onlayn formatda davam etdirmişdir.