Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cərgəvər
Cərgəvər (lat. Polystichum) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin ayıdöşəyikimilər fəsiləsinə aid bitki cinsi.
Gərgər
Gərgər bu mənalarda gələ bilər: Gərgər (Loru) — Gərgər (Cəlaloğlu) — Tiflis quberniyasının Borçalr qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Gərgər — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Gərgər (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Gərgər (Adıyaman) — Türkiyənin Adıyaman vilayətinin inzibati rayonlarından biridir . Gərgər (Hadişəhr) — Hadişəhrin cənubi qisminin tarixi adıdır. Gərgər mahalı — Arazın cənubunda yerləşən kiçik bir mahalıdı. Gərgər (çay) — İranın Xuzistan ostanının Şuştər şəhərində Karun çayının bir qolu. Gərgər qapısı — Gərgərlər — Gərgər — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda çay.
Mergel
Mergel — qarışıq gil-karbonat tərkibli daşabənzər çökmə dağ süxurları. Tərkibi: 50-75% karbonat (kalsit, bəzən dolomit), 25-50% — həll olmayan çöküntülər (SiO2 + R2O3). Süxuryaradan karbonat minerallarının tərkibindən asılı olaraq, mergeller əhəng və dolomit mənşəli mergellərə bölünürlər. Adi mergellərin həll olmayan çöküntülərində silis miqdarı biryarımlıq oksidlərin miqdarından 4 dəfədən çox deyil. Nisbəti SiO2 : R2O3> 4 olan mergellər silisli mergellər qrupuna aid edilir.
Mergen
Mərmər
Mərmər (lat. marmor; yun. Μάρμαρο — "parlayan daş", "daş qayması") — əhəngdaşı və dolomitlərin metamorfizmə uğraması (yenidən kristallaşması) nəticəsində əmələ gələn xırda, orta və iridənəli kristallik süxur. Tərkibində kvars, xalsedon, hematit pirit və s. mineralların, həmçinin üzvi birləşmələrin qatışıqları olur. Həcm çəkisi 2,65–2,90, sıxlığa davamlığı 500–2500 kqs/sm², rəngi qatışıqlardan asılı olaraq müxtəlifdir. Xırdadənəli növləri daha davamlıdır.
Server
Server (en. server ~ ru. сервер ~ tr. sunucu) — kompüter şəbəkəsində öz disklərini, eləcə də periferiya qurğularını, məsələn, printerləri və modemləri birgə istifadəyə verən kompüter. Server şəbəkədə başlıca kompüterdir və şəbəkədəki bütün kompüterlər ona birləşir ki, onun sərt disklərinə və şəbəkə printerinə müraciət edə bilsin. Serverlər "servislər" adlanan müxtəlif funksiyaları, məsələn, çoxsaylı müştərilər arasında məlumat və ya resursların paylaşılmasını, yaxud hesablamaların aparılmasını həyata keçirir. Bir server birdən çox müştəriyə xidmət edə və ya bir müştəri birdən çox serverdən istifadə edə bilər. Müştəri prosesi eyni cihazda və ya şəbəkə üzərindən başqa bir cihazdakı serverə qoşularaq işləyə bilər. Tipik serverlərə verilənlər bazası serverləri, fayl serverləri, poçt serverləri, çap serverləri, veb serverləri, oyun serverləri və proqram serverləri aiddir. Müştəri-server sistemləri adətən sorğu-cavab modeli ilə həyata keçirilir (və tez-tez onunla eyniləşdirilir): müştəri serverə sorğu göndərir, bu sorğu hansısa prosesləri yerinə yetirir və adətən nəticə ilə birlikdə müştəriyə cavab göndərir.
Zərgər
Zərgər — qızıldan düzəldilən məmulatların ustası. Zərgər (Füzuli) — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Zərgər (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Carabad (Mərgavar)
Carabad (fars. ژاراباد‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Mərgavar dehistanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.017 nəfər yaşayır (164 ailə).
Mirabad (Mərgavar)
Mirabad (fars. ‎‎‎‎ميراباد‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Mərgavar dehistanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 635 nəfər yaşayır (98 ailə).
Nari (Mərgavar)
Nari (fars. هاشم اباد‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Mərgavar dehistanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 308 nəfər yaşayır (57 ailə).
Toppuzabad (Mərgavar)
Toppuzabad (fars. توپوزاباد‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 228 nəfər yaşayır (40 ailə).
Zeyvə (Mərgavar)
Zeyvə (fars. ‎‎‎‎زيوه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 987 nəfər yaşayır (188 ailə).
Şirakan (Mərgavar)
Şirakan (fars. ‎‎‎‎شيركان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 762 nəfər yaşayır (126 ailə).
Con Berqer
Con Börcer (5 noyabr 1926[…], Hakni[d], Böyük London – 2 yanvar 2017[…], Antoni[d]) — ingilis yazıçısı və incəsənət tənqidçisi. "G" adlı romanı 1972-ci ildə Buker mükafatını qazanmışdır. Con Börcer karyerasına rəssam olaraq başladı. 1940-cı illərin sonlarında Londonda bir çox sərgiyə qatıldı. 1948–1955-ci illəri arasında incəsənət tənqidçisi olmuş və rəsm dərsləri vermişdir. Con Börcer ən məşhur ingilis tənqidçilərindən biridir. Filmlər və sənədli filmlər üçün senarilər də yazmaqdadır. Roman yazmaqlada məşğuldur. İlk romanı "Zamanımızın bir rəssamı" (A Painter of our Time) 1958-ci ildə çap olundu.
FTP-server
Free-to-play, Free2play, F2P və ya FtP (ing. free – pulsuz və ing. play – oynamaq; hərfi tər. oynamaq pulsuzdu və ya pulsuz oynamaq) — məzmununlarının əhəmiyyətli bir hissəsini oyunçulara pulsuz verən videooyunlarına verilən ad. Free-to-play oyunlarının bir neçə növü var, lakin ən çox yayılmış fremium (ing. Freemium) proqram təminatı modelinə əsaslanır. Fremium videooyunlarında təqdim edilən məzmun tamamilə pulsuz olmur. Bu cür videooyunlarında, oyunçulara tam funksional bir videooyun verilir, ancaq əlavə məzmun üçün oyunçular mikroödənişlər ödəməlidirlər. Free-to-play oyunlarının əksi pay to play oyunlarıdır. Burada ödəniş oyun xidmətlərindən istifadə etməzdən əvvəl tələb olunur.
Gerhard Berger
Gerhard Berger (alm. Gerhard Berger‎, 27 avqust 1959) — Avstriya Formula 1 pilotu. 1984-1997-ci illərdə Formula 1 yarışlarında çıxış etmişdir. Çempionatda ən yüksək nəticəsi - 1988 və 1994-cü ildə 3-cü yer olmuşdur. Formula 1-də "BMW" nin keçmiş proqram meneceri, Skuderiya Toro Rosso komandasının köhnə sahibi olmuşdur.
Gopher-server
Gopher-server – Usenet kompüter şəbəkəsində 1991-ci ildə Minnesota Universitetində işlənib hazırlanmış xəbər qruplarından biri. Bir versiyaya görə, adını Minnesota ştatının sakinlərinin zarafatla işlədilən ayamasından götürüb (“gopher” – “sünbülqıran”). Başqa bir versiyaya görə isə, “gopher” adı “go for it” (“bunu axtar”) ifadəsindən yaranıb. Gopher-serverlərdə mətnlərlə yanaşı, audio və qrafika da olur ki, onları başqalarına göndərmək və çalışdırmaq olur. Başqa sözlə, onlar Dünya hörümçək torunun (WWW) birbaşa sələfləridir. 1993-cü ildə dünyada 1700 Gopher-server var idi. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Gərgər (Adıyaman)
Gərgər - Türkiyənin Adıyaman ilinin ilçələrindən biridir. Gərgər ilçəsinin ərazisi 702 km² sahəni əhatə edir . İlçə tərkibinə Gərgər qəsəbə bələdiyyəsi və 45 kənd daxildir . Gərgər qəsəbə bələdiyyəsi beş (Fatih, Kələşan, Mərkəz, Seyidmahmud və Yeniməhəllə) məhəllədən ibarətdir . Gərgər bələdiyyəsinin məhəllələri və ilçənin tərkibindəki kəndlər muxtarlar tərəfindən idarə edilirlər . Gərgər qəsəbə əhalisi 2011-ci il rəsmi təxmininə əsasən 3,189 nəfərdir (1,599 nəfər kişi və 1,590 nəfər qadın olmaqla) . Adıyaman ilində Qarakeçili boyuna mənsub insanlardan ibarət 26 kənd mövcuddur. Onlardan üçü : Oymaqlı, Seyidmahmud və Bəybostan kəndləri Gərgər ilçəsində yerləşir . Hazırda onların əhalisini 24 oğuz boyundan biri olan Qayı boyundan yaranmış Qarakeçili boyunun Torun qolundan olan Bəylər oymağına aid türk kökənli insanlar təşkil etməkdədir . Gərgər ilçəsinin kənd əhalisi 2011-ci il rəsmi təxmininə əsasən 20,637 nəfərdir .
Gərgər (Cəlaloğlu)
Gərgər, Gyargyari hay, Herher — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Rayon mərkəzindən 6 km şimal-şərqdə, Gərgər çayının sahilində yerləşir. Erməni mənbələrində kəndin adı Gərgər, Gyargyari hay, Herher formalarında qeyd edilir. Toponim yunan tarixçisi Strabonun «Coğrafiya» əsərində qeyd edilən qədim qarqar türk etnonimi əsasında əmələ gəlmişdir. Gərgər, qarqar türk etnoniminin fonetik variantıdır. Qarqar etnonimi həm də herher, xerxer fonetik variantlarında Azərbaycan toponomiyasında iştirak edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Kənddə 1897-ci ildə ermənilərlə yanaşı 4 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə onlar sıxışdırılaraq kənddən çıxarılmışdır.
Gərgər (Gədəbəy)
Gərgər — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Orta dağlıq qurşaqdadır. Kəndin adı XIX əsrdə Qarqar variantında da qeydə alınmışdır. Yaşayış məntəqəsinin eramızın əvvəllərində Qafqaz Albaniyasında yaşamış qarqar tayfasının adı ilə bağlılığı ehtimal edilir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2599 nəfər yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Gərgər (Hadişəhr)
Gərgər — Hadişəhrin cənub qisminin tarixi adıdır, şimalı hissəsi isə Ələmdar adlanır. Hadişəhr bu iki məntəqənin birləşməsindən yaranıb. Həmdullah Qəzvini Nüzhətül-qülub kitabında (xüsusilə 85, 102 səhifələrində) bu şəhəri Azərbaycanın beş böyük və abad şəhərlərinin sırasında gətirib: Bərdə, Ordubad, Naxçıvan, Gərgər və Ucan.
Gərgər (Loru)
Gərgər, Rus Gərgəri, Puşkino — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Rayon mərkəzindən 16 km məsafədə yerləşir. Kəndin adı erməni mənbələrində Rus Gərgəri (Gərgər rus) formasında qeyd edilir. XIX əsrin əvvəllərində ruslar bura köçürüləndən sonra toponimə rus sözü (etnonim) əlavə edilərək rəsmi sənədlərdə Rus Gərgəri kimi öz əksini tapmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 14.11.1937-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək rus şairi A.S.Puşkinin şərəfinə Puşkino qoyulmuşdur. 1937-ci ildə Puşkino adlandırılmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Bеzabdal dağından axan çay da Gərgərçay adlanır. Əsli: Qarqar. Azərbaycan xalqının еtnik tarixində mühüm rol oynamış qarqar tayfasının adını əks еtdirir.
Gərgər (çay)
Gərgər - İranın Xuzistan ostanının Şuştər şəhərində Karun çayının bir qolu.
Gərgər bələdiyyəsi
Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gərgər mahalı
Gərgər mahalı — Arazın cənubunda yerləşən kiçik bir mahal. Maku mahalı, Mərənd mahalı və Qaradağ mahalı tərəfindən əhatə edilmişdir. Ələmdar və Gərgər bu mahalın ən böyük və ən tanınmış yerlərindən idi. Səfəvilər dövründən bu iki məntəqənin adları birlikdə qeyd olunub və bəzən mahal Ələmdar-Gərgər adıyla deyilib. İndi Ələmdar və Gərgər bir olublar və Hadişəhr adlanırlar. Bugün, Gərgər mahalı, Qaradağ mahalının bir qismiylə Culfa adlanır. Haciyə xanım Gərgəri Rəhim xan Sərtip Gərgəri İrəc Əfşar.Əmin Ləşkərin xatirələri qəzeti. Əsatir nəşrləri,birinci çap,1999. (fars.) Xatirələr və Xətərlər. Yazıçı:Müxbirüssəltənə (fars.) Məhəmmədismail Rizvani və Fatimə Qaziha.