Məhvər dövlətləri
Ox dövlətləri, Məhvər dövlətləri (alm. Achsenmächte, yap. 枢軸国, it. Potenze dell'Asse) və ya Berlin-Roma-Tokio oxu — İkinci Dünya müharibəsi zamanı yaradılmış iki böyük ittifaqdan biri. Məhvər dövlətləri Antihitler koalisiyasına qarşı mübarizə aparmış və tərəflər arasında dünyanın müxtəlif nöqtələrində hərbi toqquşmalar baş vermişdir. İttifaqın adı bura daxil olan üç əsas dövlətin (Üçüncü Reyx, İtaliya krallığı və Yaponiyanın) paytaxtlarının adlarından götürülmüşdür. İttifaqın iki əsas məqsədi vardı: dünyavi müstəvidə genişlənmək, hərbi birləşmələrin hesabına dünya ağalığına nail olmaq, Birinci Dünya müharibəsi sonrası yaranmış siyasi-hərbi vəziyyətin ləğv edilməsi və Sovet kommunist sistemin məhv edilərək tamamilə aradan qaldırılması.
Üçüncü Reyx və İtaliya krallığı arasında dostluq müqaviləsinin imzalanmasından bir həftə sonra, 1 noyabr 1936-cı ildə Roma-Berlin ittifaqı yaradılmış oldu. Nasist Almaniyası ilə Yaponiya arasında 1936-cı ilin 25 noyabr tarixində SSRİ-yə qarşı antikomentern paktın imzalanması Yaponiyanında prosesə qoşulması ilə nəticələnmişdir. İtaliya krallığı 1937-ci ilin 6 noyabrında antikomentr paktda qoşulduğunu elan etdi.