Mərmərə Universiteti İdarəetmə fakültəsi
İdarəetmə fakültəsi (türk. İşletme Fakültesi) — Mərmərə Universitetinə bağlı fakültə. Dünya səviyyəsində öz iddiasını davam etdirən Mərmərə Universiteti İdarəetmə fakültəsi, 137 illik köklü bir tarixə, 2 fərqli kafedrada, türk, ingilis və alman olmaq üzərə 3 dildə, 7 bakalavr proqramı ilə 5000-dən çox tələbəyə təhsil verir.
Həm qlobal, həm də türk iş dünyasının üstünlük verdiyi məzunları yetişdirən fakültə, 2018-ci ilin əvvəlindən bəri Mərmərə Universitetinin Göztəpə şəhərciyində 22.000 m2 sahəyə sahib müasir binasında təhsil və təlim fəaliyyətlərini davam etdirir. İstanbulun ən prestijli bölgələrindən biri olan Kadıköy ilçəsinin Göztəpə səmtində yerləşən şəhərciyə həm avtobus həm də metro ilə gəlmək mümkündür. 2020-ci il Türkiyə universitetləri məzunlarının iş tapma indeksinə görə, Mərmərə Universitetinin məzunları, iş sahiblərinin türkcə idarəetmə ixtisası üzrə 1-ci, ingiliscə idarəetmə ixtisası üzrə isə Boğaziçi Universitetindən sonra 2-ci seçimi olmuşdur.
Mərmərə Universiteti İdarəetmə fakültəsidir sadəcə Türkiyənin deyil, həm də dünyanın ən qədim və köklü idarəetmə məktəblərindən biridir. Dünya miqyasında idarəetmə məktəbləri 1820-ci illərdən sonra qurulmağa başlamış, ABŞ-da ilk idarəetmə fakültəsi 1881-ci ildə Pensilvaniya Universitetinin nəzdində açılmışdır. Mərmərə Universiteti İdarəetmə fakültəsinin tarixi isə 1883-cü ildə fransız təhsil sistemi nümunə götürülərək qurulan və "sahibkarlar" yetişdirməyi hədəfləyən Hamidiyyə Ticarət Məktəb-i Alisiyə qədər uzanır. Fakültə, “köklü” olaraq xarakterizə edilən və müəyyən bir təşkilati mədəniyyət və dəyər sisteminə sahib olan, inkişaf etdikləri və kök saldıqları cəmiyyətləri formalaşdıra bilən və sosial dəyişikliklər nəticəsində müasir qalmağı bacaran təşkilatlar arasındadır.