Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məcəlis
Məcəlis — kənd, Dağıstanın Qaytaq rayonunun mərkəzi. Mahaçqaladan 128 km cənubda, Dağətəyi Dağıstanda, 414 m yüksəklikdə, Ulluçayın sahilində, Mamedkala dəmiryolu stansiyasından 26 km qərbə yerləşir. 2010-cu il siyahıyaalınmasına görə kənddə 6815 nəfər yaşayırdı, onlardan 79,7% dargilər, 18,5% qumuqlar.
Euseius terenos
Euseius terenos (lat. Euseius terenos) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Medanos (bərzəx)
Medanos bərzəği — Venesuelanın Falkon ştatı ərazisində ərazisində yerləşir. Paraguana yarımadasını Cənubi Amerika qitəsi ilə birləşdirir. Bərzəğin eni 3,72 mil, uzunluğu 16,78 mil təşkil edir. Ərazidə Medanos de Koro Milli Parkı yerləşir.
Merinos qoyunu
Merinos qoyunu — nazik və incə yununa görə yetişdirilən qoyun növü. Tükünün qalınlığı 15-25 mkm.-dir. Əsasən Avstraliya-da yetişdirilir. Merinos qoyun dünyada ən qədim qoyun cinslərindən biri sayılır. Bu cinsin İran, Mesopotamiya və Balkan yarımadasında yayılmasının tarixi eramızdan əvvəlki dövrə aid edilir. XIX əsrin 40-cı illərində Azərbaycana gətirilən və yüksək keyfiyyətə malik olan merinos qoyunu burada sonrakı əsrdə özünün daha geniş inkişafına başlamışdır. 1840-cı ildə Tavrida quberniyasından Azərbaycana köçürülən ruslar özlərilə bərabər merinos qoyunu gətirmiş və Azərbaycanın müəyyən ərazisində saxlamışlar. Rusiyanın Tavrida, Xerson və Yekaterinoslav quberniyalarından Azərbaycana gələn rus duxoborları da merinos qoyununu bu ərazidə inkişaf etdirmişdir. Birinci dünya müharibəsi ərəfəsində Azərbaycanın Kiçik Qafqaz hissəsində, xüsusilə Gədəbəy və Şəmkirdə 90 min baş merinos qoyunun olduğu göstərilir. Merinos qoyununun Azərbaycanda nisbətən geniş istifadə edilməsi təkcə ətlik deyil, həm də yüksək keyfiyyətli çox və zərif yununun olması ilə əlaqədardır.
İvan Seçenov
İvan Seçenev (1 (13) avqust 1829 – 2 (15) noyabr 1905, Moskva) — rus alimi. Elmdə bioritmlər və digər maraqlı sahələri araşdırmışdır.
Pyotr Zaxarov Çeçenes
Pyotr Zaxarov Çeçenes (rus. Пётр Захарович Захаров-Чеченец; 18 sentyabr 1816, Dadi-yurt[d] – 15 sentyabr 1846, Moskva) — Rusiyalı çeçen rəssam. Onun XIX əsrdə çeçenlər içərisindəki tək rəssam olduğu düşünülür. 1819-cu ildə Qafqaz müharibəsi zamanı rus qoşunları çeçen kəndi Dadiyurtda ölmüş bir qadın və ölümcül yaralanmış üç yaşlı körpəni tapdı. Rusiya ordusunun baş komandanı Aleksey Petroviç Yermolov həkimlərin onu xilas etməyin mümkünsüz olduğunu deməsinə baxmayaraq,körpəni xilas etmək üçün mümkün olan hər şeyi etməyi əmr etdi. Bütün ehtimallara baxmayaraq körpə sağ qaldı. Körpə böyüdülməsi üçün kazak Zaxar Nedonosova verildi. Bu kazak adından körpə soyadını və atasının adını aldı. Daha sonra Pyotr etnik kimliyini göstərmək üçün onun soyadına “çeçenes” sözünü əlavə etdi. Yeddi yaşında Pyotr Aleksey Petroviç Yermolovun əmisi oğlu, Gürcüstan Qrenader alayının komandiri, general-mayor Pyotr Yermolov tərəfindən övladlığa götürüldü.
İ.M.Seçenov adına Birinci Moskva Tibb Akademiyası
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (rus. Первый Московский государственный медицинский университет имени И. М. Сеченова) və ya qısaca BMDTU (rus. Первый МГМУ им. И. М. Сеченова) — Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yerləşən ali təhsil müəssisəsi; ali tibb təhsili üzrə ixtisaslaşan məşhur ali təhsil ocaqlarından biri. Rusiyanın təhsil sistemində özünəməxsuz ənənələri olan nüfuzlu ali tibb təhsili müəssisəsidir. Ölkəsinin ən qocaman və ən böyük ali tibb məktəbi olmaqla Moskva İmperator Universitetinin varisi olan bu təhsil ocağı öz başlanğıcını 1758-ci ildən götürür. Bu ali məktəb dahi rus alimi Mixail Lomonosov və qraf İvan Şuvalovun təklifi əsasında təşəkkül tapmışdır. 1758-ci ildə ilk dəfə qraf İvan Şuvalovun Leypsiq Universitetindən dəvət etdiyi kimya, minerologiya və farmokologiya professoru İohan Xristian Kerştenc tələbələrlə müntəzəm məşğələlər aparmağa başlamışdır. Universitetin ilk tibb professorları ilk illərdə əsasən əcnəbilər olmuşdur. Yalnız XVIII əsrin 60-cı illərinin ortalarında tibb fakültəsinə Moskva Dövlət Universitetinin professorlarının imtahanlarından çıxmış və tələbələri "tibb dərsi öyrətməyə və onları praktikaya göndərməyə qabil" olan ilk rusiyalı gənc alimlər gəlmişdir.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutu

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı
İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı — Azərbaycanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərməsi nəzərdə tutulan ali təhsil müəssisəsi. Rektoru Əziz Əliyevdir. Filial Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti rəhbərliyinin Bakı şəhərində universitetin filialının yaradılması ilə bağlı təklifi nəzərə alınaraq 15 may 2015-ci ildə yaradılmışdır. Filialda tədris rus dilində nəzərdə tutulmuşdur. 2015–2016-cı tədris ili üçün filiala müalicə işi ixtisası üzrə 100 nəfər tələbənin qəbul olunması nəzərdə tutulur. Filialın tədris fəaliyyəti İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin tədris plan və proqramları əsasında həmin ali məktəbin professor-müəllim heyəti tərəfindən həyata keçiriləcəkdir. Məzunlara İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin diplomu təqdim ediləcəkdir. Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2015-ci il tarixli Sərəncamı ilə Əziz Cəmil oğlu Əliyev filialın rektoru vəzifəsinə təyin edilmişdir.