Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mitanni
Mitanni dövləti— bizim eradan əvvəl 16-13 əsrlərdə Mesopotomiya ərazisində olmuş qədim dövlət. Mittanni e.ə. XVI-XIII əsrlərdə Mesopatomiyanın şimal-qərbində indiki Suriyanın şimalında yerləşirdi. Əhalisi hürrilərdən və sami dilli tayfalardan ibarət olmuşdur. Rəsmi dili hürri və akkad dilləri idi. E.ə. XVI əsrdə bu tayfalar Mitanni sülaləsinin başçılığı ilə vahid dövlətdə birləşmişdilər. Güclü ordu yaratmış Mitanni dövləti fəal xarici siyasət yeritmiş, Assuriyanın bir hissəsini, Kiçik Asiyanı, Asiyanı, Suriyanı, Finikiyanı və Fələstini özünə tabe etmişdi. Ölkənin iqtisadiyyatında əkinçilik əsas yer tuturdu. Əkinçilik üçün yağışlar mühüm rol oynayır, geniş çay vadiləri isə süni suvarma sistemlərinin yaradılmasına imkan verirdi.
Mitski
Mitski Miyavaki (27 sentyabr 1990, Mie prefekturası) — yapon əsilli amerikalı müğənni, mahnı yazarı. Mitski SUNY Purchase-də studiya bəstəkarlığı təhsili alarkən özünün ilk iki albomunu – "Lush" və "Retired from Sad, New Career in Business" albomlarını buraxıb. Bu albomları ilk olaraq o, Purchase-də tələbə layihəsi kimi hazırlamışdı. Mitski məzun olduqdan sonra 2014-cü ildə Double Double Whammy vasitəsilə "Bury Me at Makeout Creek" adlı üçüncü studiya albomunu yayımlamışdır. Mitski bunun ardınca 2015-ci ildə Dead Oceans şirkəti ilə müqavilə bağladı və "Puberty 2", "Be the Cowboy" və "Laurel Hell" albomlarını yayımladı. 2022-ci ildə The Guardian qəzetindən Ben Beaumont-Thomas onu ABŞ-nin "ən yaxşı gənc mahnı yazarı" adlandırıb. Onun David Byrne ilə birlikdə "Hər şey hər yerdə və bir anda" filmi üçün yazdığı "This is a Life" mahnısı "Oskar" mükafatına namizəd göstərildi. Mitskinin yeddinci studiya albomu "The Land Is Inhospitable and So Are We" 2023-cü ildə işıq üzü gördü. Mitski Leykok 27 sentyabr 1990-cı ildə Yaponiyanın Mie prefekturasında ağ amerikalı ata və yapon anadan dünyaya gəlib. Onun ana dili yapon dili olub.
Mitəhi
Mitəhi — Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. Əhalinin 2002-ci ildə aparılmış rəsmi siyahıyaalınması zamanı kənddə 552 nəfər azərbaycanlının yaşadığı müəyyən edilib.
Aleksandr Mişenko
Aleksandr Mişenko (ukr.
Mikəndi (Kəleybər)
Mikəndi (fars. ميكندي‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 184 nəfər yaşayır (32 ailə).
Milenko Sebiç
Milenko Sebiç (30 dekabr 1984) — Serbiyalı atıcı. Milenko Sebiç Serbiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Milenko Sebiç birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 620.0 xal toplayaraq 33-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Milenko Yerqoviç
Milenko Yergoviç (xorv. Miljenko Jergović, 28 may 1966[…], Sarayevo) — Bosniya və Xorvat yazıçısı. Sarayevo Universitetinin Fəlsəfə fakültəsini bitirib. Jurnalistika ilə məşğul olmuşdur. 1993-cü ildən bəri Zaqrebdə yaşayır. Varşava Rəsədxanası / Opservatorija Varšava ( 1988, Goran və Mak Dizdar mükafatları ) Uči li noćas neko və ovom mezun japanski? ( 1992 ) Heavenly Team / Himmel Comando (1992) Preko zaleđenog mosta ( 1996 ) Hauzmajstor Šulc ( 2001, Premio Napoli ) Sarajevski Marlboro ( 1994 , Erich Maria Remarque Barış Mükafatı, Osnabrück ) Karivani ( 1995 ) Mama Leone ( 1999, Grinzane Cavour Mükafatı ) Rabija i sedam meleka ( 2004 ) Drugi poljubac Gite Danon ( 2007 ) Psi na jezeru ( 2010 ) Buick Riviera ( 2002, Matica Xorvat Mükafatı, Avqust Chenoah Mükafatı; Ən Yaxşı Ssenari Üçün Pula IFF-də Film Uyğunlaşma Mükafatı) Qoz ağaclarının altındakı həyətlər / Dvori od oraha ( 2003 ) İnşallah Madona, İnşallah ( 2004 ) Excelsis-də Glorija ( 2005 ) Ruta Tannenbaum ( 2006, Mesha Selimoviç Mükafatı ) Freelander ( 2007 ) Srda pjeva, u sumrak, na Duhove ( 2009 ) Volqa, Volqa (2009) Ata / Otac ( 2010 ) Kažeš anđeo ( 2000 ) Naci bonton ( 1998 ) Tarix üzrə oxu kitabı / Historijska čitanka (2000) Historijska čitanka 2 ( 2006 ) Vertve sanjaju veliku ratnu pobjedu (2006) Muškat, limun i kurkuma ( 2011 ) Yerqoviçin şeirləri və nəsrləri türk dili də daxil olmaqla bir çox dilə tərcümə edilmişdir.
Mitanni dövləti
Mitanni dövləti— bizim eradan əvvəl 16-13 əsrlərdə Mesopotomiya ərazisində olmuş qədim dövlət. Mittanni e.ə. XVI-XIII əsrlərdə Mesopatomiyanın şimal-qərbində indiki Suriyanın şimalında yerləşirdi. Əhalisi hürrilərdən və sami dilli tayfalardan ibarət olmuşdur. Rəsmi dili hürri və akkad dilləri idi. E.ə. XVI əsrdə bu tayfalar Mitanni sülaləsinin başçılığı ilə vahid dövlətdə birləşmişdilər. Güclü ordu yaratmış Mitanni dövləti fəal xarici siyasət yeritmiş, Assuriyanın bir hissəsini, Kiçik Asiyanı, Asiyanı, Suriyanı, Finikiyanı və Fələstini özünə tabe etmişdi. Ölkənin iqtisadiyyatında əkinçilik əsas yer tuturdu. Əkinçilik üçün yağışlar mühüm rol oynayır, geniş çay vadiləri isə süni suvarma sistemlərinin yaradılmasına imkan verirdi.
Mişenko zümrüdçiçəyi
Mişenko zümrüdçiçəyi (lat. Scilla mischtschenkoana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin zümrüdçiçəyi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Çoxillik, soğanaqlı ot bitkisidir. Soğanaq 1-1,5 sm enində, üzəri boz qınla örtülüdür. Gövdə zəif, 15-20 sm hündürlükdə, yarpaqları 2-4 ədəd yaşıl, tərs-xətvari-neştərşəkilli, küt ucludur. Çiçəkləri ağ rəngdə, bəzən mavi çalarlıdır. Salxım çiçək qrupuna toplanmış çiçəkləri az saylıdır. Çiçək altlığının yarpacıqları 10–12 mm uzunluğunda, iti ucluqlu, uzunsov–ellipsivaridir.
Vladislav Vitenko
Vladislav Vitenko (18 mart 1995) — Qazaxıstanlı biatlonçu. Vladislav Vitenko Qazaxıstanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Vladislav Vitenko birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Vitenko 26:32.7 saniyəlik nəticəsi ilə 87 atlet arasında 79-cu yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
İqor Mitreski
İqor Mitreski (mak. Игор Митрески; doğ. 19 fevral 1979, Struqa, Yuqoslaviya) — müdafiəçi mövqeyində çıxış etmiş Şimali Makedoniya futbolçusu. Şimali Makedoniya milli futbol komandasının keçmiş üzvü və kapitanı. İqor Mitreski peşəkar karyerasını 1997-ci ildə Skopye şəhərini təmsil edən "Makedoniya" klubunda başlayıb. 1997-ci ildən 2001-ci ilə qədər Şimali Makedoniyanın müxtəlif klublarında forma geyinib. 2001-ci ildə Rusiyanın "Spartak Moskva" komandasına transfer olunub. Bu komandanın heyətində 2001-ci ildə ölkə çempionatının, 2003-cü ildə isə ölkə Kubokunun qalibi olub. 2004-cü ildə komandaya yeni baş məşqçi təyin olunmuş Aleksandr Starkov, heç bir səbəb göstərmədən Mitreskini əvəzedici heyətə göndərmək qərarını qəbul edib. Bu hadisədən sonra Mitreski agentinin köməyi ilə Moskva təmsilçisiylə olan müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib.
Kevin Mitnik
Kevin Mitnik (6 avqust 1963 – 16 iyul 2023, Las-Veqas, Nevada və ya Pitsburq, Pensilvaniya) — keçmiş haker, informasiya təhlükəsizliyi üzrə mütəxəssis. Kevin Mitnik 6 avqust 1963-cü ildə Los-Ancelesdə anadan olmuşdur. İlk kompüter hakerlərindən olub onların ən məşhurudur. 15 fevral 1995-ci ildə FBI tərəfindən tutulmuşdur. Fujitsu, Motorolla, Nokia və Sun Microsystems kimi şirkətlərin kompüterlərinə icazəsiz olaraq girdiyinə görə 5 il həbs cəzası almışdır. Hətta, məhkəmə vaxtı hakimə qəhvə hazırlayan maşını belə proqramlaya biləcəyini söyləyən Mitnick həbsxanada qəhvə hazırlayan maşına yaxınlaşma qadağası almış hüquq tarixinin tək məhkumudur. Belə cəza almağının bir çox səbəbləri var. Həbsə girməsinə səbəb olan hakim və hüquqçuların başlarına oyunlar açmaq kimi. Məsələn, telefon öyrənmə nömrəsini hakimin nömrəsinə yönləndirmiş, başqasının telefonuna bir neçə min dollarlıq danışıq borcu göndərmiş və başqa sevmədiyi birinin telefonunu aylarla bağlatdırmışdı. (2003) Aldatma sənəti(en) (2005) Müdaxilə sənəti(en) (2011) Naqillərdəki kabus: Dünyanın ən çox axtarılan hakeri kimi sərgüzəştlərim (ing.
Mitəhi-Qazmalar
Mitəhi-Qazmalar - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinlərini etnik azərbaycanlılardan ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,127 nəfər azərbaycanlı yaşamaqda idi.
19 yanvar mitinqi
19 yanvar mitinqi — 2019-cu il yanvarın 19-da Bakının Məhsul stadionunda Milli Şuranın təşkil etdiyi etiraz aksiyası. Mitinqin keçirilmə məqsədi bloqqer Mehman Hüseynov və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər insanlara azadlıq tələbi olub. 2019-cu il yanvarın 19-da Bakının Məhsul stadionunda Milli Şuranın təşkil etdiyi etiraz aksiyada 20,000 nəfər iştirak edib. Mitinqin keçirilmə məqsədi bloqqer Mehman Hüseynov və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər insanlara azadlıq tələbi olub. Polis stadiona girişi mitinqin başlanmasından 15 dəqiqə sonra bağlayıb, stadionun ərazisində isə mobil internet söndürülmüşdü ki, heç kim sosial şəbəkələrdə canlı efirə qoşula bilməsin. Polis girişdə bəzi mitinq iştirakçılarının əlindən onların gətirdiyi siyasi məhbusların portretlərini alıb. Aksiya iştirakçıları "Siyasi məhbuslara azadlıq", "Mehman Hüseynova azadlıq", "Bu vətən bizimdir", "Biz qalib gələcəyik" və başqa şüarlar səsləndiriblər. Tribunada müxalif Müsavat, Respublikaçı Alternativ və Azərbaycan Xalq Cəbhəsi partiyalarının nümayəndələri, həmçinin siyasi fəallar olublar. Mitinqdə Müsavat Partiyasının üzvü Tofiq Yaqublu, ReAL Partiyasının sədri İlqar Məmmədov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli çıxış ediblər. Öz çıxışlarında onlar ölkə hakimiyyətini tənqid edərək, korrupsiyadan, pis iqtisadi vəziyyətdən və insan haqlarının pozulmasından danışıblar.
Qanlı şənbə mitinqi
Azərbaycan etirazları (2005) — 2005-ci il noyabrın 26-da Qələbə meydanında baş tutan mitinq. 2005-ci il noyabrın 6-da Azərbaycanın Milli Məclisinə seçkilər baş tutdu. Seçkilərdə əsas mübarizə Yeni Azərbaycan Partiyası və Azadlıq Bloku arasında getdi. Azadlıq Blokuna Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası daxil idi. Seçkilərin rəsmi nəticələrinə əsasən Yeni Azərbaycan Partiyası 61 mandat qazanaraq qələbə qazandı. Azadlıq Bloku isə 6 üzvlə təmsil olunmaq hüququ qazandı. Həmin nəticələri Azadlıq Bloku rəsmən tanımadı. AXCP sədri Əli Kərimli 2019-cu il fevralın 27-də Meydan TV-yə verdiyi müsahibədə 2005-ci ilin Parlament seçkilərinə toxundu və həmin seçkilərdə Azadlıq Birliyinin 58 üzvünün Parlamentdə mandat qazandığı iddia etdi.[mənbə göstərin] Azadlıq Blokuna üzv olan siyasi partiyaların sədrləri Əli Kərimli (AXCP), İsa Qəmbər (Müsavat), Lalə Şövkət (ALP) və Sərdar Cəlaloğlunun (ADP) çıxış etdiyi mitinq başa çatandan sonra, seçkilərin nəticələrinə etiraz edən 2 000 yaxın etirazçı oturaq seçkilərin nəticələrinə etirazlarını bildirdi. Etirazlar axşam saatlarına yaxın Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən dağıdıldı, nəticədə 500 yaxın etirazçı yaralandı.[mənbə göstərin] Daha sonra 9 noyabr, 13 noyabr və 23 noyabr tarixində mitinqlər keçirildi.
19 oktyabr mitinqi
2019-cu il Bakı etirazları — 8, 19 və 20 oktyabrda keçirilmiş dinc mitinqlər. 8 və 19 oktyabrda Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) tərəfindən təşkil edilmiş etirazların tələbləri arasında siyasi məhbusların azad olunması, azad və ədalətli seçkilərin keçirilməsi vardı. Etirazlar həmçinin işsizlik və iqtisadi bərabərsizliyin əleyhinə idi. Oktyabrın 19-da həbs olunmuş şəxslər arasında AXCP sədri Əli Kərimli də vardı. Oktyabrın 20-də qadınlar ailə daxili şiddətə qarşı etiraz keçirdi. Azərbaycan Konstitusiyası müvafiq dövlət orqanını əvvəlcədən xəbərdar etdikdən sonra sərbəst toplaşmaq azadlığını nəzərdə tutsa da, praktikada Azərbaycan hökuməti belə toplaşmaların yerli bələdiyyələrdən icazə almasını tələb edir. Qadınların mitinq iddiası təklif olunmuş yerdə çoxsaylı dükan və restoran olduğuna görə hökumət tərəfindən rədd edildi. Oktyabrın 8-də DQMŞ sərbəst toplaşmaq azadlığına dəstək üzrə mitinq təşkil etdi. İştirakçılar Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında toplaşaraq hakimiyyətin Məhsul stadionunda mitinqə icazə verilməməsinə dair qərarına etiraz etdilər. Etirazçılara əvəzinə Bakıdan 20 km məsafədəki Lökbatan ərazisi təklif olunub.
Leninaul kəndində çeçenlərin mitinqi
Leninaul kəndində çeçenlərin mitinqi — 1991-ci ildə Rusiyada, Dağıstanın Kazbek rayonunun Leninaul kəndində keçirilən mitinq. Aksiyada minlərlə çeçen iştirak etmişdir. Xasavyurtda fəaliyyət göstərən "Drujba" qəzetinin 10 sentyabrda dərc etdiyi məlumata görə, mitinqdə 10 minə yaxın çeçen iştirak etmişdir. 5 sentyabrda başlayan mitinqdə çeçenlər 1944-cü il sərhədləri daxilində Aux rayonunun dərhal bərpasını, mübahisələr həll olunana qədər torpaq ayrılmasının dayandırılmasını və keçmiş Aux rayonu ərazisində hakimiyyətin Rayonun Bərpası üzrə Təşkilat Komitəsinə verilməsi tələb edirdilər. 11 sentyabrda Dağıstan hakimiyyəti Kazbek rayonunda fövqəladə vəziyyət elan etmiş, lakin bu qərar regionda vəziyyəti daha da gərginləşdirmişdir. Çeçenlər Leninaul kəndində çadır şəhərciyi qurmuşdular. Sentyabrın ortalarında çeçenlərlə avarlar arasında silahlı qarşıdurma təhlükəsi yaranmışdı. 24 sentyabr 1991-ci ildə Rusiya Federasiyası Ali Sovetinin sədri Ruslan Xasbulatovun və RSFSR Ali Sovetinin Millətlər Şurasının sədri Ramazan Abdulatipovun vasitəçiliyi ilə çeçenlərlə avarlar arasında görüş keçirilmişdir. Dilim kəndinin rayon mərkəzi, burada çeçenlərin tərk edilmiş evlərə qaytarılması məsələsinin həlli və deportasiyadan əvvəl evlərinin yerləşdiyi pulsuz torpaq sahələrinin verilməsi məsələsinə baxılmasını sürətləndirmək üçün razılıq əldə edilmişdir. Bundan sonra Dağıstanın Kazbek rayonunda fövqəladə vəziyyət ləğv edilmişdir.
19 yanvar mitinqi (Azərbaycan, 2019)
19 yanvar mitinqi — 2019-cu il yanvarın 19-da Bakının Məhsul stadionunda Milli Şuranın təşkil etdiyi etiraz aksiyası. Mitinqin keçirilmə məqsədi bloqqer Mehman Hüseynov və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər insanlara azadlıq tələbi olub. 2019-cu il yanvarın 19-da Bakının Məhsul stadionunda Milli Şuranın təşkil etdiyi etiraz aksiyada 20,000 nəfər iştirak edib. Mitinqin keçirilmə məqsədi bloqqer Mehman Hüseynov və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər insanlara azadlıq tələbi olub. Polis stadiona girişi mitinqin başlanmasından 15 dəqiqə sonra bağlayıb, stadionun ərazisində isə mobil internet söndürülmüşdü ki, heç kim sosial şəbəkələrdə canlı efirə qoşula bilməsin. Polis girişdə bəzi mitinq iştirakçılarının əlindən onların gətirdiyi siyasi məhbusların portretlərini alıb. Aksiya iştirakçıları "Siyasi məhbuslara azadlıq", "Mehman Hüseynova azadlıq", "Bu vətən bizimdir", "Biz qalib gələcəyik" və başqa şüarlar səsləndiriblər. Tribunada müxalif Müsavat, Respublikaçı Alternativ və Azərbaycan Xalq Cəbhəsi partiyalarının nümayəndələri, həmçinin siyasi fəallar olublar. Mitinqdə Müsavat Partiyasının üzvü Tofiq Yaqublu, ReAL Partiyasının sədri İlqar Məmmədov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli çıxış ediblər. Öz çıxışlarında onlar ölkə hakimiyyətini tənqid edərək, korrupsiyadan, pis iqtisadi vəziyyətdən və insan haqlarının pozulmasından danışıblar.