Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aleko
Moskviç-2141 — Moskviç markasının yeni adı olaraq 1986-cı ildə bazara çıxan Rus avtomobilidir. İstehsalı 1988 və 2000 illəri arasında davam etmişdir. Bu anda müflisləşmiş vəziyyətdədir.
Peter Leko
Peter Leko (mac. 'Lékó Péter', 8 sentyabr 1979, Subotiça, Yuqoslaviya Sosialist Federativ Respublikası) — Macar şahmatçısı, qrosmeyster. İlk dəfə 1999-cu ildə FİDE Dünya Çempionatında iştirak edib və dörddə bir finala qədər irəliləyib. 2000-ci ildəki Dünya Çempionatında isə üçünçü raundda Xalifman tərəfindən məğlub edilmişdir. 2002-ci ilin iyununda keçirilən Dortmund Chess Meeting turniri iki hissədən ibarət idi. Hər qrupdan ilk iki yeri şahmatçılar daha sonra ən güclünü müəyyən etməli idi.Leko B qrupundan final matçlarına vəsiqə qazandı və daha sonra Aleksey Şirov üzərində qələbə qazanaraq finalda Veselin Topalovla görüşdü. Həmin oyunda 2.5-1.5 hesabı ilə qələbə qazanaraq Vladimir Kramniklə matç oynamaq hüququ əldə etdi. Bu uğur Macar komandasının Olimpiadada gümüş medal qazanması ilı əvəz olundu. 2003-cü ildə keçirilən Linares turnirinin qalibi oldu. Kramniklə Klassik Dünya Çempionatının matçın nəticəsi 7:7 oldu və Kramnik öz titulunun qorumuş oldu.
Aleks
Aleks — ad. Aleks Uebb — Maqnum Foto agentliyinin amerikalı fotoqrafı. Aleks Florea — Rumıniya müğənnisi. Aleks Morris — ABŞ-nin qara dərili aktyorlarından biri Aleks Koomber — Birləşmiş Krallıqı təmsil edən skeletonçu. Aleks Buda ― Albaniya tarixçisi. Aleks Qoqiç — Şotlandiya təmsilçilərindən olan Hamilton Akademikal klubunda müdafiəçi kimi çıxış edən peşəkar Aleks Salmond — Şotlandiyanın Birinci naziri. Aleks Dram Houks — ABŞ botaniki.
Maemo
Maemo — bazası Debian və Linuks platformalarına əsaslanan əməliyyat sistemidir. Hal-hazırda bu sistemdə Nokia 770, Nokia N800, N810 və Nokia N900 modelləri çalışır. Maemo sisteminin əsasını GNOME komponentləri və gtk qrafika kitabxanası təşkil edir. Maemo sisteminin əksər şifrələri açıqdır. Bunun əsasında Ubuntu Mobile yaradılıb. Açıq sistem olduğuna görə Maemo üçün nəzərdə tutulmuş kontentlər demək olar ki, hamısı pulsuzdur və xüsusi lisenziya tələb etmir. == Sözün mənşəyi == Jesus Climent bildirir ki, Maemo adının ortaya çıxmasında şifrələrin generasiyası ilə məşğul olan pwgen proqramının rolu olub. O bildirir ki, yeni kompyuterə ad qoymaq üçün pwgen proqramından istifadə edərkən o, "maimo" variantını təklif etdi. Buna baxmayaraq o, bu sözdə bir hərf dəyişikliyi edərək onu "maemo" adlandırdı. Maemo bundan sonra şifrə saxlama bölməsinin daha sonra isə proyektin adı oldu.
Maiko
yap. Maiko — geyşanın tələbəsinin adı və ya cavan geyşalara verilən ad yap. geyko geyşaların adı. Maiko karyukai adlı ənənəvi yapon əyləncə mədəniyyətinin bir hissəsidir. == Maiko, Kyoto == Əvvəllər, uşaq əməyi haqqında qanun qəbul edilənə qədər, maiko 9-12 yaşında olurdular. Müharibədən sonra qaydalara düzəliş edilmişdir və indi maiko ancaq orta məktəbi bitirdikdən sonra ola bilər. == Sikomi və Minarai == Orta hesabla altı aydan iki il üçün müddətdə shikomilər yap. 仕込み | tələbələrinə və şagirdlərinə. Shikomi bir qul kimi çalışan, başqa geisha və maikoların paltarlarına yardım, həmçinin okiyada bütün işləri görərdilər. XIX əsrdə shikomi 10-12 il olur, və təlim prosesində istirab çəkmələri şəxsiyyətin formalaşmasının bir normal hissəsi nəzərdə tutulurdu.
Marko
Marko — ad. Marko Delvekkio — İtaliya futbolçusu. Marko Di Matteo — CAR-lı oxatan. Marko Messias — Portuqaliyalı ağır atlet. Marko Yuliano — İtaliya futbolçusu. Marko di Vayo — İtaliya futbolusu.
Mayko
yap. Maiko — geyşanın tələbəsinin adı və ya cavan geyşalara verilən ad yap. geyko geyşaların adı. Maiko karyukai adlı ənənəvi yapon əyləncə mədəniyyətinin bir hissəsidir. == Maiko, Kyoto == Əvvəllər, uşaq əməyi haqqında qanun qəbul edilənə qədər, maiko 9-12 yaşında olurdular. Müharibədən sonra qaydalara düzəliş edilmişdir və indi maiko ancaq orta məktəbi bitirdikdən sonra ola bilər. == Sikomi və Minarai == Orta hesabla altı aydan iki il üçün müddətdə shikomilər yap. 仕込み | tələbələrinə və şagirdlərinə. Shikomi bir qul kimi çalışan, başqa geisha və maikoların paltarlarına yardım, həmçinin okiyada bütün işləri görərdilər. XIX əsrdə shikomi 10-12 il olur, və təlim prosesində istirab çəkmələri şəxsiyyətin formalaşmasının bir normal hissəsi nəzərdə tutulurdu.
Melkor
Mórqot Báuqlir (ing. Morgoth Bauglir; /ˈmɔrɡɔθ ˈbau̯ɡlir/, sindarin dilindən «Qaranlıq Düşmən» kimi tərcümə olunur; əvvəlcə Melkor kimi tanınırdı, kvenya dilindən «qüdrətdə yüksələnən») — C. R. R. Tolkinin əsərlərində Arda kainatının əsas antaqonisti olan ainu. Əvvəlcə ainuların ən güclüsü idi, zamanla o, şər və qaranlığın təcəssümü oldu. Başda qardaşı Manve olmaqla vaların qalan hissəsi Melkora həmişə müqavimət göstərib. Ainur Musiqisi yaranmazdan əvvəl, Melkor vala Vardanı həyat yoldaşı etmək istəyirdi, lakin o, onu qəbul etmir, bundan sonra Melkor Vardaya böyük nifrət bəslədi. Gecə Qapıları vasitəsilə Ardadan kənara qovulana qədər Eäda ən çox məhz Vardadan qorxurdu. Valara qarşı müharibədə həmdə bir çox maiar Melkorun tərəfinə keçir, hansılar ki onun əzəmətli vaxtlarında dəbdəbəsi ilə cəlb olunmuşdu və zülmətdə ona sadiq qalmışdılar; başqalarını isə yalan və xain hədiyyələrlə ona xidmət etməyə məcbur etmişdi. Bu ruhlar arasında Valaraukar da var idi, o ruhlar ki Orta Dünyada balroqlar – «dəhşət iblisləri» kimi adlanırdılar. Melkorun dönüklüyü ilə bağlı “Valakventada” deyilir ki «əzəmətdən təkəbbürə düşən, ondan sonra özündən başqa hər kəsə nifrət etməyə başlayan, dağıdıcı və amansız bir ruha çevrildi. O, hikməti hiylə ilə əvəz etdi, istifadə etdiyi hər şeyi təhrif edib öz iradəsinə tabe edərək nəticədə şərəfsiz yalançı oldu.
Mələk
Mələk və ya əvvəlki mənbələrdə füriştə — iudaistik, xristian və müsəlman ənənələrində Allaha xidmət edən fərdiləşdirmiş bədənsiz və qanadlı varlıq. Rəvayətlərə görə miqdarca saysız mələklər nurabənzərlərdir. Xristian ənənəsində doqquz dənə mələk rütbə var (serafimlər, xeruvimlər, taxt-taclar, hökmranlıqlar, qüvvələr, hakimiyyətlər, başlanğıclar, arxmələklər və mələklər). Mələklər, Quranda 21 surədə qeyd olunduğu kimi, Allah tərəfindən müəyyən vəzifələri yerinə yetirmək məcburiyyətindədirlər. İslam dinində mələklər, yeməyən, içməyən erkəyi və dişisi olmayan, yatmayan, günah işləməyən , gözə görünməyən, nurdan ya da oddan yaranan varlıqlar kimi insanlara bilinir. Mələklər yalnız Allaha qulluq edirlər. Insanlar və cinlərdən fərqli olaraq, onların iradə azadlığı yoxdur və öz fövqəltəbii məskənlərinə təyin olunmuşlar. Buna görə də günahsız varlıqlardır İslamda ən müqərrəb (məqamı daha uca olan) mələk vəhy mələyi olan Cəbrayıl hesab olunur. Əzrayıl, Mikail, İsrafil də müqərrəb mələklərdir. Cəhənnəm mələkləri arasında məşhur olan Maalik, Zəbanilar və İblisdir.
Lekos
Lekos — "leqlər"in əfsanəvi əcdadı və eponimi. "Qafqaz dağlıları haqqında məlumatlar toplusu"na görə, "Dağıstan dağlılarının əcdadı gürcü qəhrəmanı Lekosun adı, böyük ehtimalla, etnik lakla bağlıdır". Gürcüstan filoloqu A. V. Kiknadzeyə görə, Lekos indiki ləzgilərin əcdadıdır. == Etimologiya == Strabon leqləri gellərlə birlikdə "skiflər" adlandırır. Bunlar terminin elmi mənasında skiflər deyil. Mixail İxilov belə bir fikrə istinad edir ki, kadusilər bir neçə qohum tayfanın, o cümlədən gellərin və leqlərin ümumi adı olmuşdur. Klavdi Ptolemey "Coğrafiya" əsərində (VI kitab) kadusi və leqləri müəyyən etmiş, gellərin şimalda yaşadıqlarını bildirmişdir. Kay Brodersen bütün mövcud fraqmentləri müqayisə edərək, Plininin mətnindəki "leqlər" sözünün köçürmə zamanı itmiş ola biləcəyini təklif edir.
Uleks
Uleks (lat. Ulex) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Çieko
Çieko — ad. Çieko Hase — keçmiş Yaponiya qadın futbolçusu. Çieko Homma — keçmiş Yaponiya qadın futbolçusu.
Beko
BEKO – Türkiyənin Arçelik A.Ş. şirkətinin tərkibinə daxil olan əmtəə nişanı. Məişət texnikasının istehsalı üzrə ixtisaslaşmışdır. Kompaniya Türk mühəndis Vehbi Koç tərəfindən yaradılmışdır. Koç öz biznesinə tikinti materiallarının satışı ilə başlamışdır. O, 20 il Koçzade Ahmet Vehbi Trading Company adlanan ailə şirkətində işlədikdən sonra fəaliyyət çevrəsini genişləndirmək qərarına gəlir. 1944-cü ildə Koç Türkiyədə ilk olaraq avtomobillərin satışı üzrə şirkət açır. On ildən sonra isə Koç Bejerano şirkəti ilə birgə BEKO markasını qeydiyyatdan keçirir. Bu brend altında iki şirkət konservlər və tomat şirəsi istehsalını təşkil etmək istəyirdilər. Əmtəə nişanının adı Bejerano və Koç adlanan şirkətlərin birinci hərflərini özündə birləşdirirdi. Lakin yeni biznesin açılması zamanı ortaya problemlər çıxdı.
Deko
Deko kimi tanınan Anderson Luis de Souza SHO (27 avqust 1977[…]) — karyerasını bitirmiş peşəkar Portuqaliya futbolçusu; karyerası dövründə o, hücumameyilli və orta yarımmüdafiəçi mövqeyində çıxış edirdi.
FLEK
FLEK (ing. Front for the Liberation of the Enclave of Cabinda) — Anqolanın anklav Kabinda əyalətinin müstəqilliyi uğrunda silahlı mübarizə aparan terror təşkilatı.
İlek
İlek ve ya Ellak (Qədim türkcə (hunca): İlig — padşah, hökmdar; yun. Έλλακ; 425, Avropa Hun İmperiyası[d] – 454, Pannoniya) — Avropa Hunlarının 12-ci xaqanı, Atillanın oğlu və varisi. Nedao Müharibəsində öldürülmüşdür. Yerinə vəliəhdi və qardaşı Dengizik Xan keçmişdir.
Ələk
Ələk — unun kəpək və qeyri-yad əşyalardan təmizləmək üçün sağanağa keçirilmiş sıx tordan ibarət alətdir. Ələk dairəvi qutu şəklində olur. Əlәklər yastı olmaqla, vibrasiyalı, yırğalanan, barabanlı olmaqla, fırlanan kimi növlәrә ayrılır. Əsasәn, un, kombinә olunmuş yem vә yarma istehsalında, әrzaq vә yem mәhsullarının hazırlanması üçün dәnin xәlbirlәnmәsindә, hәmçinin faydalı qazıntıların saflaşdırılmasında istifadә edilir. Ələk unun ələnməsində istifadə edilən əsas alətdir. Ələklərin alı və qaraçı növləri mövcuddur. Ələk hazırlama peşəsi Azərbaycanda geniş yayılmışdır.
Edin Dzeko
Edin Ceko (17 mart 1986[…], Sarayevo) — İtaliyanın İnter klubunun formasını geyən Bosniyalı futbolçu. Futbol karyerasına öz ölkəsində Jelezniçar klubunda başlamışdır. Jelezniçar forması ilə 40 oyuna 5 qol atmış və Çexiyanın Teplitse klubuna transfer olmuşdur. Bu komandada 43 oyuna 17 qol vurmuşdur. Uzun boyu və texnikası ilə diqqət çəkən Ceko 2007-ci ildə ilk dəfə əsas milliyə çağırılmış və mövsümün sonunda Almaniyanın Volfsburq klubuna transfer olunmuşdur. İlk mövsümündə 28 oyuna 18 qol qeyd etmişdir. Əsil çıxışını 2008-09 mövsümündə göstərmiş və 32 oyunda 15 qol ötürməsi ilə birlikdə 26 dəfə rəqib qapılara yol taparaq 28 qol vuran və həmin mövsüm bombardir olmuş komanda yoldaşı Qrafite ilə birlikdə Volfsbuqun çempion olmasında böyük rol oynamışdır. Həmin mövsümdə UEFA Kuboku və Almaniya kubokunun 8 oyununda 12 qol vuran Ceko mövsümü 38 qolla bitirmişdir. Almaniyanın Ştutqart klubunda oynayan Vedad İbişeviç ilə birlikdə Bosniya millisinin əsas qol silahlarından biridir. 7 yanvar 2011-ci ildə İngiltərənin Mançester Siti klubuna transfer olunmuşdur.
El Qreko
Dominikos Teotokopulos, El Qreko (yun. Δομήνικος Θεοτοκόπουλος, Domenikos Theotokopoulos, eləcə də Dominiko, Domenika, Teotokopuli kimi variantlara da rast gəlinir; isp. El Greco, hərfi mənada "Qrek" — yunan; 1 oktyabr 1541, İraklion, Kandiya krallığı – 7 aprel 1614[…], Toledo, Kastiliya krallığı — Yunan mənşəli İspaniya rəssamı.
I Meşko
I Meşko (pol. Mieszko I; ən tezi 922 və ən geci 945 – 25 may 992) — ilk tarixi Polşa knyazı (960–992). Polşa dövlətinin banisi və ilk hökmdarı Pyastovlar nəslindən olan knyaz Stefan I Meşko 966-cı ildə qərb adətləri üzrə Xristian dinini qəbul etmişdir. I Meşkodan sonra hakimiyyətə gələn oğlu, Pyastovlar sülaləsindən olan I Cəsur Boleslav (992–1025) xarici siyasətini genişləndirərək bir çox ərazilərə çoxsaylı yürüşlər etmiş Polşanı qüdrətli dövlətə çevirmişdir.
Jelko Kalaç
Jelko Kalaç - futbolçu. == Həyatı == 16 dekabr 1972-ci il tarixində Avstraliyanın Sidney şəhərində anadan olmuş futbol qapıçısıdır.
Jelko Komşiç
Jelko Komşiç (bosn. Željko Komšić; xorv. Željko Komšić; serb. Жељко Комшић; 20 yanvar 1964, Sarayevo) — Bosniya və Herseqovinanın rəyasət heyətinin hazırkı sədri olan xorvat siyasətçi. Komşiç Demokratik Cəbhəni qurmaq üçün 2012-ci ildə Sosial Demokrat Partiyasından ayrılanadək partiyanın tanınmış simalarından biri idi. Üç partiyalı prezidentliyə xorvat üzvü vəzifəsinə seçilsə də, bir çox Bosniya xorvatı onu federasiyada çoxluq təşkil edən boşnak seçicilər tərəfindən seçildiyi üçün onların maraqlarını təmin edən qanunsuz nümayəndə adlandırdı. == Həyatı == Komşiç Sarayevoda Bosniya xorvatı Marko Komşiç və Bosniya serbi Danitsa Staniçin ailəsində anadan olub. Anası Sarayevonun mühasirəsi zamanı mənzilində qəhvə hazırlayarkən Serb Respublikası Ordusunun snayperçisi tərəfindən öldürülüb. Bir çox mənbəyə görə, bu hadisə onun depresiya nöqtəsi idi, çünki o zamanlar Bosniya və Herseqovina Respublikasının Ordusunda xidmətə başlamışdı. Komşiç hərbi xidmətlərə görə verilən ən yüksək dövlət ordeni olan Qızıl Zanbaq ordeninə layiq görülüb.
Jelko Raznatoviç
Zelko Raznatoviç (serb-xorvatca Željko Ražnatović, azərb.transkripsiyası {Jel'ko Rajnatoviç}—keçmiş Yuqoslaviyanın serb əsli hərbçisi, siyasətçisi, sahibkarı, futbol klubunun prezidenti və kriminal avtoriteti. == "Srvena Zvezda"nın azakeşi == Bu tanınmış hərbçi ABŞ tərəfindən "sərt qatil və soyqırımçı" kimi ittiham olunur. Fakt budur ki, Serbiyada aparılan etnik təmizləmə zamanı Raznatoviç "Srvena Zvezda" fanatlarına dəyib-toxunmayıb. Elə buna görə də "Srvena Zvezda"lılar Bosniyadakı soyqırıma dəstək veriblər.
Jelko Yoksimoviç
Jelko Yoksimoviç (Serb: Жељко Јоксимовић, d. 20 aprel 1972, Belqrad, Yuqoslaviya) Serb müğənni. 2004 Avroviziya Mahnı Müsabiqəsində Serbiya və Monteneqronu "Lane Moje" adlı mahnı ilə təmsil edən müğənni 2-cilik əldə etmişdir. 2006 Avroviziya Mahnı Müsabiqəsində Bosniya və Herseqovinana 3-cülük qazandıran Hari Mata Hari qrupunun səsləndirdiyi "Lejla" adlı mahnının və 2008 Avroviziya Mahnı Müsabiqəsində Serbiyana 6-cılıq qazandıran Yelena Tomaşeviçin səsləndirdiyi "Oro" adlı mahnının bəstəkarıdır. 2008-ci ildə Belqradda təşkil edilən Avroviziya Mahnı Müsabiqəsi serverlik vəzifəsini öz üzərinə götürmüşdür. Son olaraq "Ljubav" albomuyla Balkanların ən yaxşı sənətçilərindən biri olduğunu göstərmişdir. Avropanın müxtəlif yerlərində xüsusilə Balkanlarda böyük konsertlər verir.
Kreyq Mello
Kreyq Mello (ing. Craig Mello) — amerikan biokimyaçısı, 2006-cı ildə Endrü Fayrla birgə ribonuklein turşusunun interferensiyasının (əngəlləmə, genlərin ikiqat RNTnin tərəfindən susdurması) kəşfinə görə Nobel mükafatına layiq görülüb. == Həyatı == Kreyq Mello 1982-ci ildə Braun Universitetinin biokimya fakultəsini bakalavr dərəcəsi ilə bitirmişdir. 1990-cı ildə Harvard Universitetində hüceyrə və inkişaf biologiyası üzrə doktor işini yazır. Ardından Fred Hatçinson adına Xərçəng Araşdırma Mərkəzində post-doktorant kimi çalışmışdır. Daha sonra Massaçusets Universitetinin Tibb fakültəsində Molekular Təbabət üzrə professor vəzifəsinə keçdi. Bundan başqa Hovard Hyuz adına Tibbi İnstitutunda araşdırmacı kimi çalışıb. 1998-ci ildə Endrü Fayrla birgə eukariotlarda genləri işə salan və söndürən RNT interferensiyasını kəşf edir . Bu, birər genlərin funksiyasını incələnməsi üçün önəmli biotibbi araşdırma üsuludur. Bundan əlavə, RNT interferensiyasını müalicəvi məqsədlər üçün cəhd edilmişdir.