Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Moonia
Moonia (lat. Moonia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Moonia ecliptoides (F.Muell.) Benth.
Voyniç
Etel Lilian Voyniç (ing. Ethel Lilian Voynich; 11 may 1864, Ballintempl[d], Kork[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 27 iyul 1960, Nyu-York, Nyu-York ştatı) — İngilis yazıçısı, tərcüməçisi, bəstəkarı, görkəmli ingilis alimi və riyaziyyat professoru Corc Bulinin qızı, Vilfred Voyniçin həyat yoldaşı. Veneradakı Voyniç krateri onun şərəfinə adlandırılmışdır. Atası Corc Bula onun doğulmasından 6 ay sonra vəfat etdiyi üçün Etel onu heç tanımırdı. Anası Meri Everest yunan dili professorun qızı idi. Meri istedadlı riyaziyyatçı idi. Himalay dağlarının ən hündür zirvəsi Everest dağı (Comolunqma) Merinin əmisi Corc Everestin adını daşıyır. Ana beş qızı yoxsulluq içində böyüdüb. Buna görə də, ən kiçiyi Etel səkkiz yaşına çatanda onu mərhum ərinin mədəndə kvartal ustası işləyən qardaşının yanına apardı. O, çox dindar və sərt bir insan idi.
Etel Voyniç

Maksim Mirnıy
Maksim Nikolayeviç Mirnıy (belar. Максім Мікалаевіч Мірны; doğulub 6 iyul 1977-ci ildə, Minsk, SSRİ) — Belarusiyalı peşəkar tennisçi, əməkdar idman ustası. Keçmişdə dünyadakı ilk raketkası (cütlükdə); qarışıq cütlərdə 2012 Olimpiya çempionu; cütlüklərdə Böyük Dəbilqə turnirlərinin 10 qat qalibi; cütlüklərdə ATP Final Turnirinin ikiqat qalibi (2006, 2011); 53 ATP turnirinin qalibi (onlardan biri təkdir). 29 Noyabr 2018-ci ildə idman karyerasının başa çatdığını elan etmişdir . Maksim - Nikolay və Tatyana Mirnıyın iki oğlundan böyüyü idi; qardaşının adı Peterdir. Maksimin ailsə idmançı ailəsi idi: atası 1960-cı illərdə voleybolda SSRİ çempionatının elit divizionunda oynayıb, anası isə keçmiş üzgüçü olub, 1971-ci ildə 200 metr kəpənəkdə (butterfly) BSSR rekordunu müəyyənləşdirmişdir. Maksim 2004-cü ildə model Ksenia Rubçeniya ilə evləndi. Onların dörd övladı var: qızları Melaniya (2004) və Petra (2007), oğulları Demid (2009) və Trofim (2014). Maksim yeddi yaşından tennislə məşğuldur; uşaqlıqdan onun məşqiçisi zaman-zaman Amerikanın müxtəlif mütəxəssisləri tərəfindən köməklik olunan atası idi. Oyun karyerasından əlavə olaraq Mksimin bir sıra qeyri-idman layihələri var: Bradentonda, yerli tennis mərkəzindən aralıda Maksim öz pizza məkanını işlədir.
Voynic əlyazması
Voyniç əlyazması - Məlum olmayan dildə və əlifbada yazılmış kitab. Kitabda istifadə olunan əlifbanın oxumaq yönündə dilçilər uzun müddət çalışmalar aparsalarda, kitabda yazılanları oxumaq bu günə qədər mümkün olmamışdır. Kitabın 1450 - 1520-ci illər arasında yazıldığı ehtimal edilir. Kitabın eni 15 uzunluğu isə 22 sm-dir. Səhifələrinin sayı 240 olsa da, 30-a yaxın səhifənin cırıldığı məlumdur. Kitabın adının Voyniç adlandırılmasının səbəbi, 1812-ci ildə kitabı köhnə bukinistdən almış Vilfred Voyniçin adı ilə bağlıdır. XX əsrin ortalarında, kitabın Voyniç tərəfindən yazıldığı iddia olunurdu. Ancaq aparılmış laboratoriya araşdırmaları kitabın ən azı XVI əsrə aid olduğunu sübut etmişdir. Voyniç kitabında diqqəti cəlb edən ən önəmli məsələlərdən biridə, kitabda çəkilmiş şəkillərdir. Şəkillərdə ulduzlar, bitkilər və çılpaq qadınlar təsvir olunmuşdur.
Zmeynıy adası
Zmeynıy (ukr. острів Зміїний, rum. insula Şerpilor, q.yun. Λευκός, yun. Φίδονισι, türk. Yilan Adası) — Qara dənizdə yerləşən və Ukraynaya mənsub olan ada. İnzibati cəhətdən isə Odessa vilayətinin Kiliyski rayonu ərazisində yerləşir. Adada yerləşən Beloe qəsəbəsi rəsmi statusa malikdir və burada poçt, muzey və ayrıca bank fəaliyyət göstərir. 2007 ildə adada provaslav kilsəsinin tikintisi planlaşdırılmışdır. Zmeynıy adası uzun zaman BMT məhkəməsində mübahisə predmeti olaraq qalırdı.
Çorniy burnu
Çorniy burnu (ukr. Чорний) — Krımın qərbində, Çornomorski rayonu ərazisində yerləşən burun. Qara dənizin Karkinit körfəzinin daxilinə uzanır. Mejbodnoe kəndindən qərbdə yerləşir. Sahillərində Yarılqaç buxtası vardır. Burunda 1939-cu ildə mayak və naviqasiya işarəsi quraşdırılmışdır.
Calophyllum mooni
Calophyllum mooni (lat. Calophyllum mooni) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kalofillumkimilər fəsiləsinin kalofillum cinsinə aid bitki növü.
Con Money
John William Money (8 iyul 1921, Morrinsvil[d] – 7 iyul 2006[…], Tauson[d], Merilend), Yeni Zelandiya psixoloqu, seksoloqu və cinsi identiklik və cinsiyyət fərqliliyi mövzusunda araşdırma aparan mütəxəssisdir. Əsərləri bir çox dillərə tərcümə edilib nəşr etdirən Money, ömrü boyu bir çox mükafat və elmi adlara layiq görülmüşdür. Son akademik araşdırmalarda David Reimeri intihara vadar edən gender təyinetmə təcrübəsi bir çox cəhətdən tənqid edilmişdi.
John Money

Microsoft Money
Microsoft Money — proqram, şəxsi büdcənizi planlaşdırma və düzgün xərcləməyə yardım edir. Windows əməliyyat sistemində işləyir. Windows Mobile üçün də versiyasida var. Microsoft Money Plus son versiyadır, 2007-ci ilin avqustunda buraxılmışdı. 4 növü var: Essentials, Deluxe, Premium и Home & Business. Proqram buraxılışı 10 iyun 2009-cu ildə dayandırıldı.
Monik (personaj)
Monik (ing. Monique) - "Kim Possibl" serialının baş qəhrəmanlarından biridir. Kim Possiblın ən yaxşı qız dostudur. Demək olar ki, Monik personajına bütün seriyalarda rast gəlmək olar. İlk seriyada Monik Kim Possibl ilə görüşən zaman gözləri nisbətən balaca idi. Lakin sonrakı mövsümlərdə Monikin gözləri əvvəlki seriyalardakı gözlərinə nisbətən daha böyük və aydın idi. Kim Possibl, adətən, boş vaxtlarını Moniklə keçirir. Monik isə ona önəmli tövsiyələr verir. Monikin tövsiyələri Kim Possibla məktəbdə və şəxsi həyatında böyük rol oynayır. Monik "Banan Klubu"nda paltar dizayneri vəzifəsində çalışır.
Monir Vəkili
Monir Vəkili (fars. منیر وکیلی‎, 19 dekabr 1923, Təbriz – 28 fevral 1983)— Azərbaycan əsilli iranlı müğənni. O, soprano səsə malik olmuşdur və İran xalq musiqisini İranda və xaricdəki səhnələrdə tanıdan ilk müğənni hesab edilir. Monir Vəkili 19 dekabr 1923-cü ildə Təbrizdə anadan olmuşdur. Onun ailəsi musiqipərəst idi. Atası hələ kiçik yaşlarda Monirdə opera musiqisinə maraq yaratmış və onu xaricə təhsil alması üçün cəsarətləndirmişdi. O Parisdə konservatoriyada musiqi, Bostonda Yeni İngiltərə Konservatoriyasında isə opera təhsili almışdır (1960–61). Monir Vəkili Əbdül Məcid Məcidli ilə ailə həyatı qurmuş, bu evlilikdən 2 qızı dünyaya gəlmişdir. Sənətçi 1983-cü ildə Belçikada avtomobil qəzasında vəfat etmişdir. Monir Vəkili Rudaki səhnəsində bir çox rollarda çıxış etmişdir.
Money Heist
La casa de papel (azərb. Kağız ev‎ və ya Kağız evi) və ya beynəlxalq adı ilə Money Heist (azərb. Pul soyğunu‎) – Aleks Pina tərəfindən yaradılmış 2017-ci il istehsalı İspaniya soyğun teleserialı. Serial İspaniyada 2 may 2017-ci ildən 23 noyabr 2017-ci ilə kimi bir mövsüm olmaqla iki hissəli yayımlanmış və 15 seriya davam etmişdir. Baş rollarda Ursula Korbero, Pako Tous və Alba Flores çıxış edirlər. 25 dekabr 2017-ci ildə serialın birinci hissəsi - 9 seriyası Netflix tərəfindən 13 seriya şəklində bütün dünyada buraxılmışdır. 2017-ci ilin sonunda Netflix serialın dünya üzrə rəqəmsal yayım hüquqlarını əldə etdi. Serialı 22 bölümdən daha qısa hissəyə bölən Netflix, birinci hissəni 20 dekabr 2017-ci ildə, ikinci hissəsini isə 6 aprel 2018-ci ildə yayımladı. 2018-ci ilin aprel ayında Netflix 16 yeni epizod sifariş edərək serialın büdcəsini əhəmiyyətli dərəcədə artırdı. 8 hissədən ibarət 3-cü hissə 19 iyul 2019-cu il tarixində nəşr edilmişdir.
Etel Lilian Voyniç
Etel Lilian Voyniç (ing. Ethel Lilian Voynich; 11 may 1864, Ballintempl[d], Kork[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 27 iyul 1960, Nyu-York, Nyu-York ştatı) — İngilis yazıçısı, tərcüməçisi, bəstəkarı, görkəmli ingilis alimi və riyaziyyat professoru Corc Bulinin qızı, Vilfred Voyniçin həyat yoldaşı. Veneradakı Voyniç krateri onun şərəfinə adlandırılmışdır. Atası Corc Bula onun doğulmasından 6 ay sonra vəfat etdiyi üçün Etel onu heç tanımırdı. Anası Meri Everest yunan dili professorun qızı idi. Meri istedadlı riyaziyyatçı idi. Himalay dağlarının ən hündür zirvəsi Everest dağı (Comolunqma) Merinin əmisi Corc Everestin adını daşıyır. Ana beş qızı yoxsulluq içində böyüdüb. Buna görə də, ən kiçiyi Etel səkkiz yaşına çatanda onu mərhum ərinin mədəndə kvartal ustası işləyən qardaşının yanına apardı. O, çox dindar və sərt bir insan idi.
Monty Hall problemi
Monti Hall problemi — Amerika istehsalı olan "Let's Make a Deal" (azərb. "Gəlin razılaşaq"‎) adlı və daha sonra aparıcın şərəfinə "Monty Hall" (azərb. "Monti Hall"‎) adlandırılmış oyun şousunda irəli sürülən ehtimal problemi formasında beyin yoran tapmacadır. Bu problem 1975-ci ildə Stiv Selvin tərəfindən "The American Statistician" (azərb. "Amerikalı Statist"‎) jurnalına göndərdiyi məktubda izah (həll) edilmişdir. Bu, 1990-cı ildə "Parade" jurnalındakı Meriln vos Savantın "Ask Marilyn" (azərb. "Merilndan soruş"‎) bölməsində sitat kimi verilmiş oxucu məktubundan götürülmüş bir sual kimi məşhurlaşmışdır: Vos Savantın cavabına görə iştirakçı öz seçimini dəyişərək digər qapını seçməlidir. Standart fərziyyələrə əsasən seçimini dəyişən iştirakçıların maşın qazanma şansı 2/3 olarkən öz əvvəlki seçimlərində sabit qalan iştirakçıların bu uduşu qazanma şansı yalnızca 1/3-dir. Təqdim olunmuş ehtimallar aparıcı və iştirakçının qapıları necə seçəcəyinə əsaslanan xüsusi fərziyyələrdən asılıdır. Burada (bu standart şərtlər altında) həlledici məqam iştirakçının ən başda 1 nömrəli qapını seçdiyi zamanla müqayisədə indi 2 və 3 nömrəli qapılar haqqında daha çox məlumat vardır: aparıcının məqsədli şəkildə edilmiş hərəkəti iştirakçının seçmədiyi qapıya əlavə dəyər əlavə edir, lakin iştirakçının ən başda seçdiyi qapının dəyərini dəyişmir.
İslam Monir Suliman
İslam Monir Suliman (17 dekabr 1990) — Sudanlı cüdoçu. İslam Monir Suliman Sudanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. İslam Monir Suliman birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində ABŞ-nin nümayəndəsi Kolton Braun ilə üz-üzə gəldi. Həmin görüşdə İslam Monir Suliman rəqibinə 0:100 hesabı ilə uduzdu.
Money Heist: Korea
Pul soyğunu: Koreya (ing. Money Heist: Korea, kor. 종이의 집: 공동경제구역) — eyniadlı İspaniya serialına (Money Heist; Pul soyğunu, 2017) əsaslanan, yaxın müddət ərzində yayımlanacaq Cənubi Koreya serialı. Serialın 2022-ci ildə Netflix-də yayımlanmağı planlanır.
De-Moyn
De-Moyn(ing. Des Moines) — ABŞ­-ın Ayova ştatının inzibati mərkəzi və ən iri şəhəridir.Şəhər De-­Moyn çayı sahilində, Rakkun çayının ona töküldüyü yerdədir. 1843-cü ildə hərbi post kimi əsası qoyulmuşdur. Adı çayın adından götürülmüşdür. 1851-ci ildən şəhərdir. 1857-ci ildən Ayova ştatının inzibati mərkəzidir. Şəhərin işgüzar mərkəzinin simasını göy dələnlər, o cümlədən “Ruan center”in 36 mərtəbəli binası (1974), 30 mərtəbəli“Mariott” hoteli (1981), “Principal Financial Group” şirkətinin mənzil-qərargahının 44 mərtəbəli binası (1990) müəyyən edir. Şəhərin işgüzar mərkəzinin ofis binalarını birləşdirən yerüstü keçidlərin ümumi uzunluğu 5 km-dən çoxdur.Tamaşa müəssisələri mərkəzinin kompleksinə 4 konsert-idman zalı (1955,1985, 2004 və 2005), kütləvi kitabxananın yeni binası (2006, memar D. Çipperfild) daxildir.Ayova ştatının Kapitoli binası (1871–1896)memarlıq abidələrindəndir. Şəhər universitetləri:De-Moyn (1898-ci ildə kollec kimi yaradılmış, 1980-ci ildən universitet statusu alıb),Dreyk (1881), Yuxarı Ayova (1857), Uil -yam Pen (1873-ci ildə kollec kimi yaradılmış, 2000 ildən universitet statusu alıb); Qrand-Vyu kolleci (1896). Botanika Mərkəzi (1979),De-Moyn İncəsənət Mərkəzi (1945),De-Moyn fortu muzeyi (2004), Ayova ştatı elmin populyarlaşdırılması mərkəzi kompleksi (IMAX teatrı ilə, 2005;əsası NASA tərəfindən qoyulmuşdur).“KRNT Theatre”, Ayova rəqs teatrı.Hər il Ayova ştatı yarmarkası (1854 il -dən) və İncəsənət festivalı keçirilir.
Moni Mark
Moni Mark — Belçika müğənnisi. 1956 Avroviziya Mahnı Müsabiqəsində Belçikanı "Le plus beau jour de ma vie" mahnısı ilə təmsil etmişdir.