Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lokaut
Lokaut — İşçilər tərəfindən keçirilən qanunsuz və əsassız tətillərin qarşısını almaq məqsədilə mülkiyyətçi tərəfindən müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması barədə elandır.
Mövdut
Mövdut — Azərbaycan Respublikasının Ağdaş rayonunun Eymur kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Eymur kənd inzibati-ərazi vahidi tərkibindəki Mövdut kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Nokaut
Nokaut (ing. knockout; knock – vurmaq, out – kənar, bayır) — aldığı zərbə nəticəsində boksçunun başının gicəllənməsi, yaxud huşunu itirməsi, hakim 8-dək sayınca özünə gəlib, döyüşü davam etdirə bilməməsi. Döyüşçü nokautla uduzan boksçu ilə azı 3 ay müddətinə yarışlarda iştirak etmək qadağan olunur. Nokdaun (ing. knockdown; mənası – sarsıdıcı zərbə) — aldığı zərbə nəticəsində boksçunun başının gicəllənməsi. Nokautdan fərqli olaraq nokdaun vəziyyətinə düşmüş boksçu hakim 8 sayınca özünə gəlib yarışı davam etdirmək iqtidaraında olur.
Donut
Ponçik və ya donut – qızardılmış xəmirdən hazırlanan yemək növü. Şəkər və yağla zəngindir. Ponçikin bir çox çeşidi mövcuddur və amerikalılar tərəfindən naharda yeyilir. İki formada hazırlana bilər: simit donut və dəliksiz (dairə şəklində) ponçik. Ponçik şokolad, mürəbbə, krem kimi çox müxtəlif əlavələrlə birlikdə yeyilə bilər.
Montu
Mont - Qədim Misir dinində müharibə tanrısı.
Eduard Montut
Eduard Montut (fr: Édouard Montoute 20 dekabr 1970, Kayenna) — fransız teatr və kino aktyorudur. O, daha çox “Taksi” filmi və onun davam filmlərində oynamış olduğu Montun polis müfəttişi Alen rolu ilə tanınır.
Monmut (dairə)
Monmut dairəsi (ing. Monmouth County) — ABŞ-nin Nyu-Cersi ştatının dairəsi. 2010-cu il əhalinin siyahıya alınmasına görə, Monmut dairəsində 630.380 nəfər yaşayırdı (2000-ci ildə 615.301 nəfər; əhalisi 10 ildə% 2.5 artdı). Monmut, Nyu-York aqlomerasiya regionunun bir hissəsidir. Frihold şəhəri, dairənin inzibati mərkəzidir. Dairənin ən böyük şəhəri Midltaundur. Lonq-Branç şəhər və təbii iqlim kurortu rayonda yerləşir.
Monmut döyüşü
Monmut döyüşü (ing. Battle of Monmouth və ya ing. Battle of Monmouth Court House) — ABŞ İstiqlal müharibəsi zamanı, 28 iyun 1778-ci ildə Corc Vaşinqtonun Kontinental Ordusu ilə General Henri Klintonun Britaniya Ordusu arasında baş tutmuş döyüş. Bir il əvvəl ingilislər Vaşinqtonu bir sıra məğlubiyyətlərə uğratmağa və Filadelfiyanı işğal etməyə müvəffəq olmuşdular. Vaşinqton ordunu Velli-Forca çəkmiş və onu orada yenidən qurmuşdur. Bu arada, 1778-ci ilin fevralında Fransa kolonistlərin tərəfində müharibəyə daxil olmuş, bu da güc balansını dəyişdirmişdir. Nəticədə ingilislər hücum planlarını ləğv etmiş və müdafiə mövqeyində dayanmışdır. Klinton Filadelfiyanı tərk edərək əsas qüvvələrə qoşulmaq üçün geri çəkilməyə başlamışdır. Kontinental Ordu onları təqib etməyə başlamışdır. Siyasi səbəblərdən ingilislərin cəzasız qalmaması Vaşinqton üçün çox vacib idi.
Göknur Gülərüz
Mont
Mont - Qədim Misir dinində müharibə tanrısı.
Mount & Blade
Mount & Blade (azərb. At və qılınc‎), Türk firması TaleWorlds tərəfindən yaradılan, İsveçli yayımcı Paradox Interactive-in yayımladığı, özünə aid bir dünyası olan, Orta əsrlər mövzulu, tək oyunçulu oyundur. 16 sentyabr 2008-də Şimali Amerikada satışa çıxan oyun 3 gün sonra Avropada yayımlandı. Oyunun inkişafına "TaleWorlds"ün yaradıcıları Ərmağan Yavuz və yoldaşı İpək Yavuz tərəfindən bir oyun proyekti olaraq başlanıldı. Oyunun satışı hələ də davam edən hal-hazırkı versiyası 3 noyabr 2008-də yayımlanmışdır. Oyun PC Gamer jurnalının "Ən yaxşı 100 oyun" 2011 ili siyahısında 91. sırada yer tapmışdır. Kalradya ərazisində müharibə sürətlə yayılır. Bu müharibədən hər kəs öz payını alacaq və hər kəs yaşamaq uğrunda mübarizə verəcəkdir. Ovçusundan tacirinə, kəndlisindən əsgərinə qədər hər kəs bir məqsəd uğrunda mübarizə aparacaqdır: savaşdan sağ qurtulmaq.
Pokut yaylağı
Pokut yaylağı— Türkiyədə Rizə vilayətinin Çamlıhemşin rayonunda yerləşən bir yaylaqdır. Çamlıhemşindən maşın ilə 1,5 saata çatmaq olar.21 km uzaqlıqdadır. Yolun böyük hissəsi torpaqdır."Pokut" sözü ermənicə "küləkli vadi" mənasını verir.Yerləşmə tarixi dəqiq bilinməsə də ilk yerləşmə 200 il əvvələ gedib çıxdığı güman edilir. Pokut yaylağına əsasən Ortan kəndi və Konak məhəlləsi sakinlərinin yaylaq yeridir. 1800 metr yüksəklikdən sonra ağaclar bitmədiyinə baxmayaraq bu yaylaq Qaradəniz küləyini aldığına görə burada ağaclar yetişir. Digər yaylaqlarda bu hündürlükdən sonra ağaclara rast gəlmək mümkün deyildir. Yaylanın bir tərəfindən Kaçkar və Altıbarmaq dağı, başqa tərəfindən isə Qara dəniz görünür. Hətta açıq havalarda buradan Elbrus dağının da göründüyü deyilir. Buranın sakinləri şəhər mühitinə inteqrasiya etsə də, yayladan tamamilə əllərini çəkməyiblər. Nəticədə yayladakı evlər gözəl qorunub.
Puerto Montt
Puerto-Mont — Çilidə şəhər. Əhalisi 175938 nəfərdir (2002). Ərazi — 1673 km², əhali sıxlığı — 105,2 nəfər/km²-dir.
Nokaut (film, 2012)
Nokaut — 2012-ci ildə ABŞ-də çəkilən film. Rejissor Stiven Soderberqdir. Mellori Keyn-xüsusi agentdir. O gəncdir, ağıllıdır və gözəldir. Vaxtaşırı beynəlxalq xüsusi xidməti rəhbəri, Kennet onu tapşırıqların yerinə yetirilməsi üçün çağırır. Bəzən bu tapşırıqların hökumət tərəfindən həyata keçirilməsi üçün icazəsi olmur. Lakin bir neçə əməliyyat uğursuzluqla bitdiyindən sonra, Mellori başa düşür ki, ikili oyunun piyadasıdır. Bütün istedadını, təcrübəsini istifadə edərək, o gərək beynəlxalq axtarışdan gizlənsin, satqınlığa görə qisasını alsın və öz ailəsini müdafiə etsin...
Mount & Blade (seriya)
Mount & Blade - videooyun seriyası. Türk oyun şirkəti TaleWorlds tərəfindən yaradılan və ilk oyunu 6 sentyabr 2008-də satışa çıxarılan Mount & Blade olmaq üzrə dörd ədəd videooyunu yayımlamışdır. İlk oyun Mount & Blade sadəcə tək oyunçulu olaraq oynana bilirdi, lakin ikinci oyun Mount & Blade: Warband tək oyunçulu oyunun yanında çox oyunçulu moda da keçirdi. Daha sonrakı oyun Mount & Blade: Atəş və Qılınc da tək oyunçulu və çox oyunçulu oynana bilir. 30 mart 2020-də satışa çıxan seriyanın son oyunu Mount & Blade II: Bannerlord da tək oyunçulu və çox oyunçulu modlar mövcuddur. Əlavə olaraq, oyunçuların da yaratdığı modlar da mövcuddur. Əsas seriya hal-hazırda dörd oyun və onların açılımlarını təşkil edir.
Donald Knut
Donald Ervin Knut (ing. Donald Ervin Knuth; 10 yanvar 1938[…], Miluoki, Viskonsin) — Amerikalı kompüter mütəxəssisi, alim, riyaziyyatçı və Stenford Universitetinin fəxri professorudur. 10 yanvar 1938-ci ildə amerikalı alim, Stenford universitetinin fəxri professoru, texniki mövzularda kitabların mətnlərinin yığılması üçün nəzərdə tutulmuş TeX və METAFONT stolüstü nəşriyyat sistemlərinin müəllifi Donald Ervin Knut (Donald Ervin Knuth) anadan olmuşdur. 1974-cü ildə alqoritmlərin analizi və proqramlaşdırma dillərinin emalı sahəsinə verdiyi töhfəyə görə, xüsusilə də "Proqramlaşdırma sənəti" (The Art of Computer Programming) adlı məşhur kitablar toplusunu yaratdığına görə Türinq mükafatına layiq görülmüşdür. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Knut (ayı)
Knut (Almanca tələffüz: [ˈknuːt] ( dinlə)) (5 dekabr 2006–19 mart 2011) — Berlin zooparkında doğulmuş məşhur ağ ayı. Doğulduğunda anası tərəfindən rədd edilməsi nəticəsində zoopark işçiləri tərəfindən tərbiyə edilmişdir. 30 ildir Berlin zooparkında körpəlik mərhələsini keçərək ən çox yaşaya bilən ilk ağ ayı balası idi. Knut beynəlxalq müzakirə mövzusuna çevrildikdən sonra, zoopark turistik və kommersiya uğurlarına imza atdı. Almaniyanın Bild qəzeti heyvan hüquqları fəalının zooparkda bu heyvanın böyüdülməsini pisləyən bir məqalə yayımlandığı zaman, dünyadakı pərəstişkarları onun tərbiyəsini insanlar tərəfindən dəstəkləmək üçün hərəkətə keçdilər. Uşaqlar zooparkdan kənarda etiraz etdilər və dünyanın hər yerindən rəğbət ifadə edən e-poçtlar göndərildi. Məşhur Knut ayısı, oyuncaqlarda, müxtəlif KİV-lərdə, DVD-lərdə, kitablarda və "Knutmania" adlı bir media fenomeninin mərkəzində olmağı bacardı. Bütün bunların nəticəsi olaraq, 2007-ci ildə Berlin zooparkında ayının gəlirində təxminən 5 milyon avro artım oldu. Zooparkın illik ziyarətçi sayı təxminən 30% artdı, beləliklə 2007-ci il, 163 illik tarixinin ən gəlirli ili olaraq seçildi. Knut ayısı 19 mart 2011-ci ildə, günorta saatlarında, dörd yaşında ikən vəfat etdi.
Knut Hamsun
Knut Hamsun (norv. Knut Hamsun) və ya əsl adı Knud Pedersen (norv. Knud Pedersen; 4 avqust 1859[…] – 19 fevral 1952[…]) — Norveç yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1920). Əsl adı və soyadı Knud Pedersendir. Norveçin mərkəzi hissəsində, yoxsul kəndli ailəsində doğulmuşdu. Knut üç yaşında olarkən ailələri Şimal Qütbünün 100 km.-də yerləşən Nurlan şəhərinə köçümüşdü. Atası qaynına məxsus Hamsund fermasını icarədar kimi işlədirdi. Kiçik yaşlarından kəndli əməyinin bütün çətinliklərinə alışan Knut da ədəbi təxəllüsünü həmin fermanın adından almışdır. Lakin kənd idilliyası çox tez başa çatdı. Pedersen ailəsi qohumlarının borc asılılığına düşdü.
Knut Viksel
Yuhan Qüstav Knut Viksel (isv. Johan Gustaf Knut Wicksell; 20 dekabr 1851[…], Mariya-Maqdalena[d] – 3 may 1926[…], Danderyud[d], Stokholm leni[d]) — Avstriya məktəbinin konsepsiyalarını ilk dəfə sintez edən İsveç iqtisadçısı, Stokholm məktəbinin müəllimlərindən biri, Viksell effektinin müəllifi. Knut 20 dekabr 1851-ci ildə Stokholmda anadan olmuşdur. Üç bacısı və bir yaş böyük qardaşı Aksel vardı. Atası İohan Viksel iş adamı və emlakçı idi. Knut hər iki valideynini də erkən itirdi: anası Kristina 6 yaşında ikən 1858-ci ildə vəfat etdi, 1861-ci ildə ikinci dəfə evlənən atası, Knut 15 yaşında olarkən 1867-ci ildə qəfildən öldü. 1869-cu ildə riyaziyyat və fizika təhsili almaq üçün Uppsala Universitetinə daxil oldu, 1872-ci ildə magistr dərəcəsini fərqlənmə diplomu ilə aldı və 1885-ci ildə riyaziyyat doktoru, 1895-ci ildə iqtisadiyyat doktoru, 1899-cu ildə hüquq diplomu almışdır. 1873–1874-cü illərdə Uppsala orta məktəbində müəllim işləyir, 1874–1875-ci illərdə fərdi müəllimliklə məşğul olur. 1885-ci ildə Londonu ziyarət etdi və 1887-ci ildə Viksel, Almaniyada və Avstriyada iqtisadiyyat təhsili almaq üçün Lauren Fondundan üç illik qrant aldı. Hüquq dərəcəsi aldıqdan sonra, yalnız 1899-cu ildə, 48 yaşında, Uppsala Universitetinin İqtisadiyyat və Hüquq Bölməsində dosent vəzifəsini ala bildi.
Mont-Ross
|Şəkil = Kerguelen MontRoss.JPG |Şəklin izahı = |lat_dir = S|lat_deg = 49|lat_min = 36|lat_sec = |lon_dir = E|lon_deg = 69|lon_min =30 |lon_sec = |CoordScale = |Ölkə = Fransa |Vilayət = |Ada = |Dağ sistemi = |Dağ silsiləsi = |Vulkan forması = |Növü = Startovulkan |Püskürmə tipi = |Kraterin diametri = |Kraterin dərinliyi = |Əmələgəlmə dövrü = |Yaşı = |İlk püskürmə = |Son püskürmə = |Tərkibi = |Mütləq hündürlüyü = 1840 |Yer xəritəsi = Fransa Kergelen |Yer xəritəsi 1 = }} Ross vulkanı (fr. Mont Ross) — Kergelen adasında yerləşən vulkan. Vulkanın hündürlüyü 1840 metrdir. Vulkan adanın cənubunda, Qaleni yarımadasında yerləşir. Mont-Ross iki zirvəyə sahibdir - Qran-Ross və Peti-Ross (1721 m). Vulkan Kuk buzlağı ilə örtülmüşdür. O, 1840-cı ildə Kergelen adasını ziyarət etmiş Ceyms Klark Rossun şərəfinə adlandırılmışdır. Zirvə ilkdəfə 1975-ci ildə fəth edilmişdir. Vulkanın hər iki zirvəsinə isə eyni anda 2006-cı ilin dekabrında çıxılır.
Puerto-Mont
Puerto-Mont — Çilidə şəhər. Əhalisi 175938 nəfərdir (2002). Ərazi — 1673 km², əhali sıxlığı — 105,2 nəfər/km²-dir.
Mont Sankt-Mişel
Mon-Sen-Mişel (fr. Mont Saint-Michel; pronounced [mɔ̃ sɛ̃ mi.ʃɛl]) — Fransanın şimal-qərbində ada-qalaya çevrilmiş kiçik qayalıq ada.
Mont Seint-Viktuar
Mon-Sen-Viktor (fr. Mont Sainte-Victoire) — fransız rəssamı Pol Sezanın əsərlərindən biri. Əsər Nyu-Yorkun Metropoliten İncəsənət Muzeyində saxlanılır.
Mount & Blade: Odla və qılıncla
Mount & Blade: Odla və qılıncla (İngilis dili ndə: Mount & Blade: With Fire & Sword) orta əsrlər mövzusuna aid bir rol oynamalı videooyundur. TaleWorldsun icazəsi ilə Sich Studio adlı bir rus şirkəti tərəfindən hazırlanmış oyun, 2008-ci ildə buraxılmış oyun Mount & Blade üçün müstəqil bir genişləndirmə paketidir. Paradox Interactive tərəfindən dünyada 3 may 2011-ci ildən istifadəyə verilmişdir. XVII əsr Avropasında baş verən hekayədə bəzi personajlar Nobel mükafatı laureatlı müəllif Henrik Senkeviçin Odla və qılıncla adlı kitabından götürülmüşdür. Hadisələr XVII əsr Avropasında baş verir. Xəritə Qara dənizdən Skandinaviyaya qədər uzanır. Oyunda olan xəritədəki şəhərlər əsl memarlıq formasında miqyasları kiçildilmişdir. Şəhərlər kifayət qədər böyükdür. Binalar və onların daxili strukturları çox xırda detallarına qədər göstərilmişdir. Şəhərlərdə yeraltı zirzəmilər/tunellər mövcuddur.
Mount & Blade: With Fire & Sword
Mount & Blade: Odla və qılıncla (İngilis dili ndə: Mount & Blade: With Fire & Sword) orta əsrlər mövzusuna aid bir rol oynamalı videooyundur. TaleWorldsun icazəsi ilə Sich Studio adlı bir rus şirkəti tərəfindən hazırlanmış oyun, 2008-ci ildə buraxılmış oyun Mount & Blade üçün müstəqil bir genişləndirmə paketidir. Paradox Interactive tərəfindən dünyada 3 may 2011-ci ildən istifadəyə verilmişdir. XVII əsr Avropasında baş verən hekayədə bəzi personajlar Nobel mükafatı laureatlı müəllif Henrik Senkeviçin Odla və qılıncla adlı kitabından götürülmüşdür. Hadisələr XVII əsr Avropasında baş verir. Xəritə Qara dənizdən Skandinaviyaya qədər uzanır. Oyunda olan xəritədəki şəhərlər əsl memarlıq formasında miqyasları kiçildilmişdir. Şəhərlər kifayət qədər böyükdür. Binalar və onların daxili strukturları çox xırda detallarına qədər göstərilmişdir. Şəhərlərdə yeraltı zirzəmilər/tunellər mövcuddur.