Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dolores
Dolores (isp. Dolores) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 18,69 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 7392 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 36 km uzaqlıqda yerləşir. == Həmçinin bax == Veqa-Baxa-del-Sequra Torrevyexa Pilar-de-la-Oradada == İstinadlar == == Xarici keçidlər == Rəsmi səhifə Majaeros.
Mniodes
Mniodes (lat. Mniodes) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Mniodes andina (A.Gray) A.Gray ex Hook.f. & A.B.Jacks. Mniodes aretioides (Sch.Bip.) Cuatrec. Mniodes coarctata Cuatrec. Mniodes pulvinata Cuatrec.
Adamas Qolodets
Adamas Qolodets (rus. Адамас Голодец; 23 avqust 1933, Moskva – 7 aprel 2006, Moskva) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu. SSRİ idman ustası, RSFSR-nin əməkdar məşqçisi (1989). == Həyatı == 1933-cü ildə Moskvada anadan olmuşdur, onun valideynləri paytaxta 1930-cu ildə Klintsı şəhərindən köçmüşdülər. Böyük Vətən müharibəsi zamanı anası Lyubov İoffe (1904—1975) və qardaşları Varlen (1925—2012) və Yuri (1939 təvəllüdlü) ilə birlikdə Kamışlova təxliyə ediliblər. Atası, Qomel sakini Solomon Qolodets (1906—1941) cəbhəyə çağırılmış və 1941-ci ilin oktyabr ayında itkin düşmüşdür. Böyük qardaşı Varlen Kamışlov Piyada Məktəbini bitirdikdən sonra atası kimi cəbhəyə çağırılıb. O, sonralar peşəkar hərbçi olmuş və SSRİ Daxili İşlər Nazirliyinin Ali İstintaq Məktəbinin sosial elmlər kafedrasında müəllim kimi çalışmışdır. Adamas Qolodets 7 aprel 2006-cı ildə Moskvada vəfat edib. Vostryakov yəhudi qəbirstanlığında dəfn olunub.
Ageratina collodes
Ageratina collodes (lat. Ageratina collodes) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Bulbophyllum moroides
Bulbophyllum moroides (lat. Bulbophyllum moroides) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Capsella amblodes
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Dolores Ambriç
Dolores Ceyn Ambriç — Coan Roulinqin yazdığı Harri Potter kitab seriyasındakı xəyali bir obraz. Obraz, beşinci roman Harri Potter və Simurq Ordeninin əsas düşmənlərindən biridir və Sehrbazlıq Dünyasına Lord Voldemortun dönüşünü bildirən Harri Potter və Albus Dambldordan ələ almaq üçün Sehr Nazirliyi tərəfindən Hoqvartsa yerləşdirildi. Hoqvartsda olanda Ambriç güc qazanır və məktəbi kontrol etmək məqsədi ilə Sehr Nazirliyi tərəfindən "Yüksək Vəkil" olaraq atanır. Qaranlıq Sənətlərə Qarşı Müdafiə müəllimi olaraq atanmasına rəğmən, Ambriç bu haqda praktik şeylər öyrətməyi rədd edər və bu da tələbələrin özlərini necə müdafiə edəcəklərini öyrənmələri üçün Dambldorun Ordusunun qurulmasına yol açar. Ambirç, çox vaxt ən alçaqlıq və nifrət edilən obrazlardan biri olaraq görünür və seriyanın ən yaxşı pis obrazlardan biri olaraq qəbul edilir. Ambriç, Harri Potter və Simurq Ordeni və Harri Potter və Ölüm Hədiyyələri I Hissədə İmelda Staunton tərəfindən canlandırılmışdır. == Bioqrafiyası == Dolores Ceyn Ambriç, Sehrbaz bir ata və Maql bir ananın qızları olaraq dünyaya gəldi. Daha sonra Kuklaçı olan kişik bir qardaşı oldu. Atasının təsiri altında, Dolores sehrli olmayan bacarıqlarına görə anasını və qardaşını alçaldaraq böyüdü. Hoqvarts Cadugərlik və Sehrbazlıq Məktəbində Slizerin Binasına seçildi və heçbir zaman liderlik mövqeyini ala bilmədiyindən məktəbdəki vaxtını boşa keçirdiyini düşündü.
Dolores Ibarruri
Dolores İbarruri (9 dekabr 1895[…] – 12 noyabr 1989[…]) — kommunist siyasətçi, İspaniya vətəndaş müharibəsi zamanı La Pasionaria adlı təşkilatın lideri olmuş qadın. "No Pasaran" (Keçid yoxdur) ifadəsi ilə məşhurlaşmışdır. == Həyatı == İspaniyanın Bask bölgəsindəki Qallarta şəhərində, Vizca qəsəbəsində, yoxsul bir mədənçi karlist və katolik ailədə anadan olub, o Xuliana Qomez və Antonio Ibarrurinin on bir övladının səkkizincisi idi. Təhsil almaq istəyirdi, amma ailəsi təhsilinə pul ayırmaq üçün maddi gücə malik deyildi. 1916-cı ildə iyirmi yaşında ikən siyasi fəal olan mədən işçisi Xulian Ruiz ilə evləndi. Onların altı uşağı var idi, lakin dördü yetkinlik yaşına çatmamışdan əvvəl həddindən artıq yoxsulluqdan ölmüşdü. 1917-ci ildə ümumi tətilə qoşulduqdan sonra Ruizin həbsi ailənin iqtisadi çətinliyini daha da dözülməz etdi. Ibarruri Karl Marksın yazılarını oxudu və Kommunist Partiyasına qoşuldu. El Minero Vizcaíno qəzeti üçün "La Pasionaria" təxəllüsü ilə məqalələr yazmağa başladı.1920-ci ildə Bask Kommunist Partiyasının əyalət komitəsinə seçildi. 1930-cu ildə nüfuzuna və ləyaqətinə görə İspaniya Kommunist Partiyasının Mərkəzi Komitəsinə seçildi.1931-ci ildə İkinci Cümhuriyyətin təməli ilə Madridə köçdü.
Eupatorium collodes
Ageratina collodes (lat. Ageratina collodes) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Mniodes tunariensis
Novenia (lat. Novenia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Novenia acaulis (Benth. & Hook.f. ex B.D.Jacks.) S.E.Freire & F.H.Hellw. == Sinonim == Novenia tunariensis (Kuntze) S.E.Freire Gnaphalium tunariense Kuntze Lucilia tunariensis (Kuntze) K.Schum. Dolichogyne acaulis Wedd. ex Benth. & Hook.f. Mniodes tunariensis (Kuntze) Hieron.
Molodoy proletari
Molodoy proletari (az.-əbcəd مولودوی پرولئتاری‎, azərb-kiril. Молодој пролетари, rus. Молодой пролетари; mənası – gənc proletarlar) — Azərbaycanda həftəlik leqal jurnal. Bakı və Rayonlarının Fəhlə-Kəndli Gənclər İttifaqının orqanı. == Tarixi == Bakı və Rayonlarının Fəhlə-Kəndli Gənclər İttifaqının orqanı kimi fəaliyyət göstərən "Molodoy proletari" jurnalı 28 dekabr 1919-cu ildən 9 fevral 1920-ci ilədək çıxmışdır. Cəmi 5 nömrəsi nəşr olunmuşdur. "Molodoy proletari" jurnalı fəhlə və gəncləri Azərbaycan Xalq Cümhuriyyətinin Müsavat hökumətinə qarşı, kommunist hakimiyyəti uğrunda mübarizəyə çağırmışdır. "Molodoy proletari" 10 fevral 1920-ci ildə AXC hökuməti tərəfindən dayandırılmışdır.
Senecio colpodes
Senecio colpodes (lat. Senecio colpodes) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Senecio helodes
Senecio helodes (lat. Senecio helodes) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Karl Molden
Karl Molden – Amerikalı aktyor. 60 ildən artıq idi ki, teatr, kinoteatr və televiziya rollarında aktyor kimi çıxış edib. Xüsusilə "Tramvay arzu etdi", "Sahildə", "Polyanna" və "Bir gözlü Caks" klassik filmlərdə ən yaxşı aktyor olduğu üçün Akademiya mükafatına layiq görülüb. Malden daha sonra 1970-ci ildə cinayət janrında , "San-Fransisko küçələri" filminin aktyoru və ssenari müəllifi oldu. "Patton" kimi yüksək səviyyəli Hollivud filmlərində aktyor olub. Ölümündən sonra Malden "Vaxtın ən böyük xarakterli aktyorlarından biri" kimi təsvir edilmişdir. Malden 1989-1992-ci illərdə Kino İncəsənət və Elmlər Akademiyasının prezidenti idi. == Həyatı == Karl Malden 22 mart 1912-ci ildə İllinoys şəhərində Mladen Sekuloviç ailəsində, anasının 20 illik yubileyində dünyaya gəldi. Atası Petar Sekuloviç (1886-1975), polad dəyirmanlarında işləyirdi. Anası Minnie Sekuloviç (22 mart 1892-15 iyul 1995) aktrisa idi.
Molodi müharibəsi
Molodi müharibəsi — (Rus dilində: Молодинская битва) 1572-ci ilin iyul-avqust aylarında olmuşdur. Bu müharibə, İvan Qroznının ən əhəmiyyətli döyüşlərindən biridir. Öz ordusundan iki dəfə böyük bir orduya qalib gəlmişdir. İvan Qroznı Moskva şəhərinin 40 mil yaxınlığında Krım xanı I Dövlət Gəray xana qarşı vuruşmuşdur. Rusiya çarlığının Livoniya müharibəsini aparmasını fürsət bilən Dövlət Gəray, bir illik fasilədən sonra Moskvaya yenidən hücuma keçdi. Osmanlı tərəfindən artilleriya və yeniçəri qüvvələri ilə dəstəklənərək, 3 kəşfiyyat dəstəsi göndərdi. Sonra da (26 iyulda) Oka çayının qarşı sahilinə keçdi. Amma çayın o biri tərəfində Rus ordusunun yerləşdiyini bilmirdi (həmin dövrdə Rusiya Livoniya müharibəsində müvəqqəti atəşkəs imzalamışdı). Rus ordusu 23 min əsgərdən ibarət bir gücə malik idi. Baş komandaları Knyaz Mixail Vorotynsky idi.
Molodo çayı
Molodo çayı(saxa Муолада) — Lena çayının sol qolu. == Əsas xüsusiyyətləri == Molodo-Unqa-Anabıl və Molodo-Xanqas-Anabıl çaylarının qarışmasından əmələ gəlir. Orta Sibir yaylasının şimal-şərqi ilə Buluns vilayətindən axır. Çayın uzunluğu-556 km, hövzəsinin sahəsi isə-26 900 km²-dir. Dekabrdan donan çay may ayında əriməyə başlayır. Qidalanmasında qar və yağış suları əsas yer tutur.
Olones bərzəxi
Olones bərzəxi (rus. Олонецкий перешеек) - Bərzəx Kareliya Respublikasının ərazisində, Ladoqa gölü ilə Oneqa gölü arasında yerləşir. Bəzən Oneqa-Ladoqa suayrıcısı kimi adlandırılır. == Tarixi == Olones bərzəxi artıq mezolit dönəmində meydana gəmişdir. Artıq dağ döründə Kareliya ərazisində bir çox qədim yaşayış yerləri formalaşmışdı. Bu isə bərzəxin əhəmiyyətini artırırdı. Bərzəx 1801-1922-ci ilə qədər eyni adlı quberniyanın tərkibində olmuşdur. Bərzəxin əhəmiyyəti səbəbindən bölgə ərazisi bir çox müharibələrə şahidlik etmişdir. XIII əsrin ortalarından XX əsrə qədər İsveç, Finlandiya, Rusiya imperiyası və SSRİ kimi ölkərərin nəzarətində olmuşdur.
Dolores O'Riordan
Dolores Mary Eileen O'Riordan 6 sentyabr 1971 – 15 yanvar 2018[…], Meyfer[d], London, Birləşmiş Krallıq irlandiyalı musiqiçi, müğənni və mahnı müəllifi idi. O, alternativ rok qrupu The Cranberriesin vokalisti və söz müəllifi kimi tanınırdı.
Poloves-qıpçaq dilləri
Kuman-qıpçaq dilləri, həmçinin polovets-qıpçaq dilləri, Qafqaz-qıpçaq dilləri, oğuz-qıpçaq dilləri — türk dillərindən qıpçaq dil qrupunun bir hissəsi. Onlara qərbi qıpçaq dilləri də deyilir, lakin belə bir terminin istifadəsi arzuolunmaz omonimliyə gətirib çıxarır, çünki şərqi qıpçaq dillərindən Cənubi Altay, Fərqanə qıpçaq və qırğız dillərindən fərqli olaraq Volqa-qıpçaq, kuman-qıpçaq və noqay-qıpçaq dilləri birlikdə qərbi-qıpçaq dilləri hesab edilir. == Tərkibi == Müasir dillərdən kuman-qıpçaq dilləri qrupuna aşağıdakılar daxildir: Krım-tatar dilinin orta dialekti; Qumuq dili; Qaraçay-balkar dili; Urum dili; Kəraim dili; Qırımçaq dili.Kuman-qıpçaq dillərini kəraim-krım-tatar və qumuq-qaraçay-balkar alt qruplarına bölmək olar. Oleq Mudrak da məhz bu bölgüyə əməl edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Баскаков Н. А. Историко-типологическая фонология тюркских языков. М.: Наука. Отв. ред. Э. Р. Тенишев. 1988.
Molde FK
"Molde" və ya "Mölde" (norv. Molde Fotballklubb) — Norveç professional futbol klubu. Ölkənin ən yüksək liqası olan Elitseriyada eyni adlı şəhəri təmsil edir. 1911-ci ildə yaradılmışdır. Oyunlarını tutumu 11800 izləyicinolan "Aker" stadionunda keçirir. Klub 4 qat Norveç çempionu və kubokunun qalibidir. == Tarixi == Molde klubu 19 iyun 1911-ci ildə yaradılmışdır. 24 aprel 1912-ci ildə klub "İnternational" adlanır. Komanda indiki adına isə 1915-ci ildə qovuşur. Molde Norveç yüksək liqasında ilk çıxışı 1938/1939 mövsümünə təsadüf edir.
Osvaldo Moles
Osvaldo Moles (port. Osvaldo Moles) — braziliyalı jurnalist, publisist, radiojurnalist. O, həmçinin bir çox məşhur Braziliya mahnılarının sözlərini yazıb. == Həyatı == Osvaldo Moles 14 mart 1913-cü ildə Braziliyanın Santos şəhərində anadan olmuşdur. Onun əcdadları italyan mühacirləri idi.1937-ci ildə San-Pauluda "Radio Tupi"nin yaradılmasında iştirak etmiş və 1941-ci ildə Adoniran Barbosa ilə tanış olmuşdur. Onlar birlikdə bir çox mahnı mətnləri yazıblar. Nümunə kimi "Tiro ao Alvaro" və "Joga a chave" mahnılarını göstərmək olar.Osvaldo Moles 14 may 1967-ci ildə San-Paulu şəhərində intihar edib. O zaman mətbuat bu fakt barədə susmuşdur. == Biblioqrafiya == B. D. Micheletti: Piquenique classe C y Brás, Bexiga e Barra Funda : Osvaldo Moles como successor de António de Alcântara Machado. In: Edición a cargo de Fidel López Criado; CILEC. (Org.).
Dactylis glomerata subsp. hylodes
Dactylis glomerata (lat. Dactylis glomerata) — qırtıckimilər fəsiləsinin dactylis cinsinə aid biki növü. == Sinonim == Bromus cylindraceus (Brot.) Brot. Bromus glomeratus (L.) Scop. Dactylis abbreviata Bernh. ex Link Dactylis altaica Besser Dactylis aschersoniana Graebn. Dactylis canariensis Nees ex Steud. [Invalid] Dactylis capitellata Link Dactylis ciliata (Peterm.) Opiz Dactylis cylindracea Brot. Dactylis decalcata Brand Dactylis fasciculata C.Sm. ex Link [Invalid] Dactylis glaucescens Willd.
Dactylis smithii subsp. hylodes
Dactylis glomerata (lat. Dactylis glomerata) — qırtıckimilər fəsiləsinin dactylis cinsinə aid biki növü. == Sinonim == Bromus cylindraceus (Brot.) Brot. Bromus glomeratus (L.) Scop. Dactylis abbreviata Bernh. ex Link Dactylis altaica Besser Dactylis aschersoniana Graebn. Dactylis canariensis Nees ex Steud. [Invalid] Dactylis capitellata Link Dactylis ciliata (Peterm.) Opiz Dactylis cylindracea Brot. Dactylis decalcata Brand Dactylis fasciculata C.Sm. ex Link [Invalid] Dactylis glaucescens Willd.
Molodoy kommunist (jurnal, Azərbaycan)
Molodoy kommunist (azərb-kiril. Молодој коммунист, rus. Молодой коммунист; mənası – gənc kommunist) — Azərbaycanda aylıq komsomol jurnalı, Azərbaycan Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi və BK-nın orqanı. == Tarixi == "Molodoy kommunist" Azərbaycan Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi və BK-nın orqanı kimi 1920–1921-ci illərdə nəşr olunmuşdur. İlk nömrəsi 21 oktyabr 1920-ci il tarixində, 3–4-cü nömrələri isə 1 fevral 1921-ci ildə çıxmışdır. Cəmi neçə nömrəsi çıxması haqqında dəqiq məlumat yoxdur. "Molodoy kommunist"də 1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq gənclərinin I qurultayı, Kommunist Gənclər İnternasioanlı, Azərbaycan komsomol təşkilatlarının fəaliyyəti haqqında materiallar dərc olunmuşdur.
Molodoy kommunist (jurnal, SSRİ)
Molodoy kommunist (rus. Молодой коммунист; mənası – gənc kommunist), əvvəllər Yunı kommunist və Molodoy bolşevik — Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin aylıq ictimai-siyasi və nəzəri jurnalı. == Tarixi == 1918-ci ilin dekabrından Moskvada ayda bir dəfə nəşr olunmuşdur. Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin orqanı olan qəzet 1918–1938-ci illərdə "Yunı kommunist", 1939–1953-cü illərdə "Molodoy bolşevik" adları altında çıxmışdır. Qəzet marksist-leninist nəzəriyyənin problemlərini, komsomol siyasi maarifi məsələlərini, gənc nəslin həyatını işıqlandırır, xarici ölkələrdə gənclərin həyatı haqqında məlumat vermişdir. Jurnal ədəbiyyata, incəsənətə, idmana dair məqalələr də dərc etmişdir. 1982-ci ildə tirajı 1 milyon nüsxəyə yaxın olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Molodoy kommunist // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.