Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lüloçay
Lüloçay — Azərbaycanın İsmayıllı rayonu ərazisindən axan çay. Çayın mənsəbi 1200 metrlik yüksəklik ərazidə yerləşir və Girdimançaya tökülür. Lahıc qəsəbəsinin tən mərkəzindən axaraq onu faktiki iki hissəyə bölür.
Yolocaq
Yolocaq — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Kənddə xəstəxana, klub, bağça, məktəb, bələdiyyə vardır. Mirəziz Rəfiyev — “Əməkdar mədəniyyət işçisi”, Yardımlı tarix-diyarşünaslıq muzeyinin yaradıcısı və keçmiş direktoru.
Zolaçay
Zola çayı, İranın Cənubi Azərbaycan bölgəsində, Urmiya Gölünə axan çaydır. Çay, şimaldan Urmiya və qərbdən Salmas ilə əhatə olunur. Türkiyə ilə sərhədindəki dağlarda yüksələn Salmas Düzü boyu cənub-qərbə doğru axır. Çay, 846 km²lik bir toplam sahəyə malikdir. Çay suvarma məqsədilə bəndlənmişdir. Səddin hündürlüyü 83m, eni 287m olub mərkəzi gil nüvəsinə malik ərazi qaya bəndindən keçirilmişdir. Bənd 85 milyon m³ su tutur. Zola çayı, Urmiya gölü ekosisteminin mühüm bir komponentidir. Urmiya gölü hazırda qurumaqdadır və son illərdə fitoplankton səbəbi ilə qırmızı rəng alır. Bu çayın sağlamlığı, hövzənin sağlamlığının əhəmiyyətli bir göstəricisidir və bu səbəblə nəzarəti olduqca yüksək olmalıdır.
Molday
Molday — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Firudin Səməndərov — Azərbaycan hüquqşünası.
Moloja
Moloja — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 520 nəfərdir. Bəzi tədqiqatçılara görə, oykonimin tərkibindəki molo komponenti talış dilindəki mölo (molla) sözünün fonetik variantıdır, jə isə “yer” mənasındadır. Ehtimal ki, yaşayış məntəqəsini molla saldığı üçün belə adlandırılmışdır. Digər mülahizəyə görə, Molojə talış dilində “molla döyən” deməkdir. Görünür, oykonim talış, məlo jə sözündən yaranmışdır. Üçüncü, fərqli mülahizəyə əsasən, bu oykonim malon jə sözündən olub, “mal-qaranın vurulduğu yer” deməkdir. Bu oykonimi malon şə sözünün talış dilində fonetik variantı kimi qəbul etsək, mənası “mal-qaranın getdiyi yer, örüş yeri” deməkdir.
Moloma
Moloma (rus. Моло́ма) — Rusiyanın Kirov vilayətində çay. Çayın mənbəyi Voloqda vilayətində yerləşir. Vyatka çayının sağ qoludur. Uzunluğu 419 km, hövzəsinin sahəsi 12,700 km2-dir. Şimal Uvallarından başlanır. Qarışıq mənbələrdən qidalanır. Noyabrdan aprelin axırınadək donmuş olur. Yazda 276 km məsafədə gəmiçiliyə yararlıdır. Ağac axıdılır.
Molqay
Molqay (ing. Milngavie; şot.kelt Muileann-Gaidh) — Şotlandiyada şəhər.
Molodoy proletari
Molodoy proletari (az-əbcəd. مولودوی پرولئتاری‎, azərb-kiril. Молодој пролетари, rus. Молодой пролетари; mənası – gənc proletarlar) — Azərbaycanda həftəlik leqal jurnal. Bakı və Rayonlarının Fəhlə-Kəndli Gənclər İttifaqının orqanı. Bakı və Rayonlarının Fəhlə-Kəndli Gənclər İttifaqının orqanı kimi fəaliyyət göstərən "Molodoy proletari" jurnalı 28 dekabr 1919-cu ildən 9 fevral 1920-ci ilədək çıxmışdır. Cəmi 5 nömrəsi nəşr olunmuşdur. "Molodoy proletari" jurnalı fəhlə və gəncləri Azərbaycan Xalq Cümhuriyyətinin Müsavat hökumətinə qarşı, kommunist hakimiyyəti uğrunda mübarizəyə çağırmışdır. "Molodoy proletari" 10 fevral 1920-ci ildə AXC hökuməti tərəfindən dayandırılmışdır.
Molokan bağı
Xaqani bağı və ya Molokan bağı — Bakının ən qədim parklarından biri. Ərazisi kiçikdir (0.8 hektar), Səbail rayonunda yerləşir. Park adını orta əsrlərdə Şamaxıda yaşamış şair Xaqani Şirvanidən alır. Park cənubdan Üzeyir Hacıbəyov küçəsi ilə, şimaldan Xaqani küçəsi ilə, şərqdən Qoqol küçəsi ilə, qərbdən Rəsul Rza küçəsi ilə məhdudlaşır. Bağın arxitektura-landşaft kompozisiyasının əsası üç qızın heykəlindən təşkil edilmiş "Üç gözəl" heykəllər qrupu ilə əyri cızıqlı formalı hovuzdan ibarətdir. Heykəllər qrupu adi daşın böyük parçaları üzərində oturdulmuşdur. Bağ pavilyonunun cərgələri su hovuzundan başlayır. Bağın yolları elə istiqamətlənib ki, onlar mərkəzdə yerləşən hovuza qədər diaqonal şəklində davam edir. Bağın ərazisi kiçik olsa da (0.8 hektar), kifayət qədər rahatdır və bakılıların istirahət üçün sevimli məkanıdır. Yaşıllıq əraziləri elə yerləşib ki, skamyaların yanında kifayət qədər kölgəlik ərazisi var.
Mololan (Lerik)
Molalan — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Molalan kəndi Şingədulan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Molalan kənd inzibati ərazi dairəsi yaradılmışdır. Oykonim talış dilində Mololon kimi tələffüz olunur. Tədqiqatçıların fikrincə, oykonim molol çay, su kənarında bitən meyvəsiz qıjışəkilli yarpağı olan ağac növü, -on cəmlik bildirən şəkilçidir. Bütövlükdə, oykonim "molol ağacları bitən yer, molol ağacları çox olan yer, mololluq" mənasını bildirir. Əhalisi 1150 nəfərdir. İslam Qəribli — f.e.d, yazıçı-ədəbiyyatşünas, “Qızıl Qələm” mükafatı laureatı.
Mololan (Masallı)
Mololon — Azərbaycan Respublikasının Masallı rayonunun Mahmudavar inzibati ərazi vahidində kənd. Əhalisi 431 nəfərdir. Talış dilində Mololon kimi tələffüz olunur. Tədqiqatçıların fikrincə, oykonim molol çay, su kənarında bitən meyvəsiz qıjışəkilli yarpağı olan ağac növü, -on cəmlik bildirən şəkilçidir. Bütövlükdə, oykonim “molol ağacları bitən yer, molol ağacları çox olan yer, mololluq” mənasını bildirir.
Moloçnaya çayı
Moloçnaya (ukr. Молочна, rus. Моло́чная; yuxarı axınında Tokmak; noq. Токмак) — Ukraynanın Zaporojye vilayətində çay. Uzunluğu 197 km, hövzəsinin sahəsi 3,450 km2-dir. Azovboyu yüksəklikdən başlayır. Azov dənizinin Moloçnaya limanına gökülür. Qar suları ilə qidalanır. Daşqınlar olur. Tokmak, Moloçansk və Melitopol şəhərləri Moloçnaya sahilindədir.
Pəyəcik (Zolaçay)
Pikəçik (fars. كاجيك‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı, Zolaçay kəndistanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə‎ 441 nəfər yaşayır (109 ailə).
Moloqa çayı
Moloqa (rus. Молога) — Rusiyanın Tver, Novqorod və Voloqda vilayətlərində çay. Volqa çayının sol qoludur. Rıbinski su anbarına tökülür. Uzunluğu 456 km, hövzəsinin sahəsi 29,700 km2-dir. Qarışıq mənbədən qidalanır. Oktyabrın axırından aprelədək donmuş olur. Pestovo şəhərindən gəmiçiliyə yararlıdır. Bejetsk, Pestovo, Ustyujna şəhərləri Moloqda sahilindədir. Vikianbarda Moloqa çayı ilə əlaqəli mediafayllar var.
Gəvlən (Salmas-Zolaçay)
Gavlan (fars. گولان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı, Zolaçay kəndistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 209 nəfər yaşayır (40 ailə).
Molodaya qvardiya (jurnal)
Molodaya qvardiya (rus. Молодая гвардия; mənası – gənc qvardiya) — Rusiya aylıq jurnalı. Jurnalın məzmunu ədəbiyyat və siyasətə yönəlmişdir. "Molodaya qvardiya" 1922-ci ilin mayında Moskvada Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin orqanı olaraq təsis edilmişdir. 1922-ci ildən çıxır. Buna baxmayaraq, 1942–1947-ci illərdə çıxmamış, 1947–1956-cı illərdə isə gənc yazıçıların almanaxı kimi fəaliyyət göstərmişdir. Yerli və xarici ölkə yazıçılarının əsərlərini (mövzusu əsasən, gənclərin həyatından götürülmüş), publisistik, ədəbi-tənqid məqalələri nəşr edir. Jurnalda Azərbaycan yazıçılarının da əsərləri çap olunmuşdur. "Molodaya qvardiya" jurnalı 1972-ci ildə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir. 1982-ci ildə tirajı 652 min nüsxə idi.
Molodaya qvardiya (nəşriyyat)
Molodaya qvardiya (rus. Молодая гвардия; mənası – gənc qvardiya) — Rusiya nəşriyyatı. açıq səhmdar cəmiyyəti. Sovet dövründə, 1922-ci ildə qurulan "Molodaya qvardiya" Rusiyanın ən köhnə nəşriyyatlarından biridir. "Molodaya qvardiya" 1922-ci ildə Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin kitab jurnal nəşriyyatı kimi yaradılmışdır. Sovet dövründə "Molodoy kommunist", "Vojatı", "Vokruq sveta", "Rovesnik" kimi 14 jurnal nəşr edirdi. N. Ostrovskinin "Polad necə bərkidi", A. Fadeyevin "Gənc qvardiya" romanları ilk dəfə "Molodaya qvardiya"da nəşr olunmuşdur. "Molodaya qvardiya"nın buraxdığı 100-dən çox əsər (L. Leonun "Rus meşəsi", S. Smirnovun "Brest qalası" və s.) Lenin və SSRİ Dövlət mükafatlarına, Ümumittfaq Lenin komsomolu və SSRİ Jurnalistlər İttifaqının mükafatlarına layiq görülmüşdür. "Molodaya qvardiya" sosialist ölkələrinin nəşriyyatları ilə sıx əlaqə saxlamışdır. Azərbaycan yazıçılarının (Süleyman Rəhimovun "Mehman", Elçinin "Baladadaşın ilk məhəbbəti", Anarın "Dantenin yubileyi", Maqsud İbrahimbəyovun "Hekayə və povestlər"i və s.) da əsərlərini nəşr etmişdir.
Olcay Şahan
Olcay Şahan (26 may 1987, Düsseldorf) — Türk futbolçusu. "Beşiktaş" klubunun hücumçusudur.
Moloqa-Şeksna ovalığı
Moloqa-Şeksna ovalığı (rus. Молого-Шекснинская низменность) — Rusiyada, Moloqa və Şeksna çayları hövzəsində ovalıq. Hündürlüyü 100–120 metrdir. Ovalığın cənub-şərqi hissəsini Rıbinsk su anbarı tutur. Səthi hamardır; şam meşələri, qismən mamırlı bataqlıqlarla örtülüdür. Podzol və qleyli podzol torpaqlar yayılmışdır. Природные ресурсы Молого-Шекснинской низины: Наземные позвоночные. Труды Дарвинского государственного заповедника; Вып. XI (1000 nüs.). Вологда: Северо-Западное книжное издательство.
Molodoy kommunist (jurnal, Azərbaycan)
Molodoy kommunist (azərb-kiril. Молодој коммунист, rus. Молодой коммунист; mənası – gənc kommunist) — Azərbaycanda aylıq komsomol jurnalı, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi və BK-nın orqanı. "Molodoy kommunist" Azərbaycan Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi və BK-nın orqanı kimi 1920–1921-ci illərdə nəşr olunmuşdur. İlk nömrəsi 21 oktyabr 1920-ci il tarixində, 3–4-cü nömrələri isə 1 fevral 1921-ci ildə çıxmışdır. Cəmi neçə nömrəsi çıxması haqqında dəqiq məlumat yoxdur. "Molodoy kommunist"də 1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq gənclərinin I qurultayı, Kommunist Gənclər İnternasionalı, Azərbaycan komsomol təşkilatlarının fəaliyyəti haqqında materiallar dərc olunmuşdur.
Molodoy kommunist (jurnal, SSRİ)
Molodoy kommunist (rus. Молодой коммунист; mənası – gənc kommunist), əvvəllər Yunı kommunist və Molodoy bolşevik — Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin aylıq ictimai-siyasi və nəzəri jurnalı. 1918-ci ilin dekabrından Moskvada ayda bir dəfə nəşr olunmuşdur. Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin orqanı olan qəzet 1918–1938-ci illərdə "Yunı kommunist", 1939–1953-cü illərdə "Molodoy bolşevik" adları altında çıxmışdır. Qəzet marksist-leninist nəzəriyyənin problemlərini, komsomol siyasi maarifi məsələlərini, gənc nəslin həyatını işıqlandırır, xarici ölkələrdə gənclərin həyatı haqqında məlumat vermişdir. Jurnal ədəbiyyata, incəsənətə, idmana dair məqalələr də dərc etmişdir. 1982-ci ildə tirajı 1 milyon nüsxəyə yaxın olmuşdur. Molodoy kommunist // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.
Moloç (Mortal Kombat)
Moloç (ing. Moloch) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Moloç Drahmin ilə yaxın dostdurlar. Onlar birlikdə Kuan Çinin tərəfini saxlayırlar. Drahmindən fərqli cəhəti odur ki, Moloç nə vaxtsa insan olub.
Olcay Kartari Raçed
Olcay Kartari Raçed (tam adı: Olcay Kartari Raçed, ing. Olcay Kartari Rached; 30 noyabr 1950, Qars, Türkiyə) — Azərbaycan əsilli, "Sirr qadın" kimi tanınan, ABŞ prezidentlərinin türk dili üzrə sinxron tərcüməçisi. Olcay Kartari 1950-ci ildə Türkiyənin Qars şəhərində dünyaya gəlib. Babaları Marneulidəndir – azərbaycanlıdır. Belə ki, Kartarinin babaları XX əsrin əvvəllərində Borçalıdan Qars şəhərinə köçmüşdür. Atası Həsən Kartari uzun illər Qarsda yerli təhsil şöbəsinin müdiri, eyni zamanda TRT Qars radiosunun solisti olmuşdur. Kartari ailəsində 5 övladdan ən böyüyüdür. Onun Əsgər, Çingiz, Yavuz və Həmid adlı 4 qardaşı var. İkinci qardaşı professor Əsgər Kartari Hacettepe Universitetində İnformasiya və kommunikasiya fakültəsinin dekanı olub. Olcay Kartari vaxtilə TRT Qars radiosunda xorda xalq musiqisi sənətçisi kimi çalışıb.