Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Molbert
Molbert və ya ya Malbret (alm. Malbrett‎: malen rəsm çəkmək üçün Brett lövhə) — rəssamlıqda işlədilən üçayaqlı, yaxud üfüqi özül üzərində bərkidilmiş şaquli dayaqlardan ibarət dəzgah. İş prosesi zamanı tablo, rəsm, və s. molbert üzərində yerləşdirilir. Adətən materialı taxtadan olur. ASE, VII cild, Bakı, 1983. səh. 24.
Mollera
Calostephane (lat. Calostephane) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Mollera O.Hoffm.
Albert
Albert — Dünyada daha çox işlədilən rus adı. Albert Aqarunov — Azərbaycanın Milli Qəhrəmanı. Tank komandiri. Albert Bitran — rəssam Albert Qonzales — Amerikalı haker və kiber cinayətkar. Albert Starçevski — Rus jurnalisiti; ensiklopediyaçı Albert Tağıyev — Azərbaycan iqtisadçısı, iqtisadiyyat üzrə fəlsəfə doktoru.
Molyer
Jan Batist Poklen və ya sadəcə Molyer (fr. Jean Baptiste Poquelin, dit Molière; 15 yanvar 1622[…], Paris – 17 fevral 1673[…], Paris) - böyük fransız komediya yazarı, Fransa və Qərbi Avropa ədəbiyyatında klassik komediya janrının banisi. Fransız dramaturqu, aktyor, teatr xadimi Jan Batist Molyer 1622-ci ildə Parisdə saray xidmətçisi Jan Poklenin ailəsində doğulmuşdur. 1639-cu ildə Klermon kollecini bitirmişdir. Dünyagörüşünə fransız materialist filosofu P.Qassendinin təlimi güclü təsir göstərmişdir. Gənc yaşlarında həyatını teatrla bağlamış, 1643-cü ildə "Parlaq teatr" truppasını yaratmışdır. Lakin Parisdə müvəffəqiyyət qazanmayan truppa 12 il (1645-1658) əyalət şəhərlərini gəzib dolaşmış, yalnız 1659-cu ildə xoşbəxt bir təsadüf nəticəsində paytaxta qayıda bilmişdir. Bu müddət ərzində Molyer xalq həyatını dərindən öyrənmiş, gələcək əsərləri üçün zəngin material toplamışdır. Yaradıcılığa truppası üçün xalq farsları səpgisində yazdığı şən əhval-ruhiyyəli komediyalarla ("Barbulyanın qısqanclığı", "Uçan təbib") başlamışdır. Dünya dramaturgiyasının şah əsərləri sayılan "Tartüf", "Kişilərə ibrət dərsi", "Qadınlara ibrət dərsi", "İstəksiz nikah", "Zorən təbib", "Mizantrop" və s.
Robert
Robert — dünyada çox işlədilən kişi adı. Robert Spreq — Frank Spreq və Harriet Spreqin oğlu Robert Boş — Alman ixtiraçı. Robert Bosch GmbH şirkətinin təsisçisi. Robert Bradtke — ABŞ diplomatı. ABŞ-nin Xorvatiyadakı səfiri Robert Ekhart — kinorejissor.
Cilbert Ader
Cilbert Ader (ing. Gilbert Adair, 29 dekabr 1944, Edinburq — 8 dekabr 2011) — ingilis (şotland) yazıçısı, ssenarist, tərcüməçi, esse müəllifi. Daha çox "Alisa möcüzələr ölkəsində" və "Piter Pen" əsərlərinin davamını yazmaqla tanınmışdır.
David Hilbert
David Hilbert (alm. David Hilbert‎; 23 yanvar 1862[…], Kalininqrad – 14 fevral 1943[…], Göttingen) — alman riyaziyyatçısı, XX əsr riyaziyyatın inkişafına əhəmiyyətli töhfə verməklə yanaşı, riyaziyyatın bir çox sahələrinin inkişaf yollarını göstərən məşhur riyaziyyatçı alim. == Həyatı == David Hilbert 1862-ci ildə Köniqsberqdə anadan olmuşdur. 1895 və 1929-cu illər arasında Gettingen Universitetində professor olmuşdur. XX əsrin əvvəlində Alman riyaziyyat məktəbinin başçısı hesab edilir. 1897-ci ildə cisim anlayışını və cəbri rəqəmlər qurmuşdur. 1890-cı illərdəki ilk çalışmaları sırasında, cəbri həndəsə və müasir cəbrdə əhəmiyyətli rol oynayan invariantlar nəzəriyyəsinin əsas qanunlarını ortaya çıxarmağı bacarmışdır. Aksiomatik nəzəriyyə, operatorlar nəzəriyyəsi, funksional analiz, nəzəri fizika və s. sahələrdə dərin nəticələr almışdır.
Gilbert Ryle
Gilbert Ryle (1900-1976) müasir İngilis filosofudur. Dil fəlsəfəsi ənənəsi içində iştirak etməklə birlikdə, Aristoteldən təsirlənib, Edmund Husserl və Meinong ilə də maraqlanan Ryleinn ən əhəmiyyətli iki kitabı Zehin Anlayışı və Qərarsızlıqdır. == Əsərləri == === Kitabları === 1949, The Concept of Mind, London: Hutchinson. (Zihin Kavramı) 1954, Dilemmas, Cambridge: Cambridge University Press. (İkilemler) 1966, Plato's Progress, Cambridge: Cambridge University Press. (Platon'un Gelişimi) 1971a, Collected Papers, vol. 1, London: Hutchinson. (Toplu Eserler 1) 1971b, Collected Papers, volume 2, London: Hutchinson. (Toplu Eserler 2) 1979, On Thinking, ed. K. Kolenda, Oxford: Blackwell.
Gilbert Vernam
Gilbert Sandford Vernam (d.3 aprel 1890 — ö.7 fevral 1960) — AT&T Bell Laboratoriyasının tanınmış mühəndislərindən biri. O 1917-ci ildə çoxəlifbalı axım şifrsi (polyalphabetic stream cipher) kəşf etmişdir və məşhur "One time pad" şifrləmə alqoritminin müəlliflərindən biridir. O 1943-cü ildə Western Union şirkəti Postal Telegraph Co. teleqraf agentliyini alana qədər bu şirkətdə, daha sonra isə Western Unionun özündə çalışmışdır. Teleqraf sahəsində ötürmələr və teleqraf şəbəkələrinin qurulmasında böyük əməyi vardır. == Patentləri == U. S. Patent 1,310,719 U. S. Patent 1,416,765 U. S. Patent 1,584,749 U. S. Patent 1,613,686 1,310,719 nömrəli patenti Amerikə Milli Təhlükəsizlik Agentiyi kriptoqrafiya tarixinin ən önəmlisi adlandırır. == Vernam Şifrsi == Müasir terminologiyada Vernam şifrsi simmetrik axım şifrsi adlanır. Simmetrik axım şifrlərində şifrləmə üçün normal mətn uzunluğunda bir açar sözü götürülür və mətnlə XOR-lanır. Riyazi ədəbiyyatlarda ⊕ işarəsi XOR ifadə edir və aşağıdakı kimi tərif verilir. XOR funksiyasının dəyəri bütün girişlərin dəyəri eyni olanda mənfi, fərqli olanda isə müsbət olur.
Hamfri Gilbert
Hemfri Hilbеrt (1539, Devon qraflığı – 9 sentyabr 1583) — İngilis səyyahı. tədqiqatçısı. == Həyatı == Hilbеrt Amеrikanı Atlantida ilə müqayisə еdərək оnu ada kimi təsəvvür еdir və оnun ətrafında üzərək tam dövrə vurulmasını mümkün hеsab еdir. Bu münasibətlə о yazır: " Hеsab еdirəm ki, Amеrikanın şimalından şimal-qərb istiqamətdə dəniz yоlu bizim üçün daha əlvеrişlidir. Yоlun оlması fikrini qədim filоsоflardan Platоna, Aristоtеlə, həmçinin müasir cоğrafiyaçılara əsaslandırıram". Hilbеrt şimal-qərb istiqamətdə dəniz yоlunun daha təhlükəsiz оlduğunu aydınlaşdırmaqla, həm də ingilislərin bu dəniz yоlu üzərində hеgеmоn dövlətə çеvriləcəyinə inandırmağa çalışırdı. == İstinadlar == == Xarici keçidlər == D.B. Quinn, Voyages and Colonising Enterprises of Sir Humphrey Gilbert, 2 vol.
Hemfri Hilbert
Hemfri Hilbеrt (1539, Devon qraflığı – 9 sentyabr 1583) — İngilis səyyahı. tədqiqatçısı. == Həyatı == Hilbеrt Amеrikanı Atlantida ilə müqayisə еdərək оnu ada kimi təsəvvür еdir və оnun ətrafında üzərək tam dövrə vurulmasını mümkün hеsab еdir. Bu münasibətlə о yazır: " Hеsab еdirəm ki, Amеrikanın şimalından şimal-qərb istiqamətdə dəniz yоlu bizim üçün daha əlvеrişlidir. Yоlun оlması fikrini qədim filоsоflardan Platоna, Aristоtеlə, həmçinin müasir cоğrafiyaçılara əsaslandırıram". Hilbеrt şimal-qərb istiqamətdə dəniz yоlunun daha təhlükəsiz оlduğunu aydınlaşdırmaqla, həm də ingilislərin bu dəniz yоlu üzərində hеgеmоn dövlətə çеvriləcəyinə inandırmağa çalışırdı. == İstinadlar == == Xarici keçidlər == D.B. Quinn, Voyages and Colonising Enterprises of Sir Humphrey Gilbert, 2 vol.
Hilbert fəzası
Hilbert fəzası — dahi riyaziyyatçı David Hilbert tərəfindən ortaya atılan və riyazi isbatı verilən unitar fəza növüdür. == Tərif == Sonsuz ölçülü dolu unitar fəzaya Hilbert fəzası deyilir. Qeyd edək ki, doluluq yığılma və ya məsafə ilə bağlıdır.
Mark Uolberq
Mark Robert Maykl Uolberq (eng: Mark Robert Michael Wahlberg, 5 iyun, 1971, Massaçusets, ABŞ) — amerikalı aktyor və prodüser. == Həyatı == Mark Uolberq 5 iyun 1971-ci ildə Dorçesterdə, ABŞ-nin Massaçusets ştatında anadan olub. Həmkarlar ittifaqı fəallarından birinin çoxuşaqlı ailəsində dünyaya göz açan Mark ailədə doqquz uşaqdan ən kiçiyi idi. 16 yaşında Mark məktəbi yarımçıq qoyub. O, xırda oğurluqlar və narkotik satışı ilə məşğul olurmuş. Bənna işləməyə də macal tapan yeniyetmə bir ara qanunla da müəyyən problemlər yaşayıb. İki il sonra bir Vietnamlını vəhşicəsinə döydüyü üçün onu həbs etdilər. Qardaşı Donni ilə birlikdə bir müddət "New Kids on the Block" qrupunda çalışan Mark Uolberq tezliklə "Marky Mark and the Funky Bunch" adı ilə öz qrupunu yaradır. Marki Mark adı ilə 1991-ci ildə buraxdığı "Music for the people" və 1992-ci ildə çıxan "You gotta believe" albomları ona uğur gətirdi və Mark Uolberq ilk ağdərili rep ifaçılarından biri kimi şöhrət qazandı. Onun "Good Vibrations" adlı sinqli geniş populyarlıq qazandı.
Norbert Qombos
Norbert Qombos (13 avqust 1990, Qаlаntа) — ATP Çelencer Turunda iştirak edən və Slovakiya Davis Kuboku komandasının üzvü olan Slovakiya tennisçisi. 25 may 2015-ci ildə Dünya ATP reytinqində 103-cü sırada qərarlaşaraq şəxsi rekorduna imza atmışdır.
Norbert Qönött
Norbert Qönött (fr. Norbert Gœneutte; 23 iyul 1854, Paris, Fransa — 9 oktyabr 1894, Over-syür-Uaz) — fransız rəssam-impressionist, illüstrator, ilk növbədə Emil Zolyanın «Dünya» (1889) romanın rəssam müəllifi kimi tanınır. 150-dən çox ofortların və litoqrafiyanın müəllifidir. Paris şəhərində anadan olmuşdur. İzidor Pils adına İncəsənət məktəbində təhsil almışdır. Pilsin ölümündən sonra 1875-ci ildə Norbert təhsilini atır. Tezliklə Marselen Debuten ilə tanış olur daha sonra Renuar və Mane ilə görüşdüyü "Yeni Afina" (fr. Nouvelle Athènes) kafesinin tez-tez getdiyi bir yerə çevrilir. Мировое искусство. Импрессионизм.
Norbert Viner
Norbert Viner (ing. Norbert Wiener; 26 noyabr 1894[…], Kolumbiya[d], Missuri, ABŞ – 18 mart 1964[…], Stokholm) — ABŞ riyaziyyatçısı, kibernetikanın əsas müddəalarını qısa və dürüst ifadə etmişdir. "Kibernetika" əsərinin müəllifidir. Riyazi analiz və ehtimal nəzəriyyəsi sahələrində də çalışmışdır. Norbert Viner 26 noyabr 1894-cü ildə Kolumbiya şəhərində anadan olmuşdur. Atası poliqlot, slavist, ədəbiyyat bilicisi, tərcüməçi idi. Viner kiçik yaşlarından qədim dilləri, təbiət elmlərini öyrənir, çox mütaliə edirdi. O, fövqəladə istedada malik idi: orta məktəbi 11, ali məktəbi isə 14 yaşında bitirmişdi (onda elmlər bakalavrı dərəcəsini almışdı). 17 yaşında incəsənət magstri olmuş, 18 yaşında isə riyazi məntiq sahəsində fəlsəfə doktoru adını almışdır. Harvard universitetinin təqaüdünü alan Viner Kembric və Gyottingen universitetlərdinə təcrübə keçirdi.
Qilbert Rayl
Gilbert Ryle (1900-1976) müasir İngilis filosofudur. Dil fəlsəfəsi ənənəsi içində iştirak etməklə birlikdə, Aristoteldən təsirlənib, Edmund Husserl və Meinong ilə də maraqlanan Ryleinn ən əhəmiyyətli iki kitabı Zehin Anlayışı və Qərarsızlıqdır. 1949, The Concept of Mind, London: Hutchinson. (Zihin Kavramı) 1954, Dilemmas, Cambridge: Cambridge University Press. (İkilemler) 1966, Plato's Progress, Cambridge: Cambridge University Press. (Platon'un Gelişimi) 1971a, Collected Papers, vol. 1, London: Hutchinson. (Toplu Eserler 1) 1971b, Collected Papers, volume 2, London: Hutchinson. (Toplu Eserler 2) 1979, On Thinking, ed. K. Kolenda, Oxford: Blackwell.
Uolter Gilbert
Volter Gilbert(ing. Walter Gilbert; doğ. 21 mart 1932, Boston, ABŞ) — amerika fiziki, biokimyaçısı. Amerika biokimyaçısı Volter Hilbert 1932-ci ilin martın 21-də Bostonda anadan olmuşdur. 1953-cü ildə Harvard universitetini bitirmişdir. 1953-1957-ci illərdə İngiltərədə Kembric universitetində işləmişdir (1957-ci ildə müdafiə edərək fəlsəfə doktoru olmuşdur). 1957-ci ildə Harvard universitetində işləyir (1968-ci ildən professor). Volter Gilbertin elmi işləri biokimyaya və molekulyar biologiyaya aiddir. Laktoz geninin (operon) aktivliyini idarə edən birinci tənzimləyici zülalın ayrılması, zülalların və DNT-nin spesifik qarşılıqlı təsir mexanizminin öyrənilməsi, bir sıra DNT-lərin birinci quruluşlarının müəyyən edilməsi, insulin sələfi genin klonlaşması və bu zülalın bakterial hüceyrədə sintezi üzrə əsas tədqiqatları həyata keçirmişdir. A. Mekşem ilə birlikdə 1973-cü ildə dezoksiribonukleazanın köməyi ilə bağırsaq çöpləri DNT-sini parçalamış və müəyyən sahəni (lak-operator) ayırmışdır.
Volter Gilbert
Volter Gilbert(ing. Walter Gilbert; doğ. 21 mart 1932, Boston, ABŞ) — amerika fiziki, biokimyaçısı. Amerika biokimyaçısı Volter Hilbert 1932-ci ilin martın 21-də Bostonda anadan olmuşdur. 1953-cü ildə Harvard universitetini bitirmişdir. 1953-1957-ci illərdə İngiltərədə Kembric universitetində işləmişdir (1957-ci ildə müdafiə edərək fəlsəfə doktoru olmuşdur). 1957-ci ildə Harvard universitetində işləyir (1968-ci ildən professor). Volter Gilbertin elmi işləri biokimyaya və molekulyar biologiyaya aiddir. Laktoz geninin (operon) aktivliyini idarə edən birinci tənzimləyici zülalın ayrılması, zülalların və DNT-nin spesifik qarşılıqlı təsir mexanizminin öyrənilməsi, bir sıra DNT-lərin birinci quruluşlarının müəyyən edilməsi, insulin sələfi genin klonlaşması və bu zülalın bakterial hüceyrədə sintezi üzrə əsas tədqiqatları həyata keçirmişdir. A. Mekşem ilə birlikdə 1973-cü ildə dezoksiribonukleazanın köməyi ilə bağırsaq çöpləri DNT-sini parçalamış və müəyyən sahəni (lak-operator) ayırmışdır.
Ksantenli Norbert
Ksantenli Norbert və ya Laonlu Norbert (lat. Norbertus; 1080 – 6 iyun 1134, Maqdeburq) — katolik müqəddəs, premonstrantlar ordeninin banisi. == Həyatı == Norbert təxminən 1080-ci ildə Ksantendə (indiki Almaniya) və ya Gennepdə (indiki Niderland) anadan olmuşdur. Hər iki şəhər o dövrdə Müqəddəs Roma imperiyasının Köln arxiyepiskopluğuna aid idi. O, Gennep qraf ailəsindən idi. Nortbert gəncliyini Ksantendə və V Henrixin sarayında keçirmişdir. Ölümcül təhlükədən xilas olduqdan sonra onda elə dini təbliğatçıya çevrilmiş, bütün Fransa və Niderlandda gəzərək təbliğat aparmışdır. 1119-cu ildə premonstrantlar ordeninin əsasını qoymuşdur. Norbert 1126-cı ildə Maqdeburq arxiyepiskopu olmuşdur. O, II Lotarı papa İnnokentini tanımağa və II Anakleti tərk etməyə inandırdıqdan sonra kilsənin işlərində böyük nüfuz qazanmışmışdır.
Eddi Albert
Eddi Albert (ing. Eddie Albert; 22 aprel 1906[…] – 26 may 2005[…], Pasifik-Paliseyds[d], Kaliforniya) — ABŞ aktyoru. == Həyatı == Eddi Albert 22 aprel 1906-cı ildə əslən Almaniyadan olan emiqrant ailəsində anadan olmuşdur. Kiçik yaşlarında bu ailə Minnesotaya köçmüşdür. Birinci dünya müharibəsi zamanı soyadı – Haymberger məktəbdə ona bəzi xoşagəlməzliklər yaşadıb. Yoldaşları ona düşmən kimi baxırdılar. 6 yaşında ikən qəzetpaylayan kimi işləsə də, artıq 14 yaşında isə Eddi teatr dərnəyinə yazılmışdır. Dərnəkdə onunla bir sinifdə gələcəkdə Enn Sotern kimi şöhrət qazanacaq aktrisa Harriett Leyk təhsil alırdı. 1924-cü ildə məktəbi bitirən Eddi, Minnesota ştatının universitetlərinin birində iqtisadiyyatı öyrənməyə başlayır. Lakin 1929-cu ilin birja iflasından sonra onun ixtisasına uyğun iş yeri tapılmadı.
Ehud Olmert
Ehud Olmert (ivr. ‏אֶהוּד אוֹלְמֶרְט‏‎; 30 sentyabr 1945[…]) — İsrailli siyasətçi və vəkildir. 2006–2009-cu illərdə və bundan əvvəl 1988-ci ildən 1992-ci ilə 2003-cü ildən 2006-cı ilə qədər İsrailin 12-ci Baş naziri vəzifəsində çalışmışdır. Nazirlər Kabinetinin üzvü kimi birinci və ikinci vəzifələri arasında 1993-cü ildən Qüds bələdiyyə başçısı vəzifəsində çalışmışdır.Baş nazir vəzifəsində işlədikdən sonra Qüds meri və ticarət naziri vəzifəsində olduğu müddətdə rüşvət aldığına və ədalət mühakiməsinə mane olduğuna görə həbs cəzasına məhkum edilmişdi.
Florian Albert
Florian Albert (15 sentyabr 1941[…] – 31 oktyabr 2011, Budapeşt) — Macarıstan milli komandasının və "Ferentsvaroş" klubunun sabiq futbolçusu. "Qızıl top" mükafatının sahibi (1967). == Karyerası == === Klub === Florian Albert bütün karyerasını "Ferentsvaroş" klubunda keçirib. === Milli === Yığmada 75 matçda 31 dəfə fərqlənən mərhum futbolçu 1962 və 1966-cı il dünya çempionatlarında, eləcə də 1960-cı il Yay Olimpiya Oyunlarında iştirak edib. == Uğurları == 4 dəfə ölkə çempionluğu qazanıb. Olimpiadada bürünc medal qazanıb. "Qızıl top" mükafatının sahibi olub (1967). == Xatirəsi == 2007-ci ildə "Ferentsvaroş"un stadionuna Albertin adı verilib. == İstinadlar == == Mənbə == "Qızıl top"un sahibi öldü.
Georq Moller
Qeorq Moller (alm. Georg Moller‎; 21 yanvar 1784[…], Dipholts[d], Aşağı Saksoniya – 13 mart 1852[…], Darmştat) — alman memar, şəhər planlayıcısı, memar tarixçisi. Karl Fridrix Şimkel və Leo fon Klentse ilə yanaşı, klassikliyin və romantizmin görkəmli nümayəndəsi sayılır. == Bioqrafiyası == Norveç keşişinin ailəsində anadan olub. Hannover, Karlsrue və İtaliyada təhsil almışdır. Təhsil müddətində Fridrix Veynbrenner ilə tanış oldu. Vətəninə qayıtdıqdan sonra Qessen-Darmştadt Şahzadəsinin xidmətinə daxil olsu. Məhkəmə memarı və şəhər planlaşdırıcısı olaraq bir sıra tanınmış layihələr həyata keçirdi. Tələbələri arasında Huqo fon Ritqen, Fridrix Maksimilian Hessemer, Ferdinand Ştadler və başqaları vardı. 1818-ci ildə, Qessen-Darmştadt Böyük Hersoqunu memarlıq abidələrinin qorunmasına dair ilk fərmanı qəbul etməyə inandırdı.
Karl Albert
Çarlz Albert (it. Carlo Alberto di Savoia) (2 oktyabr 1798[…], Turin, Sardiniya krallığı – 28 iyul 1849[…], Portu) — Savoyya hersoqu və Sardiniya kralı. Atası Karinano şahzadəsi Çarlz Emanuel, anası isə Polşa kralı III Avqustun nəvəsi Saksoniyalı Mariya Kristinadır. == Mənbə == Robertson, Priscilla. Revolutions of 1848: a social history (1952). pp 309–401. Smith, Denis Mack, Modern Italy: A Political History (University of Michigan Press: Ann Arbor, 1997).