Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Morioka
Morioka (yap. 盛岡市) — Yaponiyanın Honşu adasında olan Tohoku regionunda yerləşən İvate prefekturasının paytaxtı.
Mordovya Arena
Mordovya Arena – Rusiyanın şəhəri Saranskda yerləşən, 2018 FİFA Dünya Kuboku üçün tikilən stadiondur. Mordovya Saransk klubu da öz ev oyunlarını burada keçirir. Stadion Mordovyanın əvvəllər ev oyunlarını oynadığı Start Arenanı da əvəzləmişdir. Tamaşaçı tutumu 43958 nəfərdir. Təsislərin ümumi sahəsi 122700 m²-dir. Arena şəhərin mərkəzi hissəsində yerləşir və əsas infrastrukturuna yaxın məsafədədir. Stadionun dizaynı Mordva xalqının qədim mifologiyasındakı əsas obrazı olan günəşin təsvirinə əsaslanır. Mundialdan sonra stadionun Saransk və Mordoviyanın ən böyük idman və asudə mərkəzi olacağı gözlənilir. == Tarixi == Saranskda yeni bir stadionun tikilmə qərarı Rusiyanın mundiala ev sahibliyi edəcəyinin təsdiqlənməmişdən əvvəl alınmışdı. Stadion 2010 ilə 2012-ci illər arasında inşa edilməliydi və iki önəmli tədbirə ev sahibliyi etməliydi: Spartakiada və Mordoviya xalqı ilə rus dövləti xalqları arasındakı minillik yubiley.
Ryota Morioka
Ryota Morioka (12 aprel 1991, Hyoqo prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Ryuzo Morioka
Ryuzo Morioka (d. 7 oktyabr 1975) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 38 oyun keçirib.
Ayris Mördok
Cin Ayris Mördok (ing. Jean Iris Murdoch; 15 iyul 1919[…], Dublin – 8 fevral 1999[…], Oksford, Birləşmiş Krallıq) — İngilis yazışısı və filosofu. Ədəbiyyat üzrə Mən Buker mükafatının laureatıdır, o bu mükafatın siyahısına, rekord olaraq, 6 dəfə seçilib. Mördok 26 roman, 5 oyun, 5 fəlsəfə əsəri ve 1 ədəd şer toplusu kitablarının müəllifidir. == Həyatı == Ayris Mördok İrlandiyanın Dublin şəhərində Uils Con Hyuqs Mördok və Ayren Elis ailəsində dünyaya göz açıb. Onun atası məmur idi, anası isə, Ayrisin anadan olmasına qədər mügənni olmuşdur. Ayris ailənin yeganə övladı idi. Ayris Oksford Universitetinin klassik fəlsəfə fakultəsində (1938—1942) Kembric Universitetində isə fəlsəfə fakultəsində (1947—1948) təhsil alır. Oksford Universitetində müəllim kimi işləyir. Universitet illərində o çox sayda önəmli şəxsiyyətlərlə tanış olur.
Mett Mördok
Dəlisov (ing. Daredevil) — Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. "Daredevil" adında ilk komiks əslində 1963-cü ilin sentyabrında çıxmalı idi. Lakin gecikmələr üzündən bu müddətə çatmamışdır. Ona görə də onun əvəzində "Qisasçılar" komiksini buraxmalı olmuşdurlar. Daredevil isə düz 7 ay sonra — 1964-cü ilin aprelində nəşr olunmuşdur. == Həyatı == Əsl adı Matt Murdokdur. Atası bir boksçu idi və pulunu bu yolla qazanırdı. Atası oğlunun gələcəkdə sakin həyat tərzi keçirməsini və yaxşı peşə sahibi olmasını istəyirdi. Bir dəfə Matt yoldan keçən bir qoca kişini az qala yük maşını vurarkən itələyərək xilas etmişdir, amma bu zaman həmin yük maşının daşıdığı radioktiv maddə onun gözlərinə saçılmış və o, kor olmuşdur.
Mordovia Dövlət Məclisinin Sədrləri siyahısı
Mordovia Dövlət Məclisinin Sədrləri siyahısı.