Dəlisov (ing. Daredevil) — Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. "Daredevil" adında ilk komiks əslində 1963-cü ilin sentyabrında çıxmalı idi. Lakin gecikmələr üzündən bu müddətə çatmamışdır. Ona görə də onun əvəzində "Qisasçılar" komiksini buraxmalı olmuşdurlar. Daredevil isə düz 7 ay sonra — 1964-cü ilin aprelində nəşr olunmuşdur.
Daredevil | |
---|---|
ing. Daredevil | |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi | "Daredevil" #1 (aprel 1964) |
Yaradıcı(lar) |
Sten Li Ber Everett[1] |
Xüsusiyyətlər | |
Əsl adı | Matyu Maykl "Matt" Murdok |
Doğum yeri | |
Cinsiyyəti | kişi[d] |
Növü | insan |
Vətəndaşlıq | |
Təhsili |
|
Komiks bioqrafiyası | |
Üzvlükləri |
SHIELD Göstərişsiz Nelson & Murdok Müdafiəçilər Əl Yeni Qisasçılar |
Partnyorları |
Elektra Qara dul |
Düşmənləri |
Kinqpin[2] Hədəf |
Ləqəbləri | Qorxusuz[3] |
Gücləri |
Atletik bədən 4 güclənmiş duyğu üzvü Döyüş bacarığı Radar qabiliyyəti |
Silahları | İki birləşə bilən çubuq |
Əsl adı Matt Murdokdur. Atası bir boksçu idi və pulunu bu yolla qazanırdı. Atası oğlunun gələcəkdə sakin həyat tərzi keçirməsini və yaxşı peşə sahibi olmasını istəyirdi.
Bir dəfə Matt yoldan keçən bir qoca kişini az qala yük maşını vurarkən itələyərək xilas etmişdir, amma bu zaman həmin yük maşının daşıdığı radioktiv maddə onun gözlərinə saçılmış və o, kor olmuşdur. Matt getdikcə kor olmasına baxmayaraq digər duyğu üzvlərinin normal insanlara nisbətən inanılmaz inkişaf etdiyinin fərqinə varmağa başlamışdır. Üstəlik eşitmə qabiliyyəti o qədər inkişaf etmişdi ki, cisimləri görməsə də yerlərini radar yolu ilə tapa bilirdi.
Matt kor olduqdan sonra rinqlərə qayıtmağa qərar verən atası Fikser adlı bir qanqsterin o axşam keçiriləcək bir boks döyüşünü ona satmaq təklifini rədd etmişdir, çünki oğlu da izləyicilər arasında olacaqdı. Buna görə qalib gəlməsinə baxmayaraq oyundan sonra öldürüldü. Atasının ölümündən sarsılan Matt qatilləri cəzalandıracağına söz vermişdir. Universiteti bitirib vəkil kimi məzun olmuş və dostu Foqqi Nelsonla bir vəkil bürosu açmışdır. Beləliklə, Matt Hells Kitçında ədalət axtaranlara gündüzlər vəkil kimi, axşamlar isə Daredevil kimi kömək göstərəcəkdir.
1970-ci illərdə 18 yaşında ikən "Daredevil" #72-dən etibarən jurnalın redaktorluğuna gətirilən Qerri Konvay ilk olaraq sevdiyi iki şeyi Daredevilin hekayəsinə qatmaq istəmişdir. Konvay Daredevili Fantastik Dördlük və Hörümçək-adam[4] kimi super qəhrəmanların olmadığı San-Fransiskoya daşımışdır. Bir müddət sonra bir-birilərinə uyğun gəldiklərini düşündüyü Qara dulu[5] (Nataşa Romanov) da hekayəyə qatmaq üçün Marvel Comicsi razı salmışdır.
#81–124 sayıları arasında partner olan bu ikili bir-birilərinə o qədər bağlanmışdı ki, hətta jurnalın #93–108 arasındakı sayları "Daredevil & Qara dul" adı ilə çıxmışdı. Ancaq bir müddətdən sonra satışlardakı aşağı səviyyə Daredevilin San-Fransisko karyerasına son vermişdir. Qara dul isə Qisasçıların təklifini qəbul edərək Mattdan ayrılmışdır.
Komiksdə Mattla Nataşa eyni binada yaşasalar da, müxtəlif evlərdə qalırdılar. Çünki "Comics Code Authority" adlı qanuna görə komik oxuyucuları uşaqlar olduğuna görə sevişmək səhnələrinə yol verilə bilməzdi.
İlk olaraq oxuyuculara Matt və Foqqinin bürosunda işləyən katibə kimi təqdim olunmuş, daha sonra Mattla bir müddət sevgi münasibətləri olmuşdur.[6] Amma Karen onun sirrini öyrənəndən sonra gah onlar ayrılır, gah da barışırdılar.
Uzun müddət komikslərdə göstərilmədikdən sonra Karen Frank Millerin redaktorluq etdiyi dövrdə heroin bağımlısı bir porno aktrissası kimi geri dönmüşdür. Narkotik pulu qarşılığında Daredevilin kimliyini Kinqpinə satmış və bu dövr Mattın həyatında ən çətin dövrə çevrilmişdir. Karen 1990-cı illərdə Daredevilin düşməni muzdlu qatil Hədəf tərəfindən öldürülmüşdür.[7]
1980-ci illərdə Frank Miller hekayəyə Mattın universitet məhəbbəti olan Elektranı (Elektra Natçios) daxil etmişdir. Mattın yetişdiyi klana rəqib olan klandan çıxan Elektra ilə Daredevil tez-tez qarşı-qarşıya gəlmiş və aralarında qəribə münasibətlər yaşanmışdır.
Hədəf ilə Elektra Kinqpinin baş suiqəsdçisi olmaq üçün aralarında yarışmışdır. Sonda Hədəf Elektranı öldürmüşdür.
Daredevilin əsas qabiliyyəti onun hiss orqanlarıdır. Gözləri tam olaraq kor olsa da, bədəninə saçılan radioaktiv maddəyə görə digər 4 duyğu üzvü inanılmaz güclənmiş, adi insandakından qat-qat güclü olmuşdur. Bu ona əlavə üstünlüklər qazandırmışdır. İnsanların səsini uzaq məsafələrdən eşidə bilir, adi insanların belə tapmayacağı əşya və cisimlərin yerini radar qabiliyyəti ilə müəyyən edir.
Daredevil həm də əla döyüş bacarığına malikdir. O, bu döyüş bacarığını ninja klanında ikən Çubuqdan öyrənmişdir. Döyüşərkən ayrıla bilən çubuqdan istifadə edir.
Daredevil günümüzə qədər Sten Li, Roy Tomas, Rocer Makkenzi, Ed Brubeykır, Brayan Maykl Bendis və Mark Vay kimi yazıçıların əlindən çıxan hekayələri ilə oxuyucularla görüşsə də, onu ən çox tanıtdıran yazıçı Frank Millerdir. Azalan satışlara görə jurnalı bağlanmaqdan qurtaran, Daredevilin həyatını dərinləşdirib bu günlərə çıxaran Frank Miller olmuşdur. 80-ci illərin başında redaktor olan Frank özündən əvvəl qorxu janrında olan hekayələri ilə məşhurlaşmış və personajı qaranlıq yollara soxan Rocer Makkenzinin yolu ilə irəliləmişdir.[12] Personajın keçmişini yenidən formalaşdırmışdır:
Daredevil ilk dəfə 1989-cu ildə "İnanılmaz Halkın sınağı" filmində qara kostyumda canlandırılmışdır.
Daredevila həsr olunmuş ilk film isə 2003-cü il istehsalı "Daredevil" filmi olmuşdur. Bu filmdə Daredevil rolunu Ben Aflek, Elektra rolunu Cenifer Qarner, Kinqpin rolunu Maykl Klark Dunkan, Hədəf rolunu isə Kollin Farrel oynamışdır.
Marvel Studios tərəfindən atılan ilk addım isə 2015-ci ildə çəkilən və 13 seriyadan ibarət "Daredevil" teleserialı olmuşdur.[13] Bu teleserialın 2-ci mövsümü 2016-cı ildə yayınlanacaqdır.[14]
Stan Lee chose the name Daredevil because it evoked swashbucklers and circus daredevils, and he assigned Bill Everett, the creator of the Sub-Mariner to design and draw Daredevil #1.([[:Category:|link]])[[Category:]]
.([[:Category:|link]])[[Category:]]