Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Buzlaq
Buzlaq — dağ yamacı və ya dərə üzrə ağırlıq qüvvəsinin təsiri altında yavaş-yavaş hərəkət edən buz kütləsi. Buzlaq bərk yağıntıdan (qardan) o sahələrdə əmələ gəlir ki, il müddətində onun qalınlığı əriyən və buxarlanan sudan xeyli çox olur, daha doğrusu buzlaq iqlim qar sərhədindən yuxarıda, qarın toplanması üçün relyef formalarının əlverişli olduğu yerdə əmələ gəlir. Hidrosfer qütb ölkələrində dəniz səviyyəsində, mülayim və isti qurşaqlarda isə uca dağlarda qarlardan və buzlaqlardan ibarətdir. Yerin çoxillik və ya "əbədi" qar və buz olan təbəqəsi Kriosfer adlanır. Onu birinci dəfə 1923-cü ildə polyak alim А. B. Dobrovolski tətbiq etmiş. == Kriosfer == Kriosfer Yerin üç əsas təbəqəsinin qarşılıqlı təsiri nəticəsində əmələ gəlir: qar və buz yaranması üçün rütubət verən hidrosferin, bu rütubəti yayan və onu bərk fazada saxlayan atmosferin, səthində qar təbəqəsi əmələ gəlməsi mümkün olan litosferin. Bu okean — atmosfer — materik sisteminin vəsilələrindən biri iştirak etməsə daima qarlar da olmaz. Beləliklə, kriosfer qeyri-müntəzəm yayılmışdır. O yalnız qartoplanma şəraiti olan yerdə meydana gəlir. Lakin bu qeyri — müntəzəmlik hidrosferin vəhdətini və fasiləsizliyini gəstərir: su maye fazada ola bilməyən yerdə bərk fazada olur.
Muslax
Muslax — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd."Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən kənd əhalisini etnik saxurlar təşkil edir.
Müşlan
İçəri Müşlan
Qumlaq
Qumlaq (Ağdaş) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Qumlaq (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Qumlaq (Cəbrayıl) Qumlaq (kənd, Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində kənd. Qumlaq (qəsəbə, Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində qəsəbə.
Bulaq
Bulaq — yeraltı suyun təbii surətdə yer səthinə çıxmasıdır. Temperaturu 20°-yə qədər olan bulaq soyuq bulaqlar hesab olunur, 20-37° olan subtermal bulaqlar, 37-42° olan termal bulaqlar, 42°-dən yuxarı olan isə isti bulaqlar adlanır. Suyunun tərkibində xeyli həll olunmuş kimyəvi elementlər və qazlar olan bulaqa mineral bulaqlar deyilir. Bulağın əhalinin və sənayenin su ilə təmin olunmasında, habelə suvarmada böyük əhəmiyyəti var. Bəzi çaylar bulaqlardan qidalanır. Azərbaycan dilində "bulaq" sözü ilə eyni mənada, farscadan gələn "çeşmə" sözü də işlənilir. Bulaq və çeşmə kəlmələri məcazi mənada da çox işlənilir: "ilham bulağı", "həyat çeşməsi" və s.
Melaq
Melaq (fr. Mélagues, oks. Melagas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kamares kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12143. Kommuna təxminən Parisdən 580 km cənubda, Tuluza şəhərindən 130 km şərqdə, Rodezdən isə 80 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 66 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 40 nəfər (15-64 yaş arasında) 28 nəfər iqtisadi cəhətdən, 12 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.0%, 1999-cu ildə 60.0%).
Mulat
Mulatlar — avropeid və neqroid irqlərinin qarışığından yaranan insanlar. Mulatlar Latın Amerikası və Karib dənizi hövzəsi əhalisinin əksəriyyətini təşkil edirlər (Dominikan Respublikası — 73 %, Kuba — 51 %, Braziliya — 38 %), həmçinin bəzi Afrika ölkələri (CAR, Namibiya). Bu ifadə ilk dəfə XVI əsr ispan sənədlərində rast gəlinir və ispan və ya portuqal dilindən yarandığı ehtimal edilir. Mulato sözü birinci versiyaya görə o ərəb sözü olan muvalloddan yaranıb, bu sözlə təmiz ərəb olmayanlar adlandırılırdılar. İkinci versiyaya görə ispan sözü olan mulodan yaranıb ki, eşşəklə atın qarışığı olan qatıra deyilir. Həmçinin kvarteron- 1/4 zənci qarışığı olan, oktoron və ya myulatr — 1/8 zənci, myustiv(1/2), qriff (3/4), marabu (7/8), musti (1/8) və mustafino (1/16)qarışığı olan tiplər də var. Axırıncı iki ad yerli Yamay adlarıdır. İndi bu terminlər az işlədilir. Elmdə isə "açıq" və "tünd" mulatlar anlayışı var. == Məşhur mulatlar == Barak Obama — Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti.
Murla
Murla (isp. Murla) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 5,81 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 629 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 23 km uzaqlıqda yerləşir.
Muğla
Muğla — Türkiyədə Muğla ilinin ve mərkəz mahalının inzibati mərkəzi olan şəhər. Muğla; dənizdən 670 m yüksəklikdə, üstü düz bir qaya kütləsi kimi maraqlı bir görünüşə sahib olan Hisar dağının ətəklərində qurulmuş 118.443 əhalisi olan bir şəhər mərkəzidir. Daha yaxın keçmişə qədər sənayesi və ya başqa bir işlək sektoru olmayan son dərəcə sakit kiçik bir inzibati mərkəz mövqeyində ikən, son illərdə Muğla Sıtkı Koçman Universitetinin gətirdiyi canlılıqla şəhər alan Muğla Düzənliyinə, Çernoqoriya arxalarına, Gülağzı və Akçaova'ya sürətlə yayılır. Muğla düzənliyi, Menteşe kalker platosunda Neojen çağında yaranmış depressiya ların sonradan karstlaşmasıyla meydana gəlmiş çanaq şəklindəki çukurluklardan biridir. Bakı düzənliyinə bənzər geoloji quruluşa sahib qonşu düzənliklər Yeşilyurt, Ula, Gülağzı, Yerkesik, Akkaya, Çamköy, Yenice ovalarıdır. Muğla düzənliyi Çernoqoriya, Kızıldağ, Masadağı və Hamursuz Dağı (təpəsində Hamursuz Dədənin yatır var) ilə əhatə olub, şəhər kürəyini dayadığı Hisar dağından hərəkətlə, əvvəlcə ova istiqamətində, qismən də solunda İzmir yolu üzərində iştirak edən Akçaova kəndi və sağında Karabağlar Yaylası'na baxan Düğerek məhəlləsi xəttlərində inkişaf. Düğerek'in qurulduğu yamaclar gerisində rakım sürətlə artır və Menteşe dağları silsiləsi içində iştirak edən İlanlı dağı 2000 metrə çatır. Bakı elinə bağlı turistik mərkəzlərə və dəniz sahilinə çatmaq istəyən ziyarətçilərin bəzən kənarından keçməklə yetindiği, əslində maraqlı xüsusiyyətləri olan bir şəhərdir. Ənənəvi evlər toxuması, büryan Kebabı, ekşili döş dolması, çıtırmık halvası kimi xüsusi yeməkləri, bölgə qaynaqlı çox sayda arxeoloji əsərləri ilə yanaşı Özlüce Köyü Kaklıcatepe'de ortaya çıxarılan 9 milyon illik heyvan və bitki qalıqlarının sərgiləndiyi Bakı Muzeyi, Karabağlar Yaylasında əsrlərdir işıq dəyməmiş bir zəmini örtən nəhəng ağacların altındakı Keyfoturağı və Narlı qəhvəni, aydın və konuksever xalqı güclü turistik arqumentlər təşkil edir. == Tanınmış şəxsləri == İlyas Karaöz — Türkiyənin keçmiş kənd təsərrüfatı naziri.
Mübah
Mübah (ərəb. مباح‎) — İslam dininə görə axirət savabının yazılması haqqında heç bir dəlil olmayan bəyənilən əməldir. == Sərbəstlik == Allahın və Rasulunun, edib etməməmək haqqında bütün insanların edəcəyi işdə sərbəst buraxdığı işə Mübah deyilir. Halal, Caiz və Mütləq kimi dini məfhumları buna nümunə göstərə bilərik. Haqqında hökm gəlməmiş olan hər hansı bir şey halaldır. O Allah ki, yerdə olanların hamısını sizin üçün yaratdı. Bu ayətlərdə yerdə və göylərdə olan nələr varsa insanları üçün yaradıldığına əyani sübutdur. Yeyilməsi, içilməsi və, istifadə edilməməsi haqqında ayət və hədislər mövcud olmadığı təqdirdə isdifadə etmək dini terminlərlə Caizdir. Bunlar insan üçün faydalı olan şeylərdir. Haramlar isə zərərli olan şeylərdir.
QULAQ
QULAQ (rus. ГУЛАГ) — 1930-cu illərdən 1950-ci illərə qədər, Stalin dönəmində məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu. İlk dəfə belə düşərgələr, 1918-ci ildə yaradılmışdı və termin, geniş formada SSRİ-də hər hansı əmək düşərgəsini təsvir etmək üçün istifadə olunurdu. Kiçik cinayətkarlardan siyasi məhbuslara qədər çoxlu sayda dustaqların yerləşdirildiyi düşərgələr, sadələşdirilmiş üsullarla, eləcə də NKVD üçlükləri və mühakiməsiz edamın digər alətləri ilə idarə olunurdu. QULAQ, SSRİ-də siyasi repressiyaların əsas aləti kimi bilinir. Termin, bəzən düşərgələrin özünü, xüsusilə də Qərbdə təsvir etmək üçün istifadə olunur. QULAQ, Гла́вное управле́ние лагере́й (Baş Düşərgə İdarəsi) üçün akronim idi. Bu, Гла́вное управле́ние исправи́тельно-трудовы́х лагере́й и коло́ний (İslah Əmək Düşərgələri Baş İdarəsi) rəsmi adının qısa forması idi. İlk dövrlərdə Dövlət Siyasi Bürosu, sonralar NKVD və son illərdə isə Daxili İşlər Nazirliyi tərəfindən idarə olunurdu. İlk islah əmək düşərgələri, inqilabdan sonra 1918-ci ildə yaradılmışdı və 1919-cu ilin 15 aprelində məcburi əmək düşərgələrinin yaradılması haqqında olan dekretlə qanuniləşdirildi.
Udlaq
Udlaq — yun. Pharinx həzm kanalının ikinci hissəsini təşkil edərək burun, ağız boşluqları ilə qırtlağın arxasında, kəllə əsasının altında, onurğanın boyun hissəsinin ön səthində yerləşmişdir. Aşağıda VI–VII fəqərə cisimləri arasında qida borusuna keçir. Uzunluğu 12–15 sm və eni yuxarıda 4,5 sm-ə bərabərdir. Vəzifəsi qidanı ağız boşluğundan qida borusuna və havanı burun boşluğundan qırtlağa keçirməkdir. Burada həzm kanalı ilə tənəffüs yolları çarpazlaşır. Udlağın dal və iki yan divarı vardır. == Mənbələr == Prof.
Buzlaq dili
Buzlaq dili – dərə buzlağının qar sərhədindən aşağıda yerləşən hissəsidir. Buzlaq dili dərə üzrə aşağı enir və burada buz kütləsi ərimə və buxarlanma yolu ilə kiçilir..
Buzlaq epoxaları
Buzlaq epoxaları (qlyasiallar) — Yerin geoloji inkişaf tarixində çox soyuq iqlim və geniş sahəli qalın materik buzlaqları ilə xarakterizə olunan epoxalar. == Təsviri == Bu epoxalarda buz yalnız dağları deyil, qütb və mülayim enliklərdəki düzənlikləri də örtmüşdü (qurunun təqr.40%-ini). Buzlaq epoxalarının davamiyyət müddəti müxtəlifdir. Yerin müxtəlif sahələrində Erkən Proterozoy, Son Proterozoy (Üst Rifey – Vend), Son Paleozoy (Karbonun sonu – Permin əvvəli) və Son Kaynozoyda müəyyən edilmişdir. Sonuncu epoxa daha çox öyrənilmişdir. Neogenin sonunu və Dördüncü dövrü əhatə edən buzlaq dövründə (2,5–3 mln. il) ən azı 4 buzlaşmanın olması və hər buzlaşmanın 2 və daha çox mərhələyə bölünməsi müəyyən edilmişdir. == Buzlaq nəzəriyyəsi == Buzlaq nəzəriyyəsin baniləri Avropa düzənliklərində buzlaşmanın bir dəfə baş verməsi fikrində idilər. 19-cu əsrin sonlarında aparılan tədqiqatlar nəticəsində bu ərazilərdə iki, yaxud üç buzlaşmanın baş verməsi qənaətinə gəlindi. 20-ci əsrin əvvəllərində A. Penk, E. Brikner və başqaları Alp dağları üçün 5 müstəqil buzlaq epoxasını (Dunay, Güns, Mindel, Riss, Vürm) ayırmışlar; Alp buzlaşmaları sxemi sonralar daha da təkmilləşdirilmişdir.
Buzlaq eroziyası
Buzlaq gölü
Buzlaq gölü – buzlaqların eşdikləri çökəkliklərdə və ya buzlaq çöküntüləri (morenlər) arasında əmələ gəlmiş göl. Kola yarımadasında, Kareliyada və Finlandiyada çoxlu buzlaq gölü var..
Buzlaq günbəzi
Buzlaq günbəzi- Kiçik üfüqi ölçüləri ilə əlaqədar olaraq nisbətən dik yamacları olan, günbəzvari formada çoxda böyük olmayan buzlaq örtüyü; dağ buzlaq tipi olub, suayrıcı sahəni əhatə edir. Kənarlarından dərəyə axan buz, dərə buzlağını əmələ gətirir.
Buzlaq relyefi
Buzlaq relyefi- qədim və müasir dövr buzlaşmasının təsiri nəticəsində əmələ gələn relyef. Buzlaq relyefi formaları iki cürdür: buzlaq eroziya relyef formalalrı (kar, sirk, troq və s.) və buzlaq akkumulyativ relyef formalları (uc moren tirələri,drumlinlər və s.) Nival-buzlaq relyefi qədim və müasir buzlaqların ekzavrasiya və akkumulyasiya fəaliyyəti nəticəsində əmələ gəlmişdir; Troq dərələrə, karlar, Moren tirələri və təpəciklər ilə təmsil olunmuşdur. Böyük Qafqazın (Baş Qafqazın silsiləsi, Yan Silsilə) və Kiçik Qafqazın (Murovdağ, Şahdağ, Zəngəzur silsilələri, Qarabağ yaylası) yüksək dağlıq qurşaqlarında yayılmışdır.
Buzlaq zonası
Buzlaq çöküntüləri
Buzlaq örtüyü
Buzlaq örtüyü və ya materik buzlağı qalınlığı bir neçə km (müasir Antarktida buzlağında 4 km-dən çoxdur) və milyonlarla km2 sahəni əhatə edən, buzlaq qalxanı şəkilində yerüstü buzlaq tipi.
Qumlaq (Ağdaş)
Qumlaq — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Qumlaq (Cəbrayıl)
Qumlaq (kənd, Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində kənd. Qumlaq (qəsəbə, Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində qəsəbə.
Qumlaq (Oğuz)
Qumlaq — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qumlaq Azərbaycanın ən qədim kəndlərindən biri hesab olunur. Hətta belə ehtimal olunur ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsli şairin şeirlərindən məlum olduğu kimi məhz həmin Qumlaq (QUM) kəndindəndir. Qumlaq lap qədim zamanlardan əvvəl Qum adı ilə tanınarmış və Əlican çayının sahillərində yerləşərmiş. Çayın sahilləri də daim qumluq olduğundan buraya Qum, Qumluq, Qumlaq adları verilmişdir. Lakin təbii fəlakət nəticəsində Əlican çayının dəfələrlə daşması və ətrafı su basması əlaqədar ilə əhali zaman-zaman Əlican çayının sahillərindən bir qədər kənar yerlərə köçərək özlərinə yeni yaşayış məskənləri salmışlar. Hətta,Qumlaq kəndinin qədim yaşayış məskəninin adına yerli əhalinin dilində "Qumlu Örənələr" deyilir. “Qumlaq” toponimi türk-qıpcaq məşəli qumuq xalqının adı ilə bağlıdır, onun “qumlu yer, qumlu torpaq” yozulması yanlışlıqdır. “Qumlaq”da “qum” – (kum, qom) – “birlik, qüvvətlilik” (“hun” sözündə olduğu kimi), “aq” isə–“çoxluq”, ya da “yer, məkan” (yat-aq, bat-aq, ot-l-aq, çay-l-aq) bildirir. Deməli, “Qumlaq” – “g ü c l ü l ə r, q ü v v ə t l i l ə r ”, yaxud, “ b i r l i k d ə o l a n l a r ” anlamındadır.
Qıraq Müşlan
Qıraq Müşlan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Qıraq Muşlan kəndi Oxçu çayının sahilində, düzənlikdədir. Kəndi həmin rayonun İçəri Muşlan kəndindən ayrılmiş (qirağa çixmiş) ailələr saldiğına görə belə adlanmışdır. 1993-cü ildə Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == === Tanınmışları === Əfrayıl Hüseynov — polkovnik-leytenant.