DUZLAQ

is.
1. Duz olan yer, duz mədəni.
Şoranlıq duz duzlaq kimi ağarır, acı duz qoxusu beyinləri çatladırdı. S.Rəhimov.

2. Duz çıxarmaq üçün dəniz kənarında əmələ gətirilən və ya təbii halda olan göl. Duzlağa buraxılan dəniz suyu günəşdə qurudulur, dibdə qalan duz toplanır.
3. Sürüyə, heyvanlara duz verilən yer. Bu heyvanlar (maral, cüyür, təkə və s.) üçün qoruğun müxtəlif yerlərində 20-yə qədər üstüörtülü daimi duzlaqlar təşkil edilmişdir.

Синонимы

  • DUZLAQ şoranlıq
DUZLADILMAQ
DUZLAMA

Значение слова в других словарях