Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Buşprit
Buşprit, gəmi burnu ya gəmi dimdiyi (nid. boegspriet; boeg — burun + spriet — zirvə, şiş) — üfiqi və ya 30°-36° bucaq altında bir qədər önə əyilmiş, gəminin manevretmə qabiliyyətini artırmaq üçün kliver və staksel yelkənlərini asılması üçün dimdik dirəyi.
Lüsonit
Lüsonit — mineral == Haqqında == Lüsonit - Cu3AsS4 - fasiləli lüsonit-famatinit izomorf sıranın kənar üzvü. Sb:As nisbəti 1:1-dir. Tetraedr. İkiləşmə polisintetik. Aqreqat dənəvər. Rəngi çəhrayı-boz, poladı-boz bənövşəyi çalarlı. Cizgisi qara. Parıltısı metallik. Sərtliyi 3-4. Xüsusi çəkisi 4,5.
Muskovit
Muskovit – K Al2 [(OH, F)2 | Al Si3 O10] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn Muskovit adı Muscovy Glass (Moskva şüşəsi) sözündən götürülmüşdür. Orta əsrlərdə və Çar Rusiyasında pəncərə şüşələrinə ucuz alternativ kimi istifadə edilmişdir. Muskovit adı ilk dəfə 1568-ci ildə İngiltərənin Rusiyadakı səfiri Gerorge Turberville tərəfindən Kraliça I Yelizavetaya yazılmış olan məktublarda xatırlanmışdır. XVI əsrdə İngiltərədə geniş şəkildə tanınmış və istifadə edilmişdir. Onun rusca yazılışı “мусковит”, tələffüzü isə “muskovit” formasındadır. fuksit (6 %-dək Cr2O3), ellaherit (10 %-dək BaO), ferrimuskovit (13 %-dək Fe2O3), litiumlu (3-4 % Li2O) və manqanlı (2-3 % MnO) muskovitlər; serisit – incəpulcuqlu əmələgəlmələr və b. Xromofor-elementlərin konsentrasiyasından asılı olaraq müxtəlif rənglərdə olur: rəngsiz (nazik lövhəciklər), müxtəlif çalarlı boz, sarımtıl, yaşılımtıl, zümrüdü - yaşıl (fuksit), bənövşəyi (manqanlı muskovit), qırmızımtıl - qəhvəyi (ferrimuskovit), bəzən ağ (serisit) və b.; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində–sədəfi, pulcuqlu kütlələrdə – ipək; Şəffaflıq – şəffaf, yarımşəffaf; Sıxlıq – 2,8-2,9; Sərtlik – 2-3; vərəqləri əyilgən və elastikdir; Ayrılma – {001} üzrə tam mükəmməl, {110} və {010} üzrə mükəmməl; Sınıqlar – asanlıqla nazik vərəqlərə ayrılır; Morfologiya – kristallar: lövhəli, niziklövhəli, qısasütunvarı, nadir hallarda – iynəvari; İkiləşmə: tez-tez mika qanunu, nadir hallarda xlorit qanunu üzrə; Mineral aqreqatları: vərəqli-dənəvər, pulcuqlu, sıx gizlikristallik; Başqa xassələr – yaxşı elektroizolyasion materialdır. Bəzi intruziv süxurlarda süxur əmələgətirən mineral kimi iştirak edir və kaliumlu çöl şpatlarının metasomatik əvəzlənməsi hesabına əmələ gəlir. Qranit peqmatitlərinin muskoviti üçün çox iri, sahəsi bəzən 5-7 m2-ə çatan kristallar səciyyəvidir.
Müşrik
Şirk (ərəb. شرك‎) — Allaha şərik qoşmaq. Ümumiyyətlə şirk tövhidin ziddidir. Şirkin böyük günah olduğu açıq-aşkardır. Bu barədə kifayət qədər Quran ayələri və hədislər mövcuddur. "Loğmаn öz oğlunа nəsihət edəndə belə dedi: "Oğlum, Allаhа şərik qoşmа. Çünki şirk böyük zülmdür". Başqa bir ayədə buyurulur: "...Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!" Nəql olunan hədislərdə şikin ən aşağı səviyyəsi nədir də bəyan olunur: "Şirkin ən аşаğı dərəcəsi budur ki, insаn meyvə çərdəyinə "bu bir xırdа dаş pаrçаsıdır", dаş pаrçаsınа dа "bu bir çərdəydir" desin. Sonrа dа, özünün bu sözünə inаnsın və ondаn dönməsin.", yaxud "Şirkin ən aşağı səviyyəsi öz rəyinə, əqidəsinə bidət gətirən, sonrа dа onа xаtir sevən və düşmənçilik edən şəxsdir". Bəzən insan şirk etdiyindən xəbərsiz olur, bu da elmsizliyindən qaynaqlanır.
Sorit
Sorit (yun. σωρός) — əvvəlki sillogizmin nəticəsinin ondan sonra gələn sillogizmin müqəddimələrindən biri kimi çıxış etdiyi və bu halda müqəddimələrdən birinin aydın formada ifadə olunmadığı sillogizmlər zənciridir.
Firidun Müşiri
Firidun Müşiri Əfşar (fars. فریدون مشیری‎) (21 sentyabr 1926 - 24 oktyabr 2000) — görkəmli müasir İranlı şair və jurnalist idi.Firidun Müşiri, Tehranda dünyaya gəlmişdir və Atası İbrahim Müşiri Əfşar Həmədanda dünyaya gəlmişdir. İran şeirində ölçü ya da ritmə bağlı olmayan "Yeni Şeir" və həm klassik şeirlər yazıb.Firidun Müşiri,Qacar dövrünün şairlərindən olan Mirzə Cavad xan Mötəminülməmalikin qız nəvəsi idi.
Topxana müşiri
Topxana müşiri, 1826-dan 1908-ci ilə qədər Osmanlı İmperiyasında istifadə edilən və artilleriya sinfinin komandirlərinə verilən hərbi ad idi. 1826-cı ildə Yeniçəri Ocağının ləğvi ilə Artilleriya Ocağının adı da ləğv edildi və o tarixdən bu yana Topxana müşiriyyəti olaraq mövcudluğunu davam etdirdi. Bu qurumun komandirləri də Topxana müşiri adlandırılmışdı və İkinci Məşrutiyyət elanından sonra bu ad da ləğv edilmişdir..
Sen-Nizye-dyu-Muşrot
Sen-Nizye-dyu-Muşrot (fr. Saint-Nizier-du-Moucherotte) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Villar-de-Lan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38433. Kommunanın 2007-ci il üçün əhalisi 987 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 863 ilə 1897 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 90 km cənub-şərqdə, Qrenobldan 8 km qərbdə yerləşir.
Sen-Nizye-dü-Muşrot
Sen-Nizye-dyu-Muşrot (fr. Saint-Nizier-du-Moucherotte) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Villar-de-Lan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38433. Kommunanın 2007-ci il üçün əhalisi 987 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 863 ilə 1897 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 90 km cənub-şərqdə, Qrenobldan 8 km qərbdə yerləşir.
Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər
Hacı Məhəmmədsadıq xan Mirzə Yusif oğlu Müşiri-Dəftər (?-?) — Məşrutə hərəkatının üzvü == Həyatı == Hacı Məhəmmədsadıq xan Mirzə Yusif Mustovfinin oğlu, o da Mirzə Məhəmməd Mustovfinin, o da Mirzə Mətiya Mustovfi Təbrizinin oğludur. Bu ailə Azərbaycanın qədim əyanlar zümrəsinə məxsusdur. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Hacı Səməd xan Şücaəddövlənin hakimiyyəti dönəmində şəhərin ədliyyə idarəsinin rəisi olmuşdu. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Məşrutə inqilabı dövründə Təbrizin maliyə idarəsində çalışmışdı. Sonra Həştirud bölgəsində maliyə idarəsinə başçılıq etmişdi. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Müxbirüssəltənənin valiliyi dönəmində şəhərdə "Heyəti-Fəllah" adlı əncümən təşkil etmişdi. Hacı Məhəmmədsadıq xanın Məhəmmədvəli xan, Zeynalabdin xan adlı oğlanları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.