Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mişel
Mişel — ad. Mişel Yeo — əslən Çinli olan Malayziyada dünyaya gələn Honq Konq aktrisası Mişel Hazanaviçus — Fransa rejissoru, ssenaristi və aktyoru. Mişel Obama — ABŞ-nin 44-cü Prezidenti Barak Obamanın həyat yoldaşı.
Aleksandr Mişenko
Aleksandr Mişenko (ukr.
Konnor Mişalek
Konnor Mişalek (ing. Connor Michalek; 25 noyabr 2005, Hempton[d], Pensilvaniya – 25 aprel 2014, Pitsburq, Pensilvaniya) – peşəkar güləş fanatı, fenomen. Peşəkar güləşçi Daniel Brayan ilə görüşdükdən və barəsində açıq elan edilən sosial media kompaniyasından sonra medianın diqqətini çəkən uşaq. Daha sonra bir neçə dəfə Brayan və digər peşəkar güləşçilər ilə görüşmüşdür. 2009-cu ildən bəri beyin və onurğa xərçəngi olan Mişalek 25 aprel 2014-cü ildə 8 yaşında vəfat etdi. Peşəkar güləş çempionatının rəhbərləri Pol Leveskyu və Stefeni MakMahon "Konnorun müalicəsi" adlı xeyriyyə təşkilatını onun şərəfinə qurdular. Həmçinin, onlar ölümündən sonra Mişalekə 2015-ci ildə "PGÇ" (Peşəkar Güləş Çempionatı) Şöhrət Salonu mərasimində "Döyüşçü" mükafatını təqdim etdilər. O, bu mükafatın ilk laureatı oldu. Konnor Mişalek 25 noyabr 2005-ci ildə Stiv Mişalek və Britteni Kaliqurilərin ailəsində anadan olmuşdur. Peşəkar güləş fanatı olaraq ona "Daşparçalayan" və ya "Qırıcı" ləqəbi verilmişdi.
Meşəlik faizi
Meşəlik faizi ərazinin meşə ilə örtülmə dərəcəsi olub meşə ilə örtülü sahənin ümumi sahəyə (məs. respublikanın, meşə təsərrüfatının və s.) nisbəti ilə təyin olunur; faizlə ifadə olunur. Respublikanın ayrı-ayrı rayonlarında fiziki-coğrafi, iqlim və torpaq şəraitindən asılı olaraq meşəlik faizi müxtəlifdir (şək.2). Meşəlik faizinin dinamikası insanın təsərrüfat fəaliyyətinin təsiri altında gedir. Meşələr respublikanın ərazisində qeyri-bərabər paylanmışdır. Meşənin əsas hissəsi (90%) dağ yamaclarında, az hissəsi (10%) isə düzəndə yerləşir. Meşə ilə örtülü sahənin 40%-i Böyük Qafqazda, 33%-i Kiçik Qafqazda və 17%-i Talışda yayılmışdır. Ən yüksək meşəlik faizi (40%-dən çox) ilə Böyük Qafqazın cənub makroyamacı rayonları (Balakən, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı), Qarabağın dağlıq hissəsi (Ağdərə və Xankəndi rayonları) və qismən Talış (Astara rayonu) xarakterikdir. Orta meşəlik faizi (20-40%) ilə səciyyələnən ərazilər Böyük Qafqazda (Şəki, Quba rayonları), Kiçik Qafqazda (Gədəbəy, Daşkəsən, Kəlbəcər və Laçın rayonları) və Talışda (Lerik, Masallı rayonları) yerləşir. Orta meşəlik faizindən aşağı olan (10-20%) ərazilər Kiçik Qafqazın qərb rayonları (Qazax və Tovuz) üçün səciyyəvidir.
Meşəlik qurucası
Omalotheca sylvatica (lat. Omalotheca sylvatica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin omalotheca cinsinə aid bitki növü. Cyttarium silvaticum (L.) Peterm. Dasyanthus fuscus Bubani Dasyanthus sylvaticus (L.) Bubani Filago sylvatica (L.) Link Gamochaeta sylvatica (L.) Fourr. Gnaphalium sylvaticum L. Synchaeta silvatica (L.) Kirp.
Meşəlik yastıqotu
Meşəlik yastıqotu (lat. Draba nemorosa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin yastıqotu cinsinə aid bitki növü. Crucifera nemorosa E.H.L.Krause Draba × ambigua Schur Draba dictyota Greene Draba gracilis Graham Draba intermedia Andrz. ex DC. Draba lutea Gilib. ex DC. Draba lutea Gilib. Draba lutea var. brevipes DC. Draba lutea var. longipes DC. Draba macroloba Turcz. Draba muralis Thunb. [Illegitimate] Draba nemoralis Ehrh.
Meşəlik əməköməcisi
Meşəlik əməköməcisi (lat. Malva sylvestris) — əməköməcikimilər fəsiləsinin əməköməci cinsinə aid bitki növü. Qurudulmuş əməköməcinin çiçəklərindən sulu dəmləmə hazırlayıb sinəyumşaldıcı öskürək dərmanı kimi tənəffüs yollarının iltihabını aradan qaldırmaq, mədə-bağırsaq xəstəliklərində mədənin selikli qişasını yumşaltmaq və köpmənin qarşısını almaq üçün işlədirlər.
Meşəlik əsməsi
Anemonoides sylvestris (lat. Anemonoides sylvestris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonoides cinsinə aid bitki növü.
Meşəlik ətirşahı
Meşəlik ətirşahı (lat. Geranium sylvaticum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü. 60 sm hündürlükdədir. Kökətrafı yarpaqlar uzun tüklü saplaqlı, üst hissədən sıx, aşağı hissədən damarların üzərində tükcüklü, böyrəkvari-yumru, 6-7 bölümlü, enli rombvari, lələkvari bölümlü və ya iridişcikli hissəlidir; orta yarpaqlar daha qısa saplaqlı, yuxarıdakılar oturaq və qarşı-qarşıya düzülmüşdür. Çiçəkləri çoxsaylı, yuxarı hissədə olur. Ləçəkləri tərsyumurtavari, 14– 17 mm uzunluqda, tündqırmızı-bönövşəyi rənglidir. Erkəkcik sapı aşağıda enli və kirpikciklidir. Meyvənin tayları (layları, qanadları) tükcüklüdür. Böyük Qafqazın qərb və şərq hissəsi, Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Meşə talalarında və çəmənlərdə bitir.
Mişelye Haymberq
Mişelye Haymberq (d. 2 iyun 2000) — İsveçrəli suya tullanan. Mişelye Haymberq İsveçrəni 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. Mişelye Haymberq birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 218.55 xal toplayaraq 16-cı yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Mişenko zümrüdçiçəyi
Mişenko zümrüdçiçəyi (lat. Scilla mischtschenkoana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin zümrüdçiçəyi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Çoxillik, soğanaqlı ot bitkisidir. Soğanaq 1-1,5 sm enində, üzəri boz qınla örtülüdür. Gövdə zəif, 15-20 sm hündürlükdə, yarpaqları 2-4 ədəd yaşıl, tərs-xətvari-neştərşəkilli, küt ucludur. Çiçəkləri ağ rəngdə, bəzən mavi çalarlıdır. Salxım çiçək qrupuna toplanmış çiçəkləri az saylıdır. Çiçək altlığının yarpacıqları 10–12 mm uzunluğunda, iti ucluqlu, uzunsov–ellipsivaridir.
Qran-Mikelon
Lanqlad (Böyük Mikelon, fr. Grande Miquelon) — Sen-Pyer və Mikelon arxipelaqının Mikelon Lanqlad adalarının şimalında yerləşir. Sahəsi 105 km² təşkil edir. Səhra tipli iqlimə malikdir. Yaşayış məntəqəsi yarımadanın şimalında qərarlaşır (Le-Kap). Yarımada ərazisində çoxlu sayda su tutarları vardır. Onların bir qismi yağıntından asılı olaraq ərazisi dəyişir. Ancaq rütubətli iqlim səbəbindən göllər heç vaxt qurumur. Əsas etibari ilə bataqlıq bitkiləri üstünlük təşkil edir. Quruda isə Tundra bitkiləri hakimdir.
Salvia misella
Salvia misella (lat. Salvia misella) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Qavriil Ter-Mikelov
Qavriil Mixayloviç Ter-Mikelov (rus. Гавриил Михайлович Тер-Микелов, erm. Գափրիել Տեր-Միքաելյան; 16 aprel 1874, Stavropol – 14 yanvar 1949, Tbilisi) — Sovet memarı, SSRİ Memarlıq Akademiyasının müxbir üzvü (1937), Gürcüstan SSR-nin əməkdar incəsənət xadimi (1937), Tiflis İncəsənət Akademiyasının professoru. Qavriil Ter-Mikelov 1874-cü ildə Stavropolda Tiflisdən gələn erməni ailələrindən birində anadan olub. Atası sənaye və ticarət şirkətlərində işləmiş və fəaliyyətlərinə görə tez-tez iş gəzintiləri ilə məşğul olmuşdur. Qavriil məktəbə başlamazdan əvvəl Stavropolda yaşayırdı. Orta təhsilini Tiflis Real Məktəbində almışdır. 1899-cu ildə Ter-Mikelov Sankt-Peterburq İnşaat Mühəndisləri İnstitutunun memarlıq şöbəsini bitirmiş, sonra onun memarlığı və yaradıcılığı başlıca olaraq Bakı və Tbilisidə keçmişdir. Ter-Mikelov on ildən artıq Bakıda yaşamışdır. 1904-cü ildən 1918-ci ilə qədər o, yaradıcılıq cəmiyyəti yaratmış və bunun vasitəsilə layihələr alaraq onları həyata keçirmişdir.
Ketrin Mişel
Ketrin Mişel (isp. Catalina Micaela de Austria, 10 oktyabr 1567, Madrid – 6 noyabr 1597, Turin) — İspaniya kralı II Filipp və xanımı Valualı Elizabetin qızı, Savoyya hersoqinası. Ketrin Mişel 10 oktyabr 1567-ci ildə Madriddə dünyaya gəldi. Atası İspaniya kralı II Filipp, anası isə onun üçüncü xanımı olan Valualı Elizabet idi. Nənəsi Fransa kraliçası Ketrin Medicinin adını aldı. Atası onun vəftiz mərasiminə qatılmamış, böyük bacısı İzabellanın doğumu qədər sevinməmişdi. Buna baxmayaraq ata ilə qızı arasında münasibətlər həmişə yaxşı idi və ömrünün sonuna qədər məktublaşmışdılar. Uşaqlıq illəri bacısı İzabella ilə birlikdə ögey anası Avstriyalı Annanın və onun alman xidmətçilərinin himayəsi altında keçmişdi. Savoy hersoqu I Çarlz Emanuel Fransaya qarşı ispan dəstəyini qazanmaq məqsədilə II Filippə qızıyla evlənməyi təklif etdi. Cütlüyün toy mərasimi 11 mart 1585-ci ildə Saraqosada baş tutdu və 10 avqustda yaşayacaqları Turin şəhərinə gəldilər.
Mişel Adanson
Mişel Adanson (fr. Michel Adanson; 7 aprel 1727[…], Eks-an-Provans[d] – 3 avqust 1806[…], Paris) — Fransa təbiətçisi və səyyahı. Adansonun şərəfinə Əməköməcikimilər fəsiləsinə aid Adansoniya (Adansonia) cinsi adlandırılmışdır. Həmin cinsə Afrika və Avstraliyanda olan bir çox bitkilər, o cümlədən də, məşhur Adansonun Afrika səyahətində təsnif etdiyi baobab (Adansonia digitata) ağacı daxildir.
Mişel Arnaud
Mişel Arnaud (18 mart 1919[…], Tulon, Var, Fransa – 30 mart 1998[…], Mezon-Laffit[d], İvelin, Fransa) — fransız müğənni. 1956 Avroviziya Mahnı Müsabiqəsində Lüksemburqu "Ne crois pas" mahnısı ilə təmsil etmişdir.
Mişel Aun
{{Vəzifəli şəxs |adı = Mişel Övn |orijinal adı = ərəb. ميشال نعيم عون‎ |şəklin ölçüsü = 200 |vəzifə = Livan prezidenti |bayraq = Coat of arms of Lebanon.svg |bayraq2 = Flag of Lebanon.svg |başlanğıc = 31 oktyabr 2016 - [[30 oktyabr 2022 |əvvəlki = Səəd Həriri |dini = katolik-maronit |vəzifə_2 = Livanın baş naziri |bayraq_2 = Coat of arms of Lebanon.svg |bayraq2_2 = Flag of Lebanon.svg |başlanğıc_2 = 22 sentyabr 1988 |son_2 = 13 oktyabr 1990 |əvvəlki_2 = Səlim Hoss |sonrakı_2 = Səlim Hoss |vikianbar = }} Mişel Nəim Övn (ərəb. ميشال نعيم عون‎; d. 18 fevral 1935) — Livan hərbi və dövlət xadimi, general, Livanın 1988-1990-cı illərdə baş naziri, 31 oktyabr 2016-cı ildən prezidenti. Mişel Övn 1935-cı ildə varlı olmayan, lakin dərin dini görüşlərə malik olan, maruni dini əqidəli ailədə anadan olmuşdur. O, katolik məktəblərindən birində orta təhsil almışdı, eyni zamanda bir çox müsəlman uşaqlarla dostluq etmişdi: "Biz Əli ilə Pyer arasında, Həsən və Mişel arasında heç bir fərq etmədik. Bir yerdə yeyib içdik". 1958-ci ildə hərbi məktəbini, 1959-cu ildə Fransanın Şalon-sür-Marn şəhərində hərbi məktəbi bitirmişdir. Daha sonra ABŞ-nin Oklahoma ştatındakı Fort Fors artilleriya məktəbində (1966) və Fransa Ali Hərbi Məktəbində (1978-1980) təhsil almışdır. Ərəb dilindən əlavə, ingilis, fransız, ispan və italyan dillərini də öyrənmişdir.
Mişel Baçelet
Veronica Mişel Baçelet Xeriya (isp. Verónica Michelle Bachelet Jeria; 29 sentyabr 1951[…]) — Çili Respublikasının 35-ci (2006-2010) və 37-ci (2014-cü ildən) Prezidenti. 29 sentyabr 1951-ci ildə Çilinin Santyaqo şəhərində anadan olmuşdur. Orta təhsilini Merilenddə almışdır. Ali təhsilini 1970-ci ildə Çili Universitetinin Tibb fakültəsində almağa başlamışdır. 1975-ci ildə Humbolt Universitetində təhsilini davam etdirmişdir. 1990-1993-cü illərdə Qərb Metropoliteni Səhiyyə Xidmətində, 1994-1997-ci illərdə Səhiyyə Nazirliyində məsləhətçi, 1998-2000-ci illərdə Müdafiə Nazirliyində məsləhətçi vəzifəsində çalışmışdır. 2000-2002-ci illərdə Çilinin səhiyyə naziri, 2002-2004-cü illərdə isə Çilinin müdafiə naziri olmuşdur. 2006-cı ildə ölkə Prezidenti seçilmiş və 11 mart 2010-cu ilədək bu vəzifədə olmuşdur. 2014-cü ildə ikinci dəfə Çili Prezidenti seçilmişdir.
Mişel Buke
Mişel Buke (fr. Michel Bouquet; 6 noyabr 1925[…], XIV arondisman (Paris), Paris – 13 aprel 2022[…], XVIII arondisman (Paris)[d]) — Fransız aktyor.
Mişel Butor
Fransız roman və esse yazarı Mişel Butor (14 sentyabr 1926[…] – 24 avqust 2016[…]), 14 sentyabr 1926-cı ildə, Fransada Mons-en-Baroeul'da dünyaya gəlmişdir. 1947-ci ildə Sorbonne-də Fəlsəfə təhsilini tamamlayır. Daha sonra Gaston Bachelard'ın şagirdi olur. 1950-ci illərdə Fransada inkişaf edən Yeni Roman axınının qabaqda gələn nümayəndələrindən biridir. Selanik, Mançester və Cenevrədə bir sıra universitetlərdə müəllimliik etdi. 1970-ci ildə isə Vincennes-də professor oldu. Michel Butor, romanı fəlsəfə və şeirin bir qarışığı olaraq görər. 1957-ci ildə yazdığı "Dəyişmə" adlı romanında, təcrübi roman texnikasının sərhədlərinə çatdığı qəbul edilir. Bu romanı ilə "Renaudot" mükafatını qazanmışdır. 24 avqust tarixli 2016-cı ildə 89 yaşında vəfat etmişdir.
Mişel Cenneke
Mişel "Şelli" Cenneke 2010-cu ildə Yeniyetmələrin Olimpiya Oyunlarında gümüş medal qazanmış Avstraliyalı atlet və modeldir. 2010-cu ildə Avstraliya Atletika Çempionatında qalib olaraq Rio Olimpiya oyunlarına vəsiqə qazanmışdır. O, 2012-ci ildə bütün dünya mediasının diqqətini qaçışdan öncə isinmə hərəkətləri edərkən etdiyi rəqslə cəlb etmişdir. Cenneke Avstraliyanın Kenthörst adlanan vilayətində anadan olmuşdur. Orta təhsilini The Hills Grammar School məktəbində almışdır. Müsahibələrinin birində o, hobbilərinə Avstraliya futbolu, Həndbol, Futbol və ağaca dırmanma olduğunu demişdir. O, Sidney Universitetinini elektrik mühəndisliyi və mexaniki birləşdirmə fakültəsini bitirmişdir. 2010-cu ilin martında Avstraliya Gənclər Çempionatında Cenneke 100 metrlik qaçış məsafəsini birinci başa vuraraq Avstraliyada qadınlararası sprint rekordunu qırmışdır. Onun şəxsi ən yaxşı göstəricisi 2015-ci il martın 29-da Brisbendə keçirilmiş Avstraliya Atletlər Çempionatında 12.82 saniyə olmuşdur. 2014-cü ildə o Avstraliya yığmasının Birlik Oyunlarındakı heyətinə daxil edilmişdir.
Mişel Cenner
Mişel Cenner Husson (isp. Michelle Jenner Husson; 14 sentyabr 1986, Barselona) — İspaniya aktrisası.
Mişel Dillon
Mişel Dillon (24 may 1973) — Birləşmiş Krallığı təmsil edən triatlonçu. Mişel Dillon, Birləşmiş Krallıq yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Nəticədə o, Sidney Olimpiadasını 48 idmançı sırasında 48-ci pillədə başa vurdu.
Mişel Djotodiya
Mişel Djotodiya — 24 mart 2013-cü ildən 10 yanvar 2014-cü ilə qədər Mərkəzi Afrika Respublikasının prezidenti olmuş siyasi və hərbi xadim. Bundan əvvəlsə o Mərkəzi Afrika Respublikasında münaqişədə iştirak edən Seleka üsyançı koalisiyasına rəhbərlik edib və 2013-ci ilin fevralında sülh müqaviləsinə uyğun olaraq, müdafiə nazirinin birinci müavini təyin olunub. 10 yanvar 2014-ci ildə Mişel Djotodiya ölkəni əhatə edən zorakılıq dalğasının öhdəsindən gələ bilməməsi səbəbindən ölkə prezidentinin səlahiyyəti adından könüllü imtina edib və Beninə qaçıb. Mişel Djotodiya 1949-ci ildə Vakaqa şəhərində anadan olub. O SSRİ-də təhsil alıb və 10 il müddətində burada yaşayıb. O, burada ailə qurmuşdu və övladı var idi. 1980-ci illərdə o öz ölkəsində vergi xidməti əməkdaşı olmuşdu. Sonra Djotodiya iqtisadi planlaşdırma nazirliyində,bundan sonra isə xarici işlər nazirliyində çalışıb. Sudanın Nyala şəhərində konsul kimi xidmət göstərmişdi. 2004-2007 illərin vətəndaş müharibəsi zamanı Mərkəzi Afrika Respublikasının azad edilməsi uğrunda Vətənpərvər və demokratik qüvvələr birliyinin prezidenti idi.