Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maqnit
Maqnit (yun. λίθος μαγνησ maqnesiya daşı) və ya Dəmirqapan — Maqnesiya kiçik Asiyada Türkiyənin şəhərində maqnetit tapılmış yer adıdır. Maqnit bir cisim olub başqalarını maqnetik olaraq cəzb və ya itələmək qabiliyətinə malikdir. Maqnetik cəzbetmə təbii fenomendir. Bu haqqda maqnetizmdə məlumat verilir: Daimi maqnit ferromaqnitdən hazırlanmış məmul olub qalıcı maqnit xassəsini uzun müddət saxlaya bilir. Daimi maqnitlərin səciyyəvi sahəsi — 1 Т-ə qədərdir (10 kQs). Elektromaqnit elektrik cərəyanı keçdikdə maqnit sahəsi yaradan qurğudur. Adətən bu böyük maqnit keçiriciliyinə malik olan, daxilində dəmir içlik yerləşdirlmiş solenoid dolağından ibarətdir. Səciyyəvi maqnit sahəsi 1,5–2 T arasında olur.
Maqniya
Məğniyyə (ərəb. مغنية‎) — Əlcəzairin şimal-qərbində, Tlemsen vilayəti ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərb hissəsində, Mərakeşlə sərhədə yaxın ərazidə, eyniadlı düzənlikdə, Tafina çayının qərbində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 363 metrdir. Məğniyyə ölkənin paytaxtı Əlcəzairdən təxminən 475 kilometr (295 mil) qərb-cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 114,634 nəfər idi.
Matris
Matris – düzbucaqlı sxemdə yerləşən aij elementləri (ədədlər, funksiyalar, üzərində cəbri əməllər aparıla bilən başqa kəmiyyətlər) sistemi. Onun m sətri və n sütunu varsa, deyilir ki, (m×n)–ölçülü matris verilmişdir. Məsələn, [ 1 9 − 13 20 5 − 6 ] {\displaystyle {\begin{bmatrix}1&9&-13\\20&5&-6\end{bmatrix}}} matrisi iki sətirə və üç sütuna malik 2×3 ölçülü matrisdir. Matrislər əlavə spesifikasiyalar olmadan xətti çevirmələri təsvir edir və xətti cəbrdə aşkar hesablamalar aparmağa imkan verir. Buna görə də matrislərin tədqiqi xətti cəbrin böyük bir bölümünü təşkil edir və abstrakt xətti cəbrin əksər xassə və əməlləri matrislərlə ifadə oluna bilir. Məsələn, matrislərin hasili xətti çevirmələrin kompozisiyasını ifadə edir. Matrislərin hamısı xətti cəbrlə əlaqəli deyil. Bu xüsusən qraf nəzəriyyəsində, insident və qonşuluq matrislərində belədir. Bu məqalədə xətti cəbrlə əlaqəli matrislərə diqqət yetirilir və əgər digər hallar göstərilməyibsə, bütün matrislər xətti çevirmələri ifadə edir Eyni sayda sətir və sütuna malik matrislər (kvadrat matrislər) matrislər nəzəriyyəsində böyük rol oynayır. Verilmiş ölçülü kvadrat matrislər qeyri-kommutativ halqa əmələ gətirir ki, bu da qeyri-kommutativ halqanın ən ümumi nümunələrindən biridir.
Yasnıy
Yasnı — Rusiya Federasiyasında yerləşən şəhər Orenburq vilayətinə daxildir == Tarixi == Şəhərin əsası 1961-ci ildə qoyulub. 1979-cu ildən şəhər statusunu daşıyır. == Coğrafiyası və iqlimi == == Əhalisi == 2017-ci ildə şəhər əhalisi 15000 nəfər təşkil edib.
Madiy
Madiy (yunan: Μαδύης; e. ə. VII əsr – e. ə. VII əsr) – Ön Asiyada ağalıqları dövründə skiflərin hökmdarı. Madiy Skif çarlığının hökmdarı Prototinin oğludur. Madiyin Ön Asiyada hakimiyyətdə olduğu 28 il e.ə. VII əsrin II yarısına təsadüf etmişdir. Madiyin hakimiyyəti dövründə skiflər, madayları məğlub edərək, Ninevanı mühasirəyə aldılar. Bundan sonra Kiçik Asiyada bir neçə ardıcıl qələbə qazanan skiflər, kimmerləri də özlərinə tabe etdilər və Kiçik Asiyanın şərqi və Ön Asiyanın böyük bir regionunda (o Cümlədən Midiyada) hökmranlıqlarını bərqərar etdilər.
Mahnı
Mahnı — musiqi ilə müşayiət olunan şeir, mətn. == Mahnı necə yarandı? == Azərbaycan musiqisinin, eləcə də digər xalqların musiqisinin ən çox işlənən və ən çox sevilən növü mahnıdır. Yəqin ki, mahnıların yaşı insanın, bəşər övladının yaşı ilə eynidir. Mahnının insanın danışmağa başlamasından əvvəl yaranması şübhə doğurmamalıdır: bu, sözsüz mahnılar, melodiyalar dövrü idi. Dilin, danışığın, sözün yaranmasından sonra isə sözlü mahnı, yəni şeiri müsiqi ilə ifa etməkdən yaranan söz-musiqi vəhdəti yarandı. Bu mahnıların müəllifləri həssas və istedadlı insanlar idilər. Musiqi alətləri meydana çıxdıqdan sonra mahnı üç ölçüyə malik oldu – səs, söz və çalğı (müşayiət). Bu dövrdə mahnı müəllifləri ya müğənnilər, ya çalğıçılar, ya da bu məclislərin istedadlı, musiqi duyumlu iştirakçıları arasından çıxırdı. Mahnılar ifa oluna-oluna cilalanır, yadda qalır, sevilir, nəsildən nəsilə yol gedirdi.
Manis
Panqolinlər (lat. Pholidota) — euarxontoqlireslər dəstəüstünə aid heyvan dəstəsi.
Mannı
Mannı və ya irmək, yarma buğdasının üyüdülməsi və ələnməsi nəticəsində əldə edilən qidadır. Mannı dənələri 125–140 mikrometr, sarı rəngli, parlaq və bucaqlıdır. Ümumiyyətlə sərt buğdadan mannı hazırlanmasında istifadə olunur Mannı, yüksək qida dəyəri olan bir qidadır. Tərkibində 73% karbohidrat var. 100 qram mannıda təxminən 360 kcal enerji var. Mannı makaronun əsas tərkib hissəsidir. Ayrıca, Türkiyə, Yunanıstan, İran, Hindistan və Pakistan kimi ölkələrdə mannı halvası və Ərəbistanda hazırlanan südlü mannı deserti, desert olaraq istehlak edilir.
Mantı
Mantı (türk. mantı; qaz. мәнті; qırğ. манты; özb. manti), mantu, buuz, pozı və ya mandu (kor. 만두, 饅頭) — Mərkəzi Asiya, Türkiyə, Tatarıstan, Başqırdıstan, Krım, Koreya və Monqolustan xalqların ənənəvi ətli xörəyləri. Mantı, müxtəlif ədviyyatlarla dadlandırılan qıymanın, kiçik xəmir parçalarının içinə qoyulması və bu xəmir parçalarının suda qaynadılması ilə edilən ətli xəmir yeməyidir. Türk mətbəxinin olduğu qədər digər Orta Asiya mətbəxlərinin də bir parçası olan mantı, köhnə SSRİ ölkələrində də məşhur bir yeməkdir. Orta Asiyadan Anadoluya köçəri Türklər tərəfindən gətirilmişdir. Bəzi bölgələrdə mantıya tatar böreği deyilməsi, mantının köçəriliklə olan əlaqəsini təsdiqləməkdədir.
Çatni
Çatni — Hindistanın ənənəvi sousu. Demək olar ki, bütün yeməklərə əlavə olunur və xüsusi dad verir. Tünd dadı ilə acı olmayan yeməklərə əlavə edilir və özünün gözəl rəngi ilə iştaha açır. == Ümumi məlumat == Çatni adətən tərəvəzlərdən hazırlanır. Bəzən isə meyvələrdən də çatni hazırlayırlar. Çatninin hazırlanması uzun vaxt tələb edir. Belə ki, bütün komponentlər tamamilə həll olunub bişməlidir. Çatni adətən şirin və dadlı olur. O iştahanı artırır və həzm sistəmini sürətləndirir. Yeməklə eyni vaxtda başqa qabda stola qoyulur və kim istəsə zövqünə uyğun olaraq yeməyinə əlavə edir.
Ank Marsiy
Ank Marsi (lat. Ancus Marcius) — Qədim Romanın IV çarı. == Haqqında == Tull Hostilidən sonra Romada Ank Marsiy çar seçilmişdi. O, həm də baş pontifik (pontifex maximus) idi. Ölkənin iqtisadi inkişafı üçün o, çox iş görmüşdü. Tibr çayı üzərində körpü tikdirmiş, Osti adlı liman saldırmışdı. == Mənbə == Y. Həsənov. Qədim Roma tarixi. Bakı, 1975.
Bidens mannii
Bidens mannii (lat. Bidens mannii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Bulbophyllum mannii
Bulbophyllum cochleatum (lat. Bulbophyllum cochleatum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum cochleatum növü Tropik Afrika üçün endemik növdür. == Sinonim == Bulbophyllum cochleatum var. cochleatum Bulbophyllum jungwirthianum Schltr. Bulbophyllum mannii Hook.f. Bulbophyllum pholidotoides Kraenzl.
Casearia mannii
Casearia mannii (lat. Casearia mannii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin kaseariya cinsinə aid bitki növü.
Euphorbia mainty
Euphorbia mainty (lat. Euphorbia mainty) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Gardenia mannii
Gardenia mannii (lat. Gardenia mannii) — boyaqotukimilər fəsiləsinin qardeniya cinsinə aid bitki növü.
Həvari Matfey
Həvari Matfey (yun. Ματθαίος Matthaíos) — xristianlıqda on iki həvaridən biri.
Inula mannii
Inula mannii (lat. Inula mannii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Kevin Mitnik
Kevin Mitnik (6 avqust 1963 – 16 iyul 2023, Las-Veqas, Nevada və ya Pitsburq, Pensilvaniya) — keçmiş haker, informasiya təhlükəsizliyi üzrə mütəxəssis. == Həyatı == Kevin Mitnik 6 avqust 1963-cü ildə Los-Ancelesdə anadan olmuşdur. İlk kompüter hakerlərindən olub onların ən məşhurudur. 15 fevral 1995-ci ildə FBI tərəfindən tutulmuşdur. Fujitsu, Motorolla, Nokia və Sun Microsystems kimi şirkətlərin kompüterlərinə icazəsiz olaraq girdiyinə görə 5 il həbs cəzası almışdır. Hətta, məhkəmə vaxtı hakimə qəhvə hazırlayan maşını belə proqramlaya biləcəyini söyləyən Mitnick həbsxanada qəhvə hazırlayan maşına yaxınlaşma qadağası almış hüquq tarixinin tək məhkumudur. Belə cəza almağının bir çox səbəbləri var. Həbsə girməsinə səbəb olan hakim və hüquqçuların başlarına oyunlar açmaq kimi. Məsələn, telefon öyrənmə nömrəsini hakimin nömrəsinə yönləndirmiş, başqasının telefonuna bir neçə min dollarlıq danışıq borcu göndərmiş və başqa sevmədiyi birinin telefonunu aylarla bağlatdırmışdı. == Kitabları == (2003) Aldatma sənəti(en) (2005) Müdaxilə sənəti(en) (2011) Naqillərdəki kabus: Dünyanın ən çox axtarılan hakeri kimi sərgüzəştlərim (ing.
Kiyotaka Matsuy
Kiyotaka Matsuy (d. 4 yanvar 1961) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 15 oyun keçirib.
Maksim Mirnıy
Maksim Nikolayeviç Mirnıy (belar. Максім Мікалаевіч Мірны; doğulub 6 iyul 1977-ci ildə, Minsk, SSRİ) — Belarusiyalı peşəkar tennisçi, əməkdar idman ustası. Keçmişdə dünyadakı ilk raketkası (cütlükdə); qarışıq cütlərdə 2012 Olimpiya çempionu; cütlüklərdə Böyük Dəbilqə turnirlərinin 10 qat qalibi; cütlüklərdə ATP Final Turnirinin ikiqat qalibi (2006, 2011); 53 ATP turnirinin qalibi (onlardan biri təkdir). 29 Noyabr 2018-ci ildə idman karyerasının başa çatdığını elan etmişdir . == Bioqrafiyası == Maksim - Nikolay və Tatyana Mirnıyın iki oğlundan böyüyü idi; qardaşının adı Peterdir. Maksimin ailsə idmançı ailəsi idi: atası 1960-cı illərdə voleybolda SSRİ çempionatının elit divizionunda oynayıb, anası isə keçmiş üzgüçü olub, 1971-ci ildə 200 metr kəpənəkdə (butterfly) BSSR rekordunu müəyyənləşdirmişdir. Maksim 2004-cü ildə model Ksenia Rubçeniya ilə evləndi. Onların dörd övladı var: qızları Melaniya (2004) və Petra (2007), oğulları Demid (2009) və Trofim (2014). Maksim yeddi yaşından tennislə məşğuldur; uşaqlıqdan onun məşqiçisi zaman-zaman Amerikanın müxtəlif mütəxəssisləri tərəfindən köməklik olunan atası idi. Oyun karyerasından əlavə olaraq Mksimin bir sıra qeyri-idman layihələri var: Bradentonda, yerli tennis mərkəzindən aralıda Maksim öz pizza məkanını işlədir.
Maltiy dili
Malta dili (Malti) — Maltada istifadə edilən rəsmi dil.
Mannix reaksiyası
Mannix reaksiyası və ya Mannixə görə aminometilləşmə reaksiyası - ammonyak, birli və ya ikili aminin və tərkibində heç olmasa bir mütəhərrik hidrogen atomu olan birləşmənin formaldehidlə kondensləşməsindən - Mannix adlanan əsasın əmələ gəlməsindən ibarətdir. == Alınması == Əgər kondensasiyaya daxil olan birləşmədə iki və daha çox karbon atomlarında aktiv hidrogen atomları varsa, onda N−CH2- aminometil qrupları müxtəlif vəziyyətləri tutmaqla izomer qarışıqları əmələ gətirir. Ammonium duzu ilə reaksiya apardıqda, əksər hallarda əmələ gələn birli amin sonradan reaksiyaya girərək ikili və üçlü amin əmələ gətirir. Bundan başqa, ammonium duzunun formaldehidlə qarşılıqlı təsiri nəticəsində əmələ gələn metilamin reaksiyada iştirak etməklə onu çətinləşdirir. == Tarixi == İlk dəfə Mannix tipli kondensasiyanı Tollens asetofenonun formaldehid və ammonium xloridlə reaksiya məhsulundan üçlü amini ayıran zaman müşahidə etmişdir. Sonralar, Petrenko-Kritçenko və onun əməkdaşları bu tipli kondensasiyanı öyrənmişlər, lakin onlar bu reaksiyanın ümumi xarakterini müəyyən edə bilməmişlər. 1917-ci ildə Mannix, antipirin salisilatın formaldehid və NH4Cl-lə qarşılıqlı təsirindən üçlü aminin əmələ gəlməsini müşahidə etməsi, başladığı tədqiqatlarına hərtərəfli təkan verdi. Belə ki, 4-dimetilaminoantipirin oxşar reaksiyaya girmədiyindən, tamamilə aydın olur ki, reaksiyada iştirak edən antipirin molekulunda 4 vəziyyətində olan hidrogen atomudur. Baş verən çevrilmələrin dəqiq mexanizmi müəyyən edilməmişdir. Hazırda güman edilir ki, Mannix reaksiyası, CH2O və amindən əvvəlcə imin(ium) duzları , sonra isə amin törəmələri əmələ gəlməsilə baş verir.
Maqnit anomaliyası
Maqnit anomaliyası (rus. магнитная аномалия, ing. magnetic anomaly) — yerin maqnit sahəsi kəmiyyətinin onun normal kəmiyyətindən kənara çıxması.
Maqnit diski
Maqnit diski (İng.magnetic disk, ru. магнитный диск)-qoruyucu korpusa (sərt disk) və ya zərfə (yumşaq disk) yerləşdirilmiş çoxlu sayda kiçik seqmentlərin (maqnit domenlərin) maqnit sahəsinin gərginliyini dəyişməyə imkan verən maqnit materialla ötürülmüş disk. Sahənin dəyişməsi – maqnit materialın (informasiya daşıyıcısının) hissəciklərinin maqnit polyarlığının dəyişməsidir ki, bundan da informasiyanın ikilik formada kodlaşdırılması üçün istifadə olunur (bir polyarlıq 1-i, əksi isə 0-ı təmsil edir). Polyarlığın dəyişməsi, disksürənin oxuma-yazma başcığının diskin səthi üzərindən yüksək sürətlə keçməsi ilə yerinə yetirilir. Maqnit diski öz xassələri səbəbindən elektromaqnit sahəsi mənbələrinin təsirindən qorunmalıdır ki, ona yazılmış informasiya korlanmasın və ya dağılmasın. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.