Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Navarin Qalası
Navarin Qalası — Yunanistandakı Mora yarımadasının qərb sahilində Pylosda yerləşən bir qaladır.Navarin dəniz döyüşü bu qalanın ətrafında gerçəkləşmişdir. 15-ci yüz ilə qədər Venesiya əhalisi burada böyük bir qala inşa etmişlərdir. Osmanlılar 1499-cu ildə Navarin qalasını işğal etdilər və 1572-ci ildə qalanı təkrardan inşa edərək Anavarin-i atik adını verdiler.1686-1715-ci illər arası Venesiyalılar, qalanı əllərində tutmağı bacardı. Amma sonra Osmanlı İmperiyası təkrardan qalanı ələ keçirtdi (Mora döyüşü). Osmanlılar 18-ci əsrdə qalanı Anavarin-i Cedid adı altında təkrar inşa etdilər. Lakin qısa bir müddətdən sonra yenidən qalaya ziyan dəydi.1827-ci ildə Osmanlı donanması İngilis,Fransız və Rus donanmaları tərəfindən Navarin limanında məğlubiyyətə uğradıldı. Bu məğlubiyyətdən 7 il sonra Osmanlı Dövləti Yunanıstan'ın müstəqilliyini qəbul etmək məcburiyyətində qaldı və Navarin yeni qurulan Yunan Krallığı‘nın bir parçası oldu. == Ədəbiyyat == Bées, N.; Savvides, A., Navarino, 7, 1037–1039 Bon, Antoine, La Morée franque.
Navarin Qətliamı
Navarin qətliamı — Yunanıstanın müstəqillik qazandığı zaman baş verən qətliam silsiləsinin bir hissəsi olan bir vəhşilikdi. Qırğın 1821-ci il 19 Avqust günü Mora Yarımadasındakı Navarin şəhərində baş tutdu və şəhərin təxminən 3000 nəfərlik Türk sakini qətlə yetirildi. == Şəhərin mühasirəsi == Şəhərin Türk sakinləri, aclıq üzündən təslim olmağı təklif etdi. Yunanlar da bunun üzərində şəhərin sakinlərini Misirə etibarlı bir şəkildə aparmağı təklif edib. Təslim olma prosesi bitəndə, Türklər şəhərdəki bütün mallarını, bütün pullarını və zinətlərini Yunanlara təslim etdi. Amma Yunanlar söz verdikləri etibarlı səfəri həyata keçirməyə niyyətli deyildilər. Müzakirə edən Yunanlardan biri olan Poniropoulos, illər sonra General Qordona təslim olma sənədinin Türklərdə surətini yox etdiyini və beləliklə də geridə belə bir razılaşmaya dair bir dəlil olmadığını söylədi. === Türklərin qətlə yetirilməsi === 1821-ci il 19 avqust günü qapılar açılanda, Yunanlar dərhal içəriyə hücum etdi və qaçan 160 nəfər başqa, 3000 nəfərlik bütün əhali öldürdü. Tarixçi Corc Finlay, Phrantzes adlı Yunan keşişin qətliama şahidlik etdiyini söylədi və onun danışdıqlarından yola çıxaraq aşağıdakı tərifi edib: Güllələr və qılınclarla yaralanmış qadınlar qaçmaq ümidi ilə dənizə qaçdı, bu zaman qəsdən vuruldular. Qollarında körpələri olan anaların paltarları oğurlandı və tək gizlənmə yeri olan dənizə qoşdular, suda mənasız insan olmayan tüfəngli əsgərlər tərəfindən döyüldülər.
Navarin burnu
Navarin burnu (çuk. Роратын, kerek. Йуйатын) — İnzibati baxımından Rusiya Federasiyasının Çukotka Muxtar Dairəsi ərazisinə daxil olan burun. Sahillərini Berinq dənizi suları yuyur. Çukot dilindən tərcümədə "Kolbasa" mənasını verir. == Tarixi məlumat == Burun ilk dəfə 1828-ci ildə «Senyavin» şlyupunda Fyodor Petroviç Litkenin rəhbərliyi altında kəşf edilmişdir. Burun Navarin döyüşündə əldə edilən qələbənin şərəfinə adlandırılmışdır. 1934-cü ildə burunda Çukotkada ilk dəfə fəaliyyət göstərən radiometroloji stansiya olmuşdur. Stansiya Şimal Dəniz yolunun üzərində yerləşirdi. 1990-cı illərdə stansiya tərk edilmişdir.
Navarin döyüşü
Navarin dəniz döyüşü— Navarin dəniz döyüşü 20 oktyabr 1827-ci ildə Osmanlı-Misir donanmaları ilə İngilis,Rus və Fransız donanmaları arasında baş vermiş dəniz döyüşüdür. Bu döyüş Osmanlı tarixinə Navarin hadisəsi,Navarin Faciəsi kimidə düşmüşdür. == Döyüşün gedişi == Böyük Britaniya, Fransa və Rusiya aralarında müqavilə imzalayaraq Yunanistana müstəqillik verilməsini istədilər. Sultan II.Mahmud bu tələbi rədd etdikdə, Baltik dənizinə açılan rus donanmasının bir hissəsi İngilislərlə birləşərək və Aralıq dənizinə girdi. Rus-İngilis dəstələrinə Fransız dəstələridə qoşuldu.Kodrinqton'un komandanlığı ilə Rusiya və İngiltərə müttəfiq donanması İbrahim Paşanın qüvvələrinə qarşı dəniz təxribatına keçdi. Bu zaman Pelopennes yarımadasında üsyan var idi. Peloponnes üsyanında Osmanlı və Misir gəmiləri Navarin limanında idi. Müttəfiq Dəniz Qüvvələri Navarin Limanını mühasirəyə aldı. Admiral Kodrinqton, müttəfiqlərin əvəzindən Osmalı və Misir əsgərlərinin Yunanıstanı tərk etməklərini istədi. Lakin bu istək qəbul edilmədi.
Navarin dəniz döyüşü

Navid Əfkari
Navid Əfkari (fars. نوید افکاری‎; 22 iyul 1993, Şiraz – 12 sentyabr 2020, Şiraz) — Yunan-Roma güləşi üzrə bir neçə dəfə İran çempionu olmuş güləşçi. İranın Ali Məhkəməsi güləşçini 2018-ci ildə hökumət əleyhinə etirazlar zamanı bir mühafizəçini öldürməkdə günahlandıraraq ona ölüm hökmü verib. Güləşçi isə öz növbəsində mühafizəçini öldürdüyünü işgəncə altında etiraf etdyini və əslində mühafizəçini öldürmədiyini deyib. ABŞ prezidenti Donald Tramp, Konqres üzvləri, avropalı siyasi xadimlər o cümlədən Azərbaycan parlamentinin deputatı Asim Mollazadə İran hakimiyyətini bu addımdan çəkinməyə çağırıb. == Haqqında == İranın Şiraz şəhərindən olan Navid Əfkari sərbəst və Yunan-Roma güləşi üzrə ölkəsində və beynəlxalq yarışlarda medallar qazanıb. 2018-ci ildə hökumət əleyhinə etirazlarda iştirak edib. Dövlətə məxsus su anbarının yerli mühafizəçisi Həsən Türkəmən Şirazda hökumət əleyhinə etirazlar zamanı qətlə yetirilib. Şiraz rəsmiləri qətl hadisəsi ilə əlaqələri olduğunu deyərək, Əfkari və qardaşı Vahidi 2018-ci ilin sentyabrın 17-də həbs edib. Sonradan elə həmin il onların üçüncü qardaşı Həbib də həbs edilib.