Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nadil
Nadil — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Nadil Göygöl r-nunun Balçılı i.a.v.-də kənd. Qoşqarçayın (Kürün qolu) sahilində, Qaflanqala silsiləsinin ətəyindədir. Yerli məlumata görə, yaşayış məntəqəsi XIX əsrin sonlarında Akarca və ona yaxın olan digər oymaqlardan köçüb gəlmiş ailələr tərəfindən onlar üçün ayrılmış ərazidə salınmışdır. Bəzi tədqiqatçıların fikrincə, oykonim nadel (çar Rusiyada təhkimçilik hüququ ləğv edildikdən sonra kəndlilərə vərilən kiçik torpaq sahəsi belə adlanırdı) sözündən olub, "kəndli ailələrinin istifadəsinə verilmiş torpaq payı” manasındadır. Lakin XV əsrə aid mənbədə Azərbaycanda XIII əsrdə baş vərən hâdisələrlə bağlı Şəmkir səhrasında Natil yər adının çəkilməsi bu izahın doğruluğunu şübhə altına alır. Nat/nət/nit bəzi türk dillərində "kürək” demakdir. Güman etmək olar ki, bu tarixi ərazinin adı Şəmkir, Göygöl, Goranboy, Yevlax r-nları ərazisində axan Kürəkçayın adı ilə bağlı yaranmışdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1133 nəfər əhali yaşayır.
Nadil bələdiyyəsi
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Nadir
Nadir — Kişi adı və təxəllüs.
Nağıl
Nağıl — şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və ən çox yayılmış janrıdır. Nağıllar xalq nağılları və müəllif nağılları olmaqla iki qrupa bölünür. Müəllif nağıllarından fərqli olaraq xalq nağıllarının yazıldığı tarix və müəllifi bəlli olmur. Nağıllarda xalqın həyatı və məişəti, dünyagörüşü və inancları, arzu və xəyalları əks olunur. Nağıllar əsasən, qaravəlli adlandırılan girişlə başlayır. Bu girişlər nağılın məzmunu ilə bağlı olmur. Məsələn, "Hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər köhnə hamam içində, hamamçının tası yox, baltaçının baltası yox, orda bir tazı gördüm, onun da xaltası yox. Nağıl-mağıl bilmərəm, bilsəm də söyləmərəm, xandan gəlmiş nökərəm, dinmə böyrünü sökərəm" Nağılın əvvəlində "Biri vardı, biri yox", sonunda isə "Göydən üç alma düşdü: biri mənim, biri özümün, biri də nağıl deyənin" sözləri işlənir. Başlanğıcda və sonluqda verilən həmin epik formullarla yanaşı qəhrəmanlarla, hadisələrlə bağlı formullardan da istifadə olunur. Məsələn, "Qız nə qız, görən bunun camalına heyrandı, qaş qara, gözlər sürməyi, boyu sərv…", "dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi", "Dağların dabanıynan, yolların qırağıynan, ayaq üzəngidə, diz qabırğada…" və s.
BADIL
Fələstinlilərin Yaşayış və Qaçqınların Hüquqları üzrə BADIL Resurs Mərkəzi — fələstinli qaçqınların və məcburi köçkünlərin hüquqlarını qorumaq, onları təşviq etmək öhdəliyi daşıyan müstəqil, insan hüquqları üzrə qeyri-kommersiya təşkilatı. BADIL 1998-ci ilin yanvarında təsis edilmişdir. İsrailəmeylliü "NGO Monitor" qrupunun məlumatına görə, BADIL İsrail hərbi rəsmilərinə qarşı "qanun"la məşğuldur və həmçinin antisemit karikaturalar dərc etmişdir. BADIL BMT-nin İSŞ yanında xüsusi məsləhətçi statusuna malikdir və eyni zamanda çoxlu sayda Fələstin təşkilatı şəbəkələrinin bir hissəsidir. BADIL fələstinli qaçqınların problemləri ilə bağlı ingilis dilində rüblük nəşr olunan "Al-Majdal" jurnalını dərc edir.
Buddleja nappii
Buddleja araucana (lat. Buddleja araucana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin buddleya cinsinə aid bitki növü. == Sinonimləri == Buddleja globosa var.
Nadili (Azərşəhr)
Nadili (fars. ناديلو‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 3,116 nəfər yaşayır (821 ailə).
Nadilə Sultan
Nadilə Sultan (d. 30 sentyabr 1856 - ö. 18 yanvar 1882) - 31. Osmanlı padşahı I Əbdülməcidin Şayəstə Qadınəfəndidən doğulan qızıdır. Bacısı Mədiha Sultanla eyni ildə dünyaya gəlmişdir. Hələ 5 yaşında ikən atası vəfat etdi və Nadilə Sultan əmisi Sultan Əbdüləzizin hərəminə alınaraq burada böyüdüldü. Gənclik illərində tüberklozdan əziyyət çəkən Nadilə Sultan 6 oktyabr 1876 tarixində Dolmabağça Sarayında Çərkəz Mehmed Paşa ilə evləndi. 18 yanvar 1876 tarixində evliliyinin 6-cı ilində hələ övladı belə olmadan vəfat etdi. Məzarı Yeni Məsciddə yerləşir. Onun ölümündən sonra Çərkəz Mehmed Paşa Sultan Əbdüləzizin qızı Əsma Sultanla evləndi.
Nadjib Asanbayev
Nadjib Asanbayev (tam adı: Nikolay Vasilyeviç Asanbayev; başq. Нәҗип Асанбаев; d. 7 noyabr 1921, Axmanovo, Bakalinsk, Başqırdıstan – ö. 28 mart 2013, Ufa, Başqırdıstan, Rusiya) — başqırd yazıçısı. Başqırd MSSR əməkdar mədəniyyət xadimi (1982). 7 noyabr 1921-ci ildə Bakalinsk rayonunun Axmanovo kəndində anadan olmuşdur. 28 mart 2013-cü ildə vəfat etmişdir. Ufanın Cənub qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edilmişdir. 1963-cü ildə Moskvada Ali ədəbiyyat kurslarını bitirmişdir. 1963-1965-ci illərdə M.Qafuri adına Başqırdıstan Dövlət Dram Teatrının direktoru işləmişdir.
Adil
Adil — kişi adı və təxəllüs. Adil Gəray — Adil şah — Adil Şirin — Adil Rüstəmov — Azərbaycan rəssamı Adil xan Ziyadxanov — Adil Üseyran — Məşədi Adil — Adil Vəliyev — Adil Aşırım — Adil Barmal — Adil Kaskabay — Adil Yaqubov — Adil Baxşəliyev — tibb elmləri doktoru, professor Adil Babayev Adil Babayev (şair) — şair, tərcüməçi Adil Babayev (hüquqşünas) — Azərbaycan SSR-in baş prokuroru (1954–1958) Adil Babayev (professor) — Filologiya elmləri doktoru, professor.
Fadil Vokri
Fadil Vokri (d. 23 iyun 1960 – ö. 9 iyun 2018, Priştina, Kosovo) — Kosovo Futbol Federasiyasının keçmiş prezidenti. == Vəfatı == 2018-ci ilin iyun ayının 9-da 58 yaşında ikən ürək tutmasından dünyasını dəyişmişdir. Həmin gün səhər idmanı zamanı səhhətində problem yaranan Vokri Priştina şəhərindəki xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmamışdı.
Nabil Atif
Nabil Atif, Mərakeş aktyoru, 1972-ci ildə Kasablankada anadan olub. Bir sıra Mərakeş filmlərində və seriallarında iştirak etmişdir.
Nabil Hatum
Nabil Saleh
Nadin Qordimer
Nadin Qordimer (ing. Nadine Gordimer; 20 noyabr 1923[…] – 13 iyul 2014[…], Yohannesburq) — Cənubi Afrikalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1991). Cənubi Afrika yazıçısı Nadin Qordimer Yohannesburq yaxınlığındakı kiçik şaxtaçı qəsəbəsində, saatsaz ailəsində doğulmuşdu. Valideynlərinin hər ikisi yəhudi əsilli idi. Atası indiki Litva ərazisindən, anası isə Londondan Cənubi Afrikaya gəlmişdilər. İlk təhsilini katolik məktəbində və evdə, özəl müəllimlərdən almışdı. Bir müddət Yohannesburq universitetində oxusa da, ali təhsil kursunu başa çatdırmamışdı. Nadin Qordimer yazmağa erkən başlamışdı. 16 yaşında artıq "Sabah gələrsən" adlı ilk hekayəsi mətbuatda dərc edilmişdi. Nadin Qordimerin siyasi baxışlarının formalaşmasında Cənubi Afrika reallıqları mühüm rol oynamışdı.
Nadir Abbasov
Nadir Xuduş oğlu Abbasov — Azərbaycan Kommunist Partiyası Ağcabədi Rayon, Salyan Rayon və Ağdam Rayon Komitəsinin birinci katibi. 1925-ci ildə Gəncə qəzasında qulluqçu ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1948-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür, ali təhsili var – Azərbaycan Kənd Təsərrüfatı İnsititunu və Azərbaycan KP MK yanında Ali Partiya Məktəbini bitirmişdir. Sosialist Əməyi Qəhrəmanıdır (1976). Əmək fəaliyyətinə 1942-ci ildə başlamışdır. 1944–1949-cu illərdə Sovet Ordusunda xidmət etmişdir. 1950-ci ildən rayon komsomol komitəsinin katibi, Kirovabad (indiki Gəncə) vilayət komsomol komitəsinin şöbə müdiri, şəhər komsomol komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1935–1955-ci illərdə partiya məktəbinin müdavimi, 1956-cı ildən Kirovabad toxulçuluq kombinatının, Nizami adına sovxozun partiya komitəsinin katibi, Kirovabad Şəhər Partiya Komitəsinin şöbə müdiri olmuşdur. 1962–1970-ci illərdə Gədəbəy, Qasım İsmayılov (indiki Goranboy)istehsalat idarələrinin partiya təşkilatçısı, Azərbaycan KP MK inspektoru, Azərbaycan KP Qasım İsmayılov RK-nın, Ağdam RK-nın birinci katibi vəzifələrində işləmişdir. 1970-ci ildən Azərbaycan KP Salyan RK-nın birinci katibi, 1978-ci ildən isə Azərbaycan KP Ağcabədi RK-nın birinci katibi olmuşdur. Azərbaycan SSR Ali Soveti mandat komissiyasının və Azərbaycan KP MK üzvü olmuşdur.
Nadir İsrafilov
Nadir Şah
Nadir şah Əfşar (fars. نادر شاه‎; Nâdir şâh) 22 oktyabr 1688 və ya 6 avqust 1698, Dərgəz, Səfəvilər – 19 iyun 1747, Qoçan, Əfşarlar imperiyası) — Əfşar imperiyasının şahı (1736–1747) və Əfşarlar sülaləsinin banisi. Tarixdə, həmçinin Nadirqulu bəy və Təhmasibqulu xan adları ilə də tanınır. Hərbi nailiyyətlərinə görə bəzi tarixçilər ona "Şərqin qılıncı", "Şərqin Napoleonu" və "İkinci Makedoniyalı İsgəndər" kimi ləqəblər veriblər. Napoleon Bonapartın özü isə Nadir şaha heyran qalırdı, o, Fətəli Şah Qacara yazdığı məktubda Nadiri tərifləyir və özünü "İkinci Nadir" hesab edirdi. Nadir şah 1689-cu ilin noyabrında (bəzi mənbələrdə bu tarix 1688-ci il kimi verilmişdir) Xorasan vilayətinin Dərgəz mahalının Dəstgird kəndində köçəri maldarlıq ilə məşğul olan bir ailədə dünyaya gəlmişdir. Tarixçilər bu məşhur sərkərdənin hələ uşaq yaşlarından diribaş, hazırcavab, fərasətli və bacarıqlı olmasını qeyd edirlər. XVII əsrin sonu — XVIII əsrin əvvəllərində Səfəvilər dövləti qorxunc bir iqtisadi və siyasi böhran keçirirdi. Ölkənin mərkəzi və şərq hissəsi əfqanların işğalı altına düşmüşdü. Azərbaycan, Şirvan və bunlarla həmsərhəd ərazilər Osmanlı imperiyası tərəfindən işğal olunmuşdu.
Nadir Əbdurrəhmanov
Nadir Qəmbər oğlu Əbdürrəhmanov (5 dekabr 1925, Abdallar, Kürdüstan qəzası – 26 iyun 2008, Bakı) — rəssam, əməkdar incəsənət xadimi, xalq rəssamı, professor Nadir Əbdürrəhmanov 1925-ci il dekabrın 5-də Laçında anadan olmuşdur. Rəssamlıq sənətinə erkən yaşlardan özünü büruzə verən həvəs orta təhsilini başa vurduqdan sonra onu Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirmişdir. O, 1941–1944-cü illərdə burada, 1947–1953-cü illərdə isə Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil almışdır. Nadir Əbdürrəhmanov gərgin yaradıcılıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi çalışaraq, digər sənətkarlarımızla birlikdə Azərbaycanda gənc rəssamlar nəslinin püxtələşməsi işində fəal iştirak etmişdir. O, 1954-cü ildən Azərbaycan Rəssamlıq Məktəbində dərs demiş, 1984-cü ildən etibarən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi çalışmış, Azərbaycan Rəssamlıq Akademiyasında yaradıcılıq emalatxanasının rəhbəri olmuşdur. 1960-cı ildə rəssam Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 1964-cü ildə isə xalq rəssamı fəxri adlarını almışdır. 11 iyun 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. O, 2008-ci il, iyulun 26-da vəfat edib. Sənət yolunda qazandığı ilk uğurları həmin dövrdən Nadir Əbdürrəhmanovu mahir fırça ustası kimi tanıtmışdır. Yaradıcılığına xas olan yeni forma axtarışları, sərt realist üslub və miniatür sənəti ilə səsləşən orijinal dəst-xətti, təsviri sənətdə dekorativliyə və kolorit zənginliyinə xüsusi diqqət yetirməsi rəssamın özünəməxsus üslubunun formalaşmasında mühüm rol oynamışdır.
Nadir Əhmədov
Nadir Əli Əhmədov (15 iyun 1940, Aşağı Göynük, Nuxa rayonu – 10 may 2020, Bakı) — Azərbaycan Respublikasının rabitə naziri (1997–2004). Nadir Əli Əhmədov 1940-cı ildə anadan olmuş, 1957-ci ildə Şəki şəhər 10 saylı məktəbini qurtarmışdır. 1960-cı ildə Bakı Rabitə Elektrotexnikumunu, 1965-ci ildə Odessa Elektrotexniki İnstitutunu Elektrik Rabitəsi mühəndisi ixtisası üzrə bitirmişdir. 1968–70-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. 1960–1985-ci illərdə Bakı telefon şəbəkəsində texnik, mühəndis, sex rəisi, stansiya xidməti rəisi, baş mühəndis, 12 il rəis, 1985-ci ildən 12 il Rabitə nazirinin müavini və 1997-ci ildən 7 il Rabitə naziri vəzifəsində işləmişdir. 50-dən çox şəmərələşdirici təklifin, bir ixtiranın, beş texniki kitabın, çoxsaylı məqalələrin müəllifidir. Dövlət və ictimai işlərdə xidmətlərinə görə "Şərəf nişanı" ordeni ilə təltif olunmuş, SSRİ Rabitə Nazirliyinin "Rabitə ustası" adına, Respublikanın "Əməkdar rabitəçisi" fəxri adına, MDB Dövlətlərinin Assambleyasında qızıl medala və xüsusi diploma layiq görülmüşdür. 1979–1987-ci illərdə Bakı şəhər Xalq Deputatları Sovetinə deputat seçilmişdir. Qarabağ müharibəsinin veteranıdır. Abşeron rayonunun və Mingəçevir şəhərinin fəxri vətəndaşı olmuşdur.
Nadir Əliyev
Nadir Əliyev (hərbçi)
Nadir Əlişov
Nadir Əlişov (azərb. Əlişov Nadir İsmayıl oğlu;‎17 iyul 1948, Şuşa, DQMV – 16 mart 2021, Kiyev) — Texnika elmləri doktoru, professor, Ukrayna Elmlər Akademiyasının müxbir üzvü. Nadir İsmayıl oğlu Əlişov 17 iyul 1948-ci ildə Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur. Orta təhsilini Şuşada 2 saylı İnternat məktəbində almış, daha sonra Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. İnstitutu bitirdikdən sonra Ukrayna Elmlər Akademiyasının V.M.Qluşkov adına Kibernetika İnstitutunda aspirantura təhsili almışdır. Aspiranturada oxuduğu dövrdə Boris Yevgenyeviç Patonun (1918–2020) rəhbərliyi altında tədqiqat aparmışdır. Bundan sonra elmi-pedaqoji fəaliyyəti Ukrayna ilə bağlı olmuşdur. O, 1977-ci ildə "Materialların möhkəmlik xüsusiyyətlərinin öyrənilməsinə yönəlmiş avtomatlaşdırılmış sistemlərin texniki və proqram-alqoritmik dəstəyinin tədqiqi və inkişafı" mövzusunda dissertasiya müdafiə dərək texnika elmləri namizədi adını almışdır. Ukrayna Elmlər Akademiyasının V.M.Qluşkov adına Kibernetika İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərmişdir. 2007-ci ildə isə həmin institutda "Ağıllı sistemlər və kompüter şəbəkələrində mənbələrin sistematik qarşılıqlı nəzəriyyəsi, texnologiyaları və vasitələri" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri doktoru adını almışdır.
Nadir Əsgərov
Nadir Əzimov
Əzimov Nadir Nəriman oğlu — Azərbaycan bəstəkarı, dirijor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2012). Nadir Əzimov 1963-cü il oktyabrın 31-də anadan olub. Sabiq futbolçu Nəriman Əzimovun atasıdır. Simfonik lövhə (1990) Tar və xalq çalğı alətləri orkestri üçün "Xatirə" (1991) Piano üçün variasiyalar (1993) "Qaynana əməliyyatı" /müəllif – Ə.Orucoğlu/ televiziya tamaşasına musiqi (2000) "Özəlim – gözəlim" /müəllif – N.Qədimli/ televiziya tamaşasına musiqi (2001). Nüsrət Kəsəmənli, Z.Əlişqızı, Ə.Şahin, B.Qaraca, H.Orucov, R.Sabirqızı və b. şairlərin sözlərinə mahnılar (1990 – 2001).
Nadir Əzməmmədov
Nadir Mirzə oğlu Əzməmmədov (3 fevral 1953, Şamaxı rayonu) — "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqəlar şöbəsinin əməkdaşı, ikinci rejissor, aktyor, rejissor assistenti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının, Kinematoqrafçılar İttifaqları Konfederasiyasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2017). Nadir Əzməmmədov 3 fevral 1953-cü ildə Qobustan rayonunun Nərimankənd kəndində anadan olub. İncəsənət İnstitutuna qəbul olmamışdan öncə "Azərbaycanfilm" kinostudiyasının nəzdində Adil İsgəndərovun kursunda təhsil alıb. Bundan sonra (1972–1976-cı illərdə) Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb və 1977–1978-ci illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra kinostudiyaya gəlib və burada "Od içində" (1978) filmində rejissor köməkçisi kimi çalışıb. Bu aktyorun kinoda ilk işi olub. Rejissor assistenti və ikinci rejissor kimi çalışdı filmlərdə ikinci dərəcəli rollarda da oynayıb. "Şeytan göz qabağında" filmində "KAMAZ" sürücüsü, "Qara Volqa" filmində müstəntiq obrazlarını canlandırıb. 1980-ci ildə Moskvada Gənc Kinematoqrafçıların təkmilləşdirmə kursunu bitirdikdən sonra ikinci rejissor kimi fəaliyyətini davam etdirib. Ancaq quruluşçu rejissor olmağa vaxt olmayıb.